Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-494/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı2 və İddiaçı3 cavabdehlər İddiaçı1 ATSC və Cavabdeh2 MMC-yə qarşı QƏRARİ Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi 31.01.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı2 və İddiaçı3 cavabdehlər İddiaçı1 ATSC-yə və Cavabdeh2 MMC-yə qarşı «xx.xx.2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-985/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnamə sindən cavabdeh İddiaçı1 ATSC tərəfindən verilmiş kassasiya şikayətinə 31 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları
1. Cavabdeh2 MMC ilə İddiaçı1 ATSC arasında xx.xx.2017-ci il tarixdə 06QYS saylı müqavilə bağlanmış, müqaviləyə əsasən tərəflər - İddiaçı1 ATSC mülkiyyətində olan – ünvan 1 ünvanda yerləşən 42,27 m2-dən ibarət qeyri-yaşayış sahəsini sökülmək üçün Cavabdeh2 MMC-yə təhvil verməyi, həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evinin birinci mərtəbəsində qeyri-yaşayış sahəsini qəbul etməyi, həmçinin MMC tikinti başa çatanadək təmirli sahə ilə təmin ediləcəyi günədək ATSC-nin müvəqqəti fəaliyyətini təmin etmək məqsədi ilə ATSC-yə aylıq 1.500 manat icarə haqqı ödəməyi (xx.xx. 2017-ci il tarixdən etibarən) üzərlərinə götürmüşlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçılar İddiaçı2 və İddiaçı3 cavabdehlər İddiaçı1 ATSC-yə və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı1 ATSC ilə Cavabdeh2 MMC arasında ünvan 2 ünvanda yerləşən 42,27 m2-dən ibarət inzibati binasının sökülməsi və əvəzində yeni inşa ediləcək çoxmənzilli hündür mərtəbəli binanın 2-ci blok, 1-ci mərtəbəsində 51,0 m2 qeyri-yaşayış sahəsinin İddiaçı1 ATSC-yə verilməsi və həmin sahə İddiaçı1 ATSC-yə verilən günədək səhmdar cəmiyyətin müvəqqəti fəaliyyətini təmin etmək məqsədi ilə xx.xx.2017-ci il tarixdən ayda 1.500 manat məbləğində icarə haqqının Cavabdeh2 MMC tərəfindən İddiaçı1 ATSC-yə ödənilməsinə dair bağlanmış 5.12.2017-ci il ta rixli 06QYS saylı müqavilənin etibarsız hesab edilməsi xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, qeyd edilən müqavilənin 2017-ci ildə bağlanılmasına baxmayaraq bu müqavilədən hələ indi xəbər tuturlar və bütün bu müddət ərzində müqavilənin bağlanması onlardan sirr olaraq saxlanıldığından müqavilənin mövcudluğundan xəbərsiz idilər. Dəfələrlə cəmiyyət rəhbərliyinə müraciət edərək cəmiyyətin fəaliyyətinə dair məlumat almaq istəsələr də, müraciətləri bir nəticə verməmişdir. Ərazidən keçərkən cəmiyyətin inzibati binasının sökülməsini müşahidə etmişlər və araşdırmağa başlayarkən məlum olmuşdur ki, cəmiyyətin rəhbərliyi səhmdarlarla müzakirə etmədən cəmiyyətin inzibati binasının başqa şəxsə verilməsi və əvəzində hansısa mövcud olmayan tikilməkdə olan sahənin alınmasına və aylıq 1.500 manat məbləğin alınmasına dair razılıq verilmişdir. Bununla da səhmdarların hüquqları kobud şəkildə pozulmuşdur. Hesab edirlər ki, 2017-ci ildə müqavilənin bağlanmasının səhmdarlardan sirr saxlanmasına əsas səbəbi müqavilənin bağlanması zamanı qanun pozuntularına yol verilməsi idi. Belə ki, səhmdar cəmiyyətin əmlakı səhmdarların ümumi mülkiyyətidir və əmlak barəsində sərəncam vermək yalnız səhmdarların ümumi razılığı ilə mümkündür. Qanunverici onların bu hüquqlarını müdafiə edərək, Mülki Məcəllədə bunu müvafiq normalarla təsbit etmişdir. Səhmdar cəmiyyətin inzibati binasının sökülməsi, hansısa başqa cəmiyyətə verilməsi və aylıq 1.500 manat məbləğində vəsaitin alınması barədə müqavilə bağlaması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 99.3-cü maddəsinə əsasən xüsusi əhəmiyyətli əqd hesab olunur. Həmin müqavilənin bağlanması barədə qərar yalnız səhmdarların ümumi yığıncağında qəbul oluna bilərdi. Lakin nəinki İddiaçı1 ATSC-nin rəhbərliyi, eyni zamanda Cavabdeh2 MMC müqaviləni səhmdarların razılığı olmadan, səhmdarların ümumi yığıncağının protokolu təqdim olunmadan əmlakın Cavabdeh2 MMC-yə verilməsinə dair xx.xx.2017-ci il tarixli müqavilə bağlamışlar. Halbuki, Cavabdeh2 MMC üçün nəinki İddiaçı1 ATSC, hətta Mülki Məcəllənin səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid etdiyi normalarla tanışlığı bəs edərdi. Göründüyü kimi, onların hüquqları pozulmuş və onlar, ATSC-nin xalis aktivlərinin dəyərinin 25 %-dən artıq məbləğdə olan əqd olan müqavilənin xüsusi əhəmiyyətli əqd kimi bağlanmasına razılıq vermədən bu cür müqavilə bağlanmışdır.
4. Bakı şəhər Nəs imi rayon məhkəməsinin (Hakim S.F.Cəfərov) 2(006)-2774/2019 saylı 15.08. 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.
5. Məhkəmə öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, müqavilənin məzmunundan göründüyü kimi, İddiaçı1 ATSC-nin səhmdarları olan iddiaçılar qeyd olunan müqavilənin etibarsız hesab edilməsini tələb etsələr də, həmin müqavilənin ləğv edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş əsaslar yoxdur. İddiaçılar iddia ərizəsində əqdin İddiaçı1 ATSC-nin xalis aktivlərinin dəyərinin 25%-dən artıq məbləğdə olan əqd olan müqavilənin xüsusi əhəmiyyətli əqd kimi bağlanmasını iddia etsə də bununla bağlı (müəssisənin xalis aktivlərinin dəyəri ilə bağlı) hər hansı sübutu məhkəməyə təqdim etməmişlər.
6. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iş materialların dan göründüyü kimi mübahisələndirilən müqavilə 05 mart 2017-ci il tarixdə imzalanmışdır və müqavilənin icrasına da həmin tarixdən başlanılmışdır. İddiaçılar tərəfindən isə hazırkı iddia ərizəsi ilə məhkəməyə uzun müddət keçdikdən sonra müraciət olunmuşdur. Göründüyü kimi, iddiaçılar tərəfindən məhkəməyə iddia ərizəsi iddia müddəti buraxılmaqla verilmiş, cavabdehlərin nümayəndələri isə məhkəməyə ərizə ilə müraciət edərək iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər.
7. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1, 337.2, 337.3, 337.4, 354.1, 372.2, 375.1, 375.2, 386.1, 390, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etmişdir. b)Apellyasiya instansiyası məhkəməsində icraat
8. Qətnamədən iddiaçılar apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlə
9. Apelyasiya şikayətində göstərilmişdir ki, 2019-cu ilin mart ayında məlum olmuşdur ki, səhmdar cəmiyyətlə Cavabdeh2 MMC (bundan sonra “tikinti şirkəti” adlanacaq) arasında 05 mart 2017-ci il tarixdə səhmdar cəmiyyətə məxsus ünvan 3 ünvanında yerləşən 42,27 kv.m-dən ibarət daşınmaz əmlakının sökülməsi, əvəzində yerində inşa ediləcək çoxmənzilli hündür mərtəbəli binanın 2-ci blok, 1-ci mərtəbəsində 51,0 kv.m qeyri yaşayış sahəsinin səhmdar cəmiyyətə verilməsi və həmin sahənin səhmdar cəmiyyətə verilən günədək səhmdar cəmiyyətin müvəqqəti fəaliyyətini təmin etmək məqsədi il ə 01 oktyabr 2017-ci il tarixdən ayda 1500 (bir min beş yüz) manat məbləğində icarə haqqının tikinti şirkəti tərəfindən səhmdar cəmiyyətə ödənilməsinə dair Müqavilə (bundan sonra “müqavilə” adlanacaq) bağlanmışdır. Qeyd edilən müqavilənin 2017-ci ildə bağlanmasına baxmayaraq bu müqavilədən nəinki bizim, hətta digər səhmdarların xəbəri olmamışdır və bütün bu müddət ərzində müqavilənin bağlanması bütün səhmdarlardan sirr olaraq saxlanıldığından müqavilənin mövcudluğundan xəbərsiz idik. Dəfələrlə səhmdar cəmiyyət rəhbərliyinə müraciət edərək cəmiyyətin fəaliyyətinə dair məlumat almaq istəsək də, müraciətlərimiz bir nəticə verməmişdir. Ərazidən keçərkən səhmdar cəmiyyətə məxusu daşınmaz əmlakın sökülməsini müşahidə etdik və araşdırmağa başlayarkən məlum oldu ki, səhmdar cəmiyyətin rəhbərliyi s əhmdarlarla müzakirə etmədən səhmdar cəmiyyətə məxsus daşınmaz əmlakın başqa şəxsə verilməsi və əvəzində hansısa mövcud olmayan tikilməkdə olan sahənin alınmasına və aylıq 1500 (bir min beş yüz) manat məbləğin alınmasına dair razılıq verilmişdir. Bu isə səhmdar cəmiyyətinin rəhbərliyi tərəfindən biz səhmdarların hüquqlarının kobud şəkildə pozulmasıdır. Hesab edirik ki, 2017-ci ildə qeyd edilən müqavilənin səhmdarların ümumi yığıncağına çıxarılmadan və barəsində qərar qəbul edilmədən bağlanması kobud qanun pozuntusudur. Belə ki, səhmdar cəmiyyətin əmlakı səhmdarların ümumi mülkiyyətidir və əmlak barəsində sərəncam vermək yalnız səhmdarların ümumi razılığı ilə mümkündür. Qanunverici onların bu hüquqlarını müdafiə edir. Mülki Məcəllənin 99.3-cü maddəsinə əsasən açıq səhmdar cəmiyyətinin xal is aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir. Xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərar səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağında qəbul edilir və bu barədə məlumat açıqlanır. Mülki Məcəllənin 107.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır. Mülki Məcəllənin 107.1.6-cı maddəsinə əsasən Mülki Məcəllənin 49-1.2-ci və 99.3-cü maddələrində nəzərdə tutulmuş əqdlərin bağlanması haqqında qərar qəbul etmək səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir.
10. Apellyasiya baxışı zamanı təqdim edilmiş “Kommersiya qurumlarının dövlət reyestri məlumalatı haqqında” xx.xx.2018-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı1 X43 Cəmiyyətinin qanuni təmsi lçisi X11r.
11. Apellyasiya baxışı zamanı təqdim edilmiş Azərbaycan Respublikası Milli Depozit Mərkəzi tərəfindən verilmiş xx/xx/2019-cu il tarixli “Qiymətli kağız mülkiyyətçilərinin reyestrindən və Zərgər-2» X43 Cəmiyyətinin səhmdarlarının siyahısından görünür ki, həmin Cəmiyyətin səhmdarları aşağıdakılardır: A xundov Məhəmmədəli Abduləzim oğlu, X15, X5, X17, X18, İddiaçı2, İddiaçı3, X16, X19, X6, Qasımov Mayis İsmayıl oğlu, X12, X13, X20, X14, X21, X7, X28, X9, X4, X8 və X1r.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər T.S.Səmədov (sədrlik edən və məruzəçi), İ.S.Şirinov və E.C.Kazımov) 2(103)-985/2022 saylı xx.xx.2020ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Nəsimi rayon Məhkəməsinin 15 avqust 2019-cu il tarixli, 2(006)-2774/2019 nömrəli qətnamə si ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçılar İddiaçı2 və İddiaçı3 iddia ərizəsi təmin edilmiş, İddiaçı1 ATSC ilə Cavabdeh2 MMC arasında ünvan 2 ünvanda yerləşən 42,27 m2-dən ibarət inzibati binasının sökülməsi və əvəzində yeni inşa ediləcək çoxmənzilli hündür mərtəbəli binanın 2-ci blok, 1-ci mərtəbəsində 51,0 m2 qeyri-yaşayış sahəsinin İddiaçı1 ATSC-yə verilməsi və həmin sahə İddiaçı1 ATSC-yə verilən günədək səhmdar cəmiyyətin müvəqqəti fəaliyyətini təmin etmək məqsədi ilə xx.xx.2017-ci il tarixdən hər ay 1.500 manat məbləğində icarə haqqının Cavabdeh2 MMC tərəfindən İddiaçı1 ATSC-yə ödənilməsinə dair bağlanmış xx.xx.2017-ci il tarixli 06QYS saylı müqavilə etibarsız hesab edilməsi qət edilmişdir.
13. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarında n göründüyü kimi, birinci instansiya məhkəməsində cavabdehlərin nümayəndəsi iştirak etməmiş və iş materiallarında iddia müddətinin tətbiq edilməsi barədə hər hansı ərizə mövcüd deyil. Bundan başqa, birinci instansiya məhkəməsi iddia müddətinin tətbiq edilməsi barədə nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinin tələblərini də nəzərə almamışdır. Belə ki, həmin normanın iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İşin faktiki hallarından göründüyü kimi, mübahisəli müqavilə 2017-ci ildə bağlanmış olsa da, iddiaçılar həmin müqavilə barədə və müqavilə ilə hüquqlarının pozulduğunu 2019-cu ildə Cəmiyyətə məxsus əmlak sökülərkən bilmişlər.
14. Apellyasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iş m aterialları ilə müəyyən edilmişdir ki, İddiaçı1 X43 Cəmiyyətinin nizamnamə kapitalı cəmi 14230 (on dörd min iki yüz otuz) manat təşkil edir ki, həmin nizamnamə kapitalının 100% məhz ünvan 3 ünvanında yerləşən 42,27 kv.m-dən ibarət daşınmaz əmlakdır. Göründüyü kimi, İddiaçı1 X43 Cəmiyyətinin əmlakına dair mübahisələndirilən əqd Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri pozulmaqla həmin Cəmiyyətin səhmdarlarının ümumi yığıncağının qərar olmadan və eləcə də müqavilə bağlamağa səlahiyyəti olmayan şəxs tərəfindən bağlanmışdır və bu hal həmin əqdin etibarsızlığına əsas verən haldır. Həmçinin Cavabdeh2 MMC məhkəmə kollegiyasına ərizə göndərərək işin həmin hallarını qəbul etdiyini, iddianı etiraf etdiyini bildirir və iddianın təmin olunmasını xahiş edir.
15. Apellyasiya instansiya məh kəməsinin qənaətinə görə birinci instansiya məhkəməsi işə baxarkən prosessual və maddi pozuntulara yol verərək təqdim olunmuş ilkin sübutları təmin etməmiş, hüququn tətbiqində səhv buraxmış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir.
16. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 92.2.2, 99.3, 107.1, 107.1.6, 337.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
17. Qətnamədən cavabdeh İddiaçı1 ATSC kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya instansiyasına göndərilməsi barədə qərar qəbul edilməs ini xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi "xxxx" ATSC-nin iştirakını təmin etməyərək və buna görə də işin hallarından tam məlumatlı olmadığından, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə 377.1-ci maddəyə istinad edərək qeyd etmişdir ki, guya ki, iddiaçı mübahisələndirilən müqavilə barədə 2019-cu ildə məlumatlı olmuşdur və onun iddia müddəti hüququnun pozulduğunu bildiyi andan hesablanmalıdır. Məhkəmə iddiaçının bu barədə məhz 2019-cu ildən məlumatlı olduğunu yalnız iddiaçıların sözlərindən bu qənaətə gəlmişdir. Halbuki iddiaçı həqiqətən də hüququnun pozulduğunun məhz 2019-cu ildə bilməsi ilə bağlı sübut təqdim edə bilməmiş və bu hissədə öz dəlillərini əsaslandıra bilməmişdir. Bir daha qeyd edilir ki, həmin bin anın MTK tərəfindən sökülməsi 2019-cu ildə deyil, məhz 2017-ci ildə baş vermişdir. Yəni iddiaçının artıq 2017-ci ildən həmin müqavilədən və binanın sökülməsindən xəbəri var idi. Göründüyü kimi məhkəmə iddia müddəti ilə bağlı Mülki Məcəllənin 377.1-ci maddəsini düzgün tətbiq etməmiş və bilərəkdən cavabdeh tərəfin iştirakını təmin etməmişdir. Nəticədə məhkəmə tərəfindən iş üzrə qanunsuz və əsassız qətnamənin çıxarılmışdır. Apellyasiya instansiya məhkəməsi qeyd edir ki, guya ki, müqavilə səlahiyyəti olmayan şəxs tərəfindən bağlanılmışdır və bu səbəbdən də müqavilə etibarsız hesab edilməlidir. Göründüyü kimi, məhkəmə iştiraklarını təmin etmədiyindən bu hissədə də araşdırmanı birtərəfli qaydada aparmaqla səhv qənaətə gəlmişdir. Belə ki, həmin müqavilə "xxxx" ATSC tərəfindən verilmiş xx.xx.2017- ci il tarixli 01 saylı etibarnamə əsasında tam səlahiyyətlişəxs olan və qanuni təmsilçi X10 anası X2 tərəfindən bağlanılmışdır. Həmin müqaviləyə əsasən sonuncuya qeyd olunan ATSC-nin mülkiyyətində olan əmlakla bağlı müqavilə bağlamağı, imzalamağı, danışıqlar aparmağı və bununla bağlı olan digər hərəkətləri etməyi etibar edilmişdir. İşin çəkişmə prinsipinə əməl etmədən birtərəfli qaydada aparılması məhkəmənin bu mövqedə də səhv qənaətə gəlməsinə gətirib çıxarmışdır. Göründüyü kimi məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsini tətbiq etməklə səhv qənaətə gəlmişdir. a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı İddiaçı2 etirazı daxil olmuşdur. Etirazda kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiy asının 2(103)985/2022 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsi xahiş olunur.
20. Həmçinin, Cavabdeh2 MMC tərəfindən də kassasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, məhkəmə zamanı iddiaçılar tərəfindən təqdim edilən “Qiymətli Kağız Mülkiyyətçilərinin Reyestri”ndən aydın oldu ki, X3 İddiaçı1 ATSC-nin nə səhmdarı, nə də qanuni təmsilçisi deyildir. X3 tərəfindən Cavabdeh2 MMC aldadılmışdır. O cümlədən tərəfimizdən İddiaçı1 ATSC-nin qanuni təmsilçilik hüququ olmayan bir şəxslə müqavilə imzalamaqla yanlışlığa yol verilmiş, bu səbəbdən də iddianı apellyasiya instansiyasında cavabdeh olaraq qəbul etmişlər. Mmübahisəli bina kassasiya şikayətində göstərildiyi kimi, 2017-ci ildə sökülməmiş, 2018-ci ildə sökülməsi ilə bağlı AR FHN-nin TTNDA-nə tərəflərindən müraciət edilmiş, həmin bina mülkiyyətçiləri ilə aralarında olan məhkəmə mübahisələrinə görə proses xeyli müddət onlardan asılı olmayan səbəblərdən uzanmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 92.2.2. Açıq səhmdar cəmiyyəti aidiyyəti şəxslərlə bağlanılmış və xüsusi əhəmiyyətli əqdlər barədə məlumatları hamının tanış olması üçün hər il dərc etməyə borcludur.
22. Maddə 99.3. Açıq səhmdar cəmiyyətinin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir. Xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərar səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağında qəbul edilir və bu barədə məlumat açıqlanır. Bu məlumatın açıqlanması qaydası səh mdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmalıdır.
23. Maddə 107.1 və 107.1.6. Səhmdar cəmiyyətinin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır. Səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətlərindən biri bu Məcəllənin 49-1.2-ci və 99.3-cü maddələrində nəzərdə tutulmuş əqdlərin bağlanması haqqında qərar qəbul etmək aiddir.
24. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
25. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı müb ahisə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
29. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardad da ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Kassasiya şikayətinin dəlillərinə münasibətd ə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən kassasiya şikayətində göstərilən məsələlər üzrə ətraflı hüquqi dəyərləndirmə aparılmış, işin faktiki halları ətraflı müəyyənləşdirilərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, iş üzrə kassasiya məhkəməsinin qərarında verdiyi göstərişlərə uyğun qətnamə qəbul edilmişdir.
36. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.
37. Məhkəmə kollegiya sı qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh İddiaçı1 ATSC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-985/2020 xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. nömrəli,