Məhkəmə qərarları › İş №2(102)-4942/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4942/2021

04.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4942/2021 04.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi, Bərdə rayon Bərdə bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4942/21 (Açar sözlər: mülkiyyət hüquqlarının qeydə alınması barədə çıxarışın, alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, tələbin hüquqi əsasının olmaması) Bakı şəhəri, 04 oktyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaqubov içdən ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi, Bərdə rayon Bərdə bələdiyyəsinə qarşı “alqı-satqı müqaviləsinin, çıxarışın və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-471/2021 nömrəli, 22 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 04 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Cavabdeh1, A zərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi və Bərdə rayon Bərdə bələdiyyəsinə qarşı Bərdə Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 adına verilmiş ünvan 1 ünvanında 0,07 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının qeydə alınması barədə çıxarışın, AN-İ seriyalı ******* nömrəli və AN- İ seriyalı ******* nömrəli alqı- satqı müqaviləsinin, eləcə də onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılıb ki, mərhum atası Cavabdeh1 İsmayıl oğlu 1969cu ildə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini öz şəxsi hesabına inşa etmişdir. Həmin yaşayış evində iddiaçı mərhum ata və anası, qardaşları Möhübbət İsmayılov, Mehman İsmayılov, Əlövsət İsmayılov, İxtilad İsmayılov, bacıları Qətibə İsmayılova, Naibə İsmayılova ilə birgə yaşamışlar.

3. Cavabdeh iddiaçının qardaşı oğludur.

4. İddiaçının atası 11 iyun 1978-ci il tarixdə, anası isə 05 may 2003-cü il tarixdə vəfat etmişdir. Fərdi yaşayış evini vərəsə kimi öz adına sənədləşdirmək istəyərkən iddiaçıya bildirmişlər ki, cabadeh Cavabdeh1 13 noyabr 2017-ci il tarixdə Bərdə rayon Bərdə bələdiyyəsinin saxtalaşdırılmış sənədləri əsasında Bərdə Regional “ASAN Xidmət” mərkəzində alqı-satqı müqaviləsinə əsasən əmlakı öz mülkiyyətinə keçirmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsindən ç ıxarış almışdır. 05 dekabr 2017-ci il tarixdə isə AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsi ilə həmin torpaq və evi X1.

5. Cavabdehin çıxarış almasına əsas kimi isə Bərdə rayon İcra Hakimiyyəti Başçısının Kələntərli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 12 oktyabr 2018- ci il tarixli 76 nömrəli arayışı olmuşdur.

6. İddiaçı həmin evdə böyüyüb başa çatmış və hazırda da orada yaşayır. Eləcə də Bərdə rayon Dövlət Arxivində 73 saylı fondda mühafizə olunan Bərdə rayon Kələntərli kənd XDS-İcraiyyə Komitəsinin 1954-1956-cı illər üzrə 5 saylı Təsərrüfatbaşına kitabın 22 saylı şəxsi hesabına əsasən Alaçadırlı kəndi üzrə mərhum vətəndaş Cavabdeh1 İsmayıl oğlunun adına 1955-ci ildə 0,08 ha, 1956-cı ildə 0,07 ha həyətyanı torpaq sahəsi olduğu qeyd olunmuşdur.

7. Qeyd edilən evdə a tasının vəfatından sonra mərhum anası, qardaşları, o cümlədən cavabdehin mərhum atası və bacıları ilə birgə iddiaçı yaşayıb. Valideynlərinin vəfatından sonra da vərəsə onlar olmalı idi.

8. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 324.1, 337.1, 337.4 və 340-cı maddələri ilə əsaslandırmışdır.

9. X7 üçüncü şəxs kimi işə cəlb edilmişdir.

10. Cavabdeh1 iddiaya etiraz olaraq göstərib ki, alqı-satqı müqaviləsi qanuni bağlanmışdır.

11. Bərdə Rayon Məhkəməsinin 2(021)-3294/2019 nömrəli, 07.11.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Qamət Əbilov)

12. Birinci instansiya məhkəməsi toplanmış sübutlara əsasən müəyyən etmişdir ki, 13 noyabr 2017-ci il tarixli, AN-İ №- ******* saylı Alqı-satqı müqaviləsinə əsasən X2 şəhəri, C.Məmmədquluzadə küçəsində yerləşən 0.03 h a torpaq sahəsini Bərdə rayon Bələdiyyəsindən satın almışdır. 05 dekabr 2017-ci il tarixli, AN-İ №- ******* saylı Alqı-satqı müqaviləsi ilə X2 şəhəri, C.Məmmədquluzadə küçəsində mülkiyyətində olan 0.03 ha torpaq sahəsində 12 A ünvanında yerləşən ümumi sahəsi 95.9 kv\m, yaşayış sahəsi 48 kv\m, yardımçı sahəsi 47.9 kv\m olan 2 otaqlı fərdi yaşayış evini və t 0.03 ha torpaq sahəsini X1.

13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər qanun çərçivəsində mövcud alqı-satqı müqavilələrini bağlamışlar.

14. Məhkəmənin fikrincə, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə, mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətlərini yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir.

15. Həmçinin birinci instansiya məhkəməsi hesab edib ki, əsas tələb rədd edildiyindən, əsas tələbdən irəli gələn hüquqi nəticələrin etibarsız hesab olunması barədə tələb də təmin edilə bilməz.

16. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 139.1, 144.1, 178.1, 324.1, 324.4, 337.1, 390.1, 405.1, 567-ci, Mülki Prosessual M əcəllənin 14.2 və 88-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

17. İddiaçı apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır.

19. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-471/2021 nömrəli 22 fevral 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilməmişdir. (hakimlər Rəhman Muradov (sədrlik edən və məruzəçi), Fikrət Mehdiyev, Ədil Məmmədov)

20. Apellyasiya məhkəməsi müəyyən edib ki, Bərdə rayon Bərdə bələdiyyəsi ilə Cavabdeh1 arasında Bərdə şəhəri C.Məmmədquluzadə küçəsində yerləşən 0,03 ha torpaq sahəsinin alqı-satqısına dair 13 noyabr 2017-ci il tarixli AN-İ seriyalı ******* nömrəli müqavilə bağlan mışdır. Nəticədə mübahisəli daşınmaz əmlak Cavabdeh1 mülkiyyətinə keçmişdir. Cavabdeh1 da mülkiyyətində olan torpaq sahəsini və həmin torpaqda yerləşən 12 A nömrəli fərdi yaşayış evini 05 dekabr 2017-ci il tarixli AN-İ seriyalı ******* nömrəli alqısatqı müqaviləsi əsasında Nailə Məmmədovaya satmış və buna dair sonuncuya mülkiyyət hüquqlarını təsdiq edən Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 13 dekabr 2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış verilmişdir.

21. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və tətbiq etdiyi maddi hüquq normaları ilə ilə razılaşaraq qeyd edib ki, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 13 noyabr 2017-ci il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsi, eləcə də Cavabdeh1la üçüncü şəxs xxx arasında bağlanmış 05 dekabr 2017ci il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsi qanuni əsaslarla bağlandığından həmin müqavilələrin, eləcədə mülkiyyət hüququna dair çıxarışların etibarsız hesab olunması üçün hüquqi əsaslar yoxdur.

22. Apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən apellyasiya məhkəməsi hesab edib ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı (Vəkil) kassasiya şikayəti verib, qətnamənin ləğv edilməsi, işin yeni apellyaisya baxışına qaytarılmasını xahiş etmişdir.

24. Kassasiya şikayətinin dəlilləri: - ape llyaisya məhkəməsi mübahisəli mülkin cavabdehin adına keçməsinə əsas olmuş sənədlərə baxış keçirməmiş, mübahisəli torpaq sahəsinə mülkiyyət hüququnun əmələ gəlməsinin qanunsuz olmasına əhəmiyyət verməmişdir. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

25. Kassasiya şikayətinə qarşı yazılı etirazı daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları

26. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər.

27. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. İş üzrə üçüncü şəxs X7 isə məhkəmə kollegiyasına müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər huquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət huququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olm amasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Kassa siya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

32. İddia tələbi cavabdehin adına verilmiş Çıxarışın, cavabdehlər Bərdə Bələdiyyəsi ilə Cavabdeh1 və sonuncu ilə N.Məmmədova arasında bağlanmış alqı-satqı müqavilələrinin etibarsızlığı barədədir. Tələbin əsası kimi ona istinad edilib ki, alqı-satqı müqavilələrinin predmeti olmuş torpaq sahəsi və üzərindəki ev iddiaçının atasına məxsus olmaqla miras əmlak olub.

33. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallarına görə isə mübahisıli torpaq sahəsini Cavabdeh1 Bərdə bələdiyyəsindən 13 noyabr 2017-ci il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsi ilə əldə etmiş, əmlak Cavabdeh1 mülkiyyətinə keçmiş, sonra da, Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsini və həmin torpaqda yerləşən 12 A nömrəli fərdi yaşayış evini 05 dekabr 2017-ci il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsi əsasında Nailə Məmmədovay a satmışdır.

34. Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı apellyasiya məhkəməsinin hazırki qərarın 20-21-ci bəndlərində əks olunan dəyərləndirməsini əsaslı, qanuni sayır və həmin dəyərləndirməyə istinadən əlavə şərhə zərurət görmür.

35. İşin müəyyən edilən hallarına əsasən apellyasiya məhkəməsinin gəldiyi nəticə yuxarıda qeyd edilən maddi hüquq normalarının tələbləri baxımından düzgün olmuşdur.

36. Apellyasiya məhkəməsi iş materiallarında olan sübutları da Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq düzgün qiymətləndirib.

37. Məhkəmə kollegiyası mübahisəli torpaq sahəsinə mülkiyyət hüququnun əmələ gəlməsinin qanunsuz olmasına əhəmiyyət verilməməsi barədə kassasiya şikayətinin dəlillərini əsassız sayır. Çünki müəyyən edilib ki, torpaq sahəsini Cavabdeh1 mülkiyyətçi olan Bələd iyyədən satın alıb, bələdiyyənin mülkiyyət hüquqları isə hazırki mübahisənin predmeti olmayıb.

38. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-471/2021 nömrəli, 22 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar