Məhkəmə qərarları › İş №2(102)-4991/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4991/2021

14.10.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4991/2021 14.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X3 hüquqi varisləri İddiaçı1 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Naxçıvan Şəhər Üçüncü Dövlət Notariat Kontoruna və Azərbaycan Respublikası Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Naxçıvan Şəhər İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vəsiyyətnamənin, özəlləşdirmənin və qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, onların doğurduğu hüquqi nəticələrin ləğv ediməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiy ar Əsəd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(108)-74/2021 nömrəli iş üzrə 08 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçının hüquqi varisləri İddiaçı1, İddiaçı2, İddiaçı3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 14 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Ölüm haqqında şəhadətnamədən aydın olur ki, X19 19 noyabr 2009-cu il tarixdə Naxçıvan şəhərində vəfat etmiş və bu barədə 07.12.2009-cu il tarixdə 466 nömrəli qeyd aparılmışdır. 20 aprel 2009-cu il tarixdə tərtib edilərək Naxçıvan şəhər Birinci Dövlət Notariat Kontorunda 2v-55 reyestr nömrəsi ilə rəs miləşdirilmiş vəsiyyətnamənin surətindən görünür ki, X19 özünə məxsus olan Naxçıvan şəhəri, H.Əliyev prospekti 24-13 yerləşən mənzili və onun üstündə olan əmlakını 6 nəfər vərəsə arasında (dörd qızı Rüxsarə, Tahirə, Gülnarə, Mehparə, yoldaşı Sevda və oğlu Fəxrəddin) bərabər şəkildə bölünməsi barədə vəsiyyətnamə qoymuşdur. Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 13.05.2014-cü il, reyestr **********59-05101-09301 və qeydiyyat nömrəsi ********** olan Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışına əsasən Naxçıvan şəhəri, H.Əliyev prospektində istifadədə olan torpaq sahəsində yerləşən 24 nömrəli 3 mərtəbəli binanın 2-ci girişində 3cü mərtəbəsində 68.32 kv.m ümumi, 48.07 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 13 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X14 adına daşınma z əmlakın dövlət reyestrində 12/14 nömrəli reyestr kitabının 2600 nömrəli vərəqində qeydiyyat aparılmışdır. Nikahın bağlanması haqqında şəhadətnamədən aydın olur ki, X11 ilə İddiaçı1 11 sentyabr 1992-ci il tarixdə nikah bağlamış və bu barədə 191 nömrəli qeyd icra edilmişdir. Doğum haqqında şəhadətnamələrin surətindən aydın olur ki, X11 ilə İddiaçı1 nikahlarından İddiaçı2 xx xxxxxx 1994-cü il tarixdə, İddiaçı3 xx xxxxxxxx 1995-ci il tarixdə doğulmuşdur. Ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X11 19 iyul 2016-cı il tarixdə kəskin ürək çatışmazlığı-ürəyin işemik xəstəliyi diaqnozu ilə Bakı şəhərində vəfat etmiş, bu barədə 26.07.2016-cı il tarixdə 224 nömrəli aktı qeydi icra edilmişdir. 29 oktyabr 2018-ci il tarixli 13/1064 nömrəli arxiv çıxarışından aydın olur ki, bəzi aztəmin atlı ailələrin yaşadıqları dövlət mənzillərini onların şəxsi mülkiyyətinə verilməsinə dair Naxçıvan şəhər XDM İcraiyyə Komitəsinin 1991-ci il 20 dekabr 645 nömrəli qərarı əsasında Naxçıvan şəhər Lenin prospekti 24/13 yaşayan X14 yaşadığı dövlət mənzili pulsuz onun şəxsi mülkiyyətinə vermişdir. Naxçıvan şəhər XDM İcraiyyə Komitəsinin 1991-ci il 20 dekabr 645 nömrəli qərarından aydın olur ki, Naxçıvan şəhər Lenin prospekti 24/13-də yaşayan X19 müraciət edib aztəminatlı ailə hesab olunduğundan mövcud qanunvericiliyə əsasən yaşadığı dövlət mənzilini onun şəxsi mülkiyyətinə verilməsini xahiş etmişdir. H.Hüseynovun təqdim etdiyi sənədlər araşdırılmış və müəyyən edilmişdir ki, o, 5 nəfər-arvadı Reyhan, qızı Tahirə, oğlu Fəxrəddin, gəlini Bahar ailə üzvləri ilə üç otaqlı dövlət mənzilində yaşayır. H.Hüseynov respublika əhəmiyyətli fərdi pensiya kimi ayda 160 manat təqaüd alır, arvadı Reyhan 199.92 manat qocalığa görə pensiya alır, qızı Tahirə işləmir, oğlu Fəxrəddin şəhər universal ticarət təmirliyində işləyir, orta aylıq əmək haqqı 229 manat, gəlini Bahar isə işləmir. Hüseynovun ailə üzvlərinin adambaşına ümumi aylıq gəliri 130 manatdan az olduğu üçün o az gəlirli hesab edilməli və yaşadığı dövlət mənzili pulsuz onun şəxsi mülkiyyətinə verilməsi məqsədəmüvafiq hesab edilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq Naxçıvan Şəhər İK-nin Heyət iclası qərara alır:

1. Yuxarıda qeyd olunan vətəndaşların ərizələri nəzərə alınsın və aztəminatlı ailə olduqları üçün yaşadıqları mənzillər onların şəxsi mülkiyyətinə pulsuz verilsin.

2. Tapşırılsın ki, 1,2,3 nömrəli mənzil istismar idarə lərinə həmin mənzilləri balanslarından çıxarılmasını təmin etsinlər.

3. Tapışırılsın Naxçıvan şəhər texniki inventarlaşdırma Bürosuna həmin mənzilləri fərdi yaşayış evləri sırasına daxil etsin və qərarın təsviri hissəsində adları göstərilən vətəndaşların adlarına pasportlaşdırılsın. Babək Rayon Məhkəməsinin 17 may 2018-ci il tarixli 2(079)-164/2018 nömrəli qətnaməsi ilə X3 hüquqi varisləri İddiaçı1, X4 və X5 Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Naxçıvan Şəhər Üçüncü Dövlət Notariat Kontoruna qarşı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onunla bağlı bütün hüquqi nəticələrin ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Naxçıvan MR Auksion Mərkəzinin 11 iyul 2017-ci il tarixli 80 nömrəli məktubundan aydın olur ki, Naxçıvan Şəhər Məhkəməsi tərəfindən 25 aprel 2017-ci il tarixli icra sənədi əsasında ünvan 1 ünvanında yerləşən 13 saylı mənzil Naxçıvan MR Auksion Mərkəzi tərəfindən 07 iyul 2017-ci il tarixdə açıq hərraca çıxarılmış, əmlakın hərracdakı qalibi Cavabdeh1 olmuşdur. Daşınmaz əmlakın alqı-satqısına dair 13 avqust 2010-cu il tarixli ******* nömrəli müqavilədən aydın olur ki, Naxçıvan şəhər Azadlıq küçəsi ev 24 mənzil 13-də qeydiyyatda olan İddiaçı1 Bakı şəhəri Nizami rayonu Leonov küçəsi 9-da yerləşən 12 saylı iki otaqlı ümumi sahəsi 49.3 kv.m, o cümlədən yaşayış sahəsi 36.3 kv.m olan mənzili Bakı şəhəri A.Manafov küçəsi 9, mənzil 12-də qeydiyyatda olan X15 40000 (qırx min) manata satın almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat X3 hüquqi varisləri İddiaçı1, İddiaçı2 və İddi açı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Naxçıvan şəhər Üçüncü Dövlət Notariat Kontoruna və Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Naxçıvan şəhər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan şəhəri, H.Əliyev prospekti 24/13 ünvanında yerləşən 3 otaqlı mənzilə dair X14 20 aprel 2009-cu il tarixdə Naxçıvan şəhər Birinci Dövlət Notariat Kontorunda 2V-55 nömrə ilə reyestrdə qeydə alınmış vəsiyyətnamənin, həmin mənzilin Hüseyn Hüseynovun adına özəlləşdirilməsinin etibarsız sayılması və bütün hüquqi nəticələrin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 21 sentyabr 2020-ci il tarixli qərardadı ilə iddia tələbinin həcminin artırılmasına dair ərizə təmin edilərək tələbə iddiaçı X3 hüquqi varisləri İddi açı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Naxçıvan şəhər Üçüncü Dövlət Notariat Kontoruna və Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Naxçıvan şəhər İdarəsinə qarşı vəsiyyətnamənin və özəlləşdirmənin etibarsız hesab edilməsi, onların doğurduğu hüquqi nəticələrin ləğv edilməsi və Naxçıvan şəhəri H.Əliyev prospektində yerləşən 24 saylı binanın 13-cü mənzilinin X14 adına verilmiş hüquqların qeydiyyatı haqqında 02/54 nömrəli Qeydiyyat vəsiqəsinin ləğv edilməsi tələbi çərçivəsində baxılmasına qərar verilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X14 onun qayınatası olmuş, 1992-ci ildə X11 ilə rəsmi nikaha girib həmin evə gəlin köçmüşdür. Mənzilin qeydiyyatına alınaraq orada yaşamış, gəlin köçən zaman orada qayınatası X19, X1 və onun həyat yoldaşı X11 yaşamışdır. Mənzilə aid order X14 adına verilsə də, həmin mənzilin Hüseynov Hüseynə ailə üzvlərinin sayına uyğun verilmiş, 2009-cu ildə qayınatası vəfat etmiş, onun vəfatından sonra mənzildən istifadə və özəlləşdirmək hüququ onun ailəsinə keçmişdir. Cavabdeh tərəfin 2014-cü ildə vəfat etmiş şəxsin adına çıxarış almış, çıxarışdan onların xəbəri olmamış, çıxarışın qeyri-qanuni olmuşdur. Hazırda evdə o və ailəsi yaşayır, bütün kommunal xərcləri özü ödəyir, faktiki olaraq evi o, idarə edir, qanuni olaraq onun olmasa da orada qeydiyyatda olduğunu bildirib iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının hüquqi varisi, həmçinin digər hüquqi varislər İddiaçı2 və İddiaçı3 nümayəndəsi İddiaçı1 iddianı onunla əsaslandırmışlar ki, 1992 -ci ilin sentyabrın 11-də o mübahisəli mənzilin icarədarı olmuş X7 Fəxrəddin Hüseyn oğlu ilə rəsmi nikaha daxil olub, X19 tərəfindən həmin mənzilə gəlin köçürülmüş, mənzilin qeydiyyatına alınaraq bir ailə kimi yaşayıb digər ailə üzvləri ilə bərabər mənzildən istifadə etməklə birgə təsərrüfat aparmışdır. Mənzilə köçürülən zaman orada qayınatası, qayınanası və həyat yoldaşı yaşamış, həmin mənzildə birgə nikahdan 1994-cü ildə qızı Günay, 1995-ci ildə oğlu Hüseyn doğulmuşdur. X1 2005-ci ildə işemik insult xəstəliyindən vəfat etmiş, 2009-cu ildə isə qayınatası Hüseyn Hüseynov vəfat etmişdir. Mübahisəli mənzil Hüseyn Hüseynovun sağlığında onun adına özəlləşdirilməmiş və mənzil üzərində onun mülkiyyət hüququ qeydə alınmamışdır. Ona görə də mərhum Hüseyn Hüseynov ölüm anına qədər mübahisəli mənzil in yalnız icarədarı olmuş, bu səbəbdən də mübahisəli mənzilə dair vəsiyyətnamə qoya və mənzil miras hesab edilə bilməzdi. Hüseyn Hüseynovun ölümündən sonra mənzilə sahiblik, mənzildən istifadə və mənzili özəlləşdirmək hüququ müstəsna olaraq onun ailəsinə keçmişdi. Əgər mənzil miras hesab edilmiş olsaydı onda yalnız onların ailəsinin mülkiyyətinə keçməli idi, çünki mirası faktiki olaraq 5 il əvvəl onların ailəsi Hüseyn Hüseynovun birinci növbəli vərəsəsi olan oğlu Hüseynov Fəxrəddin və onun həmin mənzildən istifadə hüququ olan ailə üzvləri olaraq o və övladları ona sahiblik, idarə etməklə başlamaqla mirası qəbul etdiklərini şəksiz nümayiş etdirmişlər. Hüseyn Hüseynovun vərəsələri olan qızları qanunla müəyyən edilmiş müddət ərzində nə faktiki, nə də rəsmi olaraq mirası qəbul etməmiş, bu barə də mirasın qəbulu ilə bağlı notariat orqanına belə müraciət etməmişdirlər. Fəxrəddin Hüseynov mirası qəbul etdikdən sonra xəstəliyi ilə əlaqədar uzun müddət stasionar müalicədə olduğundan adına vərəsəlik şəhadətnaməsi ala bilməmiş, dayısı oğluna etibarnamə verərək öz adına şəhadətnamə alınmasını bildirmişdir. Cavabdehlər Fəxrəddinin xəbəri olmadan və iştirakı olmadan mənzili qeyri-qanuni yolla 5 il əvvəl vəfat etmiş Hüseyn Hüseynovun adına özəlləşdirib çıxarış almış, daha sonra Fəxrəddinin verdiyi etibarnamə əsasında vərəsəlik şəhadətnaməsi almaq üçün özlərinin də adlarının qeyd edilməsini təmin etmişlər. Baxmayaraq ki, cavabdehlər üzürlü səbəb olmadan mirasın qəbulu müddətini ötürmüş, notarius onlara şəhadətnamə verməkdən imtina edərək məhkəmədə bununla bağlı iddia qaldırmaq hüquqlarını i zah etməklə kifayətlənməli idi. Hesab edir ki, Hüseyn Hüseynov ölüm anına qədər mənzilin icarədarı olmaqla vəsiyyətnamə qoya bilməzdi, həmin vəsiyyətnamənin mövcudluğundan onların xəbəri olmamışdır. Hüseyn Hüseynovun mübahisəli mənzil üzərində sərəncam vermək hüququ yox idi. Buna görə vəsiyyətnamə etibarsız hesab edilməlidir. Həmçinin mübahisəli mənzilin istər 21.01.1992-ci ildə Hüseyn Hüseynovun sağlığında, istərsə də 13.05.2014-cü ildə vəfatından sonra özəlləşdirilərək çıxarış verilməsi qanuni sayıla bilməz. Belə ki, Hüseyn Hüseynov mənzilin icarədarı olmuş, mənzilə dair kirayə müqaviləsi bağlanarkən mənzilin sahəsi onun ailə üzvlərinin sayı nəzərə alınmaqla həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsi ilə müəyyən edilmiş norma daxilində verilmişdir. Digər ailə üzvləri kimi Hüseyn Hüseynov un həmin mənzildən yalnız istifadə hüququ olmuşdur. Onun həmin mənzilə köçürülən zaman istifadə hüququ yaranmışdır. Keçmiş Mənzil Məcəlləsinə görə mənzilin icarədarının razılığı olmadan heç bir halda mənzil Hüseyn Hüseynovun adına özəlləşdirilə və qeydiyyat vəsiqəsi verilə bilməzdi. Həmin mənzildə yaşayan şəxslərin qayınatası və həyat yoldaşının özəlləşdirmədə iştirakları təmin edilməli idi. Əgər mübahisəli mənzil 13.05.2014-cü il tarixdə özəlləşdirilmişdirsə həmin özəlləşdirilmə qanuni sayıla bilməz. Çünki artıq mövcud olmayan şəxsin adına özəlləşdirilmə həyata keçirilə bilməzdi. Həmin mənzildən istifadə hüququ yalnız ona və övladlarına məxsus olmuş, cavabdehlərin 1989-1990-cı illərdən mübahisəli mənzillə bağlı heç bir hüququ mövcud olmamışdır. Naxçıvan Şəhər XDM İK 20 dekabr 1991-ci il t arixli 645 nömrəli qərarında Naxçıvan şəhər Texniki inventarlaşdırma bürosunun üzərinə mübahisəli mənzilin Hüseyn Hüseynovun adına özəlləşdirilməsi vəzifəsini deyil, mənzilin fərdi yaşayış evləri sırasına daxil edilməsi və Hüseyn Hüseynovun adına pasportlaşdırılması vəzifəsi qoyulmuşdur. Çünki hələ mənzilin mülkiyyətə verilməsi onun üzərində sərəncam vermək hüququnun əldə edilməsinə səbəb olmur. Sərəncam hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması anından əldə edilmiş sayılır. Qeyd edir ki, mübahisəli mənzil Hüseyn Hüseynovun adına özəlləşdirilərkən hüquqi varisi olduğu X3 nəinki yazılı razılığı alınmamış heç ona bu barədə hər hansı formada məlumat verilməmişdir. Bu səbəbdən də Fəxrəddin Hüseynovun mübahisəli mənzilin atası Hüseyn Hüseynovun adına özəlləşdirilərkən onun adına hüquqların qeydiyyatı haqqında qeydiyyat vəsiqəsi verilməsindən xəbərsiz olmuşdur. Beləliklə, Naxçıvan şəhəri Heydər Əliyev prospekti 24 ünvanında yerləşən binanın 13-cü mənzilinə dair həmin mənzilin icarədarı olmuş X19 tərəfindən 20 aprel 2009-cu il tarixdə qoyularaq Naxçıvan şəhər Birinci Dövlət Notariat Kontorunda 2V-55 nömrə ilə qeydə alınmış vəsiyyətnamənin və həmin mənzilin X14 adına özəlləşdirilməsinin və onların doğurduğu bütün hüquqi nəticələrin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.Səfərəliyeva, iş № 2(078)-274/2020) iddiaçı X3 hüquqi varisləri İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Naxçıvan şəhər Üçüncü Dövlət Notariat Kon toruna və Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Naxçıvan şəhər İdarəsinə qarşı vəsiyyətnamənin, özəlləşdirmənin və qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, onların doğurduğu hüquqi nəticələrin ləğv edilməsi tələbinə dair iddiasının əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının hüquqi varislərini hazırki iddianın predmetlərindən biri olan mərhum X14 adına verilmiş qeydiyyat vəqisəsinin etibarsızlığı tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki qeydiyyat vəsiqəsi verilən zaman iddiaçının hüquqi varisi İddiaçı1 mübahisəli mənzilə gəlin köçməmiş, X11 ilə rəsmi nikah münasibətlərinə daxil olmamış, iddiaçının digər hüquqi varisləri İddiaçı2 və İddiaçı3 həmin vaxt doğulmamışdır. İddiaçı X11 həmin mənzildə yaşamış, lakin istər atasının sağlığında, istərsə də atasının vəfatından sonra həmin mənzillə bağlı hər hansı məhkəmə mübahisəsi mövcud olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, mərhum X3 hələ sağlığında atasına verilmiş qeydiyyat vəsiqəsinin etibarsızlığını mübahisələndirmək üçün imkanı və vaxtı olmuş və onun vəfatından sonra hüquqi varislərinin qeydiyyat vəsiqəsinin etibarsızlığını mübahisələndirmək üçün subyektiv hüquqları mövcud olmamışdır. İddia tələbinin əsaslandırılması zamanı hüquqi varislərin qeyd etdiyi X3 mənzilin özəlləşməsinə dair məlumatının olmaması, bundan onların məlumatı olmasını bildirdiyi halları təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda iddianın predmetlərindən bi ri olan X14 adına mənzilin 2014-cü ildə aparılmış özəlləşməsinin etibarsızlığı və hüquqi nəticələrinin ləğvi tələbinə münasibətdə məhkəmə qeyd edir ki, həmin tələb özü-özlüyündə əsassız tələb olmaqla heç bir əsasa söykənməmişdir, çünki mübahisəli mənzil barəsində həmin vaxt heç bir özəlləşmə prosesi aparılmamışdır. Belə ki, iş materiallarından təsdiq edilir ki, mənzil mərhum X14 XDM İcraiyyə Komitəsinin 1991-ci il 20 dekabr 645 nömrəli qərarı əsasında onun ərizəsi nəzərə alınmaqla aztəminatlı ailə kimi şəxsi mülkiyyətinə verilmişdir. Qərardan aydın olduğu kimi mənzil vətəndaşın şəxsi mülkiyyətinə verilməklə müvafiq mənzil istismar idarələrinin balansından çıxarılmışdır. Ümumiyyətlə işin hallarından aydın olur ki, həmin mənzil Qərarla mənzil vətəndaşın mülkiyyətinə verilmişdir. İşə baxılan zaman izahatlardan aydın olmuşdur ki, mənzilin 1991-ci il tarixdə verilmiş texniki pasportu itmiş hesab edilərək dublikatı verilmiş və onun əsasında çıxarış verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, həmin mənzil barəsində 2014-cü il tarixdə hər hansı özəlləşmə aparılmamış, köhnə mülkiyyət sənədi əsasında 2014-cü il tarixdə yeni çıxarış verilmiş, bu hal isə həmin mənzilin şəxsin vəfatından sonra özəlləşmə aparılması kimi qiymətləndirilməməklə belə olan vəziyyətdə iddiaçının hüquqi varislərinin hüquqlarının pozulması hesab edilə bilməz. Məhkəmə iddia predmetlərinin digəri olan vəsiyyətnamənin etibarsızlığı barədə tələb üzrə qeyd etmişdir ki, Naxçıvan şəhəri H.Əliyev 24/13 ünvanında yerləşən mənzil Naxçıvan şəhər XDM İcraiyyə Komitəsinin 1991-ci il 20 dekabr 645 nömrəli qərarı əsası nda mərhum X14 mülkiyyətinə verilmişdir. Həmin mənzil 1992-ci il tarixdən qeydiyyat vəsiqəsi əsasında X14 mülkiyyətində olduğundan həmin mənzil barəsində miras qoyan vəsiyyətnamə tərtib edərkən onun mülkiyyətində olmuş, həmin əmlak üzərində onun sahiblik, istifadə və sərəncam hüququ da olduğundan mülkiyyətçi olaraq öz mülkiyyəti ilə bağlı məsələni sərbəst və maneəsiz şəkildə həyata keçirmişdir. Ona görə də vəsiyyətnamənin etibarsızlığı ilə bağlı iş materiallarında hər hansı əsas müəyyən edilməmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Məhkəmənin qətnaməsindən narazı qalan iddiaçı X3 hüquqi varisləri İddiaçı1, İddiaçı2 və İddiaçı3 apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək, apellyasiya şikayətinin təmin edilməsini, Nax çıvan Şəhər Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli, 2(078)-274/2020 nömrəli qətnaməsinin ləğv edilib, iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddiaçılar apellyasiya şikayətini onunla əsaslandırmışdırlar ki, mərhum X3 hüquqi varisi olaraq o - İddiaçı1 və onun digər hüquqi varisləri olan qızı İddiaçı2 və oğlu İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X9, Naxçıvan şəhər Üçüncü Dövlət Notariat kontoruna və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələri üzrə Dövlət Komitəsinin Naxçıvan şəhər idarəsinə qarşı «Vəsiyyətnamənin və özəlləşdirmənin etibarsız hesab edilməsi, onların doğurduğu bütün hüquqi nəticələrin ləğv edilməsi tələbi»nə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət ediblər. İddialarını onunla əsaslandır ıblar ki, 1992-ci il sentyabrın 11-də o - Bağırova X8 şəhəri, Heydər Əliyev prospekti 24 ünvanında yerləşən binanın 13-cü mənzilinin icarədarı olmuş X7 Fəxrəddin Hüseyn oğlu ilə rəsmi nikaha daxil olub, X19 tərəfindən həmin mənzilə gəlin köçürülüb və mənzilin qeydiyyatına alınaraq bir ailə üzvü kimi mənzildə yaşayıb, Hüseyn Hüseynov və digər ailə üzvləri ilə bərabər mənzildən istifadə etməklə birgə təsərrüfat aparıblar. Ərizəsində həmçinin qeyd etmişdir ki, o - İddiaçı1 Hüseyn Hüseynov tərəfindən mübahisəli mənzilə gəlin köçürüləndə həmin mənzildə Hüseyn Hüseynovun özü, qaynanası X18 və həyat yoldaşı X11 yaşayıbdır. xx xxxxxx 1994-cü ildə həmin mənzildə birgə nikahlarından qızları İddiaçı2 və xx xxxxxxxx 1995-ci ildə isə oğlu İddiaçı3 doğulmuşdur. 03 may 2005-ci ildə qaynanası X18 «İşemik insult» xəstəliyindən dünyasını dəyişmişdir. 2009-cu il noyabrın 19-da isə qaynatası Hüseyn Hüseynov vəfat etmişdir. Mübahisəli mənzil Hüseyn Hüseynovun sağlığında onun adına özəlləşdirilməmişdi və mənzil üzərində onun mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdı. Hüseyn Hüseynov ölüm anına qədər mübahisəli mənzilin yalnız icarədarı olmuşdur. Bu səbəbdən Hüseyn Hüseynov tərəfindən mübahisəli mənzilə dair vəsiyyətnamə qoyula və mənzil miras hesab edilə bilməzdi. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsində daşınmaz əmlak üzərində sərəncam vermək hüququnun həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərizələr üzrə qeydiyyatı tarixindən əmələ gəldiyi təsbit edilmişdir. Bu Məcəllənin 146.3-cü maddəsində isə qeyd edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrind ə qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə istinad edərək qeyd ediblər ki, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Göründüyü kimi, qeyd edilən hüquq normasının tələbləri baxımından Hüseyn Hüseynov həmin mənzilə dair vəsiyyətnamə qoya və ya onun üzərində başqa cür sərəncam verə bilməzdi. Lakin, X14 vəfatından təxminən 5 il sonra onlara məlum olmuşdur ki, Hüseyn Hüseynov hələ vəfat etməzdən əvvəl 20 aprel 2009-cu il tarixdə həmin mənzilə dair Naxçıvan şəhər Birinci Dövlət notariat kontorunda 2Y-55 nömrə ilə qeydə alınmış vəsiyyətnamə qoymuşdur. Amma həmin vəsiyyətnamənin mövcudluğundan onların xəbərləri olmamışdır. Hüseyn Hüseynov tərəfindən mübahisəli mənzilə dair 5 il əvvəl qoyulmuş vəsiyyətnamənin mövcudluğundan xəbər tutduqdan sonra, hesab ediblər ki, mənzil miras olsa da belə, Hüseyn Hüseynovun ölümündən sonra yalnız Fəxrəddinin mülkiyyətinə keçməlidir. Çünki Fəxrəddin mirası faktiki olaraq 5 il əvvəl qəbul edərək, onlarla bərabər mənzilə sahiblik, ondan istifadə etməklə, onu idarə etməyə başlamışdı. Bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Hüseyn Hüseynovun digər vərəsələri olan cavabdehlər isə mirası onun qəbulu üçün qanunla müəyyən edilmiş müddət ərzində nə faktiki, nə də rəsmi olaraq qəbul etməmişdilər. Eyni zamanda 5 il ərzində onlar mi rasın qəbulu ilə bağlı notariat kontoruna ərizə də verməmişlər. Fəxrəddin isə mirası faktiki qəbul etmiş, lakin «insulindən asılı şəkərli diabet, İİ tip, çoxsaylı ağırlaşmalarla, sağ aşağı ətrafda budun 1/3-nin amputasiyası» xəstəliyi ilə əlaqədar uzun müddət stasionar müalicədə olduğundan, öz adına vərəsəlik şəhadətnaməsini şəxsən almaq və mənzili mülkiyyətinə keçirmək imkanı olmamışdır. Bu səbəbdən Fəxrəddin öz dayısı oğlu X10 etibarnamə verib xahiş etmişdir ki, mirasın rəsmi qəbulu üçün onun adından notariat kontoruna ərizə verib, onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alsın ki, bundan sonra o, mənzili öz adına özəlləşdirib çıxarış ala bilsin. Lakin bu ərəfədə, yəni Fəxrəddinin mirası faktiki olaraq qəbul etməsindən 5 il sonra cavabdehlər Fəxrəddini xəbərdar etməd ən və onun iştirakı olmadan mənzili qeyri-qanuni olaraq 5 il əvvəl vəfat etmiş Hüseyn Hüseynovun adına özəlləşdirib, 13.05.2014-cü il tarixdə Hüseyn Hüseynovun adına Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli çıxarış almışlar. Daha sonra cavabdehlər Azər Mustafayevlə əlbir olub, X17 verdiyi etibarnamədən istifadə edərək, Naxçıvan şəhər Üçüncü Dövlət Notariat kontoruna Azər Mustafayevlə birlikdə mirası qəbul etmələri barədə kollektiv ərizə verib, bu yolla özlərinin də Fəxrəddinlə bərabər qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə yazılmalarına nail olmuşlar. Baxmayaraq ki, cavabdehlər mirası faktiki olaraq qəbul etməməklə, üzrlü səbəb olmadan mirasın qəbulu müddətini ötürmüşlər. Eyni zamanda bu müddət ərzində mirasın qəbul u ilə bağlı notariat kontoruna da müraciət etməmişlər. Bu səbəbdən cavabdehlər notariat kontoruna vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün müraciət edərkən nəzərə alınmalı idi ki, Fəxrəddin mirası 5 il əvvəl faktiki olaraq qəbul etmişdir. Cavabdehlər isə mirasın açıldığı vaxtdan keçən 5 il ərzində mirası nə faktiki, nə də rəsmi olaraq qəbul etmədiklərindən, eyni zamanda 5 il ərzində mirasın qəbulu ilə bağlı notariat kontoruna müraciət etmədiklərindən, Notarius heç bir halda cavabdehlərin adını Fəxrəddinlə birlikdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edə bilməzdi və cavabdehlərin mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddəti ötürdüklərini əsas gətirib onlara vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina edərək, məhkə mədə iddia qaldırmaq hüquqlarını onlara izah etməklə kifayətlənməli idi. Lakin görünür cavabdehlər notariusun məsləhəti ilə Azər Mustafayevlə əlbir olub öz adlarını qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə yazdırmağa nail olmuşlar. Mübahisəli mənzilin Hüseyn Hüseynovun adına məhz sonuncunun ölümündən sonra özəlləşdirilməsi və hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın Hüseyn Hüseynovun adına 13.05.2014-cü il tarixdə verilməsi Babək Rayon Məhkəməsinin 17 may 2018-ci il tarixli, 2(079)-164/2018-saylı qətnaməsi ilə də müəyyən edilmişdir. Beləliklə də, onlar yuxarıda gətirdikləri dəlillərə əsaslanıb məhkəmədən vəsiyyətnamənin və özəlləşdirmənin etibarsız hesab edilməsi və onların doğurduğu bütün hüquqi nəticələrin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş ediblər. Lakin, Naxçıvan Şəhər Məhkəməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə Babək Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 17 may 2018-ci il tarixli, 2(079)-164/2018saylı qətnaməsinin olmasını əsas gətirərək, vəsiyyətnamənin etibarsız hesab edilməsinə dair tələbləri üzrə icraata xitam verilməsi barədə 16 iyul 2019-cu il tarixdə, 2(078)608/2019-nömrəli qərardad qəbul etmiş, ancaq həmin qərardadın surəti nə onlara, nə də nümayəndələrinə rəsmi qaydada verilməmiş və bununla da onlara qərardaddan şikayət vermək imkanı yaradılmamışdır. Daha sonra məhkəmə, mənzilin özəlləşdirilməsinin mülki hüququn deyil publik hüququn nizamasalma predmetinə aid olduğunu, özəlləşdirmənin qanunsuzluğunun və onun bütün hüquqi nəticələrinin etibarsızlığının in zibatı məhkəmə icraatı qaydasında mübahisələndirilməli olduğuna istinad edərək, 19 avqust 2019-cu il tarixli, 2(078)-608/2019-cu il tarixli qərardadı ilə «özəlləşdirmənin etibarsız hesab edilməsi, onların doğurduğu hüqüqi nəticələrin ləğv edilməsi» tələbi üzrə də icraata xitam vermişdir. «Özəlləşdirmənin etibarsız hesab edilməsi, onların doğurduğu hüquqi nəticələrin ləğv edilməsi» tələbi üzrə icraata xitam verilməsi barədə Naxçıvan Şəhər Məhkəməsinin 19 avqust 2019-cu il tarixli, 2(078)-608/2019-cu il tarixli qərardadından verdikləri şikayət, apellyasiya qaydasında baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinə göndərilmiş, lakin təmin edilməmişdir Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 04.10.2019-cu il tarixli, 2(108)-189/2019 saylı qərardadından verdikləri kassasiya şikayəti təmin e dilərək, iş yenidən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 06.02.2020-ci il tarixli qərardadı ilə şikayətləri təmin edilərək, mülki iş baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Mülki iş Naxçıvan Şəhər Məhkəməsinə göndərildikdən sonra müraciətlərinə əsasən məhkəmənin 16 iyul 2019-cu il tarixdə, 2(078)-608/2019 nömrəli qərardad rəsmi qaydada onlara verilmiş və ondan verdikləri şikayət təmin edilərək həmin qərardad ləğv edilmişdir. Hələ iş üzrə 17 may 2019-cu il tarixdə keçirilən məhkəmə iclasında Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin nümayəndəsi X16 verdiyi izahatında göstərmişdir ki, Naxçıvan şəhəri, H.Əliyev prospekti 24 ünvanda yerləşən binanın 13-cü mənzili Naxçıvan şəhər XDM İK-nin 20.12.1991-ci il tarixli, nömrəli qərarı əsasında 21.01.1992-ci il tarixdə X14 adına özəlləşdirilmiş və onun adına hüquqların dövlət qeydiyyatı haqqında 02/54 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Bununla belə o, izahatında Hüseyn Hüseynovun adına hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 13.05.2014-cü il tarixdə verilmiş Çıxarışın Dublikat olduğunu bildirib, vərəsələrdən Cavabdeh2 vəkilinin müraciət edərək qeydiyyat vəsiqəsini itirdiklərini bildirdiklərindən, 02/54 nömrəli qeydiyyat vəsiqəsinin əvəzinə 13.05.2014-cü il tarixdə həmin dublikat verilmişdir. Lakin cavabdeh təşkilatın nümayəndəsi mübahisəli mənzilin X14 adına 21.01.1992-ci il tarixdə özəlləşdirilməsini və 02/54 nömrəli qeydiyyat vəsiqəsinin verildiyini göstərsə də, məhkəməyə həmin qeydiyyat vəsiqəsinin və mənzilin Hüseyn Hüseynovun adına özəlləşdirilməsinə Fəxrəddin Hüseynovun razılıq verib-verməməsini təsdiq edən ərizənin surətlərini təqdim edə bilməmişdir. Bundan sonra onlar iddianın həcminin artırılması barədə məhkəməyə ərizə verib Naxçıvan şəhəri, Heydər Əliyev prospektində yerləşən 24 saylı binanın 13-cü mənzilinin X14 adına özəlləşdirilməsinin etibarsız hesab edilməsi və onun adına verilmiş hüquqların qeydiyyatı haqqında 02/54 nömrəli Qeydiyyat Vəsiqəsinin ləğv edilməsini xahiş etmişdirlər. Hazırkı tələblərini onunla əsaslandırmışdırlar ki, 21.01.1992-cı ildə «Dövlət və ictimai mənzil X2» qanun qəbul edilməmişdi və ümumiyyətlə özəlləşdirmə anlayışı, eləcə də dövlət və ictimai mənzil fondunun özəlləşdirilməsi mexanizmi belə mövcud deyildir. Eyni zamanda bu münasibətləri tənzimləyən qanunvericilik bazası yox idi. Ona görə də mübahisəli mənzil Hüseyn Hüseynovun adına özəlləşdirilə və onun adına çıxarış verilə bilməzdi. Bu səbəbdən mübahisəli mənzil üzərində X14 mülkiyyət hüququnu onun ölümündən sonra dövlət qeydiyyatına alınmış və 13.05.2014-cü il tarixdə, yəni ölümündən 5 il sonra onun adına həmin mənzilə dair «Çıxarış» verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 04.10.2019-cu il tarixli, 2(108)-189/2019 saylı qərardadının ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 30.12.2019-cu il tarixli qərarının 5-ci səhifəsinin 8-ci abzasında da qeyd edilmişdir ki, mübahisəli mənzil Naxçıvan şəhər XDM İK -nin 20 dekabr 1991-ci il tarixli, 645 nömrəli qərarı ilə Hüseyn Hüseynovun sağlığında onun mülkiyyətinə verilmiş, vəfat etdikdən sonra isə onun adına mülkiyyət hüququna dair çıxarış tərtib edilmişdir. Bununla yanaşı, şikayətləri üzrə Naxçıvan Şəhər Məhkəməsinin 19 avqust 2019-cu il tarixli, 2(078)608/2019-cu il tarixli qərardadının ləğv edilməsi və mülki işin yenidən baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilməsi haqqında Naxçıvan MR Ali Məhkəməsi mülki kollegiyasının 06 fevral 2020-ci il tarixli qərarının 4-cü səhifəsinin 2-ci abzasında da qeyd edilmişdir ki, mübahisəli mənzil Naxçıvan şəhər XDM İK-nin 20 dekabr 1991-ci il tarixli, 645 nömrəli qərarı ilə Hüseyn Hüseynovun mülkiyyətinə verilən zaman Azərbaycan Respublikasında Mənzil X2 Azərbaycan Respublikasının Qanunu qəbul edi lməmişdi. Mübahisəli mənzil Naxçıvan şəhər XDM İK-nin 20 dekabr 1991-ci il tarixli, 645 nömrəli qərarına əsasən Hüseyn Hüseynovun sağlığında onun şəxsi mülkiyyətinə verilmiş, vəfat etdikdən sonra isə onun adına mülkiyyət hüququna dair çıxarış tərtib edilmişdir. Göründüyü kimi, iş üzrə 17 may 2019-cu il tarixdə keçirilən məhkəmə iclasında Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin nümayəndəsi X6 izahatında Naxçıvan şəhəri, H.Əliyev prospekti 24 ünvanda yerləşən binanın 13-cü mənzilinin Naxçıvan şəhər XDM İK-nin 20.12.1991-ci il tarixli, 645 nömrəli qərarı əsasında 21.01.1992-ci il tarixdə X14 adına özəlləşdirilərək, onun adına hüquqların dövlət qeydiyyatı haqqında 02/54 nömrəli Qeydiyyat Vəsiqəsinin verilməsini göstərməsinə baxmayaraq, mübahisəli mənzil üzərində Hüseyn Hüseynovun mülkiyyət hüququnun məhz sonuncunun ölümündən sonra dövlət qeydiyyatına alındığını və hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın Hüseyn Hüseynovun adına 13.05.2014-cü il tarixdə verildiyini qüvvədə olan Babək Rayon Məhkəməsinin 17 may 2018-ci il tarixli, 2(079)-164/2018-saylı qətnaməsi ilə yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 30.12.2019-cu il tarixli qərarı, habelə Naxçıvan MR Ali Məhkəməsi mülki kollegiyasının 06 fevral 2020-ci il tarixli qərardadı ilə də müəyyən edilmişdir. Bunlarla yanaşı, mübahisəli mənzil üzərində X14 mülkiyyət hüququnun dövlət qeydiyyatına onun ölümündən sonra alınması onunla da təsdiq olurunur ki, Naxçıvan şəhər 2 №li mənzil istismar kontoru tərəfindən XDM İK-nə təqdim edilən plan-sxemdə mənzilin ümumi sahəsi 52 kv.metr göstərilmişdir. Babək Rayon Məhkəməsinin 17 may 2018-ci il tarixli, 2(079)-164/2018-saylı qətnaməsində və Çıxarışda isə mübahisəli mənzilin sahəsinin 68.32 kv.metr olması göstərilmişdir. (Plan-sxem şikayətə əlavə olunur.) Beləliklə, yuxarıda qeyd edilənlərlə kifayət qədər təsdiq olunur ki, Naxçıvan şəhəri, H.Əliyev prospekti 24 ünvanda yerləşən binanın 13-cü mənzili Naxçıvan şəhər XDM İK-nin 20.12.1991-ci il tarixli, 645 nömrəli qərarı əsasında X14 şəxsi mülkiyyətinə verilsə də, həmin mənzil üzərində onun mülkiyyət hüququ sonuncunun məhz vəfatından sonra Daşınmaz Əmlakın Dövlət Reyestrində 13.05.2014-cü il tarixdə qeydiyyata alınmış və adına mülkiyyət hüququna dair Çıxarış tərtib edilmişdir. Mübahisəli mənzil üzərində mərhum Hüseyn Hüseynovun mü lkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində onun vəfatından sonra qeydə alınması, onun həmin mənzilə dair sərəncam vermək hüququnu istisna etdiyindən, mübahisələndirilən vəsiyyətnamə etibarlı sayıla bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci,146.3-cü,1151.1-ci maddələrinə istinad edilərək qeyd edilir ki, göründüyü kimi, istinad edilən hüquq normalarının tələbləri baxımından Hüseyn Hüseynov həmin mənzilə dair vəsiyyətnamə qoya və ya onun üzərində başqa cür sərəncam verə bilməzdi. Bu səbəbdən mübahisəli mənzilə dair Hüseyn Hüseynov tərəfindən 20 aprel 2009-cu il tarixdə qoyularaq, Naxçıvan şəhər Birinci Dövlət notariat kontorunda 2V-55 nömrə ilə qeydə alınmış vəsiyyətnamə etibarsız sayılmalıdır. Qeyd edirlər ki, iddianın həcminin artırılması barədə ərizələri poçt v asitəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə daxil olduqdan sonra keçirilmiş məhkəmə iclasında məhkəmənin 21 sentyabr 2020-ci il tarixli qərardadı ilə təmin edilmişdir. Onlar Koronavirus pandemiyası üzündən Bakı şəhərindən Naxçıvan MR ərazisinə hava və digər nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulduğundan, 21 sentyabr 2020-ci il tarixli məhkəmə iclasında iştirak edə bilməyiblər və iştiraklarının üzrlü səbəbdən mümkün olmaması barədə məhkəməyə teleqram göndərsələr də, məhkəmə bunu nəzərə almamış və məhkəmə iclasını onların iştirakları olmadan keçirmişdir. Eyni səbəbdən 29 noyabr 2020-ci il tarixədək keçirilən məhkəmə iclaslarında iştirakları mümkün olmamış və iştiraklarının mümkün olmamasının səbəbləri barədə məhkəməyə teleqram vasitəsi ilə əvvəlcədən xəbər veriblər. 29 noyabr 2020 -ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak etmək üçün nümayəndə çox çətinliklə təyyarə bileti əldə edib, Bakı şəhərindən Naxçıvan şəhərinə uçmuş, lakin heç bir səbəb olmadan hakim məhkəmə iclası keçirməmiş və o, 03.12.2020-ci il tarixdə Naxçıvan şəhərindən Bakı şəhərinə qayıtdıqdan sonra, hakim məhkəmə iclasını 10.12.2020-ci il tarixə təyin etmişdir. Lakin onlar həmin tarixdə məhkəmə iclasında iştirak etmək üçün Naxçıvan şəhərinə təyyarə bileti əldə edə bilməyiblər. Bu barədə məhkəməyə əvvəlcədən teleqram vasitəsi ilə xəbər versələr də, 10.12.2020-ci il tarixdə məhkəmə iclası yenə onların iştirakları olmadan keçirilmişdir. Qeyd etdikləri onu təsdiq edir ki, hakim Koronovirus pandemiyası səbəbindən Bakı şəhərindən Naxçıvan MR ərazisinə hava və digər nəqliyyat vasitələrinin hərəkə tinə qoyulmuş məhdudiyyətləri nəinki nəzərə almamış, əksinə məhkəmə iclaslarını iştiraklarını qeyrimümkün edən vaxtlarda təyin etmişdir. Bu səbəbdən cavabdehlərin məhkəmə iclaslarında verdikləri izahatlarla və tərtib edilmiş iclas protokolları ilə tanış ola, onlara qeydlər verə bilməyiblər. Eyni zamanda onlar hakimin onlara qarşı açıq-aşkar qərəzli mövqe tutduğunu, işin baxışında tərəfsiz və obyektiv olmadığını görüb ondan məhkəmənin sədrinə etiraz versələr də, etirazlarına əhəmiyyət verilməmiş və təmin olunmamışdır. Bundan başqa, cavabdeh təşkilatın nümayəndəsi mübahisəli mənzilin X14 adına 21.01.1992-ci il tarixdə özəlləşdirildiyini və 02/54 nömrəli qeydiyyat vəsiqəsinin verildiyini göstərsə də, məhkəməyə özəlləşdirməyə dair sənədləri, həmçinin istinad etdiyi qeydiyyat vəsiqəsini, Fəxrəd din Hüseynovun mənzilin Hüseyn Hüseynovun adına özəlləşdirilməsinə razılıq verməsi barədə ərizəsini və sair sənədləri təqdim etmədiyindən, nümayəndəsi 03.12.2020ci il tarixdə poçt vasitəsi ilə məhkəməyə vəsatət göndərib həmin sənədlərin məhkəməyə təqdim edilməsi üçün cavabdeh təşkilata sorğu göndərməyi xahiş etsə də, məhkəmə qanuni əsas olmadan vəsatətlərini əsassız hesab edərək rədd etmişdir. Qeyd edilməlidir ki, mülki işin materiallarında göstərilən sənədlərdən (21.01.1992-ci il tarixli, 02/54 nömrəli qeydiyyat vəsiqəsinin, texniki pasportun, Fəxrəddin Hüseynovun mənzilin Hüseyn Hüseynovun adına özəlləşdirilməsinə razılıq verməsi barədə ərizəsinin, mənzilin özəlləşdirilməsinə əsas olmuş digər sənədlərin) heç biri olmadığı halda, məhkəmə əsassız olaraq mübahisəli mənzilin 21.01.1992-ci il tarixdə özəlləşdirildiyi və 02/54 nömrəli qeydiyyat vəsiqəsinin verildiyi nəticəsinə gəlmişdir. Onu da qeyd edirlər ki, yuxarıda göstərdikləri səbəblərdən məhkəmə iclaslarında iştirak edə, cavabdehlərin məhkəmə iclaslarında verdikləri izahatlarla və tərtib edilmiş iclas protokolları ilə tanış ola bilmədiklərindən, hazırki şikayətlərində məhkəmənin 10.12.2020-ci il tarixli qətnaməsinə istinad etmək məcburiyyətində qalıblar. Beləliklə, məhkəmənin 10.12.2020-ci il tarixli qətnaməsində qeyd edilmişdir ki, həmin məhkəmə iclasında cavabdeh təşkilat Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi Naxçıvan şəhər idarəsinin nümayəndəsi X20 izahatında Naxçıvan şəhəri, H.Əliyev prospekti 24 ünvanda yerləşən binanın 13-cü mənzilin Naxçıvan şəhər XDM İK-nin 20.12.1991-ci il tarixl i, 645 nömrəli qərarı əsasında 21.01.1992-ci il tarixdə X14 adına qeydiyyata alındığını, onun adına 5114 inventar nömrəli texniki pasport və mülkiyyət hüququnu təsdiq edən 02/54 nömrəli qeydiyyat vəsiqəsinin verildiyini, ümumiyyətlə X14 adına hər hansı özəlləşdirmə aparılmadığını göstərmiş, lakin mübahisəli mənzil üzərində X14 mülkiyyət hüququ onun vəfatından sonra Daşınmaz Əmlakın Dövlət Reyestrində 13.05.2014-cü il tarixdə qeydiyyata alınaraq onun adına çıxarış verilməsinə isə münasibət bildirməmiş, eyni zamanda Hüseyn Hüseynovun adına ümumiyyətlə hər-hansı özəlləşdirilmə aparılmadığını göstərmişdir. Lakin cavabdeh təşkilatın nümayəndəsi X20 da izahatında göstərdiyi halların təsdiqi üçün məhkəməyə yuxarıda istinad edilən sənədlərdən heç birini təqdim etməmişdir. Bununla yanaşı, qeyd et mək istəyirlər ki, məhkəmənin istinad edilən 10.12.2020-ci il tarixli qətnaməsinin 6-cı səhifəsinin 5-ci abzasında Cavabdeh1 sonuncu məhkəmə iclasında iştirak etmədiyi göstərilmişdir. Lakin qətnamənin 6-cı səhifəsinin 4-cü abzasında qeyd edilmişdir ki, Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında hələ atası Hüseyn Hüseynovun 1992-ci ildə evə mülkiyyət hüququ əldə etdiyini, həmin vaxtı Kəmalənin qardaşı Fəxrəddinlə evlənmədiyini, hansı hüquqla həmin qeydiyyat vəsiqəsini mübahisələndirildiyini bilmədiyini göstərilmişdir. Bununla bağlı qeyd edirik ki, Cavabdeh1 iş üzrə keçirilmiş digər məhkəmə iclaslarında verdiyi izahatlarda belə ifadə işlətməmişdir. Əminliklə qeyd edirlər ki, bu ifadələri hakimin özü Cavabdeh1 izahatına əlavə etmişdir. Çünki bu ifadələr hakimin iş üzrə gələcəyi nəticə üçü n vacib hesab edilirdi. Bu hal hakimin işdə tərəfsiz olmadığını, özünün sübut topladığını, tərəflərindən təqdim olunmuş sübutları isə araşdırmadığını təsdiq edir. Hakimin onlara qarşı qərəzli və qeyri-obyektiv davranması işə aidiyyatı olmayan sənədlərə istinad etməsi ilə də təsdiq olunur. Belə ki, məhkəmənin 10.12.2020-ci il tarixli qətnaməsinin 9-cu səhifəsinin sonuncu abzasında 13.08.2010-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhərində onun X15 40.000 manata 2 otaqlı ev satın almağı göstərilmişdir. Onun ev almağının bu işə hansı aidiyyətinin olması ümumiyyətlə başa düşülən deyildir. Beləliklə, iddia tələbləri kifayət qədər əsaslı olmasına və təkzib olunmaz sübutlara söykənməsinə baxmayaraq, məhkəmə yetərli və qanuni əsaslar gətirmədən iddialarının rədd olunması 10.12.2020-ci il tarixdə 2(078)-274/2020 saylı qətnamə qəbul etmişdir. Məhkəmənin gəldiyi nəticə ondan ibarət olmuşdur ki, onların hazırkı iddia tələblərini irəli sürməyə subyektiv hüquqları olmamışdır. Lakin onlar məhkəmənin gəldiyi nəticəni qanunsuz və əsassız sayırlar və hesab edirlər ki, Naxçıvan Şəhər Məhkəməsinin 10.12.2020-ci il tarixli, 2(078)-274/2020 nömrəli qətnaməsi qanunsuz və əsassız hesab edilərək ləğv edilməli və iddialarının tam təmin olunması barədə qətnamə qəbul edilməlidir. Apellyasiya şikayətində Azərbaycan Respublikası MPM-nin 14.2, 88-ci maddələrinə istinad edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 08 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər V.Quliyev (sədrlik edən və məruzəçi), Ə.Xıdırov və T.Mirzəyev, iş № 2(108)-74/2021) Naxçıvan Şəhər Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli, 2(078)-274/2020 nömrəli qətnaməsindən iddiaçı X3 hüquqi varisləri İddiaçı1, İddiaçı2 və İddiaçı3 verdikləri apellyasiya şikayəti qismən təmin edilərək, Naxçıvan Şəhər Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli, 2(078)-274/2020 nömrəli qətnaməsinin qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi və onun doğurduğu hüquqi nəticələrin ləğv edilməsi tələbinə dair hissədə ləğv edilməsi, Naxçıvan şəhəri H.Əliyev prospektində yerləşən 24 saylı binanın 13-cü mənzilinin X14 adına verilmiş hüquqların qeydiyyatı haqqında 02/54 nömrəli Qeydiyyat vəsiqəsinin ləğv edilməsinə dair iddia tələbinin rədd edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayətində göstərilən özəlləşdirm əyə dair sənədlərin sorğu edilərək cavabdeh təşkilatdan alınmasına dair vəsatətin rədd olunması, mülki işin materiallarında göstərilən sənədlərdən (21.01.1992-ci il tarixli, 02/54 nömrəli qeydiyyat vəsiqəsinin, texniki pasportun, Fəxrəddin Hüseynovun mənzilin Hüseyn Hüseynovun adına özəlləşdirilməsinə razılıq verməsi barədə ərizəsinin, mənzilin özəlləşdirilməsinə əsas olmuş digər sənədlərin) heç biri olmadığı halda, məhkəmənin əsassız olaraq mübahisəli mənzilin 21.01.1992-ci il tarixdə özəlləşdirildiyi və 02/54 nömrəli qeydiyyat vəsiqəsinin verildiyi nəticəsinə gəlməsinə dair dəlillərə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli mənzilin Hüseyn Hüseynovun mülkiyyətinə verilməsi və 21.01.1992-ci il tarixli hüquqların qeydiyyatı haqqında 02/54 nömrəli qeydiyyat vəsiqəsinin verildiyi iş materialları ilə öz təsdiqini tapır. Eləcə də mənzilin Hüseyn Hüseynovun adına özəlləşdirilməsinə razılıq verilməsi barədə ərizə ilə bağlı dəlilin də hüquqi əsasları yoxdur. Məhkəmə kollegiyası mənzilin mərhum H.Hüseynovun mülkiyyətinə verilməsinə dair qərarın qəbul edildiyi 20.12.1991-ci il və onun mülkiyyət hüquqlarını təsdiq edən 02/54 nömrəli qeydiyyat vəsiqəsinin verildiyi 21.01.1992-ci il tarixlərdə İddiaçı1 F.Hüseynovla nikah münasibətində olmamasını və 02/54 nömrəli qeydiyyat vəsiqəsinin ləğv edilməsinə dair iddia tələbi ilə bağlı hüquqi məqsədlərin qeyri-müəyyənliyini qeyd edərək həmin iddia tələbi üzrə iddiaçıların subyektiv hüquqlarının olmaması qənaətinə gəlir. Belə ki, həmin iddia tələbinin təmin olunması ilə iddiaçıların hansı hüquqlarının bərpası və yaxud möhkə mlənəcəyi müəyyən deyildir və subyektiv hüquqların obyektiv əsasları, yəni normativ hüquqi əsasları da yoxdur. İş materialında olan iddia tələbinin həcmini artırmaq barədə ərizədən və iddia tələbinin həcminin artırılmasına dair 21 sentyabr 2021-ci il tarixli qərardaddan aydın olur ki, iddiaçılar əlavə olaraq 02/54 saylı qeydiyyat vəsiqəsinin ləğv edilməsi tələbini irəli sürmüş və məhkəmə əlavə olaraq 02/54 saylı qeydiyyat vəsiqəsinin ləğv edilməsi tələbini də baxılması üçün qəbul etmişdir. Lakin mülki iş üzrə məhkəmənin mübahisələndirilən qətnaməsi 02/54 saylı qeydiyyat vəsiqəsinin ləğv edilməsi tələbi üzrə deyil, qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi və onun doğurduğu hüquqi nəticələrin ləğv edilməsi tələbi üzrə çıxarılmışdır. Beləliklə, məhkəmə verilən iddia tələbi üzrə qətnamə çıxarmamış, iddia tələbindən kənara çıxmışdır. Qeyd olunanları nəzərə alıb, məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi və onun doğurduğu hüquqi nəticələrin ləğv edilməsi tələbinə dair hissədə ləğv olunmalı, 02/54 saylı qeydiyyat vəsiqəsinin ləğv edilməsinə dair iddia tələbi rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı X3 hüquqi varisləri İddiaçı1, İddiaçı2 və İddiaçı3 (Vəkil2) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona gör ə də, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 08 aprel 2021-ci il tarixli, 2(108)74/2021 nömrəli qətnaməsini tamamilə ləğv edib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar gəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlillər ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına g əlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət et məklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən yalnız iddiaçılar kassasiya şikayəti vermişlər. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddiaçıların şikayətində göstərilənlərə münasibətdə tam yoxlanmasını təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1-ci maddəsinin tələbinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbayca n Respublikasının Mülki Məcəlləsinin uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 4.1-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8-ci maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında şəhadətnamələr, mənzil sertifikatı ( maddə 8. 0.3) və ) 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzrində hüquqları təsdiq edən aktlar, şahədətnamələr və qeydiyyat vəsiqələri (maddə 8.0.4) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq suby ektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsi 537-ci maddəsinə əsasən, hər bir vətəndaş öz əmlakının hamısını və ya onun bir hissəsini qanun üzrə vərəsələr dairəsinə həm daxil olan və həm də daxil olmayan bir və ya bir neçə vətəndaşa, habelə dövlətə və ayrı-ayrı dövlət koo perativ və sair ictimai təşkilatlara vəsiyyət üzrə verə bilər. 545-ci maddəsinə əsasən vəsiyyətnamə, onun tərtib edilmə yeri və vaxtı göstərilməklə yazılı formada tərtib edilməli, vəsiyyət edən tərəfindən imzalanmalı və notariatda təsdiq edilməlidir. 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunu r. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətində istinad edilən dəlillərlə eynilik təşkil edən dəlilləri işdə olan sübutlarla qarşılıqlı olaraq qiymətləndirmiş və haqlı olaraq əsassız olması nəticəsinə gəlmişdir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X3 hüquqi varisləri İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(108)-74/2021 nömrəli iş üzrə 08 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar