Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4935/2020 25.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər cavXna, Cavabdeh2nə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1548/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh cavXtərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı 1. cavu ilə X7 xx xxxxx 1991-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə “Mustafayev”, arvada isə “Osmanova” soyadı verilmişdir.
2. Xanlar (indiki Göygöl) şəhəri, Qarabağ küçəsi 63 nömrəli mənzil X2 mülkiyyətindədir (Xanlar RİHB-nin xx.xx.1992-ci il tarixli sərəncamından çıxarışa əsasən 5/94 nömrə ilə reyestrdə qeydə dair qeydiyyat vəsiqəsi). 3. ünvan 1 ünvanında yerləşən mənzil mülkiyyət kimi cavnun adına qeydə alınmışdır (Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Gəncə Şəhər Ərazi İdar əsi tərəfindən verilmiş RX seriyalı № ******* nömrəli, qeydiyyat nömrəsi № **********, qeydiyyat tarixi xx.xx.2018ci il olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış).
4. Mustafayev Məmməd Daşdəmir oğlu xx.xx.2009-cu il tarixdə Göygöl rayonunda ölmüşdür (Göygöl rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, № 525142 nömrəli, xx xxxx 2012ci il tarixli ölüm haqqında şəhadətnamə).
5. Qızbəs Osmanova sağlığında – xx xxxxxx 2016-cı il tarixdə evini İddiaçı vəsiyyət etməklə, bu barədə vəsiyyətnamə vermişdir.
6. X7 xx xxxx 2018-ci il tarixdə Göygöl rayonunda ölmüşdür (Göygöl rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, № 909117 nömrəli, xx xxxx 2018-ci il tarixli ölüm haqqında şəhadətnamə). a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlər Cavabdeh2nə və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl rayon notariat kontoru tərəfindən cavXnun adına verilmiş xx.xx.2018-ci il tarixli, 2V-73 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqında şəhadətnamənin və RX serialı, ******* saylı çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etsə də, daha sonra iddiaçının nümayəndəsi və vəkili Şahlar Tağıyev məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Göygöl rayon notariat kontoru tərəfindən X4 adına verilmiş xx.xx.2018-ci il tarixli 2V-73 reyestr nömrəli “qanun üzrə vərəsəlik hüququ haqında” şəhadətnamənin və RX seriyalı ******* saylı çıxarışın etibarsız hesab edilməsi barədə qətnamənin ç ıxarılmasını xahiş etmişdir.
8. İddiaçı nümayəndəsi və vəkili X9 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə qeyd olunan iddia tələbi üzrə Gəncə şəhəri, S.Hacıyev küçəsi ev 129-da yaşayan cavXnun cavabdeh qismində işə cəlb edilməsini məhkəmədən xahiş etmiş, məhkəmə iddiaçıların qeyd olunan ərizəsini məqsədəuyğun hesab edərək cavXnun cavabdeh qismində işə cəlb etmişdir.
9. Göygöl Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(066)-1240/2019 saylı qətnaməsi ilə (sədrlik edən hakim Rafiq Məmmədov) iddia təmin edilmiş, cavabdeh cavXnun adına Cavabdeh2 tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 2V-73 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı № ******* nömrə li, qeydiyyat nömrəsi № ********** qeydiyyat tarixi xx.xx.2018-ci il olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, iş üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 225.1, 225.4, 1133.1, 1166, 1243.1, 1243.2-ci maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 35, 36.1, 37.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
11. İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh cavX apelyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(066)-1240/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
12. İş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(104)-1548/2020 saylı qətnaməsi ilə cavabdeh V.Mustafayev tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Göygöl Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(066)1240/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
13. Apelyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilmişdir ki, Göygöl Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(066)-970/2018 nömrəli qətnaməsinə əsasən cavXnun Xanlar (indiki ünvan 2 ünvanda yerləşən, atası X1 miras qalmış əmlakı qəbul edilməsi faktı müəyyən edilmişdir. Həmin qətnamə əsasında cavXna xx xxxxxx 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı № ******* nömrəli, qeydiyyat nömrəsi № **********, qeydiyyat tarixi xx.xx.2018-ci il olan çıxarış verilməklə, ünvan 1 ünvanında yerləşən mənzil cavXnun mülkiyyəti kimi onun adına qeydə alınmışdır. X12 Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(104)-874/2019 nömrəli qərardadı ilə Göygöl Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(066)-970/2018 nömrəli qətnaməsi ləğv edilmiş və ərizə baxılmamış saxlanılmışdır.
14. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Göygöl Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə ləğv edildiyindən, həmin qətnamə əsasında cavXna verilmiş xx xxxxxx 2018-ci il tarixli qanun üzrə v ərəsəlik hüququ haqqında şəhadətnamə və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış etibarsız hesab edilməlidir.
15. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.4, 1133.1, 1166, 1243.1, 1243.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
16. Cavabdeh cavX və vəkili Babayev Rəşad Nizami oğlu kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1548/2020 saylı mülki iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları c) Kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xanlar RİH ba şçısının xx.xx.1992-ci il tarixli, 301 saylı sərəncamına əsasən Göygöl şəhəri, S.Hacıyev küçəsi, 63 saylı ev Nəbinin atası X3 əvəzsiz olaraq verilmişdir. Mamed Mustafayev xx.xx.2009-cu il tarixdə vəfat edən zaman həmin əmlakın faktiki olaraq heç bir sənədi olmamışdır. Bundan sonra da 2018-ci il tarixdə Qızbəs vəfat edənə qədər də həmin əmlakın sənədi olmamışdır. Göründüyü kimi, qeyd edilən mənzil mərhum M.Mustafayevə əvəzsiz qaydada verildiyindən, həmin mənzil birgə nikah dövründə əldə edilən əmlak kimi qiymətləndirilə bilməz. Bundan başqa, nə vəsiyyətnamə tərtib edilərkən, nə də miras açılan zaman mərhum Qızbəs Osmanovanın adına nəinki cavabdehin iddia etdiyi mənzillər, ümumiyyətlə heç bir əmlak olmamışdır. Şikayətin hüquqi əsası kimi, Mülki Məcəllənin 1152-ci maddəsinə istinad edilmişdir.
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. İddiaçı məhkəməyə teleqram ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə digər tərəflər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
20. Maddə 139-1.1.4 Qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüq uqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:
21. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
22. Maddə 1166 Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.
23. Maddə 1243.1 Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
24. Maddə 1243.2 (mirasın açıldığı zaman qüvvədə olan redaksiyası). Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
27. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual h üquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
28. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
29. Maddə 417.1.4 Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.
30. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
31. Kassasiya instansiyası məhkəməsi şikay ətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (26).
32. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (27).
33. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır (26). Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instans iya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. İş üzrə cavabdeh cavX kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya inst ansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin aşağıdakı faktiki halları müəyyən edilmişdir. Belə ki, Mustafayev Məmməd Daşdəmir oğlu ilə X7 xx xxxxx 1991-ci il tarixdə rəsmi nikaha daxil olduqdan sonra Xanlar Rayon İH başçısının xx xxxx 1992-ci il tarixli 301 nömrəli sərəncamının çıxarışına əsasən Xanlar rayon Mənzil İstismar İdarəsinin mənzil fonduna daxil olan Xanlar şəhəri, Qarabağ küçəsi, 63 nömrəli evdə yaşayan X2 yaşadığı evin (mənzil) ümumi sahəsi 68.3 kv.m, o cümlədən yaşayış 2 otaq sahəsi 53,8 kv.m, mətbəx 14,5 kv.m, tövlə 23,1 kv.m olan dəyəri 7.589 manat olmaqla kompensasiya kimi şəxsi mülkiyyətinə keçirilməsi qərara alınmış və onun adına qeydiyyat vəsiqəsi verilmişdir. Məmməd Mustafa yev xx.xx.2009-cu il tarixdə öldükdən sonra ona məxsus qeyd edilən mənzildə X7 yaşamaqla, miras əmlakı faktiki olaraq qəbul edərək, sahibliyi həyata keçirmiş, həmin evi X6 notariat qaydasında təsdiq edilmiş vəsiyyətnamə əsasında vəsiyyət etmişdir.
37. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, mirasın cavX tərəfindən faktiki qəbulu faktını müəyyən edən Göygöl Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə ləğv edilərək ərizə baxılmamış saxlanıldığından, həmin qətnamə əsasında cavXna verilmiş xx xxxxxx 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə iş üzrə qəbul edilmiş məhkəmə qətnamələri qanuni və əsaslıdır.
38. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir, eyni zamanda həmin dəlillərlə apelyasiya şikayətinin dəlilləri eyni olduğundan və həmin dəlillərə apelyasiya məhkəməsi tərəfindən hüquqi qiymət verildiyindən və kollegiya apelyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşdığından kassasiya şikayətində göstərilən dəlillərə təkrar qiymətləndirilməsinə zəmin görmür.
39. Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər (33).
40. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir.
41. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh cavX tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1548/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.