Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-496/2021 07.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh İddia tələbi: əqdin etibarsız hesab edilməsi Açar sözlər: etibarsız əqd, aldatma yolu ilə bağlanmış əqd, sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Kassatorun vəkili və nümayəndəsi Vəkil2, Cavabdehin vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 iyul 2020-ci il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətin ə 07 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları 03 may 2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən, Cavabdeh mülkiyyətində olan XXX, X3 prospekti, 39 nömrəli evin 27 nömrəli mənzilini İddiaçı bağışlamışdır. 17 yanvar 2019-cu il tarixdə həmin tərəflər arasında bağlanmış əqd əsasında 03 may 2014-cü il tarixli bağışlama müqaviləsi ləğv edilmişdir. Birinci instansiya məhkəməsində icraat 11 sentyabr 2019-cu il tarixdə İddiaçı Cavabdeh qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, XXX, X3 prospekti, ev 39, 27 nömrəli mənzilə dair 17 yanvar 2019-cu il tarixli bağışlama müqaviləsinin ləğvinə dair sazişin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsa slandırılmışdır ki, bağışlama müqaviləsinin ləğvinə dair sazişə əsasən, İddiaçı və Cavabdeh arasında bağlanmış 03 may 2014-cü il tarixli bağışlama müqaviləsinin ləğv edilməsi razılaşdırılmış və təsdiq edilmişdir. Lakin sonradan Cavabdeh 17 yanvar 2019-cu il tarixli bağışlama müqaviləsinin ləğvinə dair sazişin şərtlərinə əməl etməmişdir. Bu da sözügedən sazışin etibarsızlığına əsas verir. Cavabdehin həmin sazişi bağlamaqla niyyəti qarşı tərəfi aldadaraq mübahisəli mənzilə dair üstünlük hüququnu əldə etmək və mənzili ələ keçirmək olmuşdur. Eyni zamanda, Cavabdeh qarşılıqlı iddia qaldıraraq, XXX, Atatürk prospekti, ev 39, 27 nömrəli mənzilə dair 17 yanvar 2019-cu il tarixli bağışlama müqaviləsinin ləğv edildiyindən, onun əsasında X1 adına verilmiş 19 may 2014-cü il tarixli çıxarışın ləğv edil məsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-225/2020 saylı iş üzrə 04 fevral 2020-ci il tarixli qərardadı ilə (hakim G.A.Əsədova) Cavabdeh qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılmaqla ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizəsi təmin edilmiş, qarşılıqlı iddia baxılmamış saxlanılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-225/2020 saylı iş üzrə 04 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.A.Əsədova) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 17 yanvar 2019-cu il tarixli bağışlama müqaviləsinin ləğvinə dair saziş bağlanarkən İddiaçı müvafiq sazişin məzmunu notarius tərəfindən izah edilmiş, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666-674-ci (bağışlama ilə bağlı) maddələrinin məzmunu, müqavilənin bütün şərtləri ilə əlaqədar hüquq və vəzifələri, həmçinin həmin sazişin doğuracağı hüquqi nəticələr izah edilmişdir. İddiaçı tərəflər arasında qeyd edilən məbləğdə pul vəsaitinin cavabdeh şəxs tərəfindən iddiaçıya qaytarılması şərti daxilində hərəkət etməsini iddia etsə də, bu halı, o cümlədən bağışlama müqaviləsinin ləğvinə dair saziş bağlanarkən belə şərtin müvafiq sazişdə öz əksini tapması məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. İddiaçının qeyd etdiyi müvafiq şərt bağışlama müqaviləsinin ləğvinə dair sazişdə öz əksini tapmamışdır, demək həmin saziş hər hansı bir öhdəliklə şərtləndirilməmişdir. Göründüyü kimi, XXX, X3 prospekti, ev 39, 27 nömrəli mənzilə dair 03 may 2014-cü il tarixli bağışlama müqaviləsinin ləğvinə dair 17 yanvar 2019-cu il tarixli sazişin rəsmiləşdirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması halları aşkar edilməmiş, bu səbəbdən qeyd edilən bağışlama müqaviləsinin ləğvinə dair sazişin etibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsas yoxdur. Apellyasiya instansiyası məhkəməsində icraat Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən maddi-hüquq normaları düzgün tətbiq edilməmiş, işin faktiki hallarına düzgün qiymət verməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Cavabdehin ona 180.000 avro borcu olmuş, mübahisəli mənzilə də məhz həmin borcun təminatı kimi ona bağışlanmışdır. Lakin sonradan həmin mənzilin bağışlanması barədə müqavilə ləğv edilməklə mənzil cavabdehə geri qaytarılsa da, sonuncu həmin məbləği ödəməkdən boyun qaçırmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4340/2020 nömrəli iş üzrə 23 iyul 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Vəkil1, E.Ə.Mehdiyev, X.Ə.Sarıyev) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüq uq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti iddia ərizəsinə və apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili və nümayəndəsi kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının vəkili və nümayəndəsi kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci m addəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi ü çün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllənin 666.1- ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. Həmin Məcəllənin 673.4-ci maddəsinə əsasən bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd b ağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahi sələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq n ormalarının pozulması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillərlə məzmunca eynilik təşkil edir ki, həmin dəlillərə apellyasiya məhkəməsi tərəfindən araşdırılmaqla hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 iyul 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-496/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-496/2021
07.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver