Məhkəmə qərarları › İş №2(102)-4958/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4958/2020

19.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4958/2020 19.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4958/20 (Açar sözlər: yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi və yaşayış sahəsinin məcburi boşaldılması, mülkiyyət hüququnun müdafiəsi, vindikasiya iddiası ) Bakı şəhəri, xx xxxxxxx 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, Cavabdeh vəkili X3 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə h üquqlarına xitam verilməsi və mənzilin boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-1465/2020 nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə xx xxxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Şirvan Apelyasiya Məhkəməsinin xx xxxx 2014-cü il tarixli, 2(106)-63/2014 saylı icra vərəqəsinə əsasən Cavabdeh məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, M.Müşfiq küçəsi, döngə 6, 7ç saylı ev xx xxxxxx 2016-cı il tarixdə hərrac vasitəsi ilə satılmış, evi İddiaçı ASC almışdır.

2. Ev mülkiyyət hüququ ilə xx xxxxxx 2016-cı tarixdən İddiaçı ASC-nin mülkiyyətindədir.

3. Cavabdeh hazırda da həmin evdə yaşayır. a) Birinci instansiya məhk əməsində icraat

4. İddiaçı « İddiaçı » ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, M.Müşfiq küçəsi, döngə 6, 7 ç saylı evdən istifadə hüquqlarına xitam verilməsi və həmin yaşayış sahəsinin şəxsi əşyalarla birlikdə məcburi boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, M.Müşfiq küçəsi, döngə 6, 7 ç saylı ev iddiaçının mülkiyyətindədir.

6. Cavabdeh həmin ünvanda yaşayaraq evi tərk etmir.

7. İddiaçı tələbinin hüquqi əsası kimi “İpoteka haqqında” Qanunun 59.3.1, 59.3.2, Mülki Məcəllənin 157, Mənzil Məcəlləsinin 34.1-ci maddələri ilə əsaslandırmışdır.

8. Cavabdehin nümayəndəsi iddiaya etirazında göstərmişdir ki, hərrac düzgün keçirilməyib, hə rrac nəticəsində verilmiş çıxarışda yanlışlıqlar var. Çıxarışda qeyd edilmiş sahə ilə evin sahəsi üst-üstə düşmür. Bununla bağlı Səbail Rayon Məhkəməsinə müraciət edilmişdir..

9. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-62/2019 nömrəli, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh İddiaçı ASC-yə məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilmiş və cavabdeh tərəfindən həmin yaşayış sahəsi şəxsi əşyalarla birlikdə boşaldılmış, hazırki qətnamənin qanuni qüvvəyə mindikdən sonra “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən, cavabdehin yaşayış yeri üzrə qeydiyyatının ləğv edilməsi üçün əsas olması qət edilmişdir. (hakim Hüseyn Hüs eynli)

10. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, İddiaçı” ASC ünvan 2 ç ünvanda yerləşən fərdi yaşayış evini hərrac vasitəsi ilə 25500 (iyirmi beş min beş yüz) manata almış, həmin ev xüsusi mülkiyyət hüququ əsasında İddiaçı ASC-yə məxsusdur, cavabdeh hazırda həmin ünvanda yaşayır və sözügedən ünvanda cavabdehə aid olan əşyalar vardır.

11. Məhkəmə mülkiyyət hüququ ilə bağlı qanunvericiliyin təsbit etdiyi qaydalara əsasən belə qənaətə gəlmişdir ki, cavabdehin ünvan 2 ç ünvanda yerləşən fərdi yaşayış evinə bağlılığı itdiyindən, o, mübahisəli mənzildən çıxarılmalı və sözü gedən mənzil boşaldılmalıdır.

12. Məhkəmə öz mövqeyini Respublikası Konstitusiyasının 13.1, 29-cu, Mülki Məcəllənin 139.1,146.2, 152.1, 157.2, 203.1-ci, Mənzil Məcəlləsinin 5.1, 29.1, 34.1-ci və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X2 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2008-ci il tarixli, “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar” xx xxxxxx 2010-cu il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8ci maddəsinin şərh edilməsinə dair” xx xxxxxxx 2010-cu il tarixli Qərarları ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh apelyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş edib.

14. Apelyasiya şikayəti iddiaya etirazın dəlilləriinə uyğun əsaslandırılmaqla, şikayətdə hərracın düzgün keçirilməməsinə, mən zilə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda yanlışlıq olmasına və hüquq normalarının pozulmasına istinad edilib.

15. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1465/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər İlham Kərimli (sədrlik edən və məruzəçi), Xəyalə Cəmilova və İsmayıl Xəlilov)

16. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə əsasən mülkiyyətçi olan iddiaçı bank cavabdehin evdən çıxarılması tələbində haqlıdır. Cavabdeh ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə hər cür əmlak hüquqlarını itirdiyindən mübahisəli mənzil boşaldılmalıdır.

17. Apelyasiya instansiyası həmçinin apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirmişdir.

18. Apelyasiya instansiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni işin müəyyən edilmiş hallarına və qanunvericiliyin tələblərinə uyğun hesab edərək, əlavə olaraq Mülki Məcəllənin 205.2-ci maddəsinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh X5 (vəkil X4) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

20. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb, hərracın düzgün keçirilməməsinə, hərrac nət icəsində verilmiş daşınmaz əmlakın dövlət reyestrindəki çıxarışda yanlışlıq olmasına, çıxarışda qeyd edilən sahə ilə evin sahəsinin üst-üstə düşməməsinə, bu barədə Nərimanov rayon Məhkəməsinə müraciət olunmasına istinad edilib.

21. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili X1 şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.

23. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, iddiaçı bankın nümayəndəsi məhkəmə iclasına gəlmədiyi və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat vermədiyi üçün məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün h esab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsu z sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Maddə 205.2. Tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir. Mənzil Məcəlləsi Maddə 5.1. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Maddə 29.1. Yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edi lmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir.” Maddə 34.1. Şəxsin yaşayış sahəsindən istifadə hüququna bu Məcəllə, digər qanunlar, müqavilədə nəzərdə tutulmuş əsaslara görə və ya məhkəmə qərarı əsasında xitam verildikdə, şəxs həmin yaşayış sahəsini boşaltmalıdır (ondan istifadəni dayandırmalıdır). Əgər müvafiq yaşayış sahəsinin mülkiyyətçisi tərəfindən müəyyən edilmiş müddət ərzində şəxs göstərilən yaşayış sahəsini boşaltmırsa, o, mülkiyyətçinin tələbi ilə məhkəmə qərarı əsasında yaşayış sahəsindən çıxarılmalıdır. “İpoteka haqqında” Qanun Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Mülki Prosessual Məcəllə Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilm əsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir 2

5. Hazırkı kassasiya şikayətində Cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apelyasiya şikayətinin dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.

28. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

29. İddia tələbi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı ASC-yə məxsus yaşayış sahəsindən cavabdehin istifadə hüququna xitam verilməsi və yaşayış sahəsinin boşaldılmasından ibarədədir.

30. İşin apelyasiya instansiyası tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, M.Müşfiq küçəsi, döngə 6, 7ç saylı ev hərrac vasitəsi ilə satışa çıxarılmış, həmin ev İddiaçı ASC-yə satılmışdır. Ev xüsusi mülkiyyət hüququ əsasında İddiaçı ASC-nin adına qeydiyyata alınmış, cavabdeh hazırda da həmin evdə yaşayır..

31. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi, apelyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahis əyə digər hüquq normaları ilə yanaşı, Mülki Məcəllənin 157.2, Mənzil Məcəlləsinin 34.1, “İpoteka haqqında” Qanunun 59.3-cü maddələrini düzgün tətbiq etmişdir. Qeyd edilən maddi hüquq normalarının dispozitiv şərtləri hazırki işin müəyyən edilmiş halları ilə üst-üstə düşür.

32. Məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasın ın və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir.

33. Məhkəmə kollegiyası hərracın düzgün keçirilməməsi, hərrac nəticəsində verilmiş çıxarışda qeyd edilən sahə ilə evin sahəsinin üst-üstə düşməməsi, bununla bağlı Nərimanov rayon Məhkəməsinə müraciət etməsi barədə kassasiya şikayətini dəlillərini əsasız sayır. Belə ki, bu dəlillər iddianın təmin edilməsini istisna edən dəillər deyil. İddiaçı Çıxarışa istinadən mülkiyyətində olan evin boşaldılmasını tələb edir, belə olan halda, həmin Çıxarışda evin ölçülərinin hansı həcmdə göstərilməsinin heç bir əhəmiyyəti yoxdur.

34. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hü quq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır.

35. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1465/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar