Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4962/2021 27.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh MMC-yə qarşı “yük avtomobillərinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ödənilmiş 100.000 manat pulun geri qaytarılması” tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, kəsici müddət) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçının vəkili X4 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiy asının 2(103)-816/2021 nömrəli iş üzrə 15 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı Cavabdeh ilə İddiaçı2 Rafıl oğlu arasında bağlanmış 08 iyul 2014-cü il tarixli, 176 saylı alqı-satqı müqaviləsinə əsasən SHACMAN 8*4 markalı, 2013-cü il buraxılışlı, **-GK-*** qeydiyyat nişanlı və SHACMAN 8*4 markalı, 2013-cü il buraxılışlı, 90- GJ-055 qeydiyyat nişanlı yük avtomobillərinin hər birinin qiyməti 57800 (əlli yeddi min səkkiz yüz) manata satılması, ilkin ödəniş kimi 20000 (iyirmi min) manat ödənilməsi və hər bir avtomobilə görə 7 ay müddətinə ayda 2100 (iki min yüz) manat ödənilməsi, 11 iyul 2014-cü il tarixli, 185 saylı alqı-satqı müqaviləsinə əsasən SHACMAN 8*4 markalı, 2013-cü il buraxılışlı, **-GP-*** qeydiyyat nişanlı avtomobilin qiyməti 57800 (əlli yeddi min səkkiz yüz) manata satılması, ilkin ödəniş kimi 10000 (on min) manat ödənilməsi və avtomobilə görə 7 ay müddətinə ayda 2100 (iki min yüz) manat ödənilməsi, Cavabdeh ilə İddiaçı1 arasında bağlanılmış 31 iyul 2014-cü il, 194 saylı tarixli alqı-satqı müqaviləsinə əsasən SHACMAN 8*4 markalı, 2013-cü il buraxılışlı, **-HK-*** qeydiyyat ı nişanlı yük avtomobilin qiyməti 57800 manata satılması, ilkin ödəniş kimi 10000 (on min) manat [ödənilməsi və avtomobilə görə 7 ay müddətinə ayda 2100 (iki min yüz) manat ödənilməsi haqqında razılığa gəlinmiş və qeyd olunan yük avtomobilləri iddiaçıların istifadələrinə verilmişdir. İddiaçı2 08 iyul 2014-cü il tarixli, 176 nömrəli alqı-satqı müqaviləsi üzrə cəmi 65.800 (altmış beş min səkkiz yüz) manat ödəniş etmiş, ümumi 49.800 (qırx doqquz min səkkiz yüz) manat borcu qalmışdır. İddiaçı2 11 iyul 2014-cü il tarixli, 185 nömrəli alqı-satqı müqaviləsi üzrə cəmi 32.700 (otuz iki min yeddi yüz) manat ödəniş etmiş, 25.100 (iyirmi beş min yüz) manat borcu qalmışdır. İddiaçı1 11 iyul 2014-cü il tarixli, 194 nömrəli alqı-satqı müqaviləsi üzrə cəmi 22.700 (iyirmi iki min yeddi yüz) manat ödəniş etmiş, 35.100 (otuz beş min yüz) manat borcu qalmışdır. “Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında” 05 yanvar 2015-ci il tarixli, 08 iyul 2014cü, 30 iyul 2014-cü tarixli etibarnamələrə əsasən X1 və X3 tərəfindən ** GK ***, ** GP ***, ** HK ***, ** GJ *** qeydiyyat nişanlı, “SHA CMAN” markalı avtomobillərini bağışlamaq, ipoteka qoymaq, onların üzərində sərəncam vermək səlahiyyətləri "xxxx" MMC-yə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdehnə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə 11.07.2014-cü il tarixdə İddiaçı2 və 08.07.2014-cü il tarixdə İddiaçı1 arasında bağlanmış avtomobillərin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və ödənilmiş 80000 (səksən min) manat, daha sonra isə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə verərək 100.000 (yüz min) manat pul vəsaitinin geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 "xxxx" MMC-dən 11.07.2014-cü il tarixdə SHACMAN 8*4 markalı 2013-cü il buraxılışlı **-GP-*** dövlət nömrə nişanlı, SHACMAN 8*4 markalı 2013-cü il buraxılışlı **-GK-*** dövlət nömrə nişanlı, 08.07.2014-cü il tarixdə SHACMAN 8*4 markalı 2013-cü il buraxılışlı **-GJ-*** dövlət nömrə nişanlı yük avtomobilini ilkin ödəniş 50.000 (əlli min) manat olmaqla almış, həmin avtomobillərə görə Cavabdeh MMC-yə əlavə olaraq 50.000 (əlli min) manat kredit ödəmişdir. Həmin pul vəsaitlərini ödəməyinə baxmayaraq 2016-cı ildə cavabdeh tərəfindən qeyd edilən avtomobillər zorla alınmış və onun xəbəri olmadan başqasına verilmişdir. Həmçinin İddiaçı1 Cavabdeh MMC-dən 31.07.2014-cü il tarixdə SHACMAN 8*4 markalı 2013-cü il buraxılışlı 99-HK055 dövlət nömrə nişanlı yük avtomobilinin ilkin ödəniş 10.000 manat olmaqla almış dır. O isə həmin avtomobilə görə Cavabdeh MMC-yə əlavə olaraq təxminən 15.00020.000 (on beş min-iyirmi min) manat kredit ödəmişdir. Onun da avtomobili həmin pul vəsaitlərini ödəməyinə baxmayaraq cavabdeh tərəfindən zorla alınmış və onun xəbəri olmadan başqasına verilmişdir. Həmin avtomobillər onlardan alınarkən saz vəziyyətdə olmuşlar. Həmin avtomobillərə yeni təkərlər belə alıb qoymuşlar. Avtomobillər onlardan alındıqdan sonra cavabdeh tərəfindən onlara bildirilmişdir ki, avtomobillər yalnız krediti ödədikdən sonra onlara qaytarılacaq. Lakin buna baxmayaraq cavabdeh tərəfindən deyilənlərə əməl edilməmiş və avtomobillər onların xəbəri olmadan başqalarına satılmışdır. Həmin avtomobillər onlardan alınarkən bazar dəyəri 40.000 (qırx min) ABŞ dolları civarında olmuşdur. Həmin avtomobillərə gör ə onlar borcun demək olar ki, yarısından çoxunu ödəmişlər. Belə olan halda cavabdeh onlara pul qaytarmalı idi. Lakin bunu etməmiş və hər bir avtomobildə onların ödədiyi vəsaitlərdən əsassız varlanmışdır. Həmin avtomobillərin hər birindən ona təxminən 20.000-30.000 (iyirmi min-otuz min) manata yaxın pul vəsaiti geri qaytarılmalı idi. Lakin cavabdeh avtomobilləri satmış və onların ödədiyi vəsaitləri geri qaytarmamışdır. Göründüyü kimi avtomobillər devalvasiyadan qabaq alınmış və manatla alınmışdır. Avtomobillər 2016-cı ildə onlardan zorla alınanda həmin avtomobillərin qiyməti xeyli artmışdır. Belə ki, həmin avtomobillər xaricdən gətirildiyindən və xarici valyuta ilə alındığından artıq qiymətində 100 faiz bahalaşma olmuşdur. Odur ki, cavabdeh tərəfindən ya avtomobillər geri qaytarılmalı və ya ödədikləri pul vəsaitləri geri qaytarılmalıdır. Həmçinin cavabdeh onların əmlaklarını vaxtında qaytarmamaqla maddi və mənəvi ziyan vurmuşdur. İddia tələbinin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, həmin avtomobillərə dair müqavilə bağlanarkən kobud qanun pozuntusuna yol verilmiş, "xxxx"Motors MMC avtomobillərin mülkiyyətçisi olmamış, alqı-satqı müqavilələri notarial qaydada bağlanmamış, cavabdeh müqavilə bağlayarkən əmlakın mülkiyyətçisi olduğunu göstərməklə onları aldatmışdır. Aralarında bağlanmış alqı-satqı müqavilələri yalan əqd olmuşdur. Həmçinin cavabdeh avtomobillərin mülkiyyətçiləri tərəfindən verilmiş etibarnamədən öz xeyrinə istifadə etməklə özü barəsində əqdlər bağlamışdır. Cavabdeh ərizə verərək, mübahisəyə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Ba kı şəhəri Nəsimi rayon Məhkəməsinin (hakim Emin Mehdiyev) 01 mart 2018-ci il tarixli 2(006)-1212/2018 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh MMC-yə qarşı yük avtomobillərinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ödənilmiş 100.000 manat pulun geri qaytarılması tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə, işin faktiki hallarını, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 389.1, 390.1, 390.3, 390.5, 421.1, 421.2, 425.1, 425.2, 430.1, 600.1, 354.1, 354.2, 372.1, 373.2, 373.3, 375.2, 377.1-ci maddələrinə, həmçinin tərəflərin mübahisə edilən alqı-satqı müqaviləsini sərbəst iradə ifadəsi əsasında bağlamasını və onların müqavilə şərtlərini, o cümlədən, ödəniş vasitəsini qarşılıqlı razılıq əsasında sərbəst müəyyən etmələrini, hazırda müqav ilənin etibarsız sayılması üçün hər hansı hüquqi əsasların olmadığını nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi təmin edilə bilməz. Məhkəmə bu nəticəyə gələn zaman həmçinin İddiaçı2 və İddiaçı1 iddia müddətini ötürməsini də nəzərə almışdır. İddiaçılar apelyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 01 mart 2018ci il tarixli qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Sənan Hacıyev - sədrlik edən və məruzəçi, Rafael Eyvazov və Fuad Talışinski) 2(103)-7963/2018 saylı, 10 avqust 2018-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayo n Məhkəməsinin 01 mart 2018-ci il tarixli, 2(006)-1212/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı2 08 iyul 2014cü il tarixli, 176 nömrəli alqı-satqı müqaviləsi üzrə cəmi 65.800 (altmış beş min səkkiz yüz) manat ödəniş etmiş, ümumi 49.800 (qırx doqquz min səkkiz yüz) manat borcu qalmışdır. İddiaçı2 Rafıl oğlu 11 iyul 2014-cü il tarixli, 185 nömrəli alqı-satqı müqaviləsi üzrə cəmi 32.700 (otuz iki min yeddi yüz) manat ödəniş etmiş, 25.100 (iyirmi beş min yüz) manat borcu qalmışdır. İddiaçı1 Rafıl oğlu 11 iyul 2014-cü il tarixli, 194 nömrəli alqı-satqı müqaviləsi üzrə cəmi 22.700 (iyirmi iki min yeddi yüz) manat ödəniş etmiş, 35.100 (otuz beş min yüz) manat borcu qalmışdır. Müqavilələrin şərtlərinə uyğun ol araq avtomobillər cavabdehə təhvil verilmişdir, belə ki, yuxarıda sadalanan işin halları ilə iddiaçılar tərəfindən müqavilənin şərtləri pozularaq ödənişlər müəyyən edilmiş qaydada həyata keçirilməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanılmış müqavilələr tərəflərin sərbəst iradə ifadəsi ilə bağlanıldığından və tərəflər məhz belə bir müqavilənin bağlanılmasını arzu etdiyindən, yəni müqavilə bağlandıqdan sonra həmin avtomobillər iddiaçılar tərəfindən istifadə edilmiş və müəyyən miqdarda da müqavilə ilə nəzərdə tutulmuş ödənişlər həyata keçirilmişdir ki, iddiaçıların vacib əhəmiyyətli yanılma təsiri altında əqdin bağlanılması və aldadılması ilə bağlı gətirdikləri dəlillər əsassızdır. Alqı-satqı müqavilələri bağlanarkən cavabdehin səlahiyyətsiz olma sı da müəyyən edilmir, belə ki, iş materiallarında olan etibarnamələrdən göründüyü kimi alqı-satqı müqavilələri bağlanarkən cavabdeh tərəf yük avtomobilləri üzərində sərəncam vermək səlahiyyəti olmuşdur. Məhkəmə həmçinin hazırki münasibətə iddia müddətinin tətbiqinə dair cavabdehin nümayəndəsinin yazılı ərizəsi ilə bağlı da qeyd etmişdir ki, iddia tələbi eyni zamanda iddia müddətinin ötürülməsi ilə bağlı da əsassızdır. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 337.1, 389.1, 390.1, 347.1, 347.2.2, 354.1, 354.2, 372, 375-ci maddələrinə istinadla əsaslandırmışdır. İddiaçılar İddiaçı2 və İddiaçı1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7963/2018 saylı, 10 avqust 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər İlqar Dəmirov sədrlik edən və məruzəçi, Əhməd Əhmədov və Vüqar Həsənov) 11 sentyabr 2020-ci il tarixli, 2(102)-3064/2020 nömrəli qərarı ilə iddiaçıların kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, avtomobillərə dair 11.07.2014-cü il, 08.07.2014-cü il, 31.07.2014cü il tarixli alqı-satqı müqavilələrini satıcı kimi Cavabdeh MMC öz adından imzalamış və həmin müqavilələr rəsmi qaydada təsdiq olunmamış, həmçinin qeyd olunan avtomobillər üzərində Cavabdeh MMC-nin mülkiyyət hüququ olmamışdır, yəni cavabdehin satıcı kimi həmin avtomobillərə dair sərəncam vermək səlahiyyəti olmamışdır. Müəyyən edilmişdir ki, qeyd olunan müqavilələrin bağlanmasından sonra həmin avtomobillər iddiaçıların mülkiyyətinə deyil, yalnız sahibliyinə və istifadəsinə verilmişdir. İddiaçılar isə həmin avtomobillərdən gəlir əldə etmək məqsədi ilə istifadə etmişlər. Apelyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən həmin avtomobilin mülkiyyətçilərinin maraqlı şəxs qismində işə cəlb etməklə iddiaçıların iddia tələblərinə faktiki mövcud olmuş icarə hüquq münasibətlərinə uyğun hüquqi qiymət verilməli olub-olmamasını araşdırmalıdı r. Məhkəmə kollegiyası öz qərarını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1, 357.2, 567, 337.1, 337.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat İş üzrə apellyasiya baxışı zamanı avtomobillərin mülkiyyətçiləri X1 və X3 üçüncü şəxs qismində mülki işin baxılmasına cəlb edilmişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Tofiq Səmədov - sədrlik edən və məruzəçi, İkram Şirinov və Anar Tanrıverdiyev) 2(103)-816/2021 nömrəli, 15 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 01 mart 2018-ci il tarixli, 2(006)-1212/2018 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçı lar İddiaçı2 və İddiaçı1 Cavabdeh MMC-yə qarşı “yük avtomobillərinin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və ödənilmiş 100.000 manat pulun geri qaytarılması” tələbinə dair iddianın təmin edilməməsi qət edilmişdir. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış müqavilələr üzrə iddiaçılar müqavilə üzrə üzərilərinə götürdükləri öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda, müəyyən miqdar ödəniş etsələr də, öhdəliklərinə uyğun olaraq müəyyən edilmiş miqdarda və vaxtda ödənişləri tam həyata keçirməmiş, müqavilə üzrə götürdükləri öhdəlikləri icra etməmişlər. Bu işin mübahisəsiz halıdır. Bundan başqa, müqavilələrin 4.4-cü maddəsinə əsasən alıcı alqı-satqı müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəli üzrə öhdəliklərini bir ay müddətində yerinə yetirmədikdə alıcı avtomaşını təhvil verməyə və qarşılıqlı hesablaşmaları həyata keçirməyə borcludur. Müqavilənin 5.1.3-cü maddəsinə əsasən satıcının alıcıdan alqı-satqı müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəlinə müvafiq qaydada avtomaşının pulunu vaxtında ödəmədiyi təqdirdə avtomaşını geri tələb etmək hüququna malikdir. Müqavilənin 5.1.5-ci maddəsinə əsasən satıcının alıcı tərəfindən avtomaşının dəyərini tam ödəmədiyi təqdirdə avtomaşını geri tələb etmək və vurulmuş ziyana görə tələb irəli sürmək hüququ da vardır. Müqavilənin 5.2.4-cü maddəsinə əsasən avtomaşının dəyəri müqavilənin qüvvədə olduğu vaxtda “alıcı” tərəfindən tam ödənildiyi halda, qeyd-şərtsiz olaraq alıcının mülkiyyətinə verilir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişlər ki, iddiaçıla r tərəfindən müqavilənin şərtləri pozularaq ödənişlər müəyyən edilmiş qaydada həyata keçirmədiyindən, müqavilələrin şərtlərinə uyğun olaraq avtomobillər cavabdehə təhvil verilmişdir və belə olan halda məhkəmə kollegiyası avtomobillərin cavabdehə qaytarılmasını həm tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə, həm də mülki qanunvericiliyin tələblərinə uyğun olduğunu hesab edir. Həmçinin alıcı müqavilə üzrə öhdəliyini vaxtında lazımınca yerinə yetirmədiyinə görə yük avtomobil tam onun mülkiyyətinə verilməmişdir. Bundan başqa, işin faktiki hallarından görünür ki, tərəflər arasında 2014-cü ildə müqavilələr bağlandıqdan sonra avtomobillər iddiaçılara təhvil verilməklə müəyyən müddət ərzində iddiaçıların sahibliyində və istifadəsində olmuş, iddiaçılar həmin müddətdə avtomobillərdən fayda lanmışlar. Bu baxımdan da avtomobillər üçün ödədikləri pulu geri tələb etmələri əsassız iddia tələbi hesab olunmuşdur. İş materiallarına əlavə edilmiş müqavilələrdən göründüyü kimi tərəflər həmin müqavilələri bağlayarkən öz iradələrini sərbəst şəkildə ifadə etmişlər və öz imzaları ilə təsdiq etmişlər. Tərəflər müqaviləni bağlayarkən öz aralarında avtomobillərin alqı-satqısını nəzərdə tutmuşlar, bu hal onlar arasında mübahisə doğurmur və tərəflər arasında icarə hüquq münasibətləri mövcud olmamışdır. Bundan başqa, Kollegiya həmçinin hazırkı münasibətə iddia müddətinin tətbiqinə dair cavabdehin nümayəndəsinin yazılı ərizəsi ilə bağlı da qeyd etmişdir ki, iddia tələbi eyni zamanda iddia müddətinin ötürülməsi ilə bağlı da əsassızdır. Mübahisəli alqı-satqı müqavilələri 2014-cü ildə bağlanmış, id diaçılar 16 yanvar 2015-ci il tarixdən sonra ödənişləri dayandırmışlar və nəqliyyat vasitələri 06.04.2015-ci il tarixdə Cavabdeh MMC-nin faktiki fəaliyyət göstərdiyi ünvana gətirilmişlər, avtomobillər iddiaçılardan təhvil alındıqdan sonra da məhkəməyə vaxtında müraciət etməmişlər. İddiaçılar iddia tələbi ilə məhkəməyə 18.12.2017-ci il tarixdə, yəni hüquqlarının pozulduğunu bildikləri və ya bilməli olduqları vaxtdan bir ildən çox vaxt keçdikdən sonra müraciət etmişlər və bununla da iddia müddətini ötürmüşlər. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən prosessual pozuntuya yol vermiş, hüququn tətbiqində səhv buraxmış, prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, bu hal isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1. 1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv 375.2, 377.1-ci maddələrinə istinadən əsaslandırmışdır. İddiaçılar İddiaçı2 və İddiaçı1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-816/2021 nömrəli, 15 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, cavabdeh avtomobillərin mülkiyyətçisi tərəfindən verilmiş etibarnamədən Azərbaycan Respublikası MM-ni 359.3-cü maddəsinə zidd olaraq istifadə etməklə,, öz xeyrinə alqı-satqı müqavilələri bağlamış, həmin əqdin qanunla müəyyən edilmiş formasına riayət edilməmiş və əqd notarial qaydada təsdiq edilməmişdir. Həmçinin avtomobillər 2016-cı ilin sonunda geri alındığından iddia ilə müraciət edərkən bir illik müddət buraxılmamışdır. Həmçinin MM-nin 384-cü maddəsində mülkiyyətçinin öz hüquqlarının müdafiəsi ilə bağlı iddialara müddətin şami edilmədiyi təsbit edilmişdir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçıların vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Digər tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegi yası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Maddə 331.2. Tərəflərin razılaşmasında əqdin formasının uyğun gəlməli olduğu əlavə tələblər (müəyyən formalı blankda tərtibetmə, möhürlə təsdiqləmə və i.a.) müəyyənləşdirilə bilər və bu tələblərə riayət edilməməsinin nəticələri nəzərdə tutula bilər. 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödən işi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəll əsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə
377. İşdə iştirak edən şəxslərin işə apellyasiya instansiyası məhkəməsində baxılması ilə bağlı olan bütün məsələlər barəsində müraciətləri və vəsatətləri, işdə iştirak edən digər şəxslərin fikri dinlənildikdən sonra məhkəmə tərəfindən həll edilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nətic ələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə iddiaçılar kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi onda n ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Hər hansı əqdin etibarlılığı üçün isə, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə görə, “bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağla nmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır”. Tərəflər arasında bağlanmış müqavilələr tərəflərin sərbəst iradə ifadəsi ilə bağlanıldığından və tərəflər məhz belə bir müqavilənin bağlanmasını arzu etdiklərindən, həmin müqavilə üzrə avtomobillər iddiaçıların istifadəsinə verilmiş, iddiaçılar müqavilə üzrə müəyyən ödənişlər etmiş, yəni əqdin icrasına başlamışlar. Həmin müqavilələr üzrə iddiaçılar öz öhdəliklərini icra etmədiklərindən və müqavilə şərtini pozduqlarından müqavilə ləğv edilmiş və avtomobillər müqavilə şərtinə əsasən geri qaytarılmışdır. Göstərilənlərə əsasən, bu müqavilələrin əhəmiyyətsiz əqd (yalan əqd və ya uydurma əqd) olması barədə kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsassız hesab edir. Alqı-satqı müqavilələri bağlanarkən cavabdehin avtomobillərin mülkiyyətçisi olmaması, səlahiyyətsiz şəxsin bağladığı əqdin etibarsız olması, həmçinin cavabdehin avtomobillərin mülkiyyətçisi tərəfindən ona verilmiş etibarnamələrdən öz xeyrinə istifadə edilməsi dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu əsaslarla əqdin etibarsızlığını tələb etmək hüququ cavabdehə etibarnaməni vermiş mülkiyyətçilərə məxsusdur. Həmin şəxslər apellyasiya məhkəməsi tərəfindən işə 3-cü şəxs kimi cəlb edilmiş, onlar məhkəmə iclasına gəlməmiş və cavabdehin əqd bağlamaq səlahiyyətlərini aşmasını, həmçinin etibarnamədən öz xeyrinə istifadə edilməsi ilə bağlı onlara hər hansı ziyan dəyməsini mübahisələndirməmişlər. Mülki Məcəllənin 358ci maddəsi nəzərə alınarsa, qeyd edilən əsaslarla əqdin etibarsız hesab edilməsi yalnız avtomobilin mülkiyyətçilərinin iradəsindən asılıdır. Əqdin formasına riayət edilməməsi, notarial qaydada bağlanmaması ilə bağlı dəlilə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar bu əsasla müqavilənin etibarsızlığına əsas verən halları əvvəlcədən bilmiş, müqavilə qüvvədə olduğu müddətdə bu əsaslarla müqaviləni mübahisələndirməmiş, müqavilənin icrasına başlanmış və iddiaçılar müqavilə üzrə ödənişləri icra etmədiklərindən müqavilə ləğv edilərək, avtomobillər geri qaytarılmışdır. Belə olan halda, iddiaçıların həmin müqavilənin no tarial qaydada bağlanmamasına istinad edilməklə etibarsız hesab edilməsinə əsaslı mənafeləri mövcud deyildir, həmçinin bu hal onlara müqavilə bağlanan andan məlum olduğuna görə bu əsasla əqdin etibarsızlığını tələb etmək üçün onlar Azərbaycan Respublikası MM-nin 354.2-ci maddəsində nəzərdə tutulmuş 1 illik müddəti ötürmüşdürlər. Məhkəmə kollegiyası qeyd edir ki, həmin müddət iddia müddəti deyil, kəsici müddət olmaqla, cavabdeh tərəfindən ərizə verilməsindən asılı olmayaraq, məhkəmənin tərəfindən tətbiq olunur. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə mülkiyyət hüququnun müdafiəsi ilə bağlı deyil, əqdin etibarsız hesab edilməsi və etibarsızlığın nəticələrinin tətbiqi ilə bağlı olduğundan mübahisəyə Azərbaycan Respublikası MM-nin 384.0.4-cü maddəsinin tətbiq edilməli olması barədə dəlil d ə əsassızdır. Kassasiya instansiya məhkəməsinin əvvəlki qərarında verilmiş göstərişlərlə bağlı məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə qaldırılan iddia əqdin əhəmiyyətsizliyi ilə yanaşı onun nəticələrinin tətbiqi barədə də iddia olmuş və bu iddialar üzrə MM-nin 354.1-ci maddəsində kəsici müddət nəzərdə tutulmuşdur. Həmçinin tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsində əşyaların dəyəri tam ödənilənədək mülkiyyət hüququnun satıcıda saxlanması barədə qeyd-şərt (5.2.4 bənd) nəzərdə tutulduğundan həmin müqavilə üzrə tərəflərin münasibətlərinə faktiki mövcud olmuş icarə hüquq münasibətlərinə uyğun hüquqi qiymət verilməsi mümkün deyildir. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkə məsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçıların kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-816/2021 nömrəli iş üzrə 15 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.