Məhkəmə qərarları › İş №2(102)-492/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-492/2023

25.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-492/2023 25.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: təbii qazla təchiz edən təşkilatın hesabladığı borcun mübahisələndirilməsi, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 iyul 2022-ci il tarixli, 2(105)1240/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsi nin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı sahibliyi və istifadəsindədir və həmin ev Cavabdeh İB tərəfindən qazla təmin olunur. 2. 04 iyun 2021-ci il tarixli aktla istehlakçı İddiaçı istifadə etdiyi sayğac istismar müddəti bitdiyi üçün dəyişdirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona hesablanmış 5339,90 manat məbləğində borcun əsassız hesab edilərək, silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus fərdi yaşayış evində 2021-ci ilin sentyabr ayında 734 kub.metr, 2021-ci i lin oktyabr ayında isə 764 kub.metr qazdan istifadə etmişdir. Lakin, oktyabr ayında iddiaçıya əlavə olaraq 21480 kub.metr qaz həcmi yüklənmiş və 5339,9 manat əlavə borc yazılmışdır. İddiaçının şifahi müraciətlərinə yaranan borcu ödəməsi tələb olunmuş, bununla bağlı ona izah verilməmişdir. Sayğac vasitəsilə 1498 kubmetr qazdan istifadə etmiş, əlavə xətti olmamış, sayğaca müdaxilə edilməmişdir.

5. Abşeron Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli, 2(012)-816/2022 nömrəli qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) iddia rədd edilmişdir.

6. Birinci instansiya məhkəməsi “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə, 13-cü maddəsinin 6-cı bəndinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 13 və 17-ci maddələrinə, Azərbaycan Respublikası Na zirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq olunmuş “X1”nın 4.2, 4.5, 4.7, 4.8, 4.9, 5.5, 6.7-ci bəndlərinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 78.1, 106.1, 217.4-cü maddələrinə istinad edərək göstərmişdir ki, iddiaçının adına olan sayğac 22 sentyabr 2021-ci il tarixdə quraşdırılmışdır. Cavabdeh tərəfindən təqdim edilən 04 iyun 2021-ci il tarixli ******* saylı Akta əsasən ünvan 2 ünvanında sayğac dəyişdirilmək üçün çıxarılarkən sayğacın göstəricisinin 33280 kub.metr olduğu müəyyən edilmişdir. İddiaçı iddia tələbində ona hesablanmış 5339,9 manat məbləğində borcun silinməsini xahiş etsə də, bunun əsassız borc olmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

7. İddiaçı apellyasiya şikayə ti verərək, Abşeron Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli, 2(012)-816/2022 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.

8. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 iyul 2022-ci il tarixli, 2(105)-1240/2022 nömrəli qətnaməsi ilə (hakim T.Q.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər Ş.R.Abasovun və G.F.Tağızadənin iştirakı ilə) apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli, 2(012)-816/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

9. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi göstərmişdir ki, İddiaçı 2015-ci ildən sonra təbii qazdan istifadəyə görə ödəniş etməmişdir. Halbuki İd diaçı iddia ərizəsində Abşeron rayonu, Novxanı kəndində yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşadığını göstərmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

10. İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülkü Kollegiyasının 28 iyul 2022-ci il tarixli, 2(105)-1240/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi “Qaz təchizatı haqqında” Qanunun 11-ci maddəsinin 6-cı bəndini, 13-cü maddəsinin 6-cı bəndinin, “X1”nın 4.2, 4.7, 4.8, 5.5, 6.7-ci bəndlərinin, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 97.1-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edi lmişdir. Belə ki, cavabdehin təqdim etdiyi “Abonent saldosu” adlı sənədə əsasən iddiaçının 2021-ci ilin iyul ayınadək qazdan istifadəyə görə borcu olmamış, sonra birdən-birə 1 ay ərzində 5399,50 manat məbləğində borc ortaya çıxmışdır. Cavabdeh bunun məntiqi izahını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə işin hallarını araşdırmamış, mütəxəssis və ekspert rəyi alınmamış, qətnaməni ziddiyyətlərlə əsaslandırmışdır.

12. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

13. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri:

14. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılma hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

15. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini iddianın təmin olunmamış hissəsində mübahisələndirildiyindən, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin həmin hissədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: 16. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. 17. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X1 ilə tənzimlənir. X1 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay isteh lakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”nın 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədin də qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakim əsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edi lməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edi lən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 392.1.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəli llər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 20. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gə lən işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkə mələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamış, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

22. Belə ki, iddianı rədd edən birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, 04 iyun 2021-ci il tarixli aktda sayğacın göstəricisi 33280 kub.metr olmuş, iddiaçı borcun əsassız olmasına dair sübutları təq dim edə bilməmişdir. Apellyasiya məhkəməsi də həmin mövqe ilə razılaşmışdır.

23. Göründüyü kimi, işin faktiki hallarını araşdıran məhkəmələr hazırki mübahisə üzrə sübutetmə vəzifəsini iddiaçının üzərinə qoymaqla, Mülki Prosessual Məcəllənin 77.2ci maddəsinin tələblərini pozmuşlar. Həmin maddəyə görə isə borcun hesablanmasına əsas olan aktı cavabdeh Cəmiyyət qəbul etdiyindən, bu borcun əsaslı olmasını sübut etmək vəzifəsi məhz cavabdehin üzərinə düşür.

24. İş materiallarında olan Abonentin saldosu adlı sənəddən görünür ki, 2018-ci ilin iyun ayından 2021-ci ilin avqust ayınadək olan dövrdə iddiaçıya məxsus evdə quraşdırılmış sayğac üzrə təbii qaz sərfiyyatı qeydə alınmamış, yalnız 2021-ci ilin sentyabr ayında 73,40 manat dəyərində 734 kub.metr qaz sərf olunmuşdur. 2021-ci ilin oktyabr ayı üç ün isə 22244 kub.metr təbii qaz sərfi göstərilmiş, buna əsasən 191 manat “Qazın sərfi” qrafasında, 2148 manat “Qalıq və aktlar” qrafasında, 3087 manat “Yeni tarifə keçid” qrafasında borc hesablanmışdır.

25. Göründüyü kimi, 2021-ci oktyabr ayı üçün hesablanmış borcun yalnız 191 manat hissəsi cari sərf olunmuş qazın dəyəri olmuşdur. Qalan borc isə başqa əsaslarla hesablanmışdır ki, bunun düzgünlüyünün sübut etmə vəzifəsi məhz cavabdehin üzərinə düşür. O cümlədən borcun 2148 manat hissəsi hər hansı akt əsasında hesablandığı halda, həmin sənəd onu tərtib etmiş ASC tərəfindən məhkəməyə təqdim edilməmişdir.

26. Məhkəmə kollegiyası həmçinin 2015-ci ildən sonra iddiaçının qazdan istifadə etməsinə görə ödəniş etməməsi əsası ilə iddianın rədd edilməli olmasına dair apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşmır.

27. Belə ki, qanunvericiliyin tələbinə əsasən abonent yalnız istifadə etdiyi qaza görə ödəniş etmək öhdəliyini daşıyır. Abonent saldosundan görünür ki, 2015-ci ildə sonrakı dövrdə sayğac üzrə qaz sərfiyyatı qeydə alınmamışdır. Halbuki, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən istehlakçıya verilən qazın sərfiyyatı hər ay qaz paylayıcı tərəfindən qeydə alınmalı və istehlakçıya hesab verilməlidir.

28. Hazırki işdə göstərilən dövrdə iddiaçının evində quraşdırılmış sayğac üzrə aylıq hesabatın aparıb-aparılmaması, hesabatın nəticələri barədə cavabdeh təşkilat tərəfindən hər hansı sübut məhkəməyə təqdim olunmamış və apellyasiya məhkəməsi bu istiqamətdə araşdırma aparmamışdır.

29. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, 04 iyun 2021-ci il tarixli a ktla çıxarılan sayğacın göstəricisinin 33280 kub.metr göstərilməsi özü-özlüyündə borcun əsaslı olmasının sübutu kimi qiymətləndirilə bilməz.

30. Belə ki, sayğacda bu göstərici olduğu halda, cavabdeh tərəfindən elə həmin tarixdə iddiaçıya göstəriciyə uyğun hesabat verilməli idi. Lakin yuxarıda qeyd olunduğu kimi, iddiaçının silinməsini tələb etdiyi borcun əhəmiyyətli hissəsi cari sərfə görə deyil, “Qalıq və aktlar” və “Yeni tarifə keçid” əsası ilə hesablanmışdır.

31. Beləliklə, müəyyən olunur ki, apellyasiya instansiyası məhkəməsi sübutetmə vəzifəsini tərəflər arasında düzgün bölüşdürməmiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır.

32. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

33. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cava blandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...

34. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.

35. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

36. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyekti v tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 iyul 2022-ci il tarixli, 2(105)-1240/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir v

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar