Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4938/2020 12.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Tərtər rayon X1rşı “bağışlama müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: müqavilələrin etibarsızlığı, bağışlama müqaviləsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xx xxxx 2020-ci il tarixli, 2(104)956/2020 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3, habelə vəkilləri xxx oğlu tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Tərtər rayon X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1ndə yerləşən 0,25 ha torpaq sahəsinin, həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 91,9 kv.m., yaşayış sahəsi 60,9 kv.m., yardımçı sahəsi 31 kv.m. olan 2 otaqlı fərdi yaşayış evinin və ümumi sahəsi 2,0 ha olan torpaq sahəsinin birgə mülkiyyət üzrə onlara məxsus olan 1,5 ha. olan hissəsinin Tərtər rayonu X3 Cavabdeh bağışlanmasına dair xx xxxxxxxx 2018-ci il tarixli, 4Ə-309 və 4Ə-310 saylı “Bağışlanma Müqavilələri”nin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(061)-556/2019 nömrəli qətnaməsi ilə (hakim E.A.Bayramov) iddia təmin edilməmişdir. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(104)-956/2020 nömrəli qətnaməsi ilə (hakim A.V.Bayramov - sədrlik edən və məruzəçi, hakimlər L.S.Süleymanovdan və F.Ə.Mehtiyevdən ibarət tərkibdə) iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Tərtər Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(061)-556/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3, habelə v əkilləri xxx oğlu kasasiya şikayəti verərək, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(104)-956/2020 nömrəli qətnaməsininləğv edilərək, işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kasasiya şikayəti iddia tələbində irəli sürülmüş hallara istinad edilməklə onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, cavabdeh iddiaçılara ömürlərinin sonuna kimi baxacağına söz versə də, öhdəliyini icra etməmiş, onların maddi ehtiyaclarını ödəməmiş, müalicələri ilə məşğul olmamışdir. Cavabdeh dəfələrlə məhkum olunmuş və ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə qoyulan vəzifələri yerinə yetirməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər və vəkilləri məhkəməyə gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə Cavabdeh məhkəməyə ərizələrlə (kasasiya şikayətinə etirazla) müraciət edərək, valideynlərini həmişə dəstək etdiyini, sonuncuların hazırda da mübahisələndirilən evdə yaşamalarını, onların müalicəsi ilə məşğul olmasını, qardaşı İddiaçı3 da maddi dəstək olmasını göstərmiş və kasasiya şikayətinin təmin edilməməsini, apelya siya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasas iya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kasatorlarla tam mübahisələndirildiyindən, hazırki kasasiya baxışının predmetini həmin məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının düzgün tətbiqinin bütövlüklə yoxlanılması təşkil edir. Məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarına əsasən ünvan 1ndə yerləşən 0,25 ha torpaq sahəsi İddiaçı1, İddiaçı2, X2 və İddiaçı3, həmin torpaq sahəsi üzərində yerlə şən ümumi sahəsi 91,9 kv.m., yaşayış sahəsi 60,9 kv.m., yardımçı sahəsi 31 kv.m. olan 2 otaqlı fərdi yaşayış evi isə tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin Tərtər rayon Aqrar İslahat Komissiyasının xx xxxx 1998-ci il tarixli, 11 nömrəli qərarı ilə İddiaçı1, İddiaçı2, X2 və İddiaçı3 mülkiyyətinə 2,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. xx xxxxxxxx 2018-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqavilələri ilə İddiaçı1, İddiaçı2 və İddiaçı3 ünvan 1ndə yerləşən 0,25 ha torpaq sahəsinin 0,1875 ha hissəsini, İddiaçı1 isə həmçinin həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 91,9 kv.m., yaşayış sahəsi 60,9 kv.m., yardımçı sahəsi 31 kv.m. olan 2 otaqlı fərdi yaşayış evini, bundan əlavə İddiaçı1, İdd iaçı2 və İddiaçı3 ümumi sahəsi 2,0 ha olan torpaq sahəsinin birgə mülkiyyət üzrə özlərinə məxsus 1,5 ha olan hissəsini Cavabdeh bağışlamışlar. İddiaçılar xx xxxxxxxx 2018-ci il tarixli bağışlanma müqavilələrinin etibarsızlığı tələbi ilə məhkəməyə müraciət etmiş və tələblərini onunla əsaslandırmışlar ki, müqavilə bağlanarkən iddiaçıların maddi durumları nisbətən yaxşı olsa da, sonradan səhhətləri pisləşmiş, ciddi şəkildə müalicə olunmağa ehtiyacları olsa da, cavabdeh valideynlərinə kömək etməmişdir. Apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, mübahisə predmetləri olan fərdi yaşayış evinə və torpaq sahəsinə dair əqd bağlanarkən tərəflər səlahiyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Müqavilə tərəflərin iradə ifadəsinə uyğun bağlanmış və həmin müqavilə rəsmiləşdirilən zaman onlara qarşı qanunvericiliyin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağaları pozan əqd, habelə hakimiyyətdən suiistifadə, zorakılıq, hədə təsiri altında, bir tərəfin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi halları olmamış, müqavilənin zəruri şərtlərinə əməl edilməklə tərəflərin hər biri müqavilə azadlığı prinsipinə uyğun olaraq iradələrini ifadə etmişlər. Bundan əlavə məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, müqavilələr rəsmiləşdirilən zaman tərəflər əvvəlcədən aparmış olduqları bütün əməliyyatların hüquqi nəticəsini və mülki hüquqi əsaslarını bilmişlər. Qanun vericiliyin tələblərinə uyğun tərtib edilmiş və səlahiyyətli orqan olan notariat kontorunda təsdiq edilmiş bağışlanma müqavilələrinin etibarsız hesab edilməsi üçün məhkəmə kollegiyasının iclasında əsaslar müəyyən edilməmişdir. Apelyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 bağışlama müqavilələrinin Cavabdeh onlara qulluq edəcəyi şərti ilə bağlanıldığını bildirsələr də, müqavilələrdə bununla bağlı heç bir öhdəlik göstərilməmişdir. Digər tərəfdən, cavabdehin birinci instansiya məhkəməsində və məhkəmə kollegiyasının iclasında verdiyi izahatlarından görünür ki, o, müqavilələrdə belə bir öhdəlik olmasa da, bir övlad kimi valideynlərinə yardım etmək vəzifəsini icra etməkdən heç vaxt yayınmamışdır. İddiaçılar məhkəmə kollegiyasının iclasında Cavabdeh onları alda tdığını, bağışlama müqavilələrini əslində Cavabdeh ilə deyil, İddiaçı3 ilə bağlamaq istədiklərini bildirsələr də, bu xüsusat notariat işinin materiallarında öz təsdiqini tapmamışdır. Digər tərəfdən, iddiaçılar iddia ərizəsinin dəlillərində və birinci instansiya məhkəməsinə verdikləri izahatlarında bağışlanma müqavilələrinin etibarsız hesab edilməsi əsası kimi cavabdehin onlara münasibətdə ailə hüquq münasibətlərindən irəli gələn öhdəliklərini yerinə yetirmədiyini göstərsələr də, məhkəmə kollegiyasının iclasında verdikləri izahatlarında cavabdehin onları aldatdığını, əslində əmlakı digər oğlu İddiaçı3 bağışlamaq istədiklərini, odur ki, əqdin məzmununda yanıldıqlarını bildirmişlər. Göründüyü kimi, iddiaçılar məhkəmə kollegiyasının iclasında əqdin etibarsızlığı ilə bağlı iddia ərizəsində göst ərdiklərindən tamamilə fərqli əsaslar irəli sürmüşlər. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən araşdırılan halları, qəbul edilən qətnamənin maddi və prosessual hüquq normalarına əməl edilməsi baxımından qanuni və əsaslı hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi h ədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Məcəllənin 668.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. Azərbaycan Respublikası MM-in 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qa rşı mübahisə edilir. (maddə 337.2) Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağaları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının xx xxxx 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxx 2004cü il tarixli Qərarda təsbit olunmuş mövqeyə əsasən hər hans ı əqdin (o cümlədən alqısatqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Mülki qanunvericiliyin tələblərinə əsasən əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibi; məzmunu; forması; iradə və iradə ifadəsi. Yuxarıda qeyd olunduğu kimi, iddiaçılar bağlanmış əqdin etibarlılığını sonuncu əsasa görə, yəni daşınmaz əmlakı bağışlayan şəxslərin buna iradə ifadəsinin olmaması aldatma nəticəsində baş tutması əsası mübahisələndirmişlər. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya məhkəməsi tərəfindən bağışlama müqaviləsi nə qiymət verilərkən tərəflərin bu əqdin bağlanmasına yönələn iradə ifadəsi, əqdin bağlanması ərəfəsində tərəflərin qarşılıqlı münasibəti, əqdin məqsədi ətraflı araşdırmışdır. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin kö məyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən iddianın və müvafiq olaraq iddiaçıların şikayətlərinin dəlillərinə düzgün hüquqi qiymət verilmişdir ki, həmin dəlillər bağlanmış müqavilənin etibar sızlığı üçün əsas ola bilməz. İddiaçının kasasiya şikayətinin məhkəmələr tərəfindən sübutlara düzgün qiymətləndirilməməsinə və işin faktiki hallarının ətraflı araşdırılmasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kasasiya məhkəməsi apelyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kasasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə xx xxxxx 2004-cü il tarixli Qərarı). Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gə ldiyi nəticələr əsaslandırılmışdır. Odur ki, məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirildən qətnamə qəbul edərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kasasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsa sən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3, habelə vəkilləri xxx oğlu tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(104)-956/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4938/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4938/2020
12.10.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver