Məhkəmə qərarları › İş №2(102)-4953/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4953/2021

04.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4953/2021 04.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4953/21 (Açar sözlər: borcun silinməsi, məcburi köçkünlərin elektrik enerjisindən limitlə istifadəsinin ləğv edilməsi) Bakı şəhəri, 04 oktyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi, elektrik sayğacının göstəricisində istifadə edilm əmiş qalan pulun limitlə əvəzləşdirilməsi və elektrik sayğacının yerinə bərpa edilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-3027/2020 nömrəli, 30 sentyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 04 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı Samux Rayon Məhkəməsinə müraciət edərək, Samux rayonu, Hacallı kəndində yerləşdikləri ərazidə mərhum həyat yoldaşı X1 adına olan elektrik sayğacındakı 1642,09 manat borcun silinməsi, 14.02.2014-cü il tarixdə köçürülərkən elektirk sayğacının göstəricisində istifadə edilməmiş qalan 1558 manat limitlə əvəzlə şdirilməsi və elektrik sayğacının yerinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı məcburi köçkün kimi 1993-cü ildən Samux rayonunun Hacallı kəndində məskunlaşaraq sosial ehtiyaclarını təmin etmək üçün fərdi təsərrüfat və heyvandarlıqla məşğul olurlar. Təsərrüfatlarında mərhum həyat yoldaşı X1 adına elektrik sayğacı qoyulmuşdur.

3. Məcburi köçkün olduqlarından kommunal xərcləri ailə üzvlərinin sayına görə limitlə dövlət tərəfindən ödənilib. Yaranmış 1642,09 manat borca görə istifadələrində olan sayğac 6 aydan çoxdur ki, cavabdehin Samux rayon şöbəsinin işçiləri tərəfindən sökülüb, nəticədə bütün ailə çox çətin vəziyyətdə qalmışlar.

4. Elektrik dirəkləri təhlükəli olduğundan, işıq xətti kəsildiyindən sudan da istifadə ed ə bilmirlər. Borclarından bəzi ödənişlər etsələr də, həmin ödənişlər işçilər tərəfindən mənimsənilmişdir.

5. Məcburi köçkün olduqlarından əlavə olaraq dövlət tərəfindən ailə üzvlərinə verilmiş Gəncə Texnologiya Universitetinin 2 saylı yataqxanasında 14 fevral 2014-cü il tarixədək yaşamışlar. Orada kommunal xərcləri dövlət tərəfindən ailə üzvlərinin sayına əsasən verilmiş limitlə ödənilmişdir. 14 fevral 2014-cü ildə Gəncə şəhəri Yeni qəsəbəyə köçürülərkən elektrik sayğacının göstəricisində 1558 manat pul vəsaiti (limit) qalmışdır. Həmin limitlə bağlı cavabdeh tərəfindən onlara rəsmi məlumat verilmir, şifahi olaraq bildirilir ki, limit silinmişdir.

6. Cavabdeh ''Azərişıq'’ ASC-nin nümayəndəsi iddiya etiraz etmişdir. Etirazın dəlilləri: - Samux rayonu, Hacallı kəndindindəki fermaya sayğac ist ifadə edilən enerjinin haqqını ödəmək şərtilə fərdi qaydada quraşdırılıb; - limitin iddiaçıya aidiyyatı yoxdur; - iddiaçı Gəncə şəhərində qeydiyyatdadır, hər bir məcburi köçkün qaz, işıq, su və çörək üçün 60 manat müavinat alır; - fermada quraşdırılan sayağaca müdaxilə olunduğu, kənar xəttdən qoşulma olduğu üçün 18 yanvar 2018 və 10 may 2018-ci il tarixlərdə akt tərtib edilmiş, müvafiq olaraq 721,57 manat və 267,52 manat hesablanmışdır;. - hazırda iddiaçının 1642.09 manat borcu vardır.

7. Samux Rayon Məhkəməsinin 2(058)-135/2020 nömrəli, 05 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Səadət Zeynalova)

8. Birinci instansiya məhkəməsi toplanmış sübutlara, o cümlədən şahid ifadələrinə əsasən müəyyən etmişdir ki, iddiaçı Kəlbəcərdən məcburi köçkün olmaqla Gəncə ş əhəri, Yeni qəsəbədə ailəsi ilə birgə mənzillə təmin olunsalar da, 1993-cii ildən Samux rayon Hacallı kəndində məskunlaşaraq sosial ehtiyaclarını təmin etmək üçün fərdi təsərrüfat və heyvandarlıqla məşğul olurlar. Təsərrüfatlarında iddiaçının mərhum həyat yoldaşı X1 adına elektrik sayğacı qoyulmuşdur. Abonentin abunə haqqında elektron dövriyyə cədvəlinə əsasən 1642,09 manat borca görə istifadələrində olan sayğac aidiyyəti təşkilat tərəfindən sökülüb götürülmüşdür. 2017-ci ilədək məcburi köçkünlərə elektrik enerjisi üçün ayrılan limit aylıq elektrik enerjisi sərfiyyatı kimi hesablanmış, aylıq limit 150 kvt/saat qəbul edilmişdi. Limit aylıq norma kimi nəzərdə tutulduğundan, növbəti aya keçməmiş, Nazirlər Kabinetinin 24.01.2017-ci il tarixli, 11 saylı müvafiq qərarında da məcburi köçkünlər üçün ayrılan kommunal xidmətlərə görə limitin növbəti aya keçməsi barədə qeyd yoxdur.

9. Birinci instansiya məhkəməsi qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 23.01.2017-ci il tarixli, 1206 saylı Fərmanına əsasən məcburi köçkünlər üçün kommunal xidmətlərə görə limit ləğv olunaraq 60 manat müavinətlə əvəzləndiyindən, "xxxx" ASC dəqiq hesablama aparmaq üçün qanuna müvafiq olaraq onların sayğacının balansının son göstəricisini 0-dan hesablamışdır. Buna görə iddiaçının ailəsinin Samux rayonunun Hacallı kəndində sərf etdikləri elektrik enerjisinin haqqı ümumi qaydada ödənilməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Prezidentinin 23.01.2017-ci il tarixli, 1206 saylı Fərmanı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.01.2017-ci il tarixli Qərarı, Mülki Prosessual M əcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

11. İddiaçı apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır.

13. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-3027/2020 nömrəli 30 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilməmişdir. (hakimlər Fikrət Mehdiyev (sədrlik edən və məruzəçi), Rəhman Muradov, Ədil Məmmədov)

14. Apellyasiya məhkəməsi müəyyən edib ki, elektrik enerjisindən istifadəyə görə vaxtilə verilmiş limit ayın sonunda silinmişdir. Əvəzləşdirilməsi isə mümkün deyil, həm də məcburi köçkünlər üçün kommunal xidmətlərə və s. görə limit ləğv olunaraq müavinətlə əv əzlənmişdir.

15. Apellyasiya məhkəməsi qeyd edib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəczihatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti iistisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. b) məişət abonentində ölçü transformatoru vasitəsi ilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti da xilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır.

16. Apelyasiya şikayətinin dəlillərinə qiymət verən apellyasiya məhkəməsi vurğulayıb ki, həmin dəlillər iddia ərizəsindəki dəlillərlə eyni olduğundan və digər sübutlara əsaslanmadığından əsaslı hesab edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

17. İddiaçı (Vəkil) kassasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməs ini xahiş etmişdir.

18. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

19. Kassasiya şikayətinə qarşı yazılı etirazı daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları

20. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli, 1206 saylı Fərmanı Bənd

1. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 60,0 (altmış) manat məbləğində vahid aylıq müavinət müəyyən edilsin. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdi yi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən mad di və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

21. Kass asiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

22. Kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya in stansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

25. İddia tələbi elektrik enerjisinə görə yaranmış borcun silinməsi barədə olub. İddiaçı tələbinin əsası kimi məcbur köçkünlərə elektrik enerjisinə görə limit müəyyən edilməsinə istinad edib.

26. İşin məhkəmələr tərəfindən müəyyən edilən halı isə ondan ibarət olub ki, Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il t arixli, 1206 saylı Fərman ilə məcburi köçkünlər üçün kommunal xidmətlərə görə limit ləğv olunaraq 60 manat müavinətlə əvəzlənmişdir.

27. Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı apellyasiya məhkəməsinin dəyərləndirməsini əsaslı, qanuni sayır və həmin dəyərləndirməyə istinadən əlavə şərhə zərurət görmür.

28. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-3027/2020 nömrəli, 30 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişd irilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar