Məhkəmə qərarları › İş №2(102)-4990/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4990/2022

25.10.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4990/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:ipoteka müqaviləsinin etibarsız hesab edilməsi 25.10.2022 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 may 2022-ci il tarixli, 2(103)371/2022 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə 25 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları 28 iyul 1977-ci il tarix də X3 rəsmi nikah əsasında İddiaçı ailə qurub. 08 sentyabr 2006-cı il tarixli Çıxarışa əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində istifadədə olan 0.1126 ha torpaq sahəsində yerləşən 26 saylı evin 125 saylı mənzili tam mülkiyyət hüququ üzrə X adına qeydə alınıb. 15 may 2007-ci il tarixli ipoteka müqaviləsinə əsasən X məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində istifadədə olan 0.1126 ha torpaq sahəsində yerləşən 26 saylı evin 125 saylı mənzili onun Cavabdeh ASC-dən götürdüyü kreditin təmin edilməsi üsulu kimi ipoteka ilə yüklü edilib. İddiaçının notarial qaydada təsdiq edilmiş ərizəsinə əsasən, X məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində istifadədə olan 0.1126 ha torpaq sahəsində yerləşən 26 saylı evin 125 saylı mənzilini n ipoteka qoyulmasına yazılı razılıq verib və ipoteka qoyulmuş mənzilə ödəniş yönəldiyi halda öhdəsinə götürüb ki, mənzili heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd-şərtsiz tərk edəcəkdir. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh ASC-nin X, İddiaçı və digərlərinə qarşı “kredit müqaviləsinin ləğv edilməsi, mənzildən istifadə hüququna xitam verilməsi və digər tələblərinə dair” iddiası qismən təmin edilərək, X 11 may 2007-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 180.000 manat, faizə görə 58.661 manat, hesablanmış cəriməyə görə 300 manat olmaqla, cəmi 238.961 manat pulun tutulub Cavabdeh ASC-nə ödənilməsi, tutmanın 15 may 2007-ci il tarixli ipoteka müqaviləsi üzrə X məxsus olan Bakı şəhəri, Binəqəd i rayonu, Əcəmi Naxçıvani küçəsində, 0,1126 ha torpaq sahəsində yerələşən 26 saylı evin 125 saylı mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 135.000 manat müəyyən edilməklə açıq hərracdan satılması və borcun ödənilməsinə yönəldilməsi, mənzildə qeydiyyatda olan X, İddiaçı və X mənzildən istifadə hüquqlarına xitam verilməsi, mənzilin ən geci 1 ay ərzində boşaldılması və qalan hissədə iddianın rədd olunması qət edilib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı məhkəmədə cavabdehə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddia qaldıraraq, X cavabdeh arasında bağlanmış 15 may 2007-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İddiaçı tələbini onunla əsaslandı rıb ki, 28 iyul 1977-ci il tarixdə rəsmi nikah əsasında X ailə qurub. Nikaha daxil olduqdan sonra Bakı şəhəri, Binəqədi rayonu, Naxçıvanı küçəsi, 26 saylı evin 125 saylı mənzilini satın alıblar. Sonradan həmin mənzili istifadə üçün övladlarına verərək, daimi yaşamaq üçün Quba rayonuna köçüblər. Bu yaxınlarda ona məlum olub ki, mənzilin ½ hissəsinin mülkiyyətçisi olan əri X kredit götürüb və mülkiyyətində olan mənzili ipoteka ilə yüklü edib. Onun bundan xəbərim olmayıb, yalnız Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin ünvanına göndərdiyi qətnamə əsasında bu fakt ona təsədüfən məlum olub. Belə ki, əri X övladları birlikdə 13 il ərzində ona yalan danışaraq bu faktı ondan gizlədib. Sözügedən mənzilə dair artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, ipoteka müqaviləsinin bağlanması zamanı hər hansı qanun pozuntusuna yol verilməyib. İddiaçı sözügedən mənzilin Bankın xeyrinə ipoteka qoyulmasına yazılı razılıq verib. İddiaçı ipoteka müqaviləsinin etibarsızlığı ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməyib. İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi iddia müddəti ötürülməklə verilib. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 337.1, 375.1, 354.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi nin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırıb ki, notarial qaydada təsdiq edilmiş “razılıq ərizəsi” onun tərəfindən imzalanmayıb. Lakin, birinci instansiya məhkəməsi işə baxarkən bu halı nəzərə almayıb və “razılıq ərizəsindəki” imzanın ona məxsus olubolmadığını araşdırmaq üçün müvafiq ekspertiza təyin etməyib. Məhkəmə Ekspertiza Mərkəzinin 12 aprel 2022-ci il tarixli ekspert rəyinə əsasən, notariat işində olan və 17 may 2007-ci il tarixdə notarial qaydada təsdiq edilmiş, üzərində X adından notariusa ünvanlanmış “razılıq ərizəsindəki” imzalar hazırki mülki işin 25-ci vərəqində olan və iddiaçının adından Vəkil verilmiş 10 iyun 2020-ci il tarixli etibarnamədə “etibar edənin imzası” qrafasındakı imza eyni şəxs tərəfindən icra edilib. Lakin, iddiaçının adından notariusa ünvanlanmış “razılıq ərizəsindəki” imza iddiaçı tərəfindən deyil, başqa şəxs tərəfindən icra edilib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov sədrlik edən, məruzəçi, Ş.Məhərrəmova və R.Həsənov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, iddiaçının əri X4 arasında “ipoteka müqaviləsi” bağlanarkən, mənzildə yaşayış yeri üzrə qeydiyyatda olan iki şəxs- X arvadı İddiaçı və qardaşı X eyni tarixdə, yəni 17 may 2007-ci il tarixdə Bakı Şəhəri, 5 saylı Dövlət Notariat Kontoruna gedər ək, mənzilin Bankın xeyrinə ipoteka ilə yüklü edilməsinə dair mətnləri eyni olan “razılıq ərizələrini” imzalamışlar. Lakin, bu zaman İddiaçı öz adından tərtib edilmiş ərizəni deyil, qaynı X adından tərtib edilmiş ərizəni imzalayıb. Bu hal nəinki ekspert rəyi ilə təsdiq edilir, hətta adi baxışla da müəyyən olunur. Beləliklə, mənzilin ipoteka ilə yüklü edilməsindən iddiaçının xəbəri olub və o, mənzilin ipoteka ilə yüklü edilməsinə yazılı razılıq verib. Birinci instansiya məhkəməsi iddianı rədd etməklə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlib. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 337.1, 354.1, 372.1, 372.2, 375.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona etirazın dəlilləri, işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. İddiaçı kassasiya şikayətini onunla əsaslandırıb ki, apellyasiya instansiyası məhkəməsi işi tam araşdırmayıb. Belə ki, ipoteka müqaviləsindən onun xəbəri və razılığı olmayıb. Belə ki, X4 arasında 15 may 2007-ci il tarixli “ipoteka müqaviləsi” bağlanarkən o, yazılı razılıq verməyib, Belə ki, eks pert rəyində daha cox mülahizələr irəli sürülüb. Qeyd olunan ekspertiza rəyində göstərilir ki, razılıq ərizələrində onunla X imzaları dəyişik düşüb. Bu mümkün olan deyil. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd etməklə səhv nəticəyə gəlib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmayıb. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsi z əqdlər ola bilər; 372.1-ci maddəsinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; 375.1-ci maddəsinə görə, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir; 354.1-ci maddəsinə görə, əhəmiyyəsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsində göstəril ir ki, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; 416.1-ci maddəsinə görə, Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyas ı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Mülki prosessual normaların mənasına görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğunda n, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini g östərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, iddia ərizəsində qeyd edilən mənzilin iddiaçı ilə X birgə nikahda olduqları dövrdə onlar tərəfindən əldə olunması, 11 may 2007-ci il tarixdə X ilə Bank arasında “kredit müqaviləsinin” bağlanması, Xn “kredit müqaviləsi” üzrə Bank qarşısında “borcun tam və vaxtında qaytarılması barədə” üzərinə götürdüyü öhdəliyin icra edilməsinin təminatı olaraq mənzili Bankın xeyrinə ipoteka ilə yüklü etməsi, bununla bağlı olaraq X ilə Bank arasında 15 may 2007-ci il tarixdə notarial qaydada “ipoteka müqaviləsi” bağlanması mülki iş materialları ilə təsdiq edilir və tərəflər arasında mübahisə doğurmur. İşin mübahisə doğuran halı X ilə Bank arasında 15 may 2007-ci il tarixdə notarial qaydada “ipoteka müqaviləsi” bağlanan z aman iddiaçının mənzilin ipoteka ilə yüklü edilməsinə razılıq verib-verməməsidir. İddiaçı bildirir ki, mənzilin ipoteka ilə yüklü edilməsi barədə onun məlumatı olmayıb, o, mənzilin ipoteka ilə yüklü edilməsinə razılıq verməyib və bununla bağlı “razılıq ərizəni” imzalamayıb. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, mülki işin 82-ci vərəqində olan və 17 may 2007-ci il tarixdə notarial qaydada təsdiq edilmiş “razılıq ərizəsindən” görünür ki, bu ərizə, mübahisəli mənzilin Bankın xeyrinə ipoteka ilə yüklü edilməsinə razılığın verilməsi barədə ərizədir. X1 (iddiaçının qaynının) adından yazılsa da, ərizənin sonunda icra edilmiş imzadan sonra iddiaçının adı (İddiaçı) qe yd edilib. Mülki işin 83-cü vərəqində olan və 17 may 2007-ci il tarixdə notarial qaydada təsdiq edilmiş “razılıq ərizəsindən” görünür ki, bu ərizə, mübahisəli mənzilin Bankın xeyrinə ipoteka ilə yüklü edilməsinə razılığın verilməsi barədə ərizədir. Ərizə iddiaçının adından yazılsa da, ərizənin sonunda icra edilmiş imzadan sonra X adı qeyd edilib. Qeyd edilən hər iki “razılıq ərizələrindəki” imzaların və ya imzalardan birinin iddiaçı tərəfindən icra olunub-olunmamasını müəyyənləşdirmək məqsədi ilə Məhkəmə tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası təyin edilib və ekspertizanın keçirilməsi üçün mülki iş, məhkəmə tərəfindən Ədliyyə Nazirliyinin Dövlət Arxivindən götürülmüş 3M-8-1034 saylı notariat işi ilə birlikdə Məhkəmə Ekspertizası Mərkəzinə göndərilib. Ekspertiza tərəfindən verilmiş 12 aprel 2022-ci il tarixli rəydən görünür ki, Bakı Şəhəri, 5 saylı Dövlət Notariat Kontoru tərəfindən icraatı başlanılmış 3M-8-1034 saylı notariat işində olan və 17 may 2007-ci il tarixdə notarial qaydada təsdiq edilmiş, üzərində X2 adından notariusa ünvanlanması “razılıq ərizəsindəki” imzalar hazırki mülki işin 25-ci vərəqində olan və İddiaçı adından Vəkil verilmiş 10 iyun 2020-ci il tarixli etibarnamədə “etibar edənin imzası” qrafasındakı imza eyni şəxs tərəfindən icra edilib. Lakin iddiaçının adından notariusa ünvanlanmış “razılıq ərizəsindəki” imza iddiaçı tərəfindən deyil, başqa şəxs tərəfindən icra edilib. Beləliklə də, apellyasiya baxışı ilə müəyyən edilir ki, iddiaçının əri X ilə Bank arasında “ipoteka müqaviləsi” bağlanan zaman, mənzildə yaşayış yeri üzrə qeydiyyatda olan 2 şəxs - X arvadı (hazırki iş üzrə iddiaçı) İddiaçı və Xn qardaşı X eyni tarixdə, yəni 17 may 2007-ci il tarixdə Bakı Şəhəri, 5 saylı Dövlət Notariat Kontoruna gedərək mənzilin Bankın xeyrinə ipoteka ilə yüklü edilməsinə dair mətnləri eyni olan “razılıq ərizələrini” imzalayıblar. Lakin, bu zaman İddiaçı öz adından tərtib edilmiş ərizəni deyil, qaynı X adından tərtib edilmiş ərizəni imzalayıb. Bu hal nəinki ekspert rəyi ilə təsdiq edilir, hətta adi baxışla da müəyyən olunur. Apellyasiya instansiyası məhkəməsi, işin hallarını nəzərə alıb qeyd etmişdir ki, daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər (Mülki Məcəllənin 225.6-ci maddəsi). Lakin hazırki “mübahisədə” bu hal baş verməyib. İddiaçı imzaladığı ərizə onun öz adından deyil, Xn adından tərtib edilmiş ərizə olsa da, həmin ərizənin məzmunundan aşkar surətdə anlaşılır ki, XBakı şəhəri, Binəqədi rayonu, Naxçıvanı küçəsi, 26 saylı evin 125 saylı mənzilini Bankın xeyrinə ipoteka ilə yüklü edir. Bununla da müəyyən edilir ki, mənzilin ipoteka ilə yüklü edilməsindən iddiaçının xəbəri olub və o, mənzilin ipoteka ilə yüklü edilməsinə razılıq verib. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdiril miş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 372.1-ci maddəsinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; 375.1-ci maddəsinə görə, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir; 354.1-ci maddəsinə görə, əhəmiyyəsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi ə saslandırma ilə razılaşır və hesab edir ki, iddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahis əli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi, yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan etirazının dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzu m görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 may 2022-ci il tarixli, 2(103)-371/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar