Məhkəmə qərarları › İş №2(102)-492/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-492/2025

30.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-492/2025 30.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 qarşı (Ağdaş rayon Notariat ofisi, X28, X44, X36, X22, X23 və X29 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-492/2025 (Açar sözlər: ümumi birgə mülkiyyətdə olan əmlaka və miras əmlaka payın müəyyən edilməsi, məcburi pay) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X6 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 qarşı (Ağdaş rayon Notar iat ofisi, X28, X44, X36, X22, X23 və X29 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “ümumi birgə mülkiyyətdə olan əmlaka və miras əmlaka payın müəyyən edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-462/2024 nömrəli, 26 sentyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı (vəkil Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinə 30 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. X4 ilə X11 01 avqust 1958-ci il tarixdə bağlanmış rəsmi nikahlarından yeddi uşaqları- Yeganə (hazırki iş üzrə iddiaçı), Dürdanə (hazırki iş üzrə cavabdeh), Fərhad (hazırki iş üzrə cavabdeh), Şirin, Fərqanə, Təranə və Mahir doğulmuşlar.

2. X30 03 sentyabr 2001-ci il, X4 isə 25 iyul 2020-ci il tarixdə, sonuncuların övladları olan Fərqanə 30 iyul 2011-ci il, Təranə 31 may 2012-ci il, Mahir isə 30 mart 2021-ci il tarixdə ölmüşlər.

3. Mingəçevir regional “ASAN xidmət” mərkəzinin notariat ofisi tərəfindən verilmiş 18 iyun 2020-ci il tarixli, 2V-376 reyestr nömrəli vəsiyyətnamə ilə müəyyən olunur ki, ünvan 1 ünvanında qeydiyyatda olan Böyükxanım Məhərrəmova ölən günə kimi özünə məxsus olan bütün əmlakını, o cümlədən istənilən Daşınar və Daşınmaz əmlaklarını ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı vəsiyyət etmişdir.

4. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmi ş elektron Çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 161,8 kv.m. olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə Böyükxanım Məhərrəmovanın adına, evin yerləşdiyi 0,06 hektar yaşayış məntəqələrinin torpağı isə X4, X24, Cavabdeh1 Şirin oğlu və X8 ümumi birgə mülkiyyəti hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 37 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydə alınmışdır.

5. X1 qızı Cavabdeh3 xx.xx.2023-cü il tarixdə ərizə ilə notariusa müraciət edərək anasından miras qalmış əmlakdan imtina etdiyini bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Nümayəndə cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 (bundan sonra ca vabdehlər, yaxud ad, soyadı) qarşı (Ağdaş rayon Notariat ofisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iddia ərizəsi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət edərək, ünvan 3 ünvanında yerləşən X4, X31, Cavabdeh1 Şirin oğlu və X8 ümumibirgə mülkiyyətində olan 0,06 ha torpaq sahəsində X1 1/4 hissə payının müəyyən olunması, miras qoyan Böyükxanım Məhərrəmovadan miras qalmış ünvan 3 ünvanında yerləşən 161,8 kv.metr sahədən ibarət yaşayış evinin və həmin ünvanda olan 1/4 hissə torpaq payının yalnız iddiaçı tərəfindən qəbul edilməsinin müəyyən edilməsi, Böyükxanım Məhərrəmovadan miras qalmış ünvan 3 ünvanda yerləşən 161,8 kv.metr sahədən ibarət yaşayış evindən və 0,06 ha torpaq sahəsində olan 1/4 hissə əmlak payına bütöv şəkildə iddiaçının p ayının müəyyən olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1961-ci ildə X30 ilə X1 birgə evliliyindən doğulmuşdur. Valideynlərinin iddiaçıdan başqa X31, Cavabdeh1, Əliyeva (Məhərrəmova) Təranə Əziz qızı, Məhərrəmova (Əsədova) Dürdanə Əziz qızı, Məhərrəmova (Hacıyeva) Fərqanə Əziz qızı, X32 adında, cəmi 7 övladı olmuşdur. X7 ünvan 3 ünvanda yerləşən 161,8 kv.metr sahədən ibarət yaşayış evi və X31, Cavabdeh1 Şirin oğlu və X25 ilə ümumi birgə mülkiyyətdə olan 0,06 ha torpaq sahəsi miras qalmışdır. X18 08 iyun 2020-ci ildə ölən günə kimi ona məxsus olan bütün əmlakını, o cümlədən istənilən daşınar və daşınmaz əmlaklarını iddiaçıya vəsiyyət etmişdir. Miras əmlak iddiaçının idarəçiliyində və sahibliyindədir. İddiaçı mir asın qəbulu ilə bağlı Ağdaş rayon Notariat Ofisinə müraciət etmişdir. Bununla əlaqədar iddiaçıya 08 fevral 2023-cü il tarixli məktubla cavab verilmişdir ki, mirasın bölgüsündə digər vərəsələrlə aralarında mübahisə olduğundan müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etməyi təklif edilmişdir. Göstərilənlərə əsasən sözügedən ünvanında yerləşən X4, X33, Cavabdeh1 Şirin oğlu və X8 ümumibirgə mülkiyyətində olan 0,06 ha torpaq sahəsində Böyükxanım Məhərrəmovanın 1/4 hissə payının müəyyən olunması, miras qoyan Böyükxanım Məhərrəmovadan miras qalmış ünvan 4 ünvanda yerləşən 161,8 kv.metr sahədən ibarət yaşayış evinin və həmin ünvanda olan 1/4 hissə torpaq payının yalnız iddiaçı tərəfindən qəbul edilməsinin müəyyən olunması, Böyükxanım Məhərrəmovadan miras qalmış ünvan 3 ünvanda yerləşən 161,8 kv.metr sahədən ibarət yaşayış evindən və 0,06 ha torpaq sahəsində olan 1/4 hissə əmlak payına bütöv şəkildə iddiaçının payının müəyyən olunmasını istəyir.

8. Məhkəmə iclasında iştirak edən şahid X12 ifadə verərək göstərmişdir ki, iddiaçını tanıyır. Böyükxanım Məhərrəmovanın yas mərasimində iştirak etmişdir. Elxan və anası da yas mərasimində iştirak etmişlər. Böyükxanım vəfat edəndən bir müddət sonra Mahir də vəfat etmişdir. Bundan sonra Mahirin arvadı Sevinc həmin evi kirayə vermişdir.

9. Məhkəmə iclasında iştirak edən şahid X5 göstərmişdir ki, Elxanın anası Sevinclə uzun müddətdir yaxın münasibətləri var. Sevinc Böyükxanımın gəlini olub. Həmin evdə bir dəfə qonaq olmuşdur. Sevincin ərinin anası vəfat etdikdən sonra həmin evdə Mahirin ailəsi yaşamışdır. Mahir də vəfat etdikdən sonra Sevin c və oğlu öz anasıgillə yaşamışdır.

10. Ağdaş Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e2(014)-933/2023 nömrəli 15 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Cavid Sultanov) iddia tələbi qismən təmin edilmiş, Böyükxanım Məhərrəmovadan miras əmlak kimi qalmış ünvan 5 ünvanında yerləşən 161,8 kv.metr sahəsi olan yaşayış evinin və torpaq sahəsinin iddiaçıya vəsiyyət edilməsi nəzərə alınmaqla, o cümlədən iddiaçı və X32 tərəfindən faktiki qəbul edilməsi müəyyən edilməklə, iddiaçnın ünvan 5 ünvanında yerləşən 161,8 kv.metr sahəsi olan yaşayış evinə 3/4 hissə payı, X13 1/4 hissə payı, 0,06 hektar olan torpaq sahəsinə iddiaçının 3/16 hissə payı, X13 1/16 hissə (öz payı ilə birlikdə 5/16) payının müəyyən edilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş elektron Çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən 161,8 kv.metrdən ibarət yaşayış evi mərhum Böyükxanım Məhərrəmovanın tam mülkiyyətində olmuş, 0,06 hektar torpaq sahəsi isə X4, X31, Cavabdeh1 və X13 ümumi birgə mülkiyyətindədir və Böyükxanım Məhərrəmova həmin torpaq sahəsinin 4 mülkiyyətçisindən biridir. Böyükxanım Məhərrəmova bütün əmlaklarını iddiaçıya vəsiyyət etmişdir. Lakin onun məcburi pay sahibi olan vərəsələri (X19, X14, X15, X20, X31, Cavabdeh1 və X32) vardır. X2, X14 miras qoyandan (Böyükxanım Məhərrəmovadan) əvvəl vəfat ediblər. X15 notarial ə rizə yazaraq öz hüququndan imtina etmişdir. Şirin Məhərrəmov və Cavabdeh1 hazırda uzun müddətdir ki, Azərbaycanda yaşamırlar. Tərəflərin şifahi əldə etdiyi məlumata görə X3 vəfat etmişdir. Böyükxanım Məhərrəmovadan miras qalmış torpaq sahəsi və yaşayış evi onun vəfatından dərhal sonra qalan əşyalara və evin özünə sahiblik etməklə iddiaçı və X32 tərəfindən faktiki qəbul edilmişdir. Cavabdeh2 isə öz atasından (X32) qalan əşyalara sahiblik etməklə öz atasından mirası faktiki qəbul etmişdir. Eyni zamanda mərhum Böyükxanım Məhərrəmova ölən günədək özünə məxsus olan bütün əmlakını iddiaçıya vəsiyyət etmişdir. Belə olan halda mübahisə predmeti olan yaşayış evinin 1/2 hissəsi iddiaçının, qalan 1/2 hissəsi isə digər vərəsələrin, eyni zamanda torpaq sahəsi mərhum Böyükxanım Məhərrəmovanın və digər m ülkiyyətçilərin ümumi birgə mülkiyyətində olduğundan Böyükxanım Məhərrəmovanın payına düşən 1/4 hissəsinin 1/8 hissəsi iddiaçının, qalan 1/4 hissəsi isə digər mülkiyyətçilərin paylarıdır.

12. Belə olan halda, məhkəmə hesab etmişdir ki, mübahisə predmeti olan yaşayış evinin 1/2 hissəsi iddiaçının, qalan 1/2 hissəsi isə digər vərəsələrin, eyni zamanda torpaq sahəsi mərhum Böyükxanım Məhərrəmovanın və digər mülkiyyətçilərin ümumi birgə mülkiyyətində olduğundan Böyükxanım Məhərrəmovanın payına düşən 1/4 hissəsinin 1/8 hissəsi iddiaçının, qalan 1/4 hissəsi isə digər mülkiyyətçilərin paylarıdır.

13. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1151.1, 1159.1.3, 1193, 1243.2, 1243.3, 1255-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

14. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə vərəsələrin sayının 7 nəfər olmasına baxmayaraq Böyükxanım Məhərrəmovadan miras qalmış yaşayış evinə 3/4 hissə payı, X13 1/4 hissə payı, 0,06 hektar olan torpaq sahəsinə iddiaçının 3/16 hissə payı, X13 1/16 hissə (öz payı ilə birlikdə 5/16) payı müəyyən etmişdir. Halbuki, Mahir Məhərrəmovun anasından qalan mirası qəbul etdiyi təqdirdə yaşayış evinə iddiaçının 1/2 hissə vəsiyyətnamə üzr ə, 1/2 hissə paya münasibətdə isə 6/7 hissədə müəyyən edilməli, X13 payı isə həmin evin 1/2 hissəsindən 1/7 hissə, yəni 1/14 hissə müəyyən edilə bilərdi. 0,06 hektar olan torpaq sahəsinə isə Böyükxanım Məhərrəmovanın 1/4 hissə payında 1/2 hissə vəsiyyətnamə üzrə, qalan 1/2 hissədə payı 6/7 hissədə, Mahir Məhərrəmovun payı Böyükxanım Məhərrəmovadan miras qalmış 1/4 hissədə payından 1/14 hissə olmuşdur. Məhkəmə qanun üzrə vərəsələrin payını vəsiyyətnamə olmasına baxmayaraq, Mahir Məhərrəmovun payı kimi bölmüşdür. Məhkəmə maddi hüquq normasını pozaraq Mahir Məhərrəmovun məcburi payını müəyyən edərkən qanun üzrə vərəsələri nəzərə almaqla düşən payın yarısına payını müəyən etməli olduğu halda, qanun üzrə vərəsələrin payını 1/2 hissədə bölərək Mahir Məhərrəmova müəyyən etmişdir. Halbuki, məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər. Lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. Məhkəmə iddiaçının payını qanunsuz olaraq Mahir Məhərrəmovun payının artırılmasına yönəltmişdir.

16. Apellyasiya məhkəməsi tərəfindən miras qoyan X1 vərəsəsi (oğlu) X13 arvadı X28; vərəsəsi (qızı) X16 uşaqları - X44 və X36; vərəsəsi (qızı) X26 uşaqları - X22, X23 və X29 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər.

17. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(107)-462/2024 nömrəli 26 sentyabr 2024-cü il tаrixli qətnaməsi ilə (hakimlər Günay Cavadova (sədrlik edən və məruzəçi), Elçin Hüseynov və Əy yub Kərimov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddianın qismən təmin edilməsi, ünvan 3 ünvanında yerləşən Böyükxanım Məhərrəmova, X33, Cavabdeh1 Şirin oğlu və X8 ümumi birgə mülkiyyətində olan 0,06 ha torpaq sahəsində Böyükxanım Məhərrəmovanın 1/4 hissə payının müəyyən olunması, Böyükxanım Məhərrəmovadan miras qalmış ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 161,8 kv.m. olan fərdi yaşayış evinin 6/10 hissəsinə iddiaçının, 1/10 hissəsinə Cavabdeh1, 1/10 hissəsinə X17, 1/10 hissəsinə X13, 1/10 hissəsinə Məhərrəmova (Əsədova) Dürdanə Əziz qızının payının müəyyən edilməsi, Böyükxanım Məhərrəmovadan miras qalmış ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 161,8 kv.m. olan fərdi yaşayış e vinin yerləşdiyi 0,06 ha torpaq sahəsinin 1/4 hissəsinin 6/10 hissəsinə iddiaçının, 1/10 hissəsinə Cavabdeh1, 1/10 hissəsinə X17, 1/10 hissəsinə X13, 1/10 hissəsinə Məhərrəmova (Əsədova) Dürdanə Əziz qızının payının müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

18. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin araşdırılmış və mübahisələndirilməyən halları kimi müəyyən edilmişdir ki, miras qoyan ilə X11 01 avqust 1958-ci il tarixdə bağlanmış rəsmi nikahından yeddi uşağı- Yeganə, Dürdanə, Fərhad, Şirin, Fərqanə, Təranə və Mahir doğulmuşdur. X30 03 sentyabr 2001-ci il, miras qoyan Böyükxanım Məhərrəmova 25 iyul 2020-ci il, onların övladları olan Fərqanə 30 iyul 2011-ci il, Təranə 31 may 2012-ci il, Mahir isə 30 mart 2021-ci il tarixdə ölmüşdür.

19. Mə hkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı, qardaşı X17 Ukrayna Respublikasında yaşadığını və orada öldüyünü bildirsə də, sonuncunun ölümünü təsdiq edən sənədi məhkəməyə təqdim edə bilməmişdir. Miras qoyan Böyükxanım Məhərrəmova ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını qızına-hazırkı iş üzrə iddiaçıya vəsiyyət etmişdir. Miras qoyandan miras qalmış və hazırkı iş üzrə mübahisə predmeti olan əmlaklar bunlardır: ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 161,8 kv.m olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsinin 1/4 hissəsi. Sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi miras qoyanla bərabər digər mülkiyyətçilər- Şirin, Fərhad, Mahirin adına ümumi birgə mülkiyyət hüququ əsasında qeydə alınmışdır.

20. Məhkəmə kollegiyası Mülki Məcəllənin 214.1-ci maddəsinin tə ləbinə uyğun olaraq qeyd etmişdir ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsinin 1/4 hissəsi üzərində miras qoyanın payı müəyyən edilməlidir.

21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşmayaraq qeyd etmişdir ki, şəxsin mirası qəbul etməməsinə görə onun vərəsəlik hüququndan məhrum olması barədə mövqe Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş vərəsəlik və mülkiyyət hüquqlarına ziddir.

22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, miras əmlak barəsində miras qoyanın vəsiyyətnaməsi olduğundan, vərəsələr Cavabdeh1, Cavabdeh3, X32 və X17 miras əmlakdan məcburi pay almaq hüququ yaranmışdır. Miras qoyanın vərəsələri olan X34 (30 iyul 2011-ci il) və X40 (31 may 2012-ci il) miras qoyandan əvvəl vəfat etmişlər.

23. Məhkəmə ko llegiyası hesab etmişdir ki, Mülki Məcəlləsinin 1194-cü maddəsinin tələbinə görə, miras qoyanın övladları Fərqanə və Təranə miras açılan vaxt sağ olmadıqlarından onlar məcburi pay tələb etmək hüququ olan şəxslərin sırasına daxil deyil. Çünki qanunvericiliyin mənasına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 22 aprel 2014-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə görə məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir.

24. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığı nı bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. İş materiallarından görünür ki, miras qoyanın qızı-vərəsəsi Cavabdeh3 06 iyun 2023-cü ildə ərizə ilə notariusa müraciət edərək miras əmlakdan imtina etdiyini bildirmişdir. Beləliklə müəyyən olunmuşdur ki, mirasdan imtina qanunla müəyyən olunmuş müddətdə olmamışdır. Yəni miras əmlak 25 iyul 2020-ci ildə açılmasına baxmayaraq mirasdan imtina 2023-cü ilin iyun ayında həyata keçirilmişdir. Buna görə də, məhkəmə kollegiyası hesab etmişdir ki, vərəsənin mirasdan imtinası qanuni və əsaslı hesab edilə bilməz.

25. Məhkəmə kollegiyası həmçi nin prossesual qənaət prinsipindən çıxış edərək hesab etmişdir ki, miras qoyan Böyükxanım Məhərrəmovadan miras qalmış əmlaklara (fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsinin 1/4 hissəsi) vəsiyyətnamə üzrə vərəsə olan iddiaçının 6/10 payı, mirasdan məcburi pay almaq hüququ olan vərəsələr Cavabdeh1, X32, X31 və Məhərrəmova (Əsədova) Dürdanə Əziz qızının hər birinin 1/10 payı müəyyən edilməlidir.

26. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 214.1, 1133.1, 1133.2, 1134.1, 1134.2, 1151, 1159.1.1, 1160, 1166, 1193, 1194-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarına və Mülki Pros essual Məcəllənin 14.2, 77.1, 217, 384.0.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

27. Qətnamədən iddiaçı (vəkil X27) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə dəyərləndirmə apararkən Mülki Məcəllənin 1196-cı maddəsinin tələblərini pozmuşdur. Məhkəmə kollegiyasının bu bölgüsünə əsasən iddiaçının miras payına müdaxilə baş vermişdir. Böyükxanım Məhərrəmovanın 7 övladı olduğundan bir vərəsə üçün məcburi payın həcmi 1/14 olmalı olduğu halda məhkəmə kollegiyası səhv olaraq mirası 1/10 hissədə bölmüş vəsiyyət üzrə vərəsəyə çatmalı olan payı məcburi paya daxil etmişdir. Bununla məhkəmə kollegiyası maddi hüquq normasının tövsifində səhvə yol vermişdir. Məhkəmə məcburi payın miras qoyandan əvvəl ölən vərəsəyə verilməməsini, məcburi payıq həcminin müəyyən edilməsi ilə əlaqələndirərək hesab etmişdir ki, məcburi payın hesablanması zamanı sağ olmayan birinci növbə vərəsənin payı vəsiyyət və məcburi pay almaq hüququ olan vərəsələr arasında bölüşdürülməlidir. Bu isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin tələblərinə ziddir. Belə ki, iddiaçıya Böyükxanım Məhərrəmova vəsiyyətnamə qoymasaydı sonuncunun əmlakına qanun üzrə vərəsəlik açılsaydı, miras qoyandan əvvəl ölən X34 (30 iyul 2011-ci il) və X26 (31 may 2012-ci il) övladları analarına düşən pay həcmində miras alacaqlardı. Hansı ki, məhkəmə ko llegiyası həmin nəvələri iş üzrə 3-cü şəxs qismində cəlb etmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə qətnamə qəbul edərkən Mülki Məcəllənin 1193, 1196-cı maddəsinin tələbləri səhv təfsir etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

29. Maddə 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır.

30. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

31. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

32. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

33. Maddə 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər.

34. Maddə 1151. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

35. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa g ötürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar.

36. Maddə 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.

37. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.

38. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

39. Maddə 1194. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

42. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya instansiyası m əhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

50. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

51. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu poz untu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

52. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən iddianın təmin olunmayan hissəsində qismən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin h issədə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

55. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tar ixli qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam o lunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar....Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyri-müəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair Konstitusiya təminatına da xələl yetirmiş olur”.

56. Hazırda iddiaçı kassasiya şikayətində - miras qoyan Böyükxanım Məhərrəmovanın 7 övladı olduğundan bir vərəsə üçün məcburi payın həcminin 1/14 olmalı olduğu halda apellyasiya məhkəməsinin səhv olaraq mirası 1/10 hissədə bölməsini, bununla vəsiyyət üzrə vərəsəyə çatmalı olan payın məcburi paya daxil etməsini, iddiaçıya vəsiyyətn amə qoyulmasaydı, miras əmlaka qanun üzrə vərəsəlik açılsaydı, miras qoyandan əvvəl ölən X34 (30 iyul 2011-ci il) və X26 (31 may 2012-ci il) övladlarına analarına düşən pay həcmində miras alacağını, məcburi payın hesablanması zamanı sağ olmayan birinci növbə vərəsənin payının vəsiyyət və məcburi pay almaq hüququ olan vərəsələr arasında bölüşdürülməli olmasını qeyd edərək, məhkəmənin gəldiyi nəticənin Mülki Məcəlləsinin 1193-cü maddəsinin tələblərinə zidd olmasını göstərmişdir.

57. Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlili ilə bağlı qeyd edir ki, kassasiya şikayətində göstərildiyi kimi hər bir vərəsə üçün məcburi payın həcmi 1/14 müəyyən edildiyi halda, iddiaçının payı müvafiq olaraq 8/14 (yəni 4/7 pay) olmalı idi ki, bu qaydada aparılmış bölgü iddiaçıya aid hissədə müəyyən edi lmiş 6/10 (yəni 3/5 pay) payla eynilik təşkil etmiş olardı ki, bu halda apellyasiya məhkəməsinin gəldiyi həmin nəticə, vəsiyyət üzrə vərəsəyə çatmalı olan payın məcburi paya daxil etməsi kimi qiymətləndirilə bilməz. Odur ki, kassasiya şikayətinin həmin dəlili əsassızdır.

58. Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının kassasiya şikayətində mübahisələndirilən hissədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini, miras qoyanın övladları X34 və X26 vərəsələri mübahisələndirə bilərlər. Hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş vərəsələr tərəfindən isə qətnamədən kassasiya şikayəti verilməmişdir.

59. X57 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüs usən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

60. Odur ki, kassasiya instansiyası məhkəməsi, apellyasiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, mübahisələndirilən hissədə işin halları apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, kassasiya şikayətində qeyd olunan digər dəlilləri araşdırmağa lüzum yoxdur.

61. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya ş ikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Yekun olaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassas iya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

62. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

63. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

64. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayət i təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-462/2024 nömrəli, 26 sentyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar