Məhkəmə qərarları › İş №2(102)-4980/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4980/2019

19.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4980/2019 19.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Gündüz Ağababa oğlu Quliyev və Vəfaddin Ələm oğlu İbayevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, iddiaçı ”İddiaçı” İstehsalat Birliyinin vəkili Həsənov Vasif Rəsul oğlunun iştirakı ilə, İddiaçı ”İddiaçı” İstehsalat Birliyinin Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-3199/2019 nömrəli iş üzrə 04 mart 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Xəzər Rayon Məhkəməsinin (hakim Z.Ə.Axundova) 2(003) -1756/2018 nömrəli, 09 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X2 qarşı təbii qazdan istifadə qaydalarının pozulmasına görə yaranmış borcun və debitor borcun tutulması tələbinin rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakim V.N.Sadıqov (sədrlik edən və məruzəçi), A.Q.Hüseynov və A.N.İmanov) 2(103)-3199/2019 nömrəli, 04 mart 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1756/2018 saylı iş üzrə 09 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı cavabdeh X3 qarşı təbii qazdan istifadə qaydalarının pozulmasına görə yaranmış borcun və debitor borcun tutulması tələbinə dair iddia ərizəsinin qismən təmin edilməsi, cavabdeh X 1 İddiaçı xeyrinə 1.094 manat borcun tutulması, iddianın qalan hissədə təmin edilməməsi, iddianın verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatının və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumunun 10 manatının iddiaçının özünə aid edilməsi, ödənilmiş dövlət rüsumlarına görə cavabdehdən 15 manatın (10 manat iddianın, 5 manat apellyasiya şikayətinin verilməsi üçün) tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdeh X3 qarşı təbii qazdan istifadə qaydalarının pozulmasına görə yaranmış borcun və debitor borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X4 İddiaçı Bakı X9 Departamentində qeydiyyatda olmaqla ünvan 1 ünvanında müqavilə əsasında fasi ləsiz təbii qazdan istifadə edir. Həmin ünvana İddiaçı tərəfindən **********01540 saylı hesab nömrəsi verilmişdir. Cavabdeh tərəfindən qaz xəttinə qeyri-qanuni qoşulma və istifadə olunmuş təbii qazın dəyərinin tam şəkildə ödənilməməsi ilə əlaqədar abonentin 7.492,80 manat borcu yaranmışdır. Cavabdeh onunla bağlanmış “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, müqavilənin 2.3.2-ci bəndinə əsasən istehlakçı “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməlidir. Müqavilənin 3.4-cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməli dir. Göstərilənlərə əsasən, İddiaçı təbii qazdan istifadəyə görə yaranmış 7.492,8 manat məbləğində əsas borcun, 30 manat dövlət rüsumunun, ümumilikdə isə 7.522,8 manat borcun iddiaçının xeyrinə məcburi qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı ”İddiaçı” İstehsalat Birliyi kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-3199/2019 nömrəli iş üzrə 04 mart 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və təbii qazdan istifadə qaydalarının pozulmasına görə yaranmış borcun və debitor borcun tutulmasına dair iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyas iya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına iddiaçının kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı ”İddiaçı” İstehsalat Birliyinin vəkili Həsənov Vasif Rəsul oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh X5 iştirak etmədiyi üçün və iştirak etməməsinin üzrlü səbəbi barədə məlumat vermədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatı dinləyib, iş materiallarını və k assasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-3199/2019 nömrəli iş üzrə 04 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş materiallarından görünür ki, İddiaçı Bakı X9 Departamenti ilə Cavabdeh Kərbəlay qızı arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» 05.12.2017-ci il tarixdə T/xxxxxxxxx saylı müqavilə bağlanmışdır. Tərəflər arasında Azərbaycan Respublikasının mülki qanunvericiliyinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 11-ci 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»na uyğun olaraq müqavilə bağlanmışdır ki, həmin müqaviləyə əsasən də iddiaçı öz üzərinə cavabdehə kifayət həcmdə təbii qaz vermək, cavabdeh isə öz növbəsində istifadə etdiyi qaz üçün müvafiq məbləğdə və müəyyən olunmuş qaydada ödəmə həyata keçirməyi öhdələrinə götürmüşlər. İş materiallarında olan «Abonent saldosu»nun surətindən görünür ki, cavabdehə verilən qaz xətti üzrə abonent kodu **********01540 sayla qeydiyyata alınmışdır. Abonentin 2016-ci il üçün 3.888 manat, 2017-ci il üçün 1.094,40 manat və 2018-ci il üçün 2.510 manat (cəmi 7.492,8 manat) borcu yaranmışdır. İş materiallarında olan 15.12.2016-cı il tarixli ******* saylı və 25.01.2018-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının p ozulması haqqında aktların surətindən görünür ki, istehlakçı Cavabdeh qeyri-qanuni olaraq sayğacdan kənar təbii qazdan istifadə edir. Odur ki, kənar xəttin ləğv olunması, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olunur. Birinci aktın tərtibində istehlakçının nümayəndəsi Bəşirzadə İkram iştirak edib aktı imzalansa da, digər akt cavabdeh və ya nümayəndəsi tərəfindən imzalanmamışdır. Hər iki aktda sayğacdan kənar rezin boru ilə təbii qazdan istifadə edildiyi qeyd edilmişdir. Cavabdehin 30.12.2016-cı il tarixli qərarı ilə (6x24x76=10944 m3) 10944 m3, 31.01.2018-ci il tarixli qərarı ilə isə (6x12x31=2232 m3, 6x20x86=10320 m3) 12552 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə, «Enerji resurslarının istif adəsi haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən enerji resurslarından istifadəyə görə ödənişlərin müddətinin pozulmasına yol verən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi onunla əsaslandırılmışdır ki, cavabdehin sayğacdan kənar rezin boru vasitəsi ilə qaz xəttinə qoşulduğu görsənir. Lakin iddiaçı yalnız 15.12.2016-cı il və 25.01.2018-ci il tarixli iki akt təqdim etmişdir ki, həmin aktlar a görə də, müvafiq olaraq 10944 m3 və 12552 m3 qaz itkisi hesablanmışdır. 15.12.2016-cı il tarixli akt istehlakçının nümayəndəsi tərəfindən imzalansa da, 25.01.2018-ci il tarixli akt imzalanmamışdır. Bu səbəbdən apellyasiya instansiyasının məhkəməsi iddianı qismən əsaslı hesab edərək, 15.12.2016-cı il tarixli akta əsasən itirilmiş 10944 m3 qaza görə hesablanmış 1.094,4 manat zərərin tutulmasını əsaslı hesab edir. 25.01.2018-ci il tarixli akt isə cavabdehin özü və ya nümayəndəsi tərəfindən imzalanmadığından, bununla da aktın mötəbərliyi şübhəli olduğundan, iddiaçı isə aktda göstərilənlərin həqiqiliyini məhkəmədə sübut edə bilmədiyindən, həmin hissədə iddianı əsaslı hesab etməmişdir. Həmçinin 2016-cı ilin yanvar ayında tərtib olunması iddia olunan (3.888 manat zərərlə bağlı) akt iş materiall arında olmadığından, nə də təqdim olunmaldığından kollegiya həmin tələbin də təmin olunmasını qeyri-mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Söz ügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla tə sdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-3199/2019 nömrəli iş üzrə 04 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu ma ddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı ”İddiaçı” İstehsalat Birliyinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-3199/2019 nömrəli iş üzrə 04 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar