Məhkəmə qərarları › İş №2(102)-4974/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4974/2020

12.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4974/2020 12.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi ilə, İddiaçı “xxxx” İKB ASC-nin vəkili X2 və Cavabdeh1-nin vəkili Vəkil iştirakları ilə, İddiaçı “xxxx” İKB ASC-nin cavabdehlər Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2nə (maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2) qarşı “hərracın protokolunun və hərracın baş tutmaması barədə yekun nəticənin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəmə si Mülki Kollegiyasının X5 tarixli X5 nömrəli qətnaməsindən Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, X5ndə yerləşən 104 nömrəli evin 10 nömrəli mənzilinin (bundan sonra – mübahisəli mənzil) satılmasına dair 27.04.2018-ci il tarixdə qanunsuz təşkil edilmiş hərrac və hərracın yekunları barədə tərtib edilmiş 57 nömrəli “Protokolun” etibarsız hesab edilməsi və həmin “Protokol” əsasında cavabdeh Bankın adına verilmiş “Daşınmaz əmlakın dövlət reyestrindən olan çıxarışın” ləğv edilməsi, mənzilin üzərində iddiaçının mülkiyyət hüququnun bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onun la əsaslandırmışdır ki, Cavabdeh2 17/753518-9F nömrəli 09 aprel 2018-ci il tarixli sifarişinə əsasən Maraqlı şəxs1 mülkiyyətində olan ünvan 1 ünvanlı, 0,01378 ha torpaq sahəsində yerləşən 215,1 m² olan 4 otaqlı fərdi yaşayış evinin hərracda satılmasına dair Sumqayıt Apellyasiya Məhkəməsinin 10 yanvar 2018-ci il tarixli X5 icra vərəqəsi Cavabdeh1-ə göndərilmişdir. Maraqlı şəxs1 mülkiyyətində olan ünvan 1 ünvanlı, 0,01378 ha torpaq sahəsində yerləşən 215,1 m² olan 4 otaqlı fərdi yaşayış evi 01 iyun 2018-ci il tarixdə keçirilmiş hərracda ilkin 189 500 manat satış qiyməti ilə açıq hərraca çıxarılmış, iştirakçı olmadığından hərrac baş tutmamışdır. Təkrar hərrac 13 iyul 2018-ci il tarixdə keçirilmiş, həmin tarixdə də iştirakçı olmadığından hərrac baş tutmamışdır. Hərracın baş tutmaması ilə bağlı «Kaspi» qəzetində 17 iyul 2018-ci il tarixdə elan dərc edilmişdir. Cavabdeh1 tərəfindən hərracın baş tutmaması elan edildiyi gündən etibarən 30 təqvim günü ərzində ipoteka predmetinin əldə edilməsi ilə əlaqədar iddiaçının münasibət bildirilməsi barədə 19 iyul 2018-ci il tarixdə 1175 saylı məktub göndərilmişdir. Həmin məktuba cavab olaraq iddiaçı 10 avqust 2018-ci il tarixdə 1093/2018 saylı məktubla ipoteka predmetinin əldə edilməsinə razılığını bildirərək Maraqlı şəxs1 mülkiyyətində olan ünvan 1 ünvanlı, 0,01378 ha torpaq sahəsində yerləşən 215,1 m² olan 4 otaqlı fərdi yaşayış evini 142 125 manat qiymətlə qısa müddət ərzində balansa götürülməsi ilə bağlı sənədlərin hazırlanmasını xahiş etmişdir. Lakin, sonradan məlum olmuşdur ki, 30 təqvim günü ərzində ipoteka predmeti bank tərəfindən əld ə edilmədiyinə görə hərrac təşkilatı sənədlər toplusunu 17 sentyabr 2018-ci il tarixdə Cavabdeh2nə geri qaytarmışdır. Bundan başqa, ipoteka predmetinin ilkin satış qiymətinin birinci hərrac zamanı 15 faiz, təkrar hərrac zamanı 25 faiz aşağı qiymətə hərraca çıxarılmalı olmasına baxmayaraq, Cavabdeh1 hərracın keçirilməsi zamanı ipoteka predmetinin satış qiymətini birbaşa 25 faiz aşağı salaraq banka ipoteka predmetini 142 125 manat məbləğində təklif etməklə prosessual pozuntu etmişdir. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı daha sonra 12 dekabr 2019-cu il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəmə iclasında ərizə təqdim edərək Maraqlı şəxs1 mülkiyyətində olan ünvan 1 ünvanlı, 0,01378 ha torpaq sahəsində yerləşən 215,1 m² olan 4 otaqlı fərdi yaşayış evi ilə bağlı Cavabdeh1 tərəfindən hərracın keçirilməsi ilə əlaqədar edilmiş prosessual hərəkətlərin və keçirilən hərracın etibarsız hesab edilməsi və Cavabdeh2 tərəfindən yenidən hərracın keçirilməsinin təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin (hakim Vüqar Quliyev) 24 dekabr 2019-cu il tarixli, X5 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh2 sifarişi əsasında Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ipoteka predmeti olan Maraqlı şəxs1 mülkiyyətində olan ünvan 1 ünvanlı, 0,01378 ha torpaq sahəsində yerləşən 215,1 m² olan 4 otaqlı fərdi yaşayış evinə dair hərrac təşkilatı tərəfindən hərracın keçirilməsi ilə əlaqədar prosessual hərəkətlər və hərracın nəticələrinin ləğv edilməsi, Cava bdeh2 Maraqlı şəxs1 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanlı, 0,01378 ha torpaq sahəsində yerləşən 215,1 m² olan 4 otaqlı fərdi yaşayış evinə dair yenidən hərracın keçirilməsini təşkil etməklə hərrac təşkilatına yenidən sifariş verməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Xəyal Sarıyev- sədrlik edən və məruzəçi, Emin Mehdiyev və Şərafət Məmmədova) X5 tarixli X5 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli, X5 nömrəli qətnaməsi Cavabdeh1-yə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının X 5 tarixli X5 nömrəli qətnaməsinin ləğv edilərək, işin yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03.06.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən hərrac “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl etməklə həyata keçirilmişdir. Belə ki, Cavabdeh2 17/753518-9F nömrəli 09 aprel 2018-ci il tarixli sifarişi və Sumqayıt Apellyasiya Məhkəməsinin 10 yanvar 2018-ci il tarixli X5 icra vərəqəsi əsasında Maraqlı şəxs1 mülkiyyətində olan ünvan 1 ünvanlı, 0,01378 ha torpaq sahəsində yerləşən 215,1 kvadrat metr olan 4 otaqlı fərdi yaşayış evinə dair Cavabdeh1 tərəfind ən hərrac təşkil edilmişdir. 01 iyun 2018-ci il tarixdə keçirilmiş hərracda (ilkin 189 500 manat) yalnız bir alıcı olduğuna görə hərrac baş tutmamış elan edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa 43.3-cü maddəsinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiyməti ilə ala bilər. Lakin belə bir alış həyata keçirilməmişdir. Cavabdeh1 qanunun 43.7-ci maddəsinə uyğun olaraq təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az qiymətə almağı banka təklif etmişdir. Bank ilkin satış qiymətindən (189 500 manat -25%=142 125 manat) 25% endirimlə deyil, ilkin satış qiymətindən 15% endirilmiş qiymətdən (189 500 manat- 15%=161 075-25%=T 20 806 man at) 25% az qiymətə yəni, 21319 manat ucuz qiymətə almaq istəməsi hərrac təşkilatı ilə bank arasında mübahisəyə çevrilmişdir. Apellyasiya məhkəməsi mübahisənin əsas mahiyyətinə qiymət vermədən texniki məsələlərə (məktubun çatıb-çatmamasına) münasibət bildirməklə qətnamə qəbul etmişdir. Məhkəmə “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 43.5-ci maddəsinin tələbləri aspektində qiymət verməmişdir. 142.125 manat satış qiyməti ilə protokol həmin tarixdən hazırdır. Bank xidmət haqqını ödəyib protokolu götürə bilər. Lakin bank protokolu 120.806 manata yəni, 21.319 manat ucuz qiymətə tərtib etməkləri tələb edir. Hərrac təşkilatı qanunun tələblərinə zidd, belə bir protokol tərtib edə bilməz, sonradan ipoteka qoyan hərrac təşkilatına qarşı iddia qaldıra bilər. PROSESSUAL MƏSƏLƏLƏR: Cavabdeh 1-nin vəkili Vəkil məhkəmə iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçı “xxxx” İKB ASC-nin vəkili X3 məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Digər proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onların məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətb iqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 17 iyul 2017-ci il tarixli X5 saylı Qətnaməsi ilə Abşeron rayon Məhkəməsinin X5 saylı 15 sentyabr 2015-ci il tarixli Qətnaməsi dəyişdirilərək Maraqlı şəxs2 cəmi 41 618 ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası manatının Mərkəzi Bankın müəyyən etdiyi məzənnəsinə uyğun olaraq) pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin 189.500 manat müəyyən edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 10 yanvar 2018-ci il tarixli X5 icra vərəqəsinin və Cavabdeh2 09 aprel 2018-ci il tarixli 17/753518-9F nömrəli sifariş məktubuna əsasən Cavabdeh1 hərrac təşkil etmiş və ipoteka predmetinin ilkin satış qi yməti olan 189.500 manatla birinci hərracın keçirilməsini 1 iyun 2018-ci il tarixə saat 11:00-a təyin etmiş, birinci hərrac iştirakçı olmadığından baş tutmamış və növbəti hərrac 142 125 manatla satış qiymətilə 13 iyul 2018-ci il tarixə saat 11:00-a təyin edilmişdir. İkinci hərrac da iştirakçı olmadığından baş tutmamış və Cavabdeh1 tərəfindən ipoteka predmeti iddiaçıya təklif edilmiş, iddiaçı bank 24.07.2018-ci il tarixdə aldığı bu məktuba razılıq verərək hərraca çıxarılan obyektin alınmasına razılıq vermiş, 10.08.2019-cu il tarixdə iddiaçı bankın razılıq məktubunu Cavabdeh1 almış, lakin bu müraciətə cavab verməmiş və sonradan hərrac sənədlərin sifarişçiyə geri qaytarmışdır. Apellyasiya instansiyası məhkəməsi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.2, 43.5, 43,7, 44, Azər baycan Respublikasının Mülki Məcəlləsinin 317.1, 319.1, 416, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2, 53.3-cü maddələrinə istinad edərək bu nəticəyə gəlmişdir ki, 01 may 2018-ci il tarixli və 13 iyun 2018-ci il tarixli “Kaspi” Qəzetində hərraclarla bağlı elan yerləşdirilsə də, onun baş tutmaması barədə məlumat əks edilməmişdir. Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti bu elanın yerləşdirilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin, ilkin hərracda iştirakçı olmamış, 13.07.2018-ci il tarixli təkrar hərracda ünvan 1 ünvanlı, 0,01378 ha torpaq sahəsində yerləşən 215,1 m² olan 4 otaqlı fərdi yaşayış evi ilə bağlı qiymət 15 faiz aşağı salınmadan 189.500 manata təkrar hərraca çıxarılmış, bununla da “İpoteka haqqında” Qanunun 43.5-ci maddəsində nəzərdə tutulan qaydalara riayət edilməmişdir. Hərracın keçirilməsi prosessual olaraq qanunlara riayət edilməməklə, habelə ipoteka predmeti olan əmlakın əldə edilməsinə iddiaçı bankın vaxtında razılıq verməsinə baxmayaraq hərrac sənədlərinin 17 sentyabr 2018-ci il tarixdə 1517 nömrəli məktubla Cavabdeh2nə göndərilməklə Cavabdeh1 hərracın yekununda ipoteka saxlayanın hüquqlarını da pozmuşdur. Buna görə də iddia tələbi “hərracın keçirilməsi ilə əlaqədar edilmiş prosessual hərəkətlərin və hərracın nəticələrinin ləğv edilməsi” hissəsində təmin edilməli, iddia tələbi “hərracın keçirilməsi ilə əlaqədar edilmiş prosessual hərəkətlərin və hərracın nəticələrinin ləğv edilməsi” hissəsində təmin edildiyinə görə məhkəmə qətnamələrinin icrasının məcburiliyi nəzərə alınaraq ipoteka saxlayan “xxxx” ASC-nin iddia tələbi tam təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin 10 yanvar 2018-ci il tarixli X5 icra vərəqəsinin icrası ilə bağlı Cavabdeh2 tərəfindən yenidən sifariş verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin faktik hallarına uyğun və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmədiyi üçün, həmçinin maddi və prossesual hüquq normalarının tələblərini pozduğu üçün əsaslı və qanuni sayıla bilməz. Məhkəmə kollgiyası ilk növbədə qeyd edir ki, iddia üzrə qiymət verilməli olan iki məsələ var: 1) hərrac baş tutmamış elan edildikdən sonra banka təklif edilən ipoteka predmetinin qiymətinin düzgün olub-olmaması; 2) ipoteka saxlayanın ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan 142.125 manata qiymətə al mağa razılığı olduğu halda, onunla müqavilə bağlanmaması və həmin ipoteka predmetinin icra məmuruna qaytarılması. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: - 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təs viri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. - 42.3-cü maddəsinin mübahisə yaranan dövrdə qüvvədə olan redaksiyasına əsasən hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. 43.5-ci maddəsinin hərracla bağlı hərəkətlərin edildiyi anda qüvvədə olan (28 dekabr 2018ci il tarixədək) redaksiyasına əsasən hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. - 43.1.2-ci maddəsinə əsasən isə hərracın iştirakçısı olmadıqda, hərracın baş tutmadığı barədə hərracın təşkilatçısı hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində dərc edilir. - 43.7-ci maddəsində qeyd edilir ki, hərraca iki nəfərdən az alıcı gəlməsi halı istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. - 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. - 44-cü maddəsinə görə bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: - 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi lə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. - 53.3-cü maddəsinin tələbinə görə əmlak sa tılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi sadalanan maddi hüquq normalarına düzgün istinad etsə də, işdə olan sübutları düzgün qiymətləndirməyərək və iş üzrə faktiki halları ziddiyyətli müəyyən edərək, həmin faktiki hallar münasibətdə maddi hüquq normalarını düzgün təfsir etməmiş və beləliklə də, səhv nəticələrə gəlmişdir. İşin materiallarından görünür ki, “xxxx” X1 tərəfindən Cavabdeh1-yə ünvanlanmış və sonuncunun 10.09.2018-ci il tarixdə aldığı 1093/2018 saylı razılıq məktubunun məzmunundan görünür ki “xxxx” X1 Maraqlı şəxs1 mülkiyyətində olan ünvan 1 ünvanlı, 0,01378 ha torpaq sahə sində yerləşən 215,1 m² olan 4 otaqlı fərdi yaşayış evini təklif edilən 25 faiz olan aşağı qiymətlə 142.125 manata balansa götürməyə razılıq vermiş və bununla bağlı müvafiq sənədlərin hazırlanmasını xahiş etmişdir. 17 sentyabr 2018-ci il tarixli Cavabdeh1-nin 1517 nömrəli Cavabdeh2nə ünvanlanmış məktubunun surətindən görünür ki, ünvan 1 ünvanlı, 0,01378 ha torpaq sahəsində yerləşən 215,1 m² olan 4 otaqlı fərdi yaşayış evi ilə bağlı sənədlər Cavabdeh2nə qaytarılmışdır. Kollegiyanın qənaətinə görə apellyasiya instansiyası məhkəməsi işin bu halına diqqət yetirməmişdir ki, iddiaçı 30 təqvim günü ərzində ipoteka predmeti bank tərəfindən əldə edilməsinə razılıq versə də, tərəflər arasında yaranan mübahisə bankın ipoteka predmetini ilkin satış qiymətindən 25 faiz az qiymətə deyil, 40 % (15+25%) y əni,21319 manat ucuz qiymətə almalı olması səbəbindən qaynaqlanmışdır. Çünki, bank 10.09.2018-ci il tarixli məktubunda əmlakı 142.125 manat almağa razılıq versə də, hazırki iddia tələbindən görünür ki, o, Cavabdeh1-nin ipoteka əmlakının təkrara hərraca ilkin satış qiyməti ilə çıxarılmasından ibarət hərəkətinin qanuniliyini də mübahisələndirir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, ilk növbədə iddianın bu hissəsinə hüquqi qiymət verilməlidir. Bu hissə ilə bağlı apellyasiya məhkəməsi qətnaməsində bir tərəfdən ipoteka predmetini 01 iyun 2018-ci il tarixdə keçirilmiş hərracda ilkin satış qiyməti 189.500 manata, 13 iyul 2018-ci il tarixdə keçirilmiş təkrar hərracda isə satış qiymətini 25 faiz aşağı salaraq 142.125 manata açıq hərraca çıxarıldığını müəyyən etmiş, digər tərəfdən i sə ilkin hərracda iştirakçı olmadığını, 13.07.2018-ci il tarixli təkrar hərracda ipoteka predmeti ilə bağlı qiymətin 15 faiz aşağı salınmadan 189.500 manata təkrar hərraca çıxarıldığını və bununla da “İpoteka haqqında” Qanunun 43.5-ci maddəsində nəzərdə tutulan qaydalara riayət edilmədiyini göstərməklə ziddiyyətli faktiki hallar müəyyən etmişdir. Əslində isə işdə olan hərrac keçirilməsinə dair bildirişlərdən görünür ki, 13.07.2018-ci il tarixli təkrar hərracda ipoteka predmeti 142.125 manata deyil, qiymət 15 faiz aşağı salınmadan 189.500 manata təkrar hərraca çıxarılmışdır və cavabdeh bunu ilkin hərracda bir alıcının iştirak etməsi ilə əsaslandırmış və məhkəməyə ipotekaqoyan Maraqlı şəxs1 tərəfindən birinci hərracda iştirak etmək üçün 29.05.2018-ci il tarixdə 9475 manat beh ödənilməsi barə də kassa mədaxil orderinin qəbzini təqdim etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə 13 iyul 2018-ci il tarixdə keçirilmiş təkrar hərrac zamanı ipoteka predmetinin qiymətinin aşağı salınmamasının səbəbinin birinci hərracın keçirilməsi zamanı bir alıcının olmasına diqqət yetirməyərək və cavabdehin 19.07.2018-ci il tarixli məktubuna istinad edərək birinci hərracın iştirakçı olmadığından baş tutmaması barədə səhv qənaətə gəlmiş, bu zaman apellyasiya şikayətinin bu barədə dəlilləri üzrə ətraflı araşdırma aparmamış, işdə olan beh ödənilməsi barədə sübutu qəbul etməməsinin səbəblərini qətnamədə əsaslandırmamış, 19.07.2018-ci il tarixli məktubda hərracın iştirakçı olmadan baş tutmaması barədə qeydi müvafiq araşdırma aparmadan hər iki hərraca aid etmişdir. Bununla da, apellyasiya instansiyas ı məhkəməsinin Cavabdeh1 tərəfindən “İpoteka haqqında” Qanunun 43.5-ci maddəsində nəzərdə tutulan qaydalara riayət edilməməsi qənaətinə gəlməsi düzgün olmamışdır. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin: - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin hallar ı başqa sübutlarla təsdiq oluna bilməz. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Eyni zamanda, apelyasiya məhkəməsi Cavabdeh1 Məhdud Məsuliyyətli Cə miyyəti tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.2-ci maddəsinə əsasən hərracın baş tutmaması barədə elanın yerləşdirilməməsini qeyd etsə də, bu halın iddiaçının hansı hüquqlarını pozduğunu və hazırki iddianın təmini üçün hansı əsas yaratdığını qətnamədə göstərməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, həmin Qanunun 43.2-ci maddəsinin hüquqi nəticəsi həmin Qanunun 43.3-cü maddəsində göstərilmişdir. Həmin maddəyə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. Lakin hazırki iddiadan da görünür ki, ipoteka saxlayan nəinki 189.500 manat ilkin satış qiymətinə, həmin qiymətin 25% aşağı salınmaqla, 142.125 manat qiym ətinə də ipotekanın əldə edilməsinə razı deyil və qiymətin 40% aşağı salınmalı olduğunu iddia edir. Belə olan halda, birinci hərracın baş tutmaması barədə elanın dərc edilməməsi nəticəsində iddiaçının hər hansı hüququnun pozulmadığı müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən xüsusatlar ətraflı araşdırılmaqla ipoteka predmetinin təkrar hərracdakı satış qiyməti müəyyən edilərkən “İpoteka haqqında” Qanunun 43.5ci maddəsinin tələblərinin pozulub-pozulmadığına hüquqi qiymət verilmədən, həmçinin bankın 10.09.2018-ci il tarixli məktubu əsasında onunla ipoteka predmetinin alqı-satqısı barədə müqavilə bağlanmamasının səbəbləri ətraflı araşdırılmadan cavabdehin hərracın keçirilməsi ilə əlaqədar edilmiş prosessual hərəkətlərin və keçirilən hərracın etibarsız hesab edilməsi barəd ə gəldiyi qənaət əsaslı hesab edilə bilməz. İddianın Cavabdeh2 tərəfindən yenidən hərracın keçirilməsinin təyin edilməsi barədə tələbinin təmin edilməsi isə cavabdehin hərracın hansı mərhələsində pozuntuya yol verdiyi və cavabdehin konkret olaraq hansı hərəkətinin qanunsuz hesab edilməsi, hansı hərracın(ilkin və ya təkrar) etibarsız hesab edilməsi müəyyən edildikdən sonra yeni hərracın keçirilməsinə zərurət olub-olmamasından asılıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən isə iddianın bu hissədə qanuniliyi tam və düzgün əsaslandırmamışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə q əbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hü quqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hə r bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmiş, beləliklə də, gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalı, kassasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, ap ellyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88 və 106.1-ci maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının X5 tarixli X5 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar