Məhkəmə qərarları › İş №2(102)-4979/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4979/2020

12.10.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4979/2020 12.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Abbasov Aqil Əzizağa oğlu, Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, X16 oğlunun katibliyi, İddiaçı vəkili Vəkil2, müstəqil tələb irəli sürən şəxs X4 vəkili X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı üçüncü şəxs X5 Notariat Kontoru və X5 İdarəsi olmaqla “müqavilənin etibarsız hesab edilməsi və qeydiyyatın ləğv edilməsi” tələbinə dair və müstəqil tələb irəli sürən şəxs X4 Cavabdeh qarşı “mənzilin onun himayəsinə verilməsi, mənzildən istifadəsinə yaranmış maneçiliyin ara dan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.03.2020-ci il tarixli X5 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, sonradan isə X8 da cavabdeh kimi göstərdiyi iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 160.3 kv.m, yaşayış sahəsi 73.6 kv.m ibarət olan 3 otaqlı mənzilin özgəninkiləşdirilməsinə dair X5 notariat kontorunda bağlanmış 01.11.2018-ci il tarixli 4Ə-1120 reyestr qeydli, AN-0726291 saylı və X5 notariat kontorunda bağlanmış 15.11.2018-ci il tarixli 4Ə-1162 reyestr qeydli, AN-0731703 saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab olunması, X4 adına verilmiş çıxarışın ləğv edilməsi, tərəflərin əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 160.3 kv.m, yaşayış sahəsi 73.6 kv.m-dən ibarət olan 3 otaqlı mənzil onun xüsusi mülkiyyətindədir və onun mülkiyyət hüquqları 27.01.2018-ci il tarixli, Seriya RX ******* nömrəli çıxarışla tanınmışdır. Həyat yoldaşı X9 dostu kimi tanıdığı və cavabdehin atası olan X12 ilə yoldaşının arasında ticarət münasibətləri olmuş və müəyyən borc problemi yaranmışdır. Bu məqsədlə X6 müəyyən müddət gözləməsi məqsədi ilə onun adından yaşadığı Rusiya Federasiyasının Sankt-Peterburq şəhəri Notariusunun təsdiqlədiyi 28.01.2018-ci il tarixli 78/103-H/7 saylı etibarnamə tərtib olunaraq, X10 verilmişdir. X12 isə ona xəbə r vermədən və faktiki aralarında alqı-satqı razılaşması olmadığı halda mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 160.3 kv.m, yaşayış sahəsi 73.6 kv.mdən ibarət olan 3 otaqlı mənzili öz oğlu və iş üzrə Cavabdeh adına keçirmişdir. Həmin alqı-satqı X5 notariat kontorunda 01.11.2018-ci il tarixdə, 4ə-1120 reyestr qeydi ilə sənədləşdirilmiş və AN-İ ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi ilə özgəninkiləşdirilmişdir. Bu alqı-satqı real niyyətlərə dayanmır və o, mənzilinin satılması məqsədi ilə etibarnamə verməmiş və belə bir razılaşma etməmişdir. Yoldaşının cavabdehin atası X12 ilə iş razılaşması olmuşdur və mənzilin sənədləri faktiki girov qismində tərəfə verilmişdir. Cavabdeh və atası isə onların etibarından yararlanaraq, mənzili satmışdırlar. Hesab edir ki, alqı-sa tqı müqaviləsi etibarsız hesab edilməlidir. Ona görə məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. X13 da Cavabdeh qarşı müstəqil tələb irəli sürərək, Cavabdehlə 15.11.2018-ci il tarixdə ANİ ******* nömrəli alqı-satqı müqaviləsi bağlayaraq ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 160.3 kv.m olan mənzili 323 000 (üç yüz iyirimi üç min) manata aldığını, alqı-satqı müqaviləsi üzrə bütün öhdəliklərini tam yerinə yetirərək mənzilin dəyərini bank vasitəsilə satıcıya ödədiyini, mənzilə mülkiyyət hüququnun 16.11.2018-ci il tarixdə dövlət reyestrində qeydiyyata alındığını, mənzilin 15.05.2019-cu il tarixə kimi ona təhvil verilməli olmasına baxmayaraq Cavabdeh bu öhdəliyini yerinə yetirmədiyini, İddiaçı iddia tələbinin onun mənzilə sahiblik, istifadə və sərəncam hüquqlarını məhdudlaşdır maq üçün süni şəkildə qaldırıldığını irəli sürmüş, buna görə də ünvan 2 ünvanında yerləşən mənzilin faktiki sahibliyinə verilməsinin Cavabdeh həvalə edilməsi, mənzildən sərbəst istifadə və sahiblik hüququna hər hansı formada maneçilik və müdaxilə edilməsinin adı çəkilən şəxsə qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim İ.Burcayev) 01 avqust 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı iddia tələblərinin rədd, X4 iddia tələbinin təmin olunması qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Həsənov - sədrlik edən və məruzəçi, F.Babayev və X.Mərdanova) 17.03.2020-ci il tarixli X5 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin X5 saylı iş üzrə 01 avqust 2019-cu il tarixli qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı və vəkili Vəkil2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.03.2020-ci il tarixli X5 nömrəli qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh X14 məhkəmə hazırlıq prosesində iddianı tam etiraf edərək, həqiqətən də mənzili almadığını, vermiş olduğu pul vəsaiti əsasında müvəqqəti olaraq mübahisəli mənzili adına keçirdiyini bildirsə də, sonradan mövqeyini dəyişərək qarşılıqlı iddia vermiş və Cavabdeh qarşı mənzilin onun himayəsinə verilməsi, mənzildən istif adəsinə yaranmış maneçiliyin aradan qaldırılması tələbi ilə çıxış etmişdir. İşə baxan məhkəmə iddia tələbinin real və mötəbər sübutlara dayanmadığını, iş üzrə iddiaçının preyudisial əhəmiyyətli mötəbər sübutların varlığına əhəmiyyət verməmiş və əsassız iddianı təmin edən məhkəmə qərarını haqlı hesab etmişdir. Məhkəmə işin həqiqi və faktiki hallarını düzgün dəyərləndirməyərək, tərəflərin qarşılıqlı münasibətlərinin əsaslarını aşkar görsə də, iddia tələbinin hüquqi və faktiki əsaslarını mötəbər elan etməklə yanlış nəticə formalaşdırmışdır. Cavabdeh ilə atası X5 arasında bağlanan əqd formal xarakterlidir və məhz faizə pul verən X5ə etibarnaməsiz, birinci əldən (yəni təmiz əqd olsun ki, problem yaranmasın) əqd bağlanmasına imkan yaratmışdır. Digər bir tərəfdən heç bir vəsatəti təmin etməyən mə hkəmə tərəflərin ibtidai İstintaq orqanında vermiş olduqları izahat və ifadələri də sübut kimi əldə etməkdən imtina edərək əsil həqiqətin əldə olunmasına çalışmamışdır. Belə ki, Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırma aparılmış və orada R.Əliyev özü səmimi olaraq etiraf etmişdir ki, bu alqı-satqı deyil..tərəfə pul lazım olduğundan mənzili girov saxlamaq adına rəsmiləşdirmə etmişlər. İddiaçı mənzilini satmaq fikrində olmamış və onu yalnız X5ə girov qoyaraq işlərini görmək məqsədilə müvəqqəti etibar etmiş, Faiq isə real olmayan əqd bağlayaraq mənzili öz oğlunun adına keçirmiş və sonuncu şəxsə özgəninkiləşmə edərək mənzilin müqabilində pul götürülməsini təşkil etmişdir. Məhkəmədə də bu hallar tam təsdiqlənmiş və mənzilin özgənikiləşmədiyi təsdi q olunmuşdur. Məhkəmə mötəbər sübutlara düzgün hüquqi qiymət verməyərək işin faktiki hallarını və tərəflərin həqiqi vəziyyətlərinin işin hallarına uyğunluğunu dəqiqliklə yoxlamamışdır. PROSESSUAL MƏSƏLƏLƏR İddiaçı vəkili Vəkil2 məhkəmə iclasında kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən şəxs X4 vəkili X15 məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişdir. Digər proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onların məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəx slərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub - olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməs inin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, X5 küçəsi, 99, M 16, 1 saylı mənzil İddiaçı mülkiyyətində olmuş, 28.10.2018-ci il tarixdə verdiyi etibarnamə ilə o, həmin mənzili idarə etməyi və onun üzərində sərəncam verməyi 6 ay müddətinə X10 həvalə etmiş, sonuncu bu etibarnamə əsasında mənzili oğlu Cavabdeh X5 notariat kontorunda 03.11.2018-ci il tarixdə rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi ilə 160. 000 manata satmış, eyni tarixdə Cavabdeh alqı-satqı qiyməti olan 160.000 manatı “xxxx” ASC-nin xəzinəsinə ödəmiş, 5289,90 manat vergi öhdəliyi (borcu) satış dəyərindən çıxıldıqdan sonra 154.710,10 manat X5ə verilmiş, o, aldığı pulun İddiaçı çatdırılmasına təminat vermiş, mənzil 05.11.2018-ci il tarixdə onun adına reyestrdə qeydə alınmışdır. Həmçinin Cavabdeh həmin mənzili 15.11.2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında 323 000 manata X2, X5 göstərilən məbləği Cavabdeh hesabına ödəmiş, 16.11.2018-ci il tarixdə mənzilə dair ona müvafiq çıxarış verilmişdir. Apelyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticələrdən görünür ki, İddiaçı bilavasitə öz iradəsi əsasında mənzilinə dair X5ə bütün səlahiyyətləri ehtiva edən etibarnamə vermiş, mənzilin satılmasına İddiaçı həyat yoldaşının yazılı raz ılığı olmuş, beləliklə də müvafiq əqdə dair hüquqi proseslər barəsində onların hər ikisinin iradə ifadələri (iradə azadlığı) olmuşdur. Xüsusilə qeyd olunmalıdır ki, əgər İddiaçı həqiqi niyyəti borcun təminatı müqaviləsi bağlamaq olsaydı, o, bununla bağlı həyat yoldaşına etibarnamə verə və iradəsini sərbəst şəkildə ifadə edib əmlakı ipoteka ilə yüklü edə bilərdi. Çünkü işin faktiki hallarından aydın olur ki, belə bir müqavilə bağlamaq üçün tərəflərə maneə törədə biləcək heç bir səbəb olmamış, X5 iddiaçını məhz alqı-satqı müqaviləsi bağlamağa vadar edəcək hər hansı təsirə və ya təzyiqə məruz qoymamışdır. Bundan başqa, apelyasiya məhkəməsi hesab etmişdir ki, mənzil sonradan X5ə satılmış, müvafiq müqaviləni bağlayarkən o, Faiq və Cavabdehlərin İddiaçı etibarından sui-istifadə etmiş olmaları eh timalından xəbərsiz olmuşdur. Başqa sözlə X5 vicdanlı alıcı olmaqla onun mənzil üzərində mülkiyyət hüququnun yaranmasının əsasını təşkil edən alqı-satqı müqaviləsinin etibarsızlığı üçün qanunda nəzərdə tutulan dispozitiv şərtlər mövcud deyildir.Hətta Cavabdeh adına aparılmış qeydiyyat əsassız qeydiyyat olsa belə, iddiaçının pozulmuş mülkiyyət hüquqları mübahisəli əmlakı vicdanla əldə etmiş şəxsin hüquqlarının pozulması hesabına aradan qaldırıla bilməz. X1 etibarından sui-istifadə etdiyini iddia edirsə və əgər X5 mənzili satması nəticəsində onu zərərə məruz qoyubsa, o, həmin zərərin əvəzinin ödənilməsi ilə bağlı X5ə qarşı iddia irəli sürmək hüququna sahibdir. Apellyasiya məhkəməsi İddiaçı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinin təmin edilməməsinin onun bu tələbdən irəl i gələn digər tələbləri üzrə dispozitiv şərtləri istisna etdiyini vurğulayaraq, digər tələblər üzrə əlavə əsaslandırma aparılmasına zərurət olmadığını qeyd etmişdir. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prossesual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646-cı maddəsinə əsasən, daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ay rı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. O, təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Məhkəmə kollegiyası qeyd edir ki, daşınmaz əmlaka dair hər iki alqı-satqı müqaviləsi bağlanarkən qanunvericiliyin pozulması halı müəyyən edilməmişdir. Belə ki, apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, İddiaçı bilavasitə öz iradəsi əsasında mənzilinə dair X5ə bütün səlahiyyətləri, o cümlədən satm ağı ehtiva edən etibarnamə vermiş, mənzilin satılmasına İddiaçı həyat yoldaşının yazılı razılığı olmuş, həmin etibarnamə əsasında mənzil ilk olaraq Cavabdeh satılmış və bu zaman alqı-satqı müqaviləsinin etibarsızlığı üçün heç bir pozuntuya yol verilməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin mənzili satılmasının iddiaçının iradə ifadəsinə uyğun olmaması barədə dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçının iradə ifadəsinin yalnız mənzilin girov qoyulmasına yönəldiyi halda, iddiaçının etibarnamədə yalnız bu səlahiyyəti göstərməsinə və yaxud bu məqsədlə kassasiya şikayətində göstərdiyi kimi həyat yoldaşına etibarnamə verməsinə heç bir maneə olmamışdır. Eyni zamanda, hazırda Cavabdeh və etibarnamə əsasında iddiaçının adından hərəkət edən X5 01.11.2018-ci il tarixli əqdin görünüş üçün ba ğlandığını və 15.11.2018-ci il tarixdə Əliyev Rizvanla bağlanmış alqı-satqı müqaviləsinin ondan alınmış borca görə girov qoyulması barədə əqdi pərdələmək məqsədi daşıdığını bildirsələr də, həmin əqdin digər tərəfi R.Əliyev əqdin bu məqsədlə bağlandığını qəbul etmir və R.Əliyevin Faiq və Cavabdehlərin İddiaçı etibarından suiistifadə etmiş olmaları ehtimalından xəbəri olmasını və onun vicdanlı əldə edən olmamasını təsdiq edən heç bir hal məhkəmələr tərəfindən müəyyən edilməmişdir. Kassasiya şikayətində iddiaçı R.Əliyevin birinci instansiya məhkəməsində hazırlıq iclasında verdiyi izahatında bu faktı etiraf etdiyini göstərsə də, bu dəlil məhkəmə iclas protokolları ilə təkzib edilir. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 340.2-ci maddəsinin məzmunundan göründüyü kimi, yalan əqd yal nız müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir. Buna görə də,iddiaçı və Cavabdeh arasında əqd formal əsaslarla bağlansa belə, mülki hüquq subyektlərinin bu şəkildə əqd bağlamaqla meydana gətirdikləri hüquqi görünüşə etimad göstərən üçüncü şəxs qismində çıxış edən mülki dövriyyənin digər iştirakçılarının maraqları qanunvericilik tərəfindən xüsusi olaraq qorunur. Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin m əzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. Mülki Məcəllənin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır. Mülki Məcəllənin 149.2-ci maddə sinin tələblərinə görə isə, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Həmin Məcəllənin 182.1-ci maddəsinə görə isə əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanl ı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qə rarı). Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı mad dəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu m üvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün fakt iki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Beləliklə də məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nai l olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Resp ublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.03.2020-ci il tarixli X5 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar