Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4932/2020 02.11.2020 ALİ MƏHKƏMƏ İddiaçı cavabdehlər Cavabdeh1 və XXXrayon notariat kontoruna qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 X16) iş üzrə QƏRARİ (Açar sözlər: mirasın qəbulu müddəti, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və XXX Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, Cavabdeh1 vəkili Orucov Söhrab Kərim oğlunun iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-888/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçıtərəf indən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İlyas XXX ilə XXX XXXanın birgə nikahından X12 doğulmuşdur. X12 ilə XXXa (XXXa) XXXXXX qızının birgə nikahından İddiaçı (bundan sonra – iddiaçı) və Cavabdeh1 (bundan sonra – cavabdeh) doğulmuşdur. XXXa XXXXXX qızı xx.xx.1999-cu il tarixdə, X12 xx.xx.2003-cü il tarixdə, X13 isə xx.xx.1982-ci il tarixdə ölmüşdür. ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 63.2 kv.m., yaşayış sahəsi 42.1 kv.m., yardımçı sahəsi 21.1 kv.m. olan bir mərtəbəli iki otaqlı fərdi yaşayış evi və cəmi sahəsi 82.4 kv.m olan həyətyanı tikililər və qurğular üzərində X7, həmin evin yerləşdiyi 0.07 hektar həyətyanı torpaq sahəsi üzərində isə X8 tam mülkiy yət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. X1 miras qalan 0.07 hektar həyətyanı torpaq sahəsini oğlu XXX XXX faktik olaraq qəbul etmiş, lakin vərəsəlik hüquq münasibətləri sonuncu tərəfindən rəsmiləşdirilməmişdir. X13 və X12 ölən günədək həmin evdə yaşamışlar. Vəfat etdikdən sonra təsərrüfatlarında Cavabdeh1 qalmışdır. Cavabdeh1 xx.xx.2013-cü il tarixdə mərhum X8 və X7 ölümündən sonra onlardan qalan miras əmlakların- qəbul edilməsi üçün notariat kontoruna müraciət etmiş, ona XXXrayon Dövlət Notariat Kontorunda (bundan sonra – cavabdeh notariat ofisi) xx.xx.2013-cü il tarixdə müvafiq olaraq 2v–01–128 və 2V–01–127 nömrəli reyestrlərdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. ünvan 1 ünvanında yerləşən f ərdi yaşayış evinə dair Cavabdeh1 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Ərazi İdarəsi (bundan sonra – üçüncü şəxs) tərəfindən ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il tarixli reyestrdən çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərərək mərhum atasından miras qalmış əmlaka dair XXXrayon notariat ofisi tərəfindən cavabdehin adına tərtib edilmiş xx.xx.2013-cü il tarixli 2V–01–127 və 2V–01–128 reyestr nömrəsi ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, cavabdehin adına tərtib edilmiş xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab olunması, mərhum atasından miras qalmış torpaq sah əsinin ½ hissəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ½ hissəsinə onun qanun üzrə vərəsə tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, atasının ölümündən sonra babasından miras qalmış torpaq sahəsi və atasından miras qalmış fərdi yaşayış evindən ibarət miras əmlak həm onun, həm də qardaşı olan cavabdeh tərəfindən faktiki olaraq qəbul olunmuşdur. Buna baxmayaraq, cavabdeh hər iki miras əmlaka qanun üzrə vərəsəlik şəhadətnaməsi əldə edərkən iddiaçının vərəsə olduğunu gizlətmiş və yalnız özünü tək vərəsə kimi təqdim etmişdir. Halbuki, iddiaçı da cavabdehlə birlikdə miras mülkdə doğulmuş, orada böyümüş, valideynlərinin ölümündən sonra hər ikisi mübahisəli miras mülkdə yaşamış və mirası faktiki qəbul etmişdir. Hazırda hə r ikisi miras mülkdə yaşayırlar. Ona görə iddiaçı da cavabdehlə bərabər valideynlərindən qalmış mirasa bərabər payda vərəsə tanınmalıdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, cavabdeh, atası, anası və bacısı olan iddiaçı ilə birlikdə 1995-ci ildən daimi yaşamaq üçün Ukraynaya köçmüş və həmin ölkənin vətəndaşlığını qəbul edərək orada yaşamışlar. Anaları xx.xx.1999-cu il tarixdə öldükdən sonra qalan ailə üzvləri həmin evdə yaşamışdır. 2003-cü ilin əvvəlində atası xəstə olduğuna görə Ukraynada olan evlərini sataraq pulunu iddiaçının təhsil haqqına vermişdir. Ondan sonra tərəflərin atası XXXrayonun XXX qəsəbəsində yerləşən mübahisəli evə köçmüş, iddiaçı Ukraynada qalaraq Tibb Universitetində təhsilini davam etdirmiş, cavabdeh isə işləm ək üçün X2 şəhərinə getmişdir. xx.xx.2003-cü il tarixdə ataları ölmüş, onun bütün dəfn xərclərini cavabdeh təkbaşına çəkmişdir. Çünki həmin vaxt iddiaçı tələbə olmuşdur. Atasının 40 mərasimindən sonra iddiaçı təhsilini davam etdirmək üçün Ukraynaya, cavabdeh isə Rusiya Federasiyasına qayıtmışdır. Atasının sağlığında tərəflər arasında mübahisəli fərdi yaşayış evinin cavabdehin payına düşdüyü barədə şifahi razılaşma olmuşdur. Ona görə də atasının ölümündən sonra köhnə təmirli olan mübahisəli miras mülkü cavabdeh öz vəsaiti hesabına təmir etdirmiş, sonra isə xalası XXXənin vasitəsi ilə evi ayrı-ayrı şəxslərə kirayəyə vermişdir. Çünki cavabdeh işi ilə əlaqədar, iddiaçı isə təhsil aldığına görə miras mülkə gələ bilməmişdir. Lakin daima miras mülk cavabdehin nəzarətində olmuşdur. Xalası XXXə kir ayə haqqını hər ay cavabdehə göndərmişdir. 2011-ci ildə cavabdeh ailə qurmaq üçün mübahisəli evi təkrar təmir etdirmiş, mövcud olan iki otaqdan əlavə bir otaq da inşa etdirmiş və evin dam örtüyünü, qapı-pəncərələrini, döşəmələrini tam şəkildə dəyişdirmiş, evdə müasir tipli istilik sistemi quraşdırmış, evin abadlaşması üçün bir sıra zəruri təmir işləri aparmış və bundan sonra onun ailəsi daimi olaraq orada yaşamışdır. İddiaçı isə 2011-ci ildə Bakı şəhərinə gəlmiş, özəl klinikada işləmiş və 2015-ci ilə qədər orada kirayədə yaşamışdır. Sonra Gəncə şəhərinə köçmüş və orada işləmişdir. İddiaçı 2016-cı ildə XXX qəsəbəsində işə düzəlmiş və ondan sonra miras mülkdə yaşamışdır. İddiaçının heç vaxt cavabdehlə miras mülk üstündə mübahisəsi olmamışdır. İddiaçı miras evin qardaşının adına sənədləşməsin i bilmiş, lakin heç vaxt etiraz etməmişdir. İddiaçının bütün proseslərdən xəbəri və məlumatı olmuşdur. İddiaçının heç vaxt mirası qəbul etmək niyyəti olmamışdır. O səbəbdən də iddiaçı mirası nə faktiki, nə də notariat kontoruna ərizə verməklə qəbul etməmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X14 ifadəsində cavabdehin xalası XXXənin vasitəsi ilə miras evi bir nəfər polis işçisinə kirayə verdiyini, mübahisəli evə kimin gəlib-getməsindən onun məlumatının olmadığını, sonradan kiçik xalası Aidənin orada yaşadığını eşitdiyini, iddiaçının atasının ölümündən sonra yay aylarında gəldiyini, lakin mübahisəli ev uzun müddət kirayədə olduğuna görə iddiaçının xalası evində qaldığını, 2011-ci ildə cavabdehin toy etdiyini, toy ərəfəsində ca vabdehin evin dam örtüyünü dəyişdirdiyini, bundan sonra isə iddiaçının cavabdehin ailəsi ilə birlikdə həmin evdə yaşadığını, yaşadığı müddətdə iddiaçının da həmin evdə təmir işləri gördürdüyünü bildirmişdir. İddiaçının vəsatəti əsasında ifadə vermiş şahid X4 iddiaçının atasının 40 mərasiminə qədər evdə qaldığını, cavabdehin isə 7 mərasimini verdikdən sonra getdiyini və 40 günü gəldiyini, qırx mərasimi verildikdən sonra tərəflərin hər ikisinin getdiyini, ondan sonra evdə heç kimin qalmadığını bildirmişdir. XXXRayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(076)2636/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim N.Paşayev) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən miras əmlak nə faktik, nə də qanunla müəyyən edilmiş qaydada qəbul edilməmişdir. Belə ki, miras açılan zaman iddiaçı təhsilini davam etdirmək üçün Azərbaycan Respublikası hüdudlarından kənarda olmuş, mirası qəbul etmək üçün notariat kontoruna yazılı müraciət etməyə hər hansı maneə olmadığı halda bu cür müraciət etməmiş, qanunla müəyyən olunmuş müddətdə mirası faktiki olaraq da qəbul etməmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı hazırkı tələb üzrə iddia qaldırarkən subyektiv hüquqa malik olmamışdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 217.2, 217.3, 218.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1145, 1146, 1151, 1133, 1159.1.1, 1159.1.3, 1243.1, 1243.2, 1243.3, 1245, 1246, 1273-1, 1262, 1263-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-888/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Şəfiyev (sədrlik edən və məruzəçi), Ş.RzaXXX və A.Hüseynzadə), birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilmiş, iddiaçının apellyasiya şikayəti təmin olunmamış, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iş materiallarında iddiaçının mərhum atası XXX XXXdən miras qalan əmlakı faktiki olaraq qəbul etməsini təsdiq edən sübutlar mövcud deyildir. İddiaçının 40 mərasimində iştirak etməsi, mirası qəbul etməyə yönələn hərəkət olmayıb, ölmüş şəxsin yas mərasimi ilə bağlı adət-ənənədən irəli gələn vəzifələrin icrasına xidmət edən hərəkətdir. İddiaçının atasının ölümündən sonra sadəcə orada 40 gün yaşaması, özlüyündə mirası faktiki qəbul etməsi kimi qiymətləndirilə bilməz. Onun bu hərəkətini mirasın faktiki qəbul edilməsi kimi qiymətləndirmək mümkün deyildir. İddiaçının mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyən, məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşımasından ibarət olan hərəkətləri, miras qoyanın əmlakını faktiki cəhətdən ələ keçirib ona sahiblik etməsini göstərən faktlar yoxdur. İddiaçı onun tərəfindən atasından qalmış mirası qəbul etməsini sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfin vəsatəti əsasında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə tərəflərin xx.xx.2003-c ü il tarixdən hazırki vaxta kimi Azərbaycan Respublikasının dövlət sərhədini keçib-keçməməsi, keçmişsə ölkədən giriş və çıxış tarixlərinin hansı tarixlərdə olması barədə sorğu verilmiş, həmin sorğuya cavab məktubunda göstərilmişdir ki, İddiaçı xx.xx.2003-cü il tarixdən sonra Azərbaycan Respublikasına ilk girişi xx.xx.2004-cü il tarixdə, Cavabdeh1 girişi isə xx.xx.2003-cü il tarixdə olmuşdur. Cavabdeh atasının ölümünün səhəri günü, yəni xx.xx.2003-cü il tarixdə ölkəyə giriş etmişdir. İddiaçı isə atasının ölümündən 6 ay sonra, yəni xx.xx.2004-cü il tarixdə ölkəyə giriş etmişdir. Belə olan halda, iddiaçının apellyasiya şikayətində mirasın qəbulu kimi istinad etdiyi, birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X4 ifadəsində qeyd olunan “iddiaçının atasının 40-na qədər evdə qalması” barədə ifadəsinin mötəbər sübut kimi qəbul edilməsi məsələsi ortaya çıxır. Lakin şahidin bu ifadəsini əks tərəf mübahisələndirmir. Həmçinin, iddiaçının atasının ölümündən sonra 40 gün orada qalması faktı yuxarıda təhlil olunmuşdur və mirası qəbul etmə nöqteyi-nəzərindən qiymət verilmişdir. Qeyd olunanlara əsasən məhkəməm hesab etmişdir ki, iddiaçı tərəfindən miras əmlak nə faktik olaraq, nə də qanunla müəyyən edilmiş qaydada notariat kontoruna ərizə verməklə qəbul edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, mərhum X6 qalmış mirası, onun ölümündən sonra qanun üzrə birinci növbəli vərəsəsi olan oğlu Cavabdeh1 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini abadlaşdırmaqla və ondan təyinatına uyğun istifadə etməklə, yəni kirayəyə verməklə faktiki olaraq qəbul etmişdir. Bu hal şahid X 9 (tərəflərin əmisi) ifadəsində təsdiqini tapmışdır. Həmin şahid ifadəsində göstərmişdir ki, “cavabdeh xalası XXXənin vasitəsi ilə miras evi bir nəfər polis işçisinə kirayə vermişdir. Mübahisəli evə kimin gəlib– getməsindən onun məlumatı olmamış, çünki o, həmin evlə heç vaxt maraqlanmamışdır. Sonradan kiçik xalası Aidənin orada yaşadığını eşitmişdir.” Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının mirası qəbul etməsi müəyyən edilmədiyinə görə, vərəsəlik şəhadətnaməsinin verilməsinin qanuniliyinin digər əsaslar üzrə yoxlanmasına zərurət qalmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkil X11) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və i şin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam araşdırmamış, işdə olan sübutlara düzgün qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iş üzrə iddiaçı, di gər cavabdehin və üçüncü şəxsin nümayəndələri hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. İddiaçı və onun vəkili ayrı-ayrılıqda məhkəməyə teleqramlar göndərərək müəyyən səbəblərə görə məhkəmə iclasında iştirak edə bilmədiklərindən işin təxirə salınmasını xahiş etsələr də xüsusən iddiaçı dəlilini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad et məyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-ol unmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə yeganə iddiaçı olan kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1243.2 (mirasın açıldığı zaman qüvvədə olan redaksiya). Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. MPM Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarı Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkət lərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmas ı və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassator apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulduğunu ümumi ifadələrlə qeyd etsə də, bunun nədən ibarət olmasını əsaslandırmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. İşə baxan məhkəmələr MPM-in 77.1-ci maddəsinə əsasən iddia tələbini təsdiq edən sübutları təqdim etmə vəzifəsinin iddiaçının üzərində olduğunu müəyyən etmiş və iş materialları əsasında belə qənaətə gəlmişlər ki, iddiaçı tərəfindən miras əmlak nə fa ktik, nə də qanunla müəyyən edilmiş qaydada qəbul edilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-888/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4932/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4932/2020
02.11.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver