Məhkəmə qərarları › İş №2(102)-4937/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4937/2021

28.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4937/2021 28.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (üçüncü şəxs Gəncə şəhəri 01 saylı Notariat Kontoru, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik şəhadətnaməsinin, çıxarışın ləğv edilməsi, qanun üzrə vərəsə hesab olunma və miras əmlakın paylara bölünməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Cavabdeh, vəkili Əliyev Camal Mübariz oğlunun iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 mart 2021-ci il tarixli, 2(104)640/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 28 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X1 06 aprel 2017-ci il tarixdə vəfatından sonra ünvan 1 ünvanında yerləşən 14 nömrəli mənzil miras qalmışdır. Miras qoyanın ölümündən sonra birinci növbə vərəsələr - X3 və Cavabdeh notariat ofisinə müraciəti əsasında onlara qanun üzrə vərəsəlik hüququ haqqında 13 oktyabr 2017-ci il tarixli şəhadətnamə verilmişdir. 13 oktyabr 2017-ci il tarixdə Pərvanə Yusubova miras əmlakdakı payını bacısı Cavabdeh bağışladığından fərdi yaşayış evi tam olaraq sonuncunun mülkiyyətinə keçmiş və hüquqların dövl ət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 18 oktyabr 2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən 14 saylı mənzilə dair 13 oktyabr 2017-ci il tarixdə ünvan 3ariat Ofisi tərəfindən verilmiş 2V-1-223 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin, bunun əsasında həmin mənzilə dair Cavabdeh adına verilmiş 18.10.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və həmin mənzilə özünün və cavabdehin vərəsəlik hüququnun tanınaraq miras əmlakın bərabər payla bölgüsün ün aparılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil onun atası X2 məxsus olmuşdur. Atası 06 aprel 2017-ci ildə vəfat etmişdir. Atasına sağlığında özü baxmışdır və atası vəfat etdikdən sonra mirası faktiki qəbul edib atasının qəbrini də özü düzəltdirmişdir. Cavabdehlə aralarında olan mübahisə ilə bağlı münasibətləri tamamilə pozulmuşdur. Yaxın vaxtlarda məlum olmuşdur ki, cavabdeh mərhum atasına məxsus miras əmlakı ondan xəbərsiz öz adına keçirmişdir. Cavabdeh notariat orqanına saxta arayış verməklə onun adını qanun üzrə vərəsələr sırasından çıxarmışdır.

4. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli, 2(043)1028/2020 nömrəli (hakim T.Qocayev) qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

5. Məh kəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mirasın qəbul edilməsi mirasqoyanın ölümündən sonra ən geci 6 ay müddətində notariat kontoruna ərizə verməklə və ya miras əmlaka sahiblik və faktik idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə mümkündür. İddiaçı notariat kontoruna mirası qəbul etməsi barədə ərizə verməmişdir. Eyni zamanda iddiaçı miras əmlaka sahiblik etməsi və faktik idarə etməsi barədə də məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçının atasında qalmış bəzi əşyaları miras kimi qəbul etməsinə münasibətdə isə məhkəmə həmin əşyalardan paltarların məhz mirasqoyana məxsus olması ilə bağlı hər hansı sübutun təqdim edilməməsi ilə yanaşı eyni zamanda qeyd etmişdir ki, hətta mirasqoyana məxsus olan bu əşyalar iddiaçıda olmuş olsa belə, bu fakt özlüyündə miras ın faktiki qəbulu kimi qiymətləndirilə bilməz. Çünki, mirasın faktiki qəbulu dedikdə vərəsənin miras əmlaka sahibliyi və miras əmlakı idarə etməsinin elə forması nəzərdə tutulur ki, bu zaman mirasın qəbul edilməsi şəksiz nümayiş etdirilir və heç kəsdə şübhə doğurmur. Mirasqoyana məxsus olan və mühüm dəyəri olmayan əşyaların vərəsə tərəfindən götürülməsi isə mirasa sahibliyin və mirası idarə etmənin şəksiz nümayiş etdirilməsi kimi qiymətləndirilə bilməz. Mirasqoyanın pasportunun iddiaçıda olması ilə bağlı iddia ilə əlaqədar məhkəmə qeyd etmişdir ki, pasport əmlak hesab edilmədiyindən ümumiyyətlə mirasın kütləsinə daxil deyildir. Həmçinin qeyd edilmişdir ki, mirasqoyanın sağlığında üzərində sərəncam verdiyi əmlak miras kimi qiymətləndirilə bilməz. Eyni zamanda qanunvericilikdə vəsiyyətnaməni n yalnız yazılı tərtib edilməsi nəzərdə tutulduğundan bu, vəsiyyət kimi də qiymətləndirilə bilməz və yalnız bağışlama kimi nəzərə alına bilər.

6. Məhkəmə hesab etmişdir ki, iddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığına istinad etməklə cavabdehin xeyrinə daşınmaz əmlakın dövlət reyestrində aparılmış mülkiyyət hüququ haqqında qeydin onun daşınmaz əmlaka hüquqlarını pozduğunu iddia etsə də, şəhadətnamənin etibarsız olduğunu və beləliklə daşınmaz əmlaka hər hansı hüquqlarının olduğunu sübuta yetirə bilmədiyindən cavabdehə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbi də rədd edilməlidir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki 1146,1151,1159,1179,1243,1246-cı maddələrinə istinadla əsaslandırmışdır. Məcəlləsinin b) A pellyasiya instansiyası məhkəməsindəki icraat

8. İddiaçı Kəpəz Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 mart 2021-ci il tarixli, 2(104)-640/2021 saylı qətnaməsi ilə (hakimlər R.Ş.Muradov (sədrlik edən və məruzəçi), F.Ə.Mehtiyev və Ə.İ.Məmmədov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli 2(043)1028/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək, qeyd etmişdir ki, iddiaçı miras qoyanın ölümündən sonra mirası faktiki olaraq qəbul etməsini bildirsə də, iş materialları ilə sonuncunun bu dəlili sübut olunmur. Miras qoyanın sağlığında, eləcədə onun ölümündən sonra miras qalmış evdə Pərvanə Yusubova yaşamışdır. Mirasın qəbulu ilə bağlı Pərvanə Yusubova və Cavabdeh notariat orqanına müraciət etmişlər. İddiaçı isə mirasın qəbulunda və idarə olunmasında iştirak etməmiş, sonuncu yalnız müxtəlif vaxtlarda mübahisəli evə gedibgəlmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddianı təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

11. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətn aməsinin ləğv olunması və işin yeni məhkəmə baxışına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi məhkəməyə təqdim edilən vərəsəlik işində cavabdehə vərəsəlik şəhadətnaməsi verilərkən nə üçün iddiaçının adının vərəsələrə dair arayışda olmamasına, notariusun nə üçün vərəsələrin dairəsinə dair arayışı vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsindən deyil küçə üçlüyündən almasına və bu küçə üçlüyündən alınan vərəsələrin dairəsi gizlədilmiş arayışı əsasında vərəsəlik şəhadətnaməsi verməsinə heç bir hüquqi qiymət verməmişdir. İşə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət v erməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları, həmçinin iddiaçının 152.1-ci maddəsində nəzərdə tutulan mülkiyyət hüququ pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında Cavabdeh və vəkili Əliyev Camal Mübariz oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etdilər.

15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat ve rmədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1133. Vərəsəlik anlayışı 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1145. Mirasın açılması Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1146. Mirasın açıldığı vaxt Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə m əhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1159. Qanun üzrə vərəsələr 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1243. Mirasın qəbul edilməsi 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. [ 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hes ab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1246. Mirasın qəbul edildiyi müddət Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstəri r. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə

81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq o laraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

18. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

19. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

20. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə ol unmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

21. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsa s yoxdur.

23. Məhkəmə kollegiyası qeyd edir ki, vərəsəliklə bağlı Mülki Məcəllənin müddəalarının təhlili onu deməyə əsas verir ki, vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. İstər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə, ona bölünə bilər ki, o, mirası qəbul etmiş olsun.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında göstərmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir.

25. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir.

26. İşə baxmış məhkəmələr bu baxımdan işin hallarını araşdırmış və iddiaçının atası vəfat etdikdən sonra üç ay müddətində ondan miras qalmış əmlakı qəbul etmək üçün notarial qaydada müraciət etməsini müəyyən etməmişdir.

27. İddiaçının atasından qalmış mirasın faktiki olaraq qəbul edilməsi araşdırılarkən nəzərə alınmalıdır ki, mirasın qəbulu əqddir. Mira sın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsin-vərəsənin iradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığı tələb etmir. Həmçinin mirasın qəbul edilməsi könüllü əqddir. Vərəsə mirası qəbul etməyə məcbur edilə bilməz. O, mirası öz istəyi, iradəsi və mülahizəsinə görə qəbul edir.

28. Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırı lmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Miras qoyana məxsus olan və miras əmlakın kütləsinə daxil olub-olmaması müəyyən olunmayan, təyinatına görə ailən in ümumi istifadəsi üçün nəzərdə tutulmuş əşyaların qəbul edilməsi və ya miras qoyan tərəfindən vərəsəyə verilməsi məqamının mirası qəbul etmə kimi qiymətləndirilməsi mülki işin qanuni həlli baxımından qənaətbəxş hesab oluna bilməz. İşin bu qaydada həll edilməsi isə əks tərəfin Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş hüququnun pozulmasına səbəb olur.

29. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxmış məhkəmələr tərəfindən iddiaçının qanunla müəyyən olunmuş müddətdə mirası qəbul etməsi müəyyən edilməmişdir. Buna əsasən də iddia tələbi təmin olunmamışdır.

30. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

31. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

32. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 mart 2021-ci il tarixli, 2(104)640/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar