Məhkəmə qərarları › İş №2(102)-497/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-497/2020

24.01.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-497/2020 24.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, İddiaçı2 vəkili İsmayılzadə Qulam Azər oğlunun, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin vəkili Məhərrəmova Aysel Yusif qızının iştirakları ilə, İddiaçı2 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 avqust 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı2 Bakı Apelyas iya Məhkəməsinin Mülki Kollegiyasının 22 avqust 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı2 Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı “müqavilənin birtərəfli qaydada ləğvinin etibarsız hesab edilməsi, sağlamlıq kompleksinə üzv kimi qəbul olunma və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 26 aprel 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən T.Axundov, iş 2(004)-2289/2019) iddia tələbləri qismən təmin edilmiş, İddiaçı2 ilə Cavabdeh Şirkəti arasında “xxxxx” Otelinin idman və sağla mlıq kompleksinin (“xxxxx” SPA and Fitness Klubunun) xidmətlərindən istifadə edilməsinə dair bağlanmış müqavilənin cavabdeh şirkət tərəfindən birtərəfli qaydada ləğvinin etibarsız hesab edilməsi, İddiaçı2 “xxxxx” Otelinin idman və sağlamlıq kompleksinə (“xxxxx” SPA and Fitness Klubuna) üzvlüyünün bərpa edilməsi qət olunmuşdur. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və F.Babayev, iş № 2(103)-9242/2019) cavabdehin apelyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2289/2019 saylı iş üzrə 26 aprel 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddia tələbinin qismən təmin edildiyi hissədə ləğv edilmiş, iddianın həmin hissədə də təmin olunmaması qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçı2 vəkili İsmayılzadə Qulam Azər oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosess ual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin vəkili Məhərrəmova Aysel Yusif qızı izahatında göstərmişdir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. Ona görə də, kassasiya şikayətinin təmin edilməməsini xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yal nız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Ape lyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı cavabdehə məxsus “xxxxx” SPA & Fitness Klubundan qeydiyyatdan keçərkən klubdaxili davranış qaydalarını özündə ehtiva edən “xxxxx Spa & Fitnes – İstifadə qaydaları və təlimatlar” adlı sənədlə tanış olaraq onu imzalamış, habelə cavabdeh tərəfindən iddiaçının poçt, həmçinin elektron ünvanına (Elektron ünvan ) dəfələrlə məktublar ünvanlanaraq “xxxxx” SPA & Fitness Klubunun qaydaları təkrarən onun diqqətinə çatdırılmış, xüsusilə “xxxxx” SPA & Fitness Klubundan istifadə zamanı orada çalışan işçilərə qarşı nalayiq sözlərdən istifadə edilməsinin, onlara qışqırmağın davranış qaydalarına zidd olduğu, həmin qaydalara əməl olunmadığı təqdirdə üzvlüyünə xitam veriləcəyi göstərilmişdir. Cavabdehə məxsus “xxxxx” otelində müxtəlif vəzifələrdə ç alışan işçilərin surətləri iş materiallarına əlavə edilmiş izahatlarında da iddiaçının otelin işçilərini təhqir etdiyi, nalayiq sözlərdən və söyüşlərdən istifadə etdiyi, otelin qadın qonaqlarına içkilər göndərməklə onları narahat etdiyi göstərilmiş, qeyd edilənlər iş materiallarında olan fotoşəkillər və video görüntülərlə də öz təsdiqini tapmışdır; həmin fotoşəkillərə və video görüntülərə baxılarkən, iddiaçının cavabdehə məxsus otelin personalına qarşı kobud davranışlar sərgilədiyi, aqresiv tərzdə barmaqla hədələdiyi, yumruq göstərdiyi və s. müəyyən edilməkdəir. Həmçinin işin hallarından göründüyü kimi, 02 sentyabr 2018-cı il tarixdə iddiaçı ilə cavabdehə məxsus otelin X adlı qonağı arasında mübahisə baş vermiş, sonuncunun 102 polis xidmətinə müraciətinin nəticəsində hər ikisi izahat vermə k üçün polis bölməsinə aparılmışlar. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsini tətbiq edərək aşağıdakıları qeyd etmişdir: “iddiaçının irəli sürdüyü faktiki hallar, onun iddia tələbinin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmamaqdadır; nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəlisürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisi ya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur” İddiaçı2 kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulduğuna istinad etsə də, apelyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş maddi və ya prosessual hüquq pozuntusunun nədən ibarət olmasını göstərməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Məhkəmə kollegiy ası qeyd edir ki, İddiaçı1lə “xxxxx Spa&Fitnes -İstifadə qaydaları və təlimatlar” adlı sənədə əsasən, yəni – adı çəkilən təlimatın 7-ci bəndində xxxxx Spa&Fitnes Klubuna qəbul və orada davranış qaydaları əks olunmaqla qeyd edilir ki, xxxxx Spa&Fitnes hər hansı bir üzvünün və ya qonağın davranışı, xxxxx Spa&Fitnes rəhbərliyinin mülahizəsinə görə, Klubun nüfuzuna və ya oranın üzvlərinin maraqlarına xələl gətirərsə, rəhbərlik həmin şəxsləri xxxxx Spa&Fitnes ərazisindən xaric etmək hüququnu özündə saxlayır. Təlimatın 8-ci bəndində isə nəzərdə tutulmuşdur ki, üzv davranış qaydalarına riayət etməzsə, digər üzvlərə və işçilərə mane olarsa və ya onları narahat edərsə və ya rəhbərlik həmin hərəkətlərin qeyri-münasib və ya yersiz olduğunu düşünərsə, üzvlük rəhbərliyin şəxsi qərarı ilə dayandırıla və ya ona xitam verilə bilər. Tərəflərin arasında olan bu razılaşmadan da görünür ki, Şirkət müqavilənin xitamına dair qaydalarda öz üstünlüyünü saxlayır. Yəni həmin təlimatın 8-ci bəndi bu ifadələrlə bağlayır: “xxxxx Spa və Fitnes rəhbərliyi, özünün şəxsi mülahizəsinə əsasən və heç bir səbəb göstərmədən istənilən üzvün üzvlüyünə xitam verə bilər”. Qeyd olunanlara əsasən Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır və rədd olunmalıdır. Ona görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun po zuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar