Məhkəmə qərarları › İş №2(102)-4987/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4987/2020

19.10.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4987/2020 19.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4987/20 (Açar sözlər: miras payının tamamlanması, mirası qəbul etmə müddətinin ötürülməsi) Bakı şəhəri, xx xxxxxxx 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı, onun vəkili X8 oğlunun, cavabdehlər Cavabdeh1, 4 saylı Bakı “ASAN Xidmət” X5 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və 4 saylı Bakı “ASAN Xidmət” X4rşı “miras payının tamamlanması və istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2529/2020 nömrəli, xx xxxx 2020 il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və 4 saylı Bakı “ASAN Xidmət” X5 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətinə xx xxxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh1 bacı-qardaşdırlar. 2. ünvan 1 iddiaçının və cavabdehin anası X3 məxsus olub.

3. İddiaçının anası X6 2016-cı il tarixində vəfat etmişdir.

3. Anası ölənədək onunla birgə iddiaçı və qardaşı X9 qeyd edilən mənzildə yaşamışlar.

4. Mənzilin 4/6 hissəsini anası iddiaçıya vəsiyyət etmişdir.

5. X11 öz miras payını iddiaçıya bağışlamışdır.

6. Mənzilin 5/6 hissəsi hazırda iddiaçının mülkiyyətindədir.

7. Miras əmlakda 1/6 pay digər qardaşı Cavabdeh1 münasibətdə açıq saxlanmışdır. a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehlər Cavabdeh1 və 4 saylı Bakı “ASAN Xidmət” X4rşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinə müraciət etmişdir.

9. İddiaçı ünvan 1 ünvanında yerləşən mənzildə cavabdeh (qardaşı) Cavabdeh1 münasibətdə açıq qalan 1/6 hissənin iddiaçıya verilərək miras payının tamamlanmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılıb ki, Cavabdeh1 mənzildə formal olaraq qeydiyyatda olması səbəbilə, ona münasibətdə notarius miras payını açıq saxlamışdır.

11. Qardaşı Cavabdeh1 qeyd edilən ünvanda yerləşən mənzildən anasının ölümündən qabaq çıxıb getmişdir, yəni anasının nə ölümündən əvvəl, nə də ölümündən sonra, cavabdeh orada yaşamamışdır.

12. Cavabdeh mirası faktiki qəbul etmiş olmasa da, Mənzil İstismar Sahəsindən verilmiş arayışa əsasən, digər cavabdeh olan notarius cavabdehin payını əsassız olaraq açıq saxlamışdır.

13. Cavabdeh1 iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda olması iddiaçının əmlak hüquqlarını məhdudlaşdırır, iddiaçı əmlak üzərində öz mülahizəsinə uyğun sərəncam verə bilmir, əmlakının üzərində hər-hansı hüquqi hərəkət etmək istədikdə cavabdehin razılığı tələb olunur.

14. Bu səbəbdən cavabdehin payına düşən 1/6 hissənin iddiaçıya verilərək miras payının tamamlanması zəruridir.

15. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 152.1, 15 2.6 və 220.4-cü maddələrinə istinad etmişdir.

16. İddiaçı tələbini artırmış, əlavə olaraq mənzil üzərində tam payda mülkiyyət hüququnun tanınması və Cavabdeh1 ünvan 1 ünvanı üzrə istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

17. İddiaçı tələbinin artırılmış hissəsini onunla əsaslandırıb ki, Cavabdeh1 ünvan 1də qedydiyyatda olsa da, anasının ölümündən xeyli əvvəl daimi yaşamaq üçün başqa yaşayış yerinə köçmüşdür.

18. Cavabdeh1 qeyd edilən ünvanda yaşamır, mənzildfə cavabdehin əmlakı yoxdur.

19. İddiaçı artırılmış tələbinin hüquqi əsası kimi 1982-ci il tarixli Mənzil Məcəlləsinin 60 və 87-ci maddələrinə istinad etmişdir.

20. Cavabdeh 4 saylı Bakı “ASAN Xidmət” X5 nümayəndəsi və vəkili iddiaya etiraz olaraq göstərmişdir ki, Cavabdeh1 ünvan 1-də qey diyyatda olmaqla mirası faktik qəbul etmişdir. Bu səbəbdən notarius tərəfindən Cavabdeh1 məxsus miras əmlakın 1/6 hissəsinin açıq saxlanması qanuna uyğun olmuşdur.

21. Cavabdeh1 iddiaya etiraz olaraq göstərmişdir ki, İddiaçı və qardası X9 ilə münasibətləri gərgin olduğunda görə onlarla əlaqə saxlamır, anasından miras qalmış evə də gedə bilmir.İddiaçının notariusa müraciət etməsindən, vərəsəlik şəhadətnaməsinin almasından xəbərsizdir. Anasından qalmış mirasdan imtina etməmiş, sadəcə olaraq iddiaçı ilə münasibətləri pozulduğuna görə öz hüquqlarını həyata keçirə bilməmişdir.

22. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7490/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Əminə Abbasova)

23. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutla ra istinadən müəyyən etmişdir ki, İddiaçı ilə X9 qanunvericiliklə müəyyən edilmiş qaydada notariusa müraciət edərək ünvan 1-ə müvafiq olaraq vəsiyyətnamə və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etsələr də, vərəsə olan Cavabdeh1 vərəsəliyə çağırılması ilə bağlı müvafiq qaydada xəbərdar edilməsi üçün tədbirlər görməmişlər.

24. Məhkəmə hesab etmişdir ki, vərəsələr tərəfindən Cavabdeh1 vərəsəliyə çağırılması üçün bütün zəruri hərəkətlər edilməmiş və cavabdeh qanunvericiliklə müvafiq qaydada vərəsəliyə çağırıldığı barədə məlumatlandırılmamışdır. Halbuki iddiaçıların vərəsə kimi belə bir vəzifəsi olmuşdur.

25. Digər tərəfdən məhkəmə hesab etmişdir ki, Cavabdeh1 miras qalmış əmlakdan məcburi pay almaq hüququ olduğuna görə onun miras qalmış Bakı şəhəri, Xətai rayon u, Məhəmməd Hadi küçəsində yerləşən 106 saylı evin 25 saylı mənzilinə dair mülkiyyət hüququ onun gözlənilən hüququdur.

26. Birinci instansiya məhkəməsi işin qeyd edilən hallarına uyğun olaraq, iddianı rədd etmiş, gəldiyi nəticəni də Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ-ci hissəsi, Mülki Məcəllənin 1193, 1300, 1301.1, 1301.2, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxxx 2011-ci il tarixli Qərarı ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

27. İ ddiaçı apelyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.

28. Apelyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, cavabdeh mirasın açılmasından xəbərdar olmuş, lakin mirası nə faktiki, nə də rəsmi qaydada qəbul etməmişdir.

29. Apelyasiya şikayətinə etiraz olaraq Cavabdeh1 bildirmişdir ki, miras payını qəbul etmək üçün müddətin olduğunu bilməmişdir, bundan xəbərdar olsaydı vaxtında miras payını qəbul edərdi.

30. Digər cavabdeh 4 saylı Bakı “ASAN Xidmət” X5 nümayəndəsi və vəkiliapelyasiya şikayətinə etirazın onunla əsaslandırıb ki, Cavabdeh1 mənzildə qeydiyyatda olduğu üçün sonuncunun pay hüququ vardır.

31. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020 il tarixli 2(103)2529/2020 nömrəli qətna məsi ilə apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(011)-7490/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, İddiaçı iddia tələbi təmin edilmiş, X1 miras qalmış Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 106 saylı evin 25 saylı mənzilinin Cavabdeh1 münasibətdə açıq qalan 1/6 hissəsinin miras payı kimi İddiaçı verilərək mənzil üzərində onun tam mülkiyyət hüququnun tanınması, Cavabdeh1 Bakı şəhəri, Xətai rayon,u Məhəmməd Hadi küçəsində yerləşən 106 saylı evin 25 saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi, iddiaçı tərəfindən iddia ərizəsi verilərkən ödənilmiş 10 manat və apelyasiya şikayəti verilərkən ödənilmiş 5 manat dövlət rüsumunun əvəzinin Cavabdeh1 iddiaçının xeyrinə tu tulması qət edilmişdir. (hakimlər İlham Kərimli (sədrlik edən və məruzəçi), Xəyalə Cəmilova və İsmayıl Xəlilov)

32. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, X2 mirasının açıldığı məqamda onun mirası olan mübahisəli mənzildə qanun üzrə vərəsələri İddiaçı və oğlu Səbuhi Məmmədov yaşamış və onlar miras əmlaka faktiki sahiblik etməklə və onu faktiki idarə etməklə mirası qəbul etmişlər.

33. Apelyasiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı anası vəfat etdikdən sonra X11 və onun ailə üzvləri ilə birgə həmin mənzildə yaşamağa davam etmişlər. X12 vəsiyyətnaməsində mübahisə edilən həmin mənzili qızı İddiaçı vəsiyyət etmişdir. Sevil Məmmədovanın digər oğlu Cavabdeh1 isə həmin mənzildə 2005-ci ildən yaşamamış, mirası faktiki qəbul etməmi ş, habelə mirasın qəbulu məqsədilə notariat orqanına müraciət etməmişdir.

34. Həmçinin apelyasiya qaydasında müəyyən edilib ki, xx xxxxxx 2016-cı il tarixdə Sevil Məmmədova vəfat etdikdən sonra Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi ev 106, mənzil 25-ə dair miras açıldığı vaxt Cavabdeh1 miras payının qəbulu üçün hər hansı bir tədbir görməmiş, xx xxxx 2017-ci il tarixdə İddiaçı və Səbuhi Məmmədova vərəsəlik hüququ haqqında şəhadətnamə verildikdən sonra keçən iki ildən artıq müddət ərzində də Cavabdeh1 miras əmlakda açıq saxlanmış payın qəbulu üçün heç bir təşəbbüs göstərməmişdir.

35. Apelyasiya məhkəməsi onu da müəyyən edib ki, Cavabdeh1 miras mənzildə formal olaraq pasport qeydiyyatında qalmış, 2005-ci ildə ailə həyatı qurduqdan sonra həmin evdən çıxmış, başqa ünvanda yaşamışdır.

36. Apelyasiya məhkəməsi hesab etmişdir ki, miras qalmış mənzildə pasport qeydiyyatının olması cavabdehin miras əmlakı faktiki qəbul etməsi kimi qiymətləndirilə bilməz. Miras açıldığı vaxtdan da artıq 3 ildən artıq müddət keçmiş vəonun həmin mənzilə miras payı hələ də açıq saxlanılmışdır.

37. Apelyasiya məhkəməsi qeyd etmişdir ki, mülki qanunvericiliyin tələblərinə görə, mirası qəbul etmə müddətinin ötürülməsi (buraxılması) vərəsənin miras əmlaka, vərəsəliyə olan hüququnun itirilməsi ilə nəticələnir.

38. Anasından miras qalmış əmlakı qəbul etmək üçün qanunvericilikdə müddət nəzərdə tutulmasından xəbərsiz olması barədə Cavabdeh1 dəlilini apelyasiya məhkəməsi qəbul etməmiş və bunu onunla əsaslandırmışdır ki, cavabdeh anasının yas mərasimində iştirak etməklə miras əmlak olan mənzilə dair vərə sələrin dairəsinin müəyyənləşməsindən, yəni bacısı İddiaçı və X11un özlərinin miras paylarını qəbul etdiklərindən, nəticədə mirasın açılmasından xəbərdar olmuşdur. Lakin o, vaxtında miras payının qəbul edilməsinə dair hər hansı hərəkət etməmişdir. Belə olan halda da işin faktiki hallarına əsasən cavabdehin vərəsəliyə çağırılması yolunda zəruri tədbirlərin görülməsinə də hər hansı zərurət görünmədiyi bəlli olur.

39. Bundan əlavə, apelyasiya məhkəməsi vurğulamışdır ki, Cavabdeh1 miras mənzildən istifadə hüququ keçmiş Mənzil Məcəlləsinə əsasən yaranmışdır.

40. Cavabdeh1 15 ilə yaxındır ki, daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçdüyünə görə onun mənzildən istifadə hüququ qalmamışdır.

41. Cavabdeh həmin mənzildə 6 aydan yuxarı müddətdə yaşamadığına və 15 ilə yaxındır ki, daimi yaşamaq üçü n başqa yaşayış sahəsinə köçdüyünə görə onun mənzildən istifadə hüququ qalmamışdır.

42. Apelyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 1145, 1243.2, 1246-cı və xx xxxxxxx 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 60 və 87-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

43. Cavabdehlər Cavabdeh1 və 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin notariat ofisi ayrı-ayrılıqda kassasiya şikayəti verib, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişlər.

44. Səid Cavabdeh Məmmədovun kassasiya şikayəti belə əsaslandırılıb ki, miras əmlak olan mənzildə payını faktiki qəbul edib və xüsusən də mənzildə q eydiyyatda olduğu üçün miras əmlakda məcburi pay hüququ vardır. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimata görə qeydiyyatda olma mirası faktiki idarə etmə kimi qəbul edilir. Lakin apelyasiya instansiyası tərəfindən bunlara əhəmiyyət verilməyib, maddi və prosessual hüquq normaları pozulub, sübutlara düzgün qiymət verilməyib. Həmçinin mənzildə darısqallıq yaranmış, cavabdeh bu səbəbdən mənzildə yaşamamışdır. Bu da o demək deyil ki, cavabdeh mənzildə yaşamamışdır.

45. Cavabdeh 4 saylı Bakı “ASAN Xidmət” X5 kassasiya şikayəti də digər cavabdehin kassasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb. apelyasiya instansiyası tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına istinad edilib. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazı nın dəlilləri

46. Cavabdehlərin kassasiya şikayətinə iddiaçının yazılı etirazı daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları

47. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1, onun, həmçinin 4 saylı Bakı “ASAN Xidmət” X5 nümayəndəsi və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, Bakı Apellyasiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.

48. Məhkəmə iclasında İddiaçı, onun vəkili X8 oğlu kassasiya şikayətinə etiraz edərək, onun rədd edilməsini xahiş etdilər. Birinci instansiya məhkəməsi tərəfindən tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə

29. Vİİ hissə. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1193. Və siyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Maddə 1300. Əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar. Maddə 1301.1. Əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Maddə 1301.2. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Apelyasiya instansiya məhkəməsi tərəfindən tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. xx xxxxxxx 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsi Maddə

60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Maddə

87. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessu al hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

49. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkə mələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən, hazırki kassasiya baxışının predmetini apelyasiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəy yən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

53. İddia tələbi vərəsəlik hüququ ilə bağlı olub mirasın tamamlanması və cavabdehin mənzildən istifadə hüququna xitam verilməsi barədədir.

54. İşin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilən halından görünür ki, iddiaçı və Cavabdeh1 anası Sevil Məmmədova xx xxxxxx 2016-cı il tarixdə vəfat etmiş, sonuncunun mülkkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi ev 106, mənzil 25-ə miras açılmış, lakin Cavabdeh1 mirası nə faktiki, nə də notariusa ərizə verməklə, qanunla müəyyən edilmiş müddətdə qəbul etməmiş, bunun üçün hər hansı bir tədbir görməmiş və heç bir təşəbbüs göstərməmişdir.

55. Mülki Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

56. Mülki Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

56. Qanunverciliyin tələbindən də görünür ki, mirasın qəbulu müəyyən vaxt çərçivəsində iki yolla həyata keçirilir: notariat kontoruna mirasın qəbulu barədə ərizə verilməsi (rəsmi qəbul); miras əmlaka sahiblik etmək və ya əmlakı idarə e tməyə faktik başlamaq (faktiki qəbul).

57. Apelyasiya məhkəməsi tərəfindən Cavabdeh1 qanunla müəyyən edilmiş müddətdə mirasın qəbulu ilə bağlı hər hansı yoldan istifadə etməsi müəyyən edilməyib.

58. Belə olan halda, məhkəmə kollegiyası mülki qanunvericiliyin tələblərinə görə, mirası qəbul etmə müddətinin ötürülməsini (buraxılması) vərəsənin miras əmlaka, vərəsəliyə olan hüququnun itirilməsi ilə nəticələnməsi barədə apelyasiya məhkəməsini gəldiyi nəticəni əsaslı sayır.

59. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, mirasın qəbulu elə hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiy yət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddətdə mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Miras əmlakı sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur.

60. Göründüyü kimi, apelyasiya məhkəməsi işin müəyyən edilmiş halına, yəni Cavabdeh1 mirası hər hansı formada qəbul etməməsi halına uyğun olaraq Mülki Məcəllənin qeyd edilən normalarını düzgün tətbiq etmişdir. Mülki Məcəllənin tətbiq edilən 1243.2 və 1246-cı maddələrinin dispozitiv şərtləri işin müəyyən edilmiş halı ilə üst-üstə düşür.

61. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya məhkəməsi Cavabdeh1 miras əmlakda olan mənzildən istifadə hüququnun itirilməsini qət etməklə də düzgün nəticəyə gəlmişdir.

62. Həmin tələblə bağlı apelyasiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh1 miras mənzildən istifadə hüququ 1982-ci il tarixli Mənzil Məcəlləsinin qüvvədə olduğu zaman yaranmışdır və cavabdeh 15 ilə yaxın müddətdə miras əmlakda deyil, daimi yaşamaq üçün köçdüyü başqa yerdə yaşayır.

63. Mənzil Məc əlləsinin 60 və 87-ci maddələrinin dispozitiv şərtlərindən də görünür ki, apelyasiya məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq həmin maddələrə əsasən cavabdehin mənzildən istifadə hüququnun qalmaması və həmin əsasla da iddianın həmin hissədə təmin edilməsi barədə gəldiyi nəticədə haqlı olmuşdur.

64. Apelyasiya məhkəməsi bütün sübutları, Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq düzgün qiymətləndirmişdir.

65. Bu baxımdan, məhkəmə kollegiyası apelyasiya instansiyası tərəfindən maddi və prosessual hüquq normalarının pozulması barədə cavabdehlərin kassasiya şikayətlərinin dəlillərini əsasız sayır.

66. Məhkəmə kollegiyası cavabdehlərin kassasiya şikayətinin dəlilini – “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimata görə qeyd iyyatda olmanın mirası faktiki idarə etmə kimi qəbul edilməsi – əsasız sayır. Çünki hazırki qərarın 59-cu bəndində göstərildiyi kimi mirasın faktiki qəbul etməyin hansı qaydada həyata keçirilməli olmasına apelyasiya məhkəməsi qiymət verib. Məhkəmə kollegiyası mirasın faktiki qəbul edilməsi ilə bağlı dəyərləndirməni əsaslı sayır və bu səbəbdən apelyasiya məhkəməsinin qeyd etdiklərini təkrarlamağa zərurət görmür.

67. Məhkəmə kollegiyası qeyd edir ki, mənzildə darısqallıq yaranması səbəbindən mənzildə yaşamaması barədə Cavabdeh1 kassasiya şikayətinin dəlili işin faktiki hallarının araşdırılması ilə əlaqəlidir. Kassasiya icraatı çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

68. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şik ayətləri təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

69. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və 4 saylı Bakı “ASAN Xidmət” X5 kassasiya şikayətləri təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2529/2020 nömrəli, xx xxxx 2020 il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar