Məhkəmə qərarları › İş №2(102)-4971/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4971/2019

02.08.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4971/2019 02.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X2, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əzimova Səbinə Yaşar qızının katibliyi, iddiaçıların vəkili Nümayəndə, cavabdehin vəkili X3 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə, müstəqil tələblər irəli sürməyən 3-cü şəxs X qarşıalqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, maddi və mənəvi ziyanın tutulması tələbinə dair iddiasıdair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 fevral 2019-cu il tarix li qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindənverilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(004)-7530/2018, hakim T.B.Axundov)iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə, müstəqil tələblər irəli sürməyən 3-cü şəxs X qarşıalqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, maddi və mənəvi ziyanın tutulması tələbinə dair iddiasırədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 fevral 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-2572/2019, sədrlik edən İ.S.Şirinov, hakimlər T.S.Səmədov, E.C.Kazımov) iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş,Yasamal Rayon Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli qətnaməsi apellyasiya şikayətinə münasib ətdə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçılar kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasınamüraciət edərək şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmaqla, ədalətsiz və qanunsuz qətnamə qəbul etmişdir. İddiaçılar kassasiya şikayətində Azərbaycan Respublikasının Mülki Məcəllənin 390, 339.1-339.5, 21, 152, 1096, 1097, 1115-ci, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 29, 52-ci maddələrinə istinad edərək göstərmişlər ki, cavabdeh indiyə kimi torpağın alınması üçün əsas olmuş dövlət ehtiyacının- yolun harad an keçəcəyi, hansı evlərin və tikililərin yerləşdiyi torpağa toxunacağı barədə onlara heç bir məlumat verməmişdir. Həmin dövlət ehtiyacı olan yol onların evlərinin və torpaq sahələrinin alınmasını zəruri etmirdi. İddiaçılar iradələrinə zidd olaraq hakimiyyətdən sui-istifadə, ağır vəziyyətə düşmə nəticəsində, özü və ailə üzvlərinin həyatı üçün real təhlükə nəticəsində müqavilə bağlamağa məcbur olmuşlar. Onların evlərinin qaz, su, elektrik enerjisi təchizatı mütəmadi olaraq dayandırılması təsdiq edilmişdir. Cavabdeh öz hərəkətləri ilə, məhkəmə isə qərarı ilə iddiaçıların İnsan Hüquqları və X1 haqqında Konvensiyanın 3, 6, 8, 13 və 18-ci, Konvensiyaya dair 1 saylı Protokolun 1-ci, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsini pozmuşdur. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kol legiyasının 27 fevral 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Hüquqi məsələlər: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə, müstəqil tələblər irəli sürməyən 3-cü şəxs X qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, maddi və mənəvi ziyanın tutulması tələbinə dair iddia vermişlər. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin mübahisə edilməyən hallarına görə Yasamal rayonu, Zülfi Adıgözəlov küçəsində isti fadədə olan 0,04757 ha torpaq sahəsində yerləşən 15 saylı fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 1/12 hissədə İddiaçı1, 1/12 hissədə İddiaçı2 məxsus olmuşdur. Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 fevral 2018-ci il tarixli 51 nömrəli qərarına əsasən Yasamal rayonu “Sovetski” (Z.Adıgözəlov küçəsi 15 saylı ev daxil olmaqla) adlanan ərazidə Bakı şəhərinin Baş planının icrası ilə əlaqədar dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi, yol nəqliyyat infrastruktur təminatının yaxşılaşdırılması, abadlıq-quruculuq işlərinin aparılması məqsədi ilə torpaqlarının dövlət ehtiyacları üçün alınma prosesi başlanmışdır. Bununla bağlı Bak ı şəhəri, Cavabdeh Başçısının 30.06.2017-ci il tarixli 219 saylı sərəncamı ilə Yasamal rayonu, İ.Qutqaşınlı, K.Kazımzadə (keçmiş A.Ağayev) və Ayna Sultanova küçələrinin əhatə etdiyi ərazidə yerləşən, yaşayış üçün yararsız və qəzalı hala düşmüş köhnə fərdi yaşayış evlərinin sakinlərinin qarşılıqlı razılaşma əsasında “xxxx” MMC tərəfindən köçürülərək həmin binaların Azərbaycan Respublikası FHN-nin əlaqədar təşkilatının müvafiq rəyi əsasında sökülməsinə icazə verilmişdir. Həmin sərəncamda həmçinin Yasamal rayonu, İ.Qutqaşınlı, K.Kazımzadə (keçmiş A.Ağayev) və Ayna Sultanova küçələrinin əhatə etdiyi ərazidə yerləşən, yaşayış evlərinin sakinlərinin qarşılıqlı razılaşma müqaviləsi əsasında yeni mənzillə təmin edilənədək hər ay kirayə haqqı verilməklə başqa yerə köçürülməsini və qəzalı binanın sö külməsi “xxxx” MMC-yə tapşırılmışdır. İddiaçı1 ilə, Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti adından X4 ilə 18.08.2018-ci il tarixdə 41 saylı notariat kontorunda təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanmış və satıcı qismində İddiaçı1 122.488 manat müqabilində ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 253,2 kv.m köməkçi sahəsi 212.2 kv.m olan, 17 otaqlı fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus 1/12 hissəsini Bakı şəhəri Yasamal rayon İcra hakimiyətinə satmışdır. İddiaçı2 ilə, Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti adından X4 ilə 18.08.2018-ci il tarixdə 41 saylı notariat kontorunda təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanmış və satıcı qismində İddiaçı2 37.450 manat müqabilində ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 253,2 kv.m köməkçi sahəsi 212.2 kv.m olan, 17 otaqlı fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus 1/12 hissəsini Bakı şəhəri Yasamal rayon İcra hakimiyətinə satmışdır. AzərbaycanRespublikasıMülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin alqı-satqı müqaviləsinin məzmununu müəyyən edən 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İddiaçılar tələblərini bağlanmış müqavilənin onların iradəsini əks etdirmədiyi ilə əsaslandırmışlar. AzərbaycanRespublikası Mülki Məcəlləsinin 339-cu maddəsi ilə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdlərin etibarsızlığının əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbərinə görə əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. AzərbaycanRespublikasıMülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair alqı-satqı müqaviləsi bağlanarkən müqavilənin şərtləri tərəflərin iradə ifadəsi ilə müəyyən edilmişdir. İddiaçılar cavabdehin onlara qarşı məcburiyyət tətbiq etməsinə dair tələbinin əsası kimi istinad etdikləri halları təsdiq edən hər hansı bir sübut təqdim etməmişlər. Beləliklə, cavabdeh tərəfindən iddiaçıların dövlət tərəfindən qorunan mülkiyyət hüquqlarının pozulması halı öz təsdiqini tapmamışdır. Əksinə, iş materiallarından görünür ki, iddiaçılar cavabdehlə müqavilə bağlayaraq mülkiyyətlərini sərbəst, könüllü qaydada özgəninkiləşdirərək qarşılığında müqavilə üzrə razılaşdırılmış məbləği aldıqdan sonra hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar