Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4976/2020 25.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı XXX qızı Cavabdehlər: Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası “xxxx” MMC, Bakı şəhəri Cavabdeh2, Cavabdeh3 İddia tələbi: hərracın nəticələrinin etibarsız hesab edilməsi və protokolun ləğv edilməsi Açar sözlər: qiymətləndirmənin düzgün aparılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X4 və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayə ti üzrə işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı XXX qızından Cavabdeh3 xeyrinə xx xxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 100.000 ABŞ dolları məbləğində pul vəsaitinin tutulması, tutmanın ipoteka predmeti kimi çıxış edən ünvan 1 ünvanında yerləşən 160 nömrəli mənzilə yönəldilməsi və mənzilin ilkin satış qiymətinin 100.000 manat müəyyən edilməklə açıq hərracdan satılması müəyyən edilmişdir. Həmin qətnamə əsasında verilmiş icra sənədinə əsasən Bakı şəhəri Cavabdeh2 tərəfindən icraata başlanılmışdır. İcra və probasiya şöbəsinin xx xxx 2019-cu il tarixli sifariş məktubu əsasında “xxxx” MMC tərəfindən B akı şəhəri, M.Cəfərov küçəsi, 16 saylı evin 160 saylı mənzili xx.xx.2019-cu il tarixdə birinci dəfə açıq hərracda satışa çıxarılmışdır. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə xx.xx.2019-cu il tarixli, 01 nömrəli bildiriş tərtib olunmuş, İddiaçı XXX qızının ünvanına göndərilmiş və xx.xx.2019-cu il tarixdə sonuncuya imza etdirməklə şəxsən verilmişdir. Həmçinin hərracın keçirilməsi ilə bağlı elan “Birja yenilikləri” qəzetinin 14-20 iyun və 28 iyun-xx xxxx 2019-cu il tarixli müvafiq olaraq 171 və 173 nömrəli buraxılışlarında dərc olunmuşdur. xx.xx.2019-cu il tarixdə keçirilən ilkin hərracda əmlak 100.000 manata təklif olunmuş, lakin alıcı olmadığına görə bu hərrac baş tutmamışdır. Buna görə xx.xx.2019cu il tarixə təkrar hərrac təyin edilmiş və əmlak 15% aşağı qiymətə 85000 manata təkl if olunmuşdur. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə də xx.xx.2019-cu il tarixli 02 nömrəli bildiriş tərtib olunmuş və iddiaçının ünvanına göndərilmişdir. Həmçinin hərracın keçirilməsi ilə bağlı elan da “Birja yenilikləri” qəzetinin 19-xx xxxx 2019-cu il tarixli 176 nömrəli buraxılışında dərc olunmuşdur. Lakin alıcı olmadığına görə bu hərrac da baş tutmamışdır. Bundan sonra Hərrac Mərkəzi hər iki hərracda əmlak satılmadığına görə ipoteka saxlayan Cavabdeh3 və ipoteka qoyan X1 xx.xx.2019-cu il tarixli bildiriş göndərərək, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətlə 63750 manata almağı təklif etmişdir. xx.xx.2019-cu il tarixdə həmin bildiriş iddiaçıya rəsmi qaydada verilmişdir. Mənzilinin s atılması ilə bağlı mövcud qanunvericiliyə uyğun olaraq keçirilmiş hərraclar baş tutmaması, müvafiq olaraq təkrar hərracın baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 02-xx xxxxxx 2019-cu il tarixli 178 nömrəli buraxılışında elan dərc edilmişdir. Bundan sonra xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh3 ipoteka predmeti olan mənzili 63.750 manata əldə etmiş və həmin tarixdə onunla alqı-satqı müqaviləsi bağlanılmışdır. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat xx xxxxxxx 2019-cu il tarixdə X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC tərəfindən keçirilmiş hərracın və xx xxxxxx 2019-cu il tarixli hərracın yekunlarına dair protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Birja yeniliklə ri” qəzetini heç yerdən əldə edə bilməmiş, hərracın keçirilməsi barədə göndərilmiş təkliflər onlara təqdim edilməmişdir. Cavabdeh sonuncu təklifi xx xxxxxx 2019-cu il tarixdə göndərildiyini göstərsə də, bundan 20 gün sonra, yəni xx xxxxxx 2019-cu il tarixdə mübahisəli əmlakı hərracda satmış və buna dair protokol qəbul etmişdir. Hərracın təşkilatçısı qanunda nəzərdə tutulmadığı halda üçüncü hərracı keçirmiş və bu hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası barədə iddiaçını (ipoteka qoyanı) ən geci 30 gün qabaqcadan xəbərdar etməmiş, ona yazılı bildiriş göndərməmiş, hərrac onun iştirakı olmadan keçirilmişdir. İkinci hərracın baş tutmaması, eləcə də xx xxxxxx 2019-cu il tarixdə keçirilmiş üçüncü hərrac barədə kütləvi informasiya vasitələrində elan dərc edilməmişdir Bakı şəhəri Nərimano v Rayon Məhkəməsinin 2(005)-4585/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim G.A.Əsədova) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, İddiaçı XXX qızına məxsus ünvan 2 ünvanında yerləşən 16 nömrəli evin 160 nömrəli mənzili ilə bağlı hərracların təşkili və keçirilməsi barədə bildirişlər iddiaçı şəxsə göndərilmiş və bunu təsdiq edən müvafiq poçt xəbərnamələri mövcuddur. Qeyd olunan bildirişləri iddiaçı şəxs özü şəxsən imza etməklə rəsmi qaydada qəbul etmiş və həmin hərracların keçirilmə vaxtı və yeri barədə məlumatlı olmuşdur. Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hərracın təşkili və keçirilmə qaydasının tələbləri pozulmamışdır. İddiaçı qətnamədən ap elyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, eyni zamanda mənzilin bazar qiymətinin müəyyən edilməsi üçün ekspertiza keçirmədiyini irəli sürmüşdür. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1995/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Ə.Qurbanov, A.Q.Hüseynov, A.Ə.Hüseyn) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi məhkəməsi hesab etmişdir ki, “xxxx” MMC tərəfindən mübahisəli mənzilə dair hərrac keçirilərkən qanunvericiliyin tələbləri pozulmamış və keçiril ən hər bir hərracın vaxtı və yeri barədə iddiaçının ünvanına bildiriş göndərmiş, həmçinin hərracın keçirilməsi ilə bağlı elan “Birja yenilikləri” qəzetində dərc olunmuşdur. Göründüyü kimi, hərracın keçirilməsi qaydaları ilə bağlı cavabdeh “xxxx” MMC tərəfindən hər hansı bir pozuntuya yol verilməmişdir. Apelyasiya məhkəməsi iddiaçının dəlillərinə münasibətdə hesab etmişdir ki, Mülki Məcəllə 415.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinin birgə təfsirindən müəyyən olunur ki, hərrac təşkilatçısının vəzifəsi - hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, habelə ipoteka saxlayana və ipoteka qoyana bildiriş göndərilməsindən ibarətdir. Hazırkı işdə də Hərrac Mərkəzi tərəfindən kütləvi informasiya vasitələrində elan d ərc edilmiş, habelə hərracların keçirilməsinə dair bildirişlər iddiaçıya rəsmi qaydada verilmişdir. Eyni zamanda iddiaçının mənzilin qiymətinin müəyyən edilməsi üçün ekspertiza keçirilməsi barədə dəlilinə münasibətdə apelyasiya məhkəməsi göstərmişdir ki, ipoteka predmetinin ilkin satış qiyməti Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməklə iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti apelyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmış, mənzilin faktiki satış qiymətinin yüksək olduğu halda qiymətin yenidən müəyyən edilmədiyi göstərilmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasına gəlməmişlər. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məh kəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının kasasiya şikayəti əsasında yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirak ın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə görə hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. H ərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Həmin Qanunun 43-cü maddəsinin tələblərinə görə, hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çı xarır. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və y a dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərinə gəldikdə isə, apelyasiya məhkəməsi tərəfindən eyni məzmunlu dəlillərə hüquqi qiymət verilmişdir. Mənzilin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsinə gəldikdə isə apelyasiya məhkəməsinin qətnaməsində də göstərildiyi kimi həmin qiymət qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4976/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4976/2020
25.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver