Məhkəmə qərarları › İş №2(102)-4974/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4974/2019

11.07.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4974/2019 11.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı-nin nümayəndəsi və vəkili X16 oğlunun, cavabdehlər Cavabdeh1, Cavabdeh4, onların və digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 vəkili Rnun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.12.2018-ci il tarixli, 2(103)12292/2018 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, C avabdeh5 və Cavabdeh6 tərəfindən verilmiş birgə kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin (hakim İ.Burcayev) 15.03.2018-ci il tarixli, 2(008)-181/2018 nömrəli qətnaməsi ilə İddiaçı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Ekologiya və Təbii Sərvətlər Nazirliyi və FHN-nin X5 Görülməsi vəX8 Agentliyi) qarşı “qanunsuz inşa edilmiş daş hasarların və tikililərin sökülməsi, dəymiş ziyanın ödənilməsi və xüsusi qərarın çıxarılması” tələbinə dair iddiası qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 tərəfindən “X9” ərazisində İddiaçı-nin istifadəsinə verilmiş hissədə qanunsuz inşa edilmiş daş hasarların və tikililərin İddiaçı-nin hesabına sökülməsi, iddianın qalan hissədə rədd edilməsi, iş üzrə mütəxəssis rəyinin verilməsi ilə əlaqədar çəkilmiş 229 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Şirinov, T.Səmədov, E.Kazımov) 26.12.2018-ci il tarixli, 2(103)-12292/2018 nömrəli qətnaməsi ilə cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 15.03.2018-ci il tarixli, 2(008)-181/2018 nömrəli cavabdehlərin apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 iş üzrə Bakı Apel lyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.12.2018-ci il tarixli qətnaməsindən birgə kassasiya şikayəti vermişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Ekologiya və Təbii Sərvətlər Nazirliyi və FHN-nin X5 Görülməsi vəX8 Agentliyi)qarşı “qanunsuz inşa edilmiş daş hasarların və tikililərin sökülməsi, dəymiş ziyanın ödənilməsi və xüsusi qərarın çıxarılması” tələbinə dair iddia ərizəsi ilə 26.12.2016-cı il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən “X20” ərazisində İddiaçı-nin hüquqi varisi olduğu hissəsində qanunsuz inşa edilmiş daş hasarların və tikililərin İddiaçı-nin vəsaiti hesabına sökülməsi, Cavabdeh2 tə rəfindən “X20” ərazisində İddiaçı-nin hüquqi varisi olduğu hissəsində qanunsuz inşa edilmiş daş hasarların və tikililərin İddiaçı-nin vəsaiti hesabına sökülməsi, Cavabdeh4 tərəfindən “X20” ərazisində İddiaçı-nin hüquqi varisi olduğu hissəsində qanunsuz inşa edilmiş daş hasarların və tikililərin İddiaçı-nin vəsaiti hesabına sökülməsi, Cavabdeh3 tərəfindən “X20” ərazisində İddiaçı-nin hüquqi varisi olduğu hissəsində qanunsuz inşa edilmiş daş hasarların və tikililərin İddiaçı-nin vəsaiti hesabına sökülməsi, Cavabdeh5 tərəfindən “X20” ərazisində İddiaçı-nin hüquqi varisi olduğu hissəsində qanunsuz inşa edilmiş daş hasarların və tikililərin İddiaçı-nin vəsaiti hesabına sökülməsi, Cavabdeh6 tərəfindən “X20” ərazisində İddiaçı-nin hüquqi varisi olduğu hissəsində qanunsuz inşa edilmiş daş hasarlar ın və tikililərin İddiaçı-nin vəsaiti hesabına sökülməsi, son 2 il ərzində (01.10.2014-cü il tarixdən 01.10.2016-cı il tarixədək) qanunsuz hərəkətlər nəticəsində İddiaçı” MMC-yə ayrılmış 4 ha ərazidə cəmiyyətin fəaliyyəti məhdudlaşdırıldığı üçün müəssisəyə orta hesabla 249216 manat məbləğində dəymiş ziyanın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada tutulub İddiaçı-yə ödənilməsi barədə qətnamə çıxarılmasını, cavabdehlər barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188, 222-1, 255 və 322-ci maddələrinin tələblərinə uyğun olaraq xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdehlər Cavabdeh1, Cavabdeh2, C avabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 və onların vəkili R kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Sabunçu RİH-nin Nardaran qəsəbəsi üzrə Nümayəndəliyinin 05.03.2005-ci il tarixli, 05/499 saylı qərarı ilə Nardaran sakinləri olan cavabdehlərin hər birinə fərdi yaşayış evinin tikintisi üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Apellyasiya instansiyası məhkəməsi işin ədalətli həlli üçün mühüm əhəmiyyət kəsb edən qanunlara və digər hüquqi aktlara istinad etmədən, hüquq normalarını mübahisələndirilən məsələyə tətbiq etmədən və ya səhv tətbiq etməklə birinci instansiya məhkəməsinin qənaətini sübut kimi göstərərək apellyasiya şikayətini təmin etməmişdir. Məhkəmə qəbul etdiyi qətnamədə “iddiaçının qanuni istifadəsində olan” torpaq sahəsi barəsində qeyd edərkən hər hansı hüquq norması na istinad edə bilməmişdir. Çünki “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun 15-ci maddəsinə əsasən təbiətdən istifadəsi ilə müvafiq icra hakimiyyəti orqanı arasında təbii resurslardan istifadəyə görə müqavilə bağlanmalıdır. Lakin işdə olan sənədlərdən görünür ki, İddiaçı torpaqdan istifadəyə görə müvafiq icra hakimiyyəti-torpaq sahibi olan Bakı Şəhər İcra Hakimiyyəti ilə müqavilə bağlamamışdır və buna görə də onun fəaliyyəti tamamilə qanunsuzdur. Əmlak Məsələləri Dövlət Komitəsinin rəyi olmadan ayrılan torpaq sahələri qanunsuz hesab edilir. Məhkəmələr iddiaçının qanunsuz fəaliyyət göstərdiyinə göz yummuşlar. Karxananın fəaliyyət göstərməsi ekoloji cəhətdən də təhlükəlidir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının pozuntusu ilə əsassız və qanuns uz qətnamə qəbul etmişdir. Ona görə də onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.12.2018-ci il tarixli, 2(103)-12292/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, 3-cü şəxslər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikası FHN-nin X5 Görülməsi vəX8 Agentliyinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1, Cavabdeh4, onların və digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 vəkili R kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən İddiaçı-nin nümayəndəsi və vəkili X16 oğlu kassasiya şikayətinə etiraz edərək, məhkəmədən şikayətin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.12.2018-ci il tarixli, 2(103)-12292/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqi ni yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Apellyasiya kollegiyası tərəfindən müəyyən edilmiş işin hallarından və Azərbaycan SSR “X23 Tex Nəzarət” Komitəsinin 04.06.1980-cı il ta rixli 66 saylı Yatağayırma Aktından görünür ki, Maştağa Tikinti Materialları Kombinatı üçün Nardaran sahəsində əhəngdaşının hasilatı məqsədi ilə Bakı şəhərinin Lenin rayonunun Nardaran kəndinin inzibati ərazisində 68 hektar sahə təşkil edən əhəngdaşı yatağı ayrılmışdır. Azərbaycan SSR Nazirlər Sovetinin “Abşeronda bağ təsərrüfatının qaydaya salınması və gələcək inkişafı üzrə tədbirlər haqqında” 195 saylı 02.06.1988-ci il tarixli Qərarından görünür ki, Azərbaycan SSR Tikinti Materialları Sənayesi Nazirliyinin Maştağa Tikinti Materialları Kombinatının 68 hektar təşkil edən Nardaran sahəsindən 34.5 hektar sahə Bakı şəhər İcraiyyə Komitəsinin “X6 və İstismarı üzrə Birliyin Xüsusi Məişət Tikinti Tresti”nin istifadəsinə verilmiş, 33.5 hektar sahəsi isə Maştağa Tikinti Materialları Kombinatının i stismarında saxlanılmışdır. Bakı şəhər İcraiyyə Komitəsinin “X6 və İstismarı üzrə Birliyinin Xüsusi Məişət Tikinti Trestinin Nardaran X12” özəlləşdirilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 06 iyul 1994-cü il tarixli Qərarından görünür ki, “Əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin 1№-X18 X12” adı ilə hüquqi şəxs kimi Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır. Azərbaycan SSR Nazirlər Sovetinin 195 nömrəli 02 iyun 1988-ci il tarixli qərarından görünür ki, Maştağa Tikinti Materialları Kombinatının bazasında “X21” MMC yaradılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 06 iyul 1994-cü il tarixli Qərarından çıxarışdan görünür ki, Bakı şəhər İcraiyyə Komitəsinin “X6 və İstismarı üzrə Birliyin Xüsusi Məişət Tikin ti Trestinin Nardaran X12” özəlləşdirilmiş və “Əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin 1№-X18 X12” adı ilə hüquqi şəxs kimi Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır. 10 mart 2003-cü il tarixli 0103-P7-37400 reyestr nömrəli şəhadətnamədən görünür ki, “Əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin l №-li Trestinin Nardaran X12’nın bazasında İddiaçı yaradılmış, Ədliyyə Nazirliyində 10.03.2003-cü il tarixli 0103-P7-37400 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Maştağa –Nardaran dənizkənarı şosesi 6-cı km, Maştağa-Nardaran dənizkənarı şosesi 6- cı km xüsusi mülkiyyət hüququ ilə X14 Təsərrüfatı LTD MMC-yə məxsusdur. Fövqəladə Hallar Nazirliyi X7 Görülməsi və X8 Agentliyi tərəfindən verilmiş 16 oktyabr 2014-cü il tarixli aktdan görünür ki, İddiaçı-nin istifadəsinə verilmiş yatağ sahəsində yerin təkinin mühafizəsi və texniki təhlükəsizliyin müayinəsi aparılmışdır. Müayinə zamanı yatağ ərazisində Agentliyin icazəsi olmadan tikinti işləri aparılaraq ərazinin zəbt edilməsi aşkarlanmış və akt tərtib edilmişdir. Nardaran qəsəbəsi üzrə İcra Nümayəndəliyi tərəfindən verilmiş 05/463 nömrəli 28 fevral 2005-ci il tarixli qərardan çıxarışdan görünür ki, Cavabdeh1 Nardaran qəsəbəsi bağ sahəsində ümumi ölçüsü 0,12 ha olan 881 nömrəli bağ sahəsi ayrılmışdır. Nardaran qəsəbəsi üzrə İcra Nümayəndəliyi tərəfindən verilmiş 05/483 nömrəli 03 mart 2005 -ci il tarixli qərardan çıxarışdan görünür ki, Cavabdeh2 Nardaran qəsəbəsi bağ sahəsində ümumi ölçüsü 0,12 ha olan 882 a nömrəli bağ sahəsi ayrılmışdır. Nardaran qəsəbəsi üzrə İcra Nümayəndəliyi tərəfindən verilmiş 05/482 nömrəli 03 mart 2005-ci il tarixli qərardan çıxarışdan görünür ki, X1 Nardaran qəsəbəsi bağ sahəsində ümumi ölçüsü 0,12 ha olan 882 nömrəli bağ sahəsi ayrılmışdır. Nardaran qəsəbəsi üzrə İcra Nümayəndəliyi tərəfindən verilmiş 05/498 nömrəli 05 mart 2005-ci il tarixli qərardan çıxarışdan görünür ki, Cavabdeh4 Nardaran qəsəbəsi bağ sahəsində ümumi ölçüsü 0,12 ha olan 883 nömrəli bağ sahəsi ayrılmışdır. Nardaran qəsəbəsi üzrə İcra Nümayəndəliyi tərəfindən verilmiş 05/499 nömrəli 05 mart 2005-ci il tarixli qərardan çıxarışdan görünür ki, Cavabdeh3 Nardaran qəsəbəsi bağ sahəsi ndə ümumi ölçüsü 0,12 ha olan 883a nömrəli bağ sahəsi ayrılmışdır. Nardaran qəsəbəsi üzrə İcra Nümayəndəliyi tərəfindən verilmiş 05/464 nömrəli 28 fevral 2005-ci il tarixli qərardan çıxarışdan görünür ki, X2 Nardaran qəsəbəsi bağ sahəsində ümumi ölçüsü 0,12 ha olan 881a nömrəli bağ sahəsi ayrılmışdır. Bakı şəhər İH Bağlar Təsərrüfatı İdarəsi tərəfindən 22.04.1991-ci il tarixdə verilmiş 33 saylı orderdən görünür ki, Cavabdeh6 X10 0,12 ha ölçüdə torpaq sahəsi olan 631”B” №-li bağ ayrılmışdır. Nazirlər Kabinetinin 20.05.2016-cı il tarixli 31/M-02 saylı tapşırığına əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planalma Ekspedisiyası ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X11 Departamentinin əməkdaşları tərəfindən verilmiş arayışdan görünür k i, “X9’nın sərhədləri daxilində topogeodezik araşdırmalar aparılmış və araşdırmaların nəticələrinə görə, müəssisənin istifadəsinə verilmiş 4,0 + 1,0 hektar yataq sahəsinin həqiqətən 68 (altmış səkkiz) hektar ölçüdə “X9’nın hüdudları daxilində olması təsdiqlənmiş və sözügedən əhəngdaşı yatağının istifadə olunmamış müxtəlif sahələri naməlum şəxslər tərəfindən hasara alınaraq üzərində fərdi yaşayış evləri tikilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 26 oktyabr 2017-ci il tarixli məktubundan görünür ki, mütəxəssislər tərəfindən tədqiqat obyektinə baxış keçirilib mübahisəli ərazinin koordinatları müəyyən edilmiş, lakin İddiaçı-yə və cavabdehlərə torpaq sahəsinin ayrılması barədə müvafiq qərarların ayrılma z hissəsi olan torpaqayırma sənədləri, eləcə də iş üzrə hüquqmüəyyənedici, həmçinin torpaq sahəsinin texniki göstəricilərini əks etdirən sənədlərin və ölçüsü, sxem və sair) mülki iş materiallarına əlavə edilməməsi səbəbindən cavabdehlər tərəfindən daş hasara alınmaqla aparılmış tikinti işlərinin İddiaçı-yə ayrılmış torpaq sahəsinin hüdudları daxilində olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 26 yanvar 2018-ci il tarixli mütəxəssis rəyindən görünür ki, iddia olunan (naturada müəyyən edilmiş koordinatlara əsasən) mübahisəli torpaq sahəsi xəritələrdə göstərilən koordinatlar çərçivəsində yerləşən torpaq sahəsinin daxilində yerləşir. Daşınmaz Əmlakın Kadastrı və Ü nvan Reyestri Xidmətinin tabeliyində Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin arxivində “X9”na torpaq sahəsinin ayrılıb-ayrılmaması barədə heç bir sənəd aşkarlanmamışdır. Cavabdehlərə torpaq sahəsinin ayrılması barədə “Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi“-nin arxiv və elektron bazasında heç bir məlumat yoxdur. Dövlət mülkiyyəti torpağıdır. Apellyasiya kollegiyası “Yerin təki haqqında” Qanunun 4 və 13-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci və Torpaq Məcəlləsinin 111-ci maddəsinə istinad edərək, apellyasiya şikayətinin təmin edilməməsi qənaətinə gəlmişdir. Lakin kassasiya kollegiyası aşağıda göstərilən əsaslara görə, apellyasiya məhkəməsinin gəldiyi nəticəni tam əsaslı hesab etmir. Belə ki, apelyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam, hərtə rəfli araşdırmamış, iş materiallarında olan sübutlara düzgün qiymət verməmişdir. Çünki iş materiallarında olan RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, - küçəsi 1, Maştağa-Nardaran Dənizkənarı şosesi 6-cı km-də yerləşən 0.02709 ha torpaq sahəsi İddiaçı-nin istifadəsindədir. İş materiallarında FHN/40-01296 qeydiyyat nömrəli, ******* nömrəli 28.11.2013-cü il tarixli Lisenziyanın surətindən görünür ki, Azərbaycan Respublikası FHN-nin X5 Görülməsi vəX8 Agentliyi İddiaçı-yə dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılmasının həyata keçirilməsinə 5 il müddətinə icazə verilmişdir. Lisenziyanın müddəti 28.11.2018-ci il tarixdə bitmişdir. Eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən cavabdeh təşkilata Bakı şəhə ri, Sabunçu rayonunda yerləşən, Markşeyder planı üzrə 1, 2, 3, 4, 5, 6, 7 və 8 künc nöqtələri ilə nömrələnmiş 5,0 ha ərazidə yerin təki sahəsindən açıq (yeraltı) üsulla “Nardaran” əhəngdaşı yatağında mişar daşı istehsalı üçün 5 il müddətində qüvvədə olmaqla 00879 saylı “Dağ-mədən ayırması” aktı verilmiş və bu akt 09 sentyabr 2014-cü il tarixdə Nazirliyin reyestr kitabında 879 nömrə ilə qeydiyyata alınmışdır. Lakin məhkəmə baxışı zamanı cavabdehlərin istifadəsində olan torpaq sahəsinin karxana ərazisində yerləşməsi məhkəmə tərəfindən araşdırılaraq sübuta yetirilməmiş, iddiaçıya verilmiş lisenziya müddətinin başa çatmasının mübahisənin həllinə təsiri baxımından, həmçinin iddiaçıya 5,0 ha ərazidə yerin təki sahəsindən açıq (yeraltı) üsulla “Nardaran” əhəngdaşı yatağında mişar daşı istehsalı ü çün “Dağ-mədən ayırması” aktı verildiyi halda, onun sökülməsini tələb etdiyi cavabdehlərin istifadəsində olan torpaq sahəsinin cəminin 6 ha təşkil etməsi (0.12ha x 5 = 6ha), sökülməsi tələb edilən torpaq sahəsi ilə mişar daşı istehsalı üçün iddiaçıya ayrılmış torpaq sahəsi arasında olan ölçü ziddiyyəti ilə bağlı araşdırma aparılmamışdır. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə görə, yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz görülməsinin təmin edilməsi; yerin təkindən istifadə zamanı torpaq sahələrinin rekultivasiyasının təmin edilməsi və sair hallar yerin təki istifadəçinin vəzifəsi sayılır. Eyni zamanda müvafiq fəaliyyət növünün həyata keçirilməsi (geoloji planalma, faydalı qazıntıların axtarışı, kəşfiyyatı, müxtəlif üsullarla çıxarılması, yera ltı qurğuların tikintisi və istismarı, yerin təkindən istifadənin başqa növləri) üçün yer təki istifadəçilərinin xüsusi ixtisasını və təcrübəsini təsdiq edən sənədi (diplom, şəhadətnamə) olmalıdır. Həmin Qanunun 11-ci maddəsinə görə, əgər yaşayış məntəqələrinin, şəhərətrafı zonaların, sənaye, nəqliyyat və rabitə obyektlərinin ərazilərində yerin təkindən istifadə insanların həyat və sağlamlığına təhlükə törədərsə, təsərrüfat obyektlərinə və ya ətraf mühitə zərər vurarsa, o qismən və ya tamamilə qadağan edilə bilər. Həmin Qanunun 18-ci maddəsinə görə, yerin təkindən istifadə hüququna aşağıdakı hallarda, yəni xüsusi razılığın və ya icazənin qüvvədə olma müddəti qurtardıqda; xüsusi razılıq və ya icazə hüququndan məhrum edən faktlar meydana çıxdıqda xitam verilir. Konstitusiyanın 125-ci maddə sinin Vİİ bəndinə görə, məhkəmə icraatı ilk növbədə həqiqətin müəyyən edilməsini təmin etməlidir. Eyni zamanda prosessual qanunverciliyə görə, məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalıdır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etməli, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməlidir, eləcə də onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməlidir. Bundan başqa işdən, iş materiallarından görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən cavabdeh təşkilatın adına verilmiş 09 sentyabr 2014-cü il tarixli, 00879 nömrəli “Dağ-mədən ayırması” aktının qüvvədə olma müddəti isə 14 dekabr 2018-ci il tarixli, 63/ü saylı əmrlə dayandırılmışdır. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işə yenidən apellyasiya qaydasında baxılarkən qeyd olunan hallar nəzərə alınmaqla yanaşı, yuxarıda sadalanan normaların tələbləri baxımından cavabdeh təşkilatın yerin təkindən istifadə hüququna xitam verilməsi üçün əsasların olub-olmaması bir daha yoxlanılmaqla, iddia tələbinin əsaslılığına düzgün hüquqi qiymət verilməlidir. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmış, nəticədə mahiyyətcə qanuni və əsaslı olmayan qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi ye nidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cümaddəsinəəsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Beləlilə, kassasiya kollegiyası kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və onları qismən əsaslı hesab edərək qeyd edir ki, həmin dəlillər iş üzrə apellyasiya instansiyası məhkəməsinin ləğv edilməsi və i şin yeni apellyasiya baxışına göndərilməsi üçün əsasdır. Beləliklə, işin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq kassasiya kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.12.2018-ci il tarixli qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə 17.01.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə 01.10.1982-ci il tarixli qərarı; “X15rşı” işi üzrə 26.10.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 tərəfindən verilmiş birgə kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.12.2018-ci il tarixli, 2(103)12292/2018 nömrəli qətnaməsi ləğv edilsin, mülki iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar