Məhkəmə qərarları › İş №2(102)-4965/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4965/2020

19.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4965/2020 19.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh5, X1, Cavabdeh2 Cavabdeh3, Cavabdeh4 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4965/20 (Açar sözlər: lizinq predmetinin qiymətindən çox məbləğdə pul ödənilməsi) Bakı şəhəri, 19 oktyabr 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, Cavabdeh5 və onun vəkili iştirakı ilə, İddiaçı «xxxx» ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh6, Cavabdeh2 Səf tər oğlu, Cavabdeh4 Sahib oğlu və Cavabdeh3 Nurədin oğluna qarşı “lizinq obyektinin geri qaytarılması və müqavilə üzrə əsas borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 fevral 2020-ci il tarixli, 2(103)-316/2020 nömrəli qətnaməsindən cavabdehlər M və Cavabdeh5nın kassasiya şikayətinə 19 oktyabr 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İdiaçı «xxxx» ASC ilə Cavabdeh1 arasında xx xxxxxx 2015-ci ildə NV- 505/15 saylı daxlili lizinq müqaviləsi bağlanıb.

2. Müqaviləyə əsasən **-AN-*** dövlət qeydiyyat nişanlı minik avtomobil Cavabdeh1 lizinqə verilmişdir.

3. Digər cavabdehlər Cavabdeh5, Cavabdeh6, Cavabdeh2 Səftər oğlu, Cavabdeh4 Sahib oğlu və Cavabdeh3 Nurədin oğlu həmin müqavilə üzrə Cavabdeh1 zamin durmuşlar.. a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixli, NV- 505/15 saylı "X2" üzrə lizinq obyekti sayılan "Volkswagen Jetta” markalı **-AN-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin geri qaytarılması, 719,74 ABŞ dolları əsas, 1022,20 ABŞ dolları mükafat, 44,25 ABŞ dolları cərimə borcu olmaqla, müqavilə üzrə ödənilməmiş 1786.19 ABŞ dolları məbləğində borcun və 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılıb ki, Cavabdeh1xx.xx.2015-ci il lizinq müqaviləsindən irəli gələnöhdəliklərini yerinə yetirmir.

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(001)8072/2017 saylı qətnaməsi ilə iddia təmin olunmuşdur. (hakim Şeyda Məhərrəmova)

7. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara, o cümlədən lizinq müqaviləsi və maliyyə arayışına istinadən hesab etmişdir ki, iddia tələbi qanuni və əsaslıdır, buna görə də iddia həm lizinq alana, həm də zaminlərə qarşı təmin edilməlidir.

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçı şirkətlə zaminlər arasındakı zaminlik müqavilələrində zaminlər lizinq alanla bərabər məsuliyyət daşıyırlar.

9. Məhkəmə mövqeyini Mülki Məcəllənin 442, 443.1, 445.2.1, 448.1, 470.1, 472.1 və 747.1-ci maddələrinə istinad etmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabdeh1 apelyasiya şikayəti verib, avtomobilin ondan alınıb iddiaçıya verilməsi tələbinin təmin olunan hissəsində qətnamənin ləğv edilməsini xahiş etmişdir.

11. Cavabdehlər Cavabdeh5 və Cavabdeh6 da apelyasiya şikayəti verib, avtomobilin alınıb iddiaçıya verilməsi tələbinin təmin olunan hissəsində qətnamənin ləğv edilməsini xahiş etmişlər.

12. Hər iki apelyasiya şikayəti onunla əsaslandırlıb ki, avtomobilin dəyərindən əksər hissəsi ödənilsə də, az borca görə lizinq şirkəti onları məhkəməyə vermişdir.

13. Borc məbləği həqiqəti əks etdirmir. Borcun gecikdirilməsi barədə onlara heç bir xəbərdarlıq edilməmişdir.

14. Bakı Apelyasiya Məhkəməsi xx xxxx 2019-cu il tarixli qərardadla iş üzrə məhkəmə mühasibtlıq ekspertizası təyin etmişdir.

15. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 fevral 2020-ci il tarixli, 2(103)-316/2020 nömrəli qətnaməsi ilə apelyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli 2(001)8072/2017 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış, məhkəmə mühasibatlıq ekspertizasının xərci qismində 145 manat pulun cavabdehlər Cavabdeh1, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. (hakimlər İlham Kərimli(sədrlik edən və məruzəçi) Xəyalə Cəmilova, İsmayıl Xəlilov)

16. Apelyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı Şirkətlə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli X2nə əsasən Az **-AN-*** dövlət qeydiyyat nişanlı minik avtomobili 36 ay müddətinə hər ayın 12-dən gec olmayaraq 477,12 ABŞ dolları ödənilməsi şərtilə lizinqə verilmiş, əmlak təhvil verilmişdir. Cavabdeh5, Cavabdeh6, Cavabdeh2 Səftər oğlu, Cavabde markalı Az **-AN-*** dövlət qeydiyyat nişanlı minik avtomobili xx.xx.2019cu il tarixə olan məlumata əsasən iddiaçının mülkiyyətindədir.

17. Ekspert rəyi ilə müəyyən edilən borc məbləği iddia tələbinin həcmindən artıq olduğundan, apelyasiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə uyğun olaraq tutulmalı olan məbləğ iddia tələbindən artıq ola bilməz.

18. Apelyasiya məhkəməsi əlavə olaraq Mülki Məcəllənin 748-1.12.4, 748-10.2 “Mülki Prosessual Məcəllənin 218.3-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdehlər Cavabdeh5 və Cavabdeh6 kassasiya şikayəti verib qətnamənin ləğv, işin yeni apely asiya baxışına qaytarılmasını xahiş ediblər.

20. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb, şikayətdə avtomobilin dəyərindən əksər hissəsinin ödənilməsinə, borc məbləğinin həqiqəti əks etdirməməsinə istinad edilib. b) Kassasiya şikayətinə qarşı tərəin etirazının dəlilləri

21. Kassasiya şikayətinə qarşı tərəfin etiraz daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları

22. Məhkəmə iclasında cavabdeh “Cavabdeh5 və onun vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya baxışına qaytarılmasını xahiş etdilər.

23. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbər verilsə də, iş üzrə iddiaçının nümayəndəsi və digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 445.2.1. Öhdəliyin o nun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun ictanı gecikdirməsi sayılır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə

472. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcl udur. Maddə 748-1.12.4. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da dalizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Maddə 748-10.2. Lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 218.3. hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunm amasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq o lunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

25. Hazırkı kassasiya şikayətində cavabdehlər apelyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etsələr də, kassasiya şikayətinin dəlili yalnız tələb edilən borc məbləğinin həqiqəti əks etdirməməsi barədədir. Buna görə də hazırki kassasiya baxışının predmeti yalnız borc məbləğindən ibarətdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, lizinq müqaviləsi üzrə borcun qaytarılması barədədir.

28. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

29. İşin apelyasiya instansiyası tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, lizinq borcu iddia tələbində göstərilən həddədir.

30. Borc məbləğinin həqiqəti əks etdirməməsi barədə kassasiya şikayətinin dəlilinə gəldikdə, qeyd edilməlidir ki, apelyasiya məhkəməsi mühasibatlıq ekspertizası təyin etmişdir. Ekspert rəyində borc daha çox hesablandığı üçün apelyasiya məhkəməsi düzgün olaraq MPM-in 218.3-cü maddəsinə uyğun olaraq b orc məbləğinin iddia tələbi həddində tutulmalı olması nəticəsinə gəlmişdir.

31. Bununla da, borc məbləğinin həqiqəti əks etdirməməsi barədə kassasiya şikayətinin dəlili ekspert rəyi təkzib edilmişdir.

32. Apelyasiya məhkəməsi bütün sübutları, o cümlədən ekspert rəyini Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinə uyğun olaraq düzgün qiymətləndirmişdir.

33. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər X3 və X kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Ko llegiyasının 25 fevral 2020-ci il tarixli, 2(103)316/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar