Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4950/2022 20.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Qusar rayon Notariat Ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi, kəsici müddət) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ( müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Qusar rayon Notariat Ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi) qarşı alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-720/2022 nömrəli, 26 may 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 20 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Torpağa mülkiyyət hüququna dair KOD 30107038 JN-0007 nömrəli Dövlət Aktına əsasən Qusar rayon Aqrar İslahat Komissiyasının 29 oktyabr 1997-ci il tarixli 15/1 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə Qusar rayonu Gündüzqələ kəndi ərazisindən 2.44 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.
2. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH № ******* nömrəli Çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən 1.604401 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə 4 iyun 2007-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır.
3. Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Qusar rayon Dövlət Notariat Kontoruna ünvanlanmış **********171 nömrəli 20 iyul 2018-ci il tarixli məktuba əsasən QSC “Bank Standard” KB ilə "xxxx" MMC arasında xx.xx.2007-ci il tarixdə ******* *** saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 tam mülkiyyət hüququ ilə məxsus ünvan 1ində yerləşən 1.604401 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Həmin məktubda Bank bildirmişdir ki, ipoteka predmeti barəsində alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsinə ipoteka predmetlərinin üzərində yüklülüyün saxlanılması və alqı-satqı üzrə satıcıya ödənilməli pul vəsaitindən bank, notarial və vergi xərcləri çıxıldıqdan sonra 69720 (altmış doqquz min yeddi yüz iyirmi) manat məbləğindən az olmamaqla bankın təqdim edilən müxbir hesabına köçürülməsi şərti ilə etiraz etməmişdir.
4. Qusar rayon notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 31 iyul 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1.6044 hektar olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən 1.6044 hektar hissəsini Cavabdeh2 satmışdır.
5. Ödəniş tapşırığına əsasən 1 avqust 2018-ci il tarixdə QSC “Bank Standard” KBnin hesabına 69720 (altmış doqquz min yeddi yüz iyirmi) manat məbləğində pul köçürülmüşdür.
6. Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə ünvanlanmış **********395 nömrəli 7 avqust 2018-ci il tarixli məktuba əsasən QSC “Bank Standard” KB ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2007-ci il tarixli ********** nömrəli kredit müqaviləsini təmin etmək məqsədi ilə xx.xx.2007-ci il tarixli ********** nömrəli ipoteka müqaviləsinə müvafiq olaraq Cavabdeh1 tam mülkiyyət hüququ ilə məxsus ünvan 1ində yerləşən 1.604401 ha torpaq sahəsi və digər torpaq sahələri ipoteka ilə yüklü edilmişdir. Həmin torpaq sahələrinin ipotekadan azad edilməsi xahiş olunmuşdur.
7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX № ******* nömrəli Çıxarışa əsasən ünvan 1ində yerləşən 1.60 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə 11 sentyabr 2018-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır.
8. Qusar Rayon Məhkəməsinin 2(029)-206/2019 nömrəli iş üzrə 7 mart 2019-cu il tarixli qətnaməsi ilə KOD 30107038 JN-0007 nömrəli 16 iyul 1998-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı və ailə üzvlərinə məxsus 2.44 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.6046 hektar hissəsinə dair Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya MH № ******* nömrəli çıxarış etibarsız hesab edilmişdir.
9. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1243/2020 nömrəli 21 avqust 2020-ci il tarixli qətnaməsi ilə Qusar Rayon Məhkəməsinin 7 mart 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Qusar rayonu Gündüzqala bələdiyyəsi tərəfindən verilmiş 41 nömrəli 24 sentyabr 2021-ci il tarixli arayışa əsasən C avabdeh2 mülkiyyətində olan torpaq sahəsinə görə 2020-2021-ci illər üçün hesablanmış torpaq vergi borcu tam ödənilmişdir.
11. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Qusar X2 Mərkəzi tərəfindən verilmiş 137 nömrəli 22 sentyabr 2021-ci il tarixli arayışa əsasən Cavabdeh2 məxsus Qusar rayonu Gündüzqələ kəndində yerləşən torpaq sahələri, o cümlədən 1.6 ha torpaq sahəsi üzrə 2020-ci ilin əkin mövsümünə görə 2020-ci ilin may ayında, cari ilin əkin mövsümünə görə isə 2021-ci ilin 6 avqust tarixində Cavabdeh2 məxsus fermer kartına 8370,38 manat əkin subsidiyası köçürülmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxslər Qusar rayon Notariat ofisinə, Daşınmaz Əmlakı n Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh2 arasında Qusa rayonu, Gündüzqələ kəndində yerləşən 1.6044 ha torpaq sahəsinə (bundan sonra – mübahisəli torpaq sahəsi) dair bağlanmış 31 iyul 2018-ci il tarixli alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş xx.xx.2018-ci il tarixli seriya RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, həmin torpaq sahəsi üzərində iddiaçının və onun ailə üzvlərinin mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsinin 1.6044 hektar hiss əsinə dair başqa şəxsin-yəni Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Nə o, nə də ailə üzvləri həmin torpaq sahəsini heç bir şəxsə, o cümlədən Cavabdeh1 satmamışlar, torpaq sahəsinə dair sərəncam hüququ üzrə ümumiyyətlə heç bir müqavilə bağlamamışlar. Bu səbəbdən də, o, Cavabdeh1 adına verilmiş Seriya MH ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair Qusar Rayon Məhkəməsində iddia qaldırmış və iddiası təmin edilmişdir. Bundan başqa, məlum olmuşdur ki, Cavabdeh1 1.6046 hektar torpaq sahəsini 31 iyul 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satmış və həmin alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 adına xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh1 adına verilmiş seriya MH ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış etibarsız hesab olunduğundan, həmin çıxarış əsasında Cavabdeh1la Cavabdeh2 arasında bağlanmış 31 iyul 2018-ci il tarixli alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş xx.xx.2018-ci il tarixli seriya RX ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da etibarsız hesab edilməsini xahiş etmişdir.
14. Cavabdeh2 məhkəməyə iddia barəsində etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, onunla Cavabdeh1 arasında 31 iyul 2018-ci il tarixli notariat qaydasında təsdiqlənmiş alqı-satqı müqaviləsi bağlanarkən həmin müqavilənin predmeti olan torpaq sahəsinə dair Cavabdeh1 adına seriy a MH ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış olmuş və ona satılan torpaq sahəsi QSC “Bank Standard” KBnin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Onun tərəfindən həmin torpaq sahəsi satın alınmamışdan əvvəl Cavabdeh1 ipoteka ilə təmin edilmiş öhdəliyi aradan qaldırılmış, banka olan borcu ödənilmiş, torpaq sahəsi bankın məktubuna əsasən ipotekadan çıxarılmış və daha sonra məlum alqı-satqı müqaviləsi bağlanmışdır. Alqı-satqı müqaviləsi bağlanarkən torpaq sahəsi hər hansı bir şəkildə yüklü olmamış, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən bu barədə müvafiq forma-1 arayış verilmişdir. Bundan sonra alqı-satqı müqaviləsi notariat orqanında təsdiq edilmiş, torpağın dəyəri onun tərəfindən Cavabdeh1 ödənilmişdir. Bununla da alqı-satqı müqa viləsinin forma və məzmununda heç bir qüsur olmamış və alqı-satqı müqaviləsi bağlanarkən Azəbaycan Respublikası Mülki Məcəlləsinin hər hansı tələbi pozulmamışdır. Onunla Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsi 31 iyul 2018-ci il tarixdə bağlanmış, həmin vaxt Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd həqiqi və tam olmuş, hər hansı şəxs tərəfindən mübahisələndirilməmiş, qeydə dair hər hansı etiraz daxil olmamışdır. Həmin qeydin qeyri-dəqiq olmasını onun bilməyi isə mümkün olmamışdır. Çünki, o, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa və daşınmaz əmlakın dövlət qeydiyyatını həyata keçirən orqanın arayışına əsasən alqı-satqı müqaviləsi bağlamışdır. Bundan başqa, alqı-satqı müqaviləsindən əvvəl Cavabdeh1 Bank qarşısında öhdəliyinin təmini kimi torpağa da ir ipoteka müqaviləsi bağlanmış, torpaq sahəsi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bu isə, onu təsdiq etmişdir ki, o, Cavabdeh1la məlum alqı-satqı müqaviləsini bağlayarkən daşınmaz əmlakın dövlət reyestrinin həqiqiliyi və tamlığı prezumpsiyası pozulmamışdır, həmin qeyd həqiqi və tam olmuşdur. O, alqı-satqı müqaviləsi bağlamaqla torpaq sahəsini əldə edərkən Cavabdeh1 adına daşınmaz əmlakın dövlət retyestrində aparılmış qeydiyyatın əsassız və ya düzgün olmamasını bilməməyi, bilməli olmamağı və bununla da, torpaq sahəsini vicdanlı olaraq əldə etməyi, bu səbəbdən onun hüquqlarının saxlanmalı olduğu nəzərə alınmalıdır.
15. Qusar Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(029)-713/2021 nömrəli iş üzrə 24 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Adil Vəliyev ) iddia rədd edilmişdir.
16. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mülki qanunvericiliyin tələblərinə əsasən əqdin etibarlı olması üçün onun forma və məzmununa əməl olunması mütləq şərt kimi nəzərdə tutulmuş və həmin şərtlərə əməl olunmaması onun etibarsızlığına səbəb olur. Daşınmaz əmlakın alqı-satqı müqavilələri isə notariat qaydasında təsdiqlənməli, təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması ilə təsdiqlənir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Cavabdehlər Cavabdeh1la Cavabdeh2 arasında 31 iyul 2018-ci il tarixli alqı-satqı müqaviləsi bağlanarkən Qusar rayon notariat ofisi tərəfindən müqavilənin qanunauyğunluğu, müqavilənin predmeti olan torpaq sahəsinə dair sərəncam verən şəxsin-yəni Cavabdeh1 həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması yoxlanılmış və Cavabdeh1 seriya MH ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən belə bir hüquqa malik olması müəyyən edilmişdir. Bundan başqa, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatını həyata keçirən orqanın arayışına əsasən torpaq sahəsinin yüklü olmaması müəyyən edilmişdir. Həmin torpaq sahəsi alqı-satqı müqaviləsi bağlanmamışdan əvvəl ipoteka ilə yüklü olsa da, müqavilə bağlanan anadək yüklülükdən azad edilmiş, daha sonra məlum alqı-satqı müqaviləsi bağlanmışdır. Bununla da, yuxarıda göstərilən torpaq sahəsi Mülki Məcəllənin, əqdin etibarlı sayılması üçün nəzərdə tutulmuş zəruri şərtlərə tam əməl olunmaqla bağlanmışdır.
17. Məhkəmə qeyd etmişdir ki, mülki qanunvericilikdə daşınmaz əmlakı əldə edənin vicdanlılığı prezimpsiyası müəyyən edilmişdir. Belə ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiy yətçisi kimi tanınır. O şəxs vicdanlı sayıla bilməz ki, alqı-satqı anında alqı-satqının predmeti barəsində 3-cü şəxslərin iddiaları barədə məlumatı olsun və həmin iddialar sonradan təmin olunmuş olsun. Hazırkı halda, Cavabdeh2 Cavabdeh1la məlum alqı-satqı müqaviləsini bağlayarkən iddiaçının hər hansı iddiası olmamış, həmin şəxs Cavabdeh2 tanımamışdır. İddiaçı həmin torpaq sahəsi ilə iddia qaldırarkən isə artıq məlum alqı-satqı müqaviləsi bağlanmışdıр. Bununla da, Cavabdeh2 31 iyul 2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə əldə etdiyi torpaq sahəsinə dair vicdanlı alıcı olmuşdur.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 144.1, 144.2, 144.3, 149.2, 324.1, 324.2, 324.4, 337.1, 337.2, 337.5, 394-cü maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədova nın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli, Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" ASC-nin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli, “N.Hacıyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 10 mart 2020-ci il tarixli Qərarlarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsi ndəki icraat
19. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-720/2022 nömrəli mülki iş üzrə 26 may 2022ci il tarixli qətnaməsi ilə (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi), Şəmsəddin Abasov və Telman Məmmədov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
21. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə haqlı olaraq Cavabdeh2 vicdanlı sahib kimi qəbul edərək müqavilənin predmeti olan torpa q sahəsinə dair sərəncam verən şəxsin, yəni Cavabdeh1 həmin vaxt bu hüquqa malik olduğunu və əmlakı əldə edən alıcı Cavabdeh2 mövcud əqdin legitimsizliyi barədə şübhə yaratmadığına istinad etməklə iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir.
22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı Cavabdeh1 adına verilmiş çıxarışı ayrıca icraatda 14 dekabr 2018-ci il tarixdə mübahisələndirərkən mövcud alqı-satqı müqaviləsinin bağlanmasından xəbərdar olduğu halda, bu iddianı həmin icraat zamanı deyil, xx.xx.2021-ci il tarixdə qaldırmışdır. İddiaçıya Cavabdeh1 tərəfindən həmin torpaq sahəsinin digər Cavabdeh2 satılması 2018-ci ildə məlum olduğundan, Mülki Məcəllənin 354.2.-ci maddəsinin tələbinə əsasən sonuncu həmin maddədə nəzərdə tutulmuş 1 illik kəsici müddəti ötürmüşdür.
23. Məhkəmə öz mö vqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 148.2, 149.2, 354.2-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli, Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" ASC-nin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli, “N.Hacıyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 10 mart 2020-ci il tarixli Qərarlarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəl illəri a) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
25. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçının onun mülkiyyətində olan torpaq ətrafında gedən prosesslərdən və cinayət əməllərdən məlumatı olmamışdır. O, hər il torpaqda taxıl buğda əkərək, buna görə dövlətdən subsidiyalar almış, həmin torpağdan istifadə etmişdir. İddiaçı həmin torpaq sahəsini heç kimə satmamış, həmin torpaq sahəsi ilə bağlı heç bir məhkəmə prosessində iştirak etməmişdir və işin tədqiq olunan faktiki hallarına görə tərəflər arasında mübahisəli torpaq sahəsinə dair notarial qaydada alqı satqı müqaviləsini bağlamamışdır. Lakin bunlara baxmayaraq torpağa olan mülkiyyət hüququndan məhrum edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş xx.xx.2020-ci il tarixli cavab məktubundan məlum olmuşdur ki, JN-0352, KOD 30107038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının verilməsi üçün əsas olmuş Qusar Rayon Məhkəməsinin 2-158 nömrəli 11 aprel 2006-cı il tarixli qətnaməsi DT və XK tərəfindən İdarəyə təhvil verilməmişdir. Qusar Rayon Məhkəməsinin 5 mart 2019-cu il tarixli məktubuna əsasən Qusar Rayon Məhkəməsinin 2006-cı il üzrə arxivinin, həmçinin statistik kartoçkalarının qeydiyyatında iddiaçının tərəf olduğu 2-158 nömrəli mülki iş, həmçinin 11 aprel 2006-cı il tarixli qətnamə mövcud olmamışdır. Bu məlumatlardan məlum olmuşdur ki, iddiaçı saxta, mövcud olmayan qətnamə əsasında mülkiyyət hüququndan məhrum olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçının həmin torpaq sahəsini heç kimə satmaması, həmin torpaq sahəsi ilə bağlı heç bir məhkəmə prosesində iştirak etməməsi və işin tədqiq olunan faktiki hallarına görə tərəflər arasında mübahisəli torpaq sahəsinə dair notarial qaydada alqı-satqı müqaviləsinin olmaması işin mübahisəsiz halı olduğu faktları müəyyən olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktları nəzərə almamış, qətnaməni qəbul edərkən preyudisiallıq prinsipini pozmuşdur.
26. Kassator qeyd etmişdir ki, Cavabd eh2 Cavabdeh1 yaxın dostu olduğu üçün saxta qətnamə əsasında torpaqın əldə olunması barədə və torpağın ipoteka ilə yüklü olmasını bilirdi. Saxta məhkəmə qətnamə əsasında əldə edilmiş torpaq sahəsinin mübahisəli olduğunu, daşınmaz əmlakın yüklü olduğunu, Cavabdeh1 azadlıqdan məhrum olduğunu məlumatlı idi. Bu barədə lazımi ehtiyatlılıq tədbirləri görməmiş, sayıqlıq göstərməmiş, qanunsuz əsaslarla ələ keçirilmiş başqasının mülkiyyətində olan əmlakı almaqla əsl mülkiyyətçinin hüquqlarını pozmuşdur. Bu halda isə onun həmin torpaq sahəsinə dair vicdanlı sahib olmasından söhbət gedə bilməz.
27. Kassator həmçinin qeyd etmişdir ki, iddiaçı mülkiyyətində olan torpağ üzərində çirkin əməllərin getdiyi barədə məlumat alan kimi dərhal Qusar Rayon Məhkəməsinə müraciət etmişdir. Buna sübut Qusar Rayon Məh kəməsinin 7 mart 2019-cu il tarixli qətnaməsi olmuşdur.
28. Kassator əlavə olaraq qeyd etmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin hər iki qətnaməsi (xx.xx.2020-ci il tarixli və xx.xx.2022-ci il tarixli) eyni tərkibdə olan məhkəmə kollegiyası baxmış, 2020-ci ildə iddiaçının mülkiyyətçi kimi mülkiyyət hüquqlarını müdafiə etmiş, 2022-ci ildə isə Cavabdeh2 vicdanlı alıcı kimi tanımışdır. Hər iki məhkəmə baxışında eyni tərəflər iştirak etmiş, eyni tələblər irəli sürmüşlər. Göstərilənlərdən məlum olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi xx.xx.2022-ci il tarixli qətnaməni qəbul edərkən preyudisiallıq prinsipini pozmuşdur.
29. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 157.4-cü, Azərbaycan Respublikası Mül ki Prosessual Məcəlləsinin 82.3, 88,217, 265.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Cavabdeh2 kassasiya şikayətinə qarşı etiraz təqdim edərək əsassız olmasını və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
31. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
32. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
33. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.
34. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına tə sir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. “S.N.Məmmədovanın şikayəti üzrə” Konstitusiya Məhkəməsinin Plenumunun 2004-cü il 27 oktyabr tarixli Qərarı
35. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həm in yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. “N.Məmmədovanın şikayəti üzrə” Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006cı il tarixli Qərarı
36. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqların ı müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “H.Cəfərovun şikayəti üzrə” 2014-cü il 15 sentyabr tarixli Qərarı
37. Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakın geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülərsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" ASC-nin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarı 38. “Daşınmaz əmlakın d övlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. “N.Hacıyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi nin Mülki kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Kostitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 10 mart 2020-ci il tarixli Qərarı
39. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbi q edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən ma ddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası mə hkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərkən əsaslı olaraq hesab etmişdir ki, iddiaçı tərəfindən qanunla müəyyən olunan kəsici müddət ötürülmüşdür.
50. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı Cavabdeh1 adına ve rilmiş çıxarışı ayrıca icraatda 14 dekabr 2018-ci il tarixdə mübahisələndirərkən mövcud alqısatqı müqaviləsinin bağlanmasından xəbərdar olduğu halda, bu iddianı həmin icraat zamanı deyil, xx.xx.2021-ci il tarixdə qaldırmışdır. İddiaçıya Cavabdeh1 tərəfindən həmin torpaq sahəsinin digər Cavabdeh2 satılması 2018-ci ildə məlum oлмушдур.
51. Mülki Məcəllənin 354.2-ci maddəsi ilə nəzərdə tutulmuş müddətin axımı məhz həmin tarixdən hesablanmalıdır.
52. MM-in 354.2-ci maddəsində qeyd olunan müddət isə kəsici müddətlərə aiddir və həmin müddətin ötürülməsi ilə onun əqdləri mübahisələndirmək hüququna xitam verilir.
53. İddia müddətləri və kəsici müddətlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır (B.Mürsəlovun şikayəti üzrə 12 mart 2020-ci il tarixli, A.Nadirovanın və qeyrilərinin şikayəti üzrə 16 mart 2022-ci il tarixli qərarlar).
54. İş üzrə cavabdehin vicdanlı alıcı olmaması və onun Cavabdeh1 yaxın adamı olmasına münasibətdə isə qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq Azərbaycan Respublikası MM-in 140-cı maddəsi ni rəhbər tutaraq daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına uyğun mübahisələndirilən daşınmaz əmlakın alıcısı olan Cavabdeh2 vicdanlı əldə edən olmasını nəzərə almaqla, daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, habelə həmin cavabdehin adına olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab olunmasını əsassız hesab etmişdir.
55. Belə ki, Azərbaycan Respublikası MM-in 140-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində olan qeydin prezumpsiyasına əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur.
56. Kassasiya şikayətinin dəlillərinə gəldikcə məhkəmə kollegiyası hesab edir ki, cavabde h daşınmaz əmlakın dövlət reyestrində olan qeydin qeyri-dəqiq olması barədə məlumatlı olmasına dair hər hansı sübut iş materiallarında mövcud deyildir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması qeyd olunsa da, şikayət kassatorуn şəxsi mülahizələrinə əsaslanmışdır.
57. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində iş in hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
58. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul olunmuşdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
59. Gö stərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 may 2022-ci il tarixli, 2(105)720/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir