Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4994/2021 26.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: Məhərrəmova Nərgiz Məhərrəm qızının cavabdeh Məhərrəmov İsmayıl Məhərrəm oğluna və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4994/21 (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 aprel 2021-ci il tarixli, 2(103)1135/2021 saylı qətnaməsindən iddiaçı Məhərrəmova Nərgiz Məhərrəm qızının ka ssasiya şikayəti üzrə işə 26 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı Məhərrəmova Nərgiz Məhərrəm qızı məhkəmədə Cavabdeh2 və digərlərinə qarşı iddia qaldıraraq, ‘‘Nikoyl” İKB ASC (bundan sonra Bank) ilə X2 arasında bağlanmış 05 dekabr 2013-cü il tarixli müddətli əmanət müqaviləsinə əsasən həmin filialın 15-83478-101-41220 nömrəli bank hesabında olan 50.000 ABŞ dolları pulun girov qoyulmasına dair X4 arasında bağlanmış əmanətin girov müqaviləsinin etibarsız hesab edilməsi, sonuncu ilə Bank arasında bağlanmış 18 fevral 2014-cü il tarixli müddətli əmanət müqaviləsinə əsasən həmin filialın 15-83478-110-41220 nömrəli bank hesabında olan 28.500 ABŞ dolları pulun girov qoyulmasına dai r X4 arasında bağlanmış əmanətin girov müqaviləsinin etibarsız hesab edilməsi və onlar arasında bağlanmış 05 dekabr 2013-cü il tarixli müddətli əmanət müqaviləsinə əsasən həmin filialın 15-83478101-41220 nömrəli bank hesabında qoyulmuş 50.000 ABŞ dolları əmanət və onun üzərinə hesablanmış faizlərin və X4 arasında bağlanmış 18 fevral 2014-cü il tarixli müddətli əmanət müqaviləsinə əsasən həmin filialın 15-83478-110-41220 nömrəli bank hesabında olan 28.500 ABŞ dolları əmanət və onun üzərinə hesablanmış faizlərin Bank tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 avqust 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim P.A.Hüseynov) iddia təmin edil ərək, X4 arasında bağlanmış 05 dekabr 2013-cü il tarixli müddətli əmanət müqaviləsinə əsasən 15-83478-101-41220 nömrəli bank hesabında olan 50.000 ABŞ dolları pulun girov qoyulmasına dair onlar arasında bağlanmış 03 mart 2015-ci il tarixli əmanətin girov müqaviləsinin etibarsız hesab edilməsi, X4 arasında bağlanmış 18 fevral 2014-cü il tarixli müddətli əmanət müqaviləsinə əsasən 15-83478-110-41220 nömrəli bank hesabında olan 28.500 ABŞ dolları pulun girov qoyulmasına dair onlar arasında bağlanmış 10 aprel 2015-ci il tarixli əmanətin girov müqaviləsinin etibarsız hesab edilməsi, X4 arasında bağlanmış 05 dekabr 2013-cü il tarixli müddətli əmanət müqaviləsinə əsasən 15-83478-101-41220 nömrəli bank hesabında qoyulmuş 50.000 ABŞ dolları əmanətin və onun üzərinə hesablanmış faizlərin və onlar ar asında bağlanmış 18 fevral 2014-cü il tarixli müddətli əmanət müqaviləsinə əsasən 1583478-110-41220 nömrəli bank hesabında qoyulmuş 28.500 ABŞ dolları əmanətin və onun üzərinə hesablanmış faizlərin Bankdan tutulub iddiaçıya ödənilməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, Cavabdeh2la Elnarə Umbatova birgə nikahda olduqları üçün, onlardan birinin götürdüyü kredit onların ümumi birgə mülkiyyəti (və ya ümumi borcları) sayılır. Cavabdeh2 onun adına verilmiş etibarnamə əsasında atası Məhərrəm Məhərrəmova məxsus olan əmanəti arvadı Elnarə Umbatovanın götürdüyü kreditin təminatı üçün girov qoymaqla şəxsən özü barəsində əqd bağlayıb. Belə ki, Cavabdeh2 sözügedən etibarnamədən Məhərrəm Məhərrəmovun maraqları baxımından deyil, öz maraqları üçün istifadə edib. 03 sentyabr 2016-cı ildə Məhərrəm Məhərrəmovun ölməsinə və sözügedən əmanətlər vərəsəlik üzrə 22 aprel 2017-ci ildə iddiaçıya keçməsinə baxmayaraq, Cavabdeh2 21 dekabr 2016-cı il və 23 yanvar 2017-ci il tarixli ərizələrinə əsasən arvadı Elnarə Umbatovanın sözügedən kredit borcu qeyd olunan əmanətin hesabına silinib. Lakin bu barədə İddiaçını məlumatlandırmayıb və etibarnamənin qüvvəsinə isə Məhərrəm Məhərrəmovun ölməsi ilə xitam verilib. Ona görə də iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 337.1, 359.1, 359.3-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh1 İKB ASC apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə y eni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Ş.Talışinski sədrlik edən, məruzəçi, R.Ə.Eyvazov və Z.Ə.Əliyev) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməklə iddia rədd olunub. İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Kassasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 19 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Q.Hüseynov s ədrlik edən, məruzəçi, Ə.G.Nurməmmədov və İ.R.Xələfov) kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 mart 2020-ci il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Ə.Sarıyev sədrlik edən, məruzəçi, E.Ə.Mehdiyev və Ş.A.Məmmədova) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia rədd olunub. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub. Belə ki, Cavabdeh2la borcalan Elnarə Umbatovanın 20 sentyabr 2005-ci ildən nikah münasibətinə olmaları Banka girov müqavilələri bağlanarkən məlum olmayıb. Belə ki, Banka təqdim edilmiş şəxsiyyət vəsiqəsində Cavabdeh2 ailə vəziyyətinin subay olduğu qeyd edilib. Belə olan halda Cavabdeh2 özü ilə əqd bağlaması halı mövcud olmayıb. Təmsilçinin təmsil olunanın adından şəxsən özü barəsində əqd bağlaya bilməməsi dedikdə- təmsilçinin əqdi özünə münasibətdə özünün bağlaması başa düşülür. Başqa sözlə eyni bir şəxs əqdin hər iki tərəfində iştirak edir. Digər tərəfdən, 21 oktyabr 2018-ci il tarixli etibarnamə ilə Məhərrəm Məhərrəmov harada yerləşməsindən və nədən ibarət olmasından asıl olmayaraq, bütün əmlakını idarə etməyi, onun üzər ində sərəncam verməyi və buna müvafiq olaraq bütün hallarda öz mülahizələrinə görə məbləği almağı və sair hərəkətləri etməyi 21 oktyabr 2018-ci il tarixədək qüvvədə olmaqla oğlu Cavabdeh2 etibar edib, yəni etibar edən Məhərrəm Məhərrəmovun bu yöndə iradəsi birbaşa ifadə edilib. Qeyd olunanlara əsasən, Məhərrəm Məhərrəmovun verdiyi etibarnamə əsasında Cavabdeh2 bağladığı əmanətin girov müqavilələri sonuncunun özü barəsində bağladığı əqd hesab edilə bilməz. Həmçinin əmanətdən kredit borcunun silinməsinə dair ərizələrin imzalandığı vaxt Banka münasibətdə etibarnamə qüvvədə olub. Çünki, Mülki Məcəllənin 366.1-cı maddəsinə əsasən, etibarnaməyə etibarnaməni vermiş fiziki şəxsin ölməsi nəticəsində xitam verilməsi halında etibarnamə vermiş şəxsin vərəsələri etibarnaməni qarşılarında təmsil edilmək üçün verildiyi onlara məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludurlar. Bu baxımdan Məhərrəm Məhərrəmovun ölümü nəticəsində etibarnaməyə xitam verilməsi halını Bankın bilməsi mümkün deyildi və Bank bu halı bilməyə borclu olmayıb. Əksinə, məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsinin izahatı ilə müəyyən olundu ki, 19 avqust 2016-cı il tarixdə notarius Məhərrəm Məhərrəmovun yaşadığı evə gələrək, orada şahidlərin iştirakları ilə vəsiyyətnamə tərtib edib. Həmin vaxtı İddiaçı da orada olub və əmanət müqavilələrindən məlumatlı olub. İddiaçı Məhərrəm Məhərrəmovun ölməsi barədə Banka məlumat verməyib və gözləyib ki, 22 aprel 2017-ci ildə vərəsəlik Şəhadətnaməsi alsın və bundan sonra Banka müraciət etsin. Göründüyü kimi, İddiaçı atası X3 əmanətinin olmasından məlumatı olub və həmin əman ət ona vəsiyyət edilməsinə baxmayaraq, bu barədə Bankı məlumatlandırmayıb və əmanətlə bağlı Banka rəsmi məlumat verməyib. Vəsiyyətnamənin verilməsindən və əmanətin kredit borcuna silinməsindən bir neçə ay keçdikdən sonra isə, yəni 24 aprel 2017-ci il tarixdə Banka müraciət edərək, vəsiyyətnamədə göstərilən pulun verilməsini xahiş edib. Bundan başqa, İddiaçı 15 yanvar 2019-cu ildə Abşeron Rayon Məhkəməsində Cavabdeh1 İKB ASC və digərlərinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və pulun ödənilməsi” barədə iddia qaldırıb və iddia ərizəsi icraata qəbul edilib və həmin Məhkəmənin 14 mart 2019-cu il tarixli qərardadı ilə mülki iş baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilib. İddiaçı 24 aprel 2017-ci il tarixdən məlumatlı olduğu halda, hazırki iddia ilə məhkəməyə 15 yanvar 2019-cu ildə müraciət etməklə bir illik kəsici müddəti də ötürüb. Ona görə də iddia rədd edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 337.1, 337.2, 359.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində ikinci icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normal arının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı, vəkili Vəkil, cavabdehlər "xxxx" ASC (keçmiş Cavabdeh1 İKB ASC), Cavabdeh2, üçüncü şəxslər Elnarə Umbatova və Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəlləsinin 359.1-ci maddəsinə əsasən, əqd təmsi lçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Həmin Məcəllənin 359.3-cü maddəsində göstərilir ki, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Həmin Məcəllənin 778.1-ci maddəsində göstərilir ki, vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Həmin Məcəllənin 778.2-ci maddəsinə görə, əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 337.1, 337.2 və 337.4-cü maddələrinin mənasına görə, bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. A zərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsini əsasən, məhkəmə tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsəl ələrə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəmə sinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandıma ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub. Belə ki, 21 oktyabr 2008-ci ildə Məhərrəm Məhərrəmov harada yerləşməsindən və nədən ibarət olmasından asıl olmayaraq, bütün əmlakını idarə etməyi, onların üzərində sərəncam verməyi və sair hərəkətləri etməyə dair 21 oktyabr 2018-ci il tarixədək qüvvədə olmaqla oğlu Cavabdeh2 adına etibarnamə verib. 03 dekabr 2014-cü il tarixdə verilmiş Azərbaycan Respublikası vətən daşının şəxsiyyət vəsiqəsinə əsasən Cavabdeh2 ailə vəziyyəti subay olub. X1 Bank arasında bağlanmış 05 dekabr 2013-cü il tarixli müddətli əmanət müqaviləsinə əsasən, sonuncu əmanətçidən daxil olan əmanəti qəbul edir, müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanətin məbləğini qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürüb (əmanət hesabı 15-83478-101-41220; əmanətin adı Nikoyl Prestij, əmanətin məbləği və valyutası 50.000 ABŞ dolları, əmanətin müddəti 36 ay, əmanətin qaytarılma tarixi 06 dekabr 2016-cı il, əmanətin faiz dərəcəsi isə 13 faiz müəyyən edilib. Eyni zamanda X1 Bank arasında bağlanmış 18 fevral 2014-cü il tarixli müddətli əmanət müqaviləsinə əsasən sonuncu əmanətçidən daxil olan əmanəti qəbul edir, müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanətin məbləğin i qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürüb (əmanət hesabı 15-83478-110-41220; əmanətin adı Nikoyl Sabit, əmanətin məbləği və valyutası 28.500 ABŞ dolları, əmanətin müddəti 36 ay, əmanətin qaytarılma tarixi 20 fevral 2017-ci il, əmanətin faiz dərəcəsi 12,5 faiz müəyyən edilib). Bankla borcalan Elnarə Umbatova arasında bağlanmış 03 mart 2015-ci il tarixli kredit müqaviləsinə əsasən Bank borcalana 21 ay müddətinə illik 16 faizlə istehlak məqsədi üçün 45.000 ABŞ dolları kredit verib. Bank, borcalan Elnarə Umbatova və girov qoyan Məhərrəm Məhərrəmovun adından etibarnaməyə əsasən təmsilçi Cavabdeh2 arasında bağlanmış 03 mart 2015-ci il tarixli əmanətin girov müqaviləsinə əsasən, Bankla borcalan arasında imzalanmış 03 mart 2015-ci il tarixli kredit müqaviləsinin təminatı Məhərrə m Məhərrəmova məxsus olan 05 dekabr 2013-cü il tarixli əmanət müqaviləsi üzrə 50.000 ABŞ dolları əmanət müəyyən edilib. Həmçinin Bankla borcalan Elnarə Umbatova arasında bağlanmış 10 aprel 2015-ci il tarixli kredit müqaviləsinə əsasən Bank borcalana 21 ay müddətinə illik 17,5 faizlə istehlak məqsədi üçün 25.650 ABŞ dolları kredit verib. Bank, borcalan Elnarə Umbatova və girov qoyan Məhərrəm Məhərrəmovun adından etibarnamə üzrə təmsilçi Cavabdeh2 arasında bağlanmış 10 aprel 2015-ci il tarixli əmanətin girov müqaviləsinə əsasən Bankla borcalan arasında imzalanmış 10 aprel 2015-ci il tarixli kredit müqaviləsinin təminatı Məhərrəm Məhərrəmova məxsus olan 18 fevral 2014-cü il tarixli əmanət müqaviləsi üzrə 28.500 ABŞ dolları əmanət müəyyən edilib. 19 avqust 2016-cı il tarixli notarial qaydada t əsdiq edilmiş vəsiyyətnaməyə əsasən isə Məhərrəm Məhərrəmov ölən günədək ona məxsus olan əmlakını, o cümlədən Cavabdeh1 İKB ASC olan müqavilə nömrəsi D13/218, hesab nömrəsi 15- 83478-101-41220; müqavilə nömrəsi D14/023, hesab nömrəsi 15-83478-11041220 olan depozitləri qızı İddiaçıya vəsiyyət edib. 03 sentyabr 2016-cı ildə Məhərrəm Məhərrəmov ölüb. Bundan sonra 03 dekabr 2016-cı ildə 45.000 ABŞ dolları kreditin vaxtı bitdiyi üçün Cavabdeh2 21 dekabr 2016-cı il tarixli ərizəsinə əsasən girov qoyulmuş əmanətdən sözügedən kredit borcu silinib. Həmçinin 10 yanvar 2017-ci ildə 25.650 ABŞ dolları kreditin vaxtı bitdiyi üçün Cavabdeh2 23 yanvar 2017-ci il tarixli ərizəsinə əsasən girov qoyulmuş əmanətdən qeyd olunan kredit borcu silinib. 22 aprel 2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən isə Məhərrəm Məhərrəmovdan miras qalmış sözügedən əmanətlər üzərində qızı İddiaçının vərəsəlik hüququ tanınıb. Əvvəla, işdən görünür ki, mərhum Məhərrəm Məhərrəmov sözügedən etibarnaməni oğlu Cavabdeh2 adına 21 dekabr 2008-ci il tarixdə verib, Banka qeyd olunan əmanətləri isə 05 dekabr 2013-cü il və 18 fevral 2014-cü il tarixli əmanət müqavilələr üzrə yerləşdirib Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi, qeyd olunan hallara diqqət yetirməyib və Cavabdeh2 etibarnaməyə əsasən atası Məhərrəm Məhərrəmovun adından sözügedən kredit müqavilələrinin təminatı kimi sonradan Bankla bağladığı 03 mart 2015-ci il və 10 aprel 2015-ci il tarixli girov müqavilələrinin bilavasitə onun iradəsini ifadə edibetməməsi ilə bağlı işin hall arını kifayət qədər araşdırmayıb. Digər tərəfdən, mərhum Məhərrəm Məhərrəmovun öz sağlığında, yəni 19 avqust 2016-cı il tarixli vəsiyyətnamə üzrə digər əmlakları ilə yanaşı Bankda olan sözügedən əmanətləri də qızı İddiaçıya vəsiyyət etməsi hazırki iddia tələblərinin açıq-aşkar əsassız olması və onun sözügedən girov müqavilələrini sonradan bəyənməsi nəticəsinə gəlməyə əsas vermir. Bundan başqa, mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Lakin qanunverici bunun üçün müvafiq qaydalar müəyyən edib. Belə ki, Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edi lən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Təmsilçinin bu hüquqlarını özündə əks etdirən sənədin anlayışı isə Mülki Məcəllənin 362.1-ci maddəsində göstərilib. Həmin normaya əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Həmin Məcəllənin 359.3-cü maddəsinə əsasən, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Göstərilən qadağanın mahiyyəti ondan ibarətdir ki, təmsil olunan təmsilçidən üstün müdafiəyəyə malik olduğundan onun qanuni maraqları təmin edilsin. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdləri bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir. Apellyasiya instansiyası məhkəməsi isə hesab etmişdir ki, Mülki Məcəllənin 359.3cü maddəsindəki qadağa ancaq etibarnamə üzrə təmsil edənin özü ilə əqd bağlaması halını ehtiva edir. Kassasiya instansiyası məhkəməsi bununla razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi sözügedən maddənin təfsirində səhvə yol verib və həmin maddənin məzmununa hərfi mənada yanaşmaqla onu daha dar çərçivədə təfsir edib. Belə ki, sözügedən maddədə şəxsin özü barəsində əqd bağlaması dedikdə- həmin şəxsin həm özü ilə əqd bağlamasını, həm də öz maraqları daxilində (öz xeyrinə) əqd bağlaması halını nəzərdə tutur. Eyni hüquqi mövşqe “M.Şahverdiyevanın şikayəti üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2013-cü il tarixli Qərarında da ifadə edilib. Belə ki, həmin Qərarda göstərilir ki, ilk növbədə aydanlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin etibarnaməni verməsində hansı əqdi bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunan iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir. Göründüyü kimi Mülki Məcəllənin 359.3-cü maddəsində qadağan olunan hal sadəcə təmsilçinin özü ilə əqd bağlamasını deyil, həmçinin təmsilçinin təmsil edilənin adından şəxsən özü barəsində əqd bağlamasını nəzərdə tutur. Ona görə də təmsilçinin əqdin hər iki tərəfində iştirak etməsi vacib şərt deyil. Hazırki halda təmsilçi Cavabdeh2 etibarnaməyə əsasən təmsil edilən Məhərrəm Məhərrəmovun adından şəxsən özü barəsində əqd bağlaması, yəni arvadı Elnarə Umbatovanın Banka olan kredit borcunun təminatı kimi mərhum Məhərrəm Məhərrəmova məxsus və İddiaçıya vəsiyyət ed ilmiş sözügedən əmanətləri girov qoyması və beləliklə də şəxsən özü barəsində əqd bağlaması mülki iş materialları ilə istisna edilmir. Daha sonra, apellyasiya instansiyası məhkəməsi, Cavabdeh2la Elnarə Umbatovanın nikahda olmalarından girov müqavilələri bağlanarkən Bakın məlumatsız olduğunu və işin bu halını Cavabdeh2 şəxsiyyət vəsiqəsində subay qeyd edilməsi ilə əsaslandırmağa çalışsa da, kassasiya instansiyası məhkəməsi bununla da razılaşmır. Belə ki, Mülki Məcəllənin 359.3-cü maddəsinin tələblərinin hazırki mülki mübahisəyə tətbiqi üçün təmsilçinin həmin maddədə nəzərdə tutulan qadağanı pozması kifayətdir və bunun üçün müqavilənin digər tərəfinin həmin pozuntunun iştirakçısı olması tələb olunmur. Əksinə, Bank bu pozuntunu bilib müqaviləni bağlamış olsaydı, o zaman bu mübahisə Mülki Məcə llənin 359.3-cü maddəsinin tələbləri ilə deyil, həmin Məcəllənin 339.1-ci maddəsinin (bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd) tələbləri ilə edilməli idi. Bununla yanaşı, nəzərə alınmalıdır ki, mərhum Məhərrəm Məhərrəmov öz sağlığında vəsiyyətnamə qoyaraq sözügedən əmanət məbləğlərini qızı İddiaçıya vəsiyyət etməsi və həmin əmanətlərin yüklü olması barədə qızı İddiaçıya heç bir məlumat verməməsi, habelə vəsiyyətnamədə əmanət məbləğlərinin yüklü olması barədə heç bir qeydin olmaması halları girov müqavilələrinin bağlanmasında onun (etibar edənin) iradəsinin ifadə olunmamasını və ümumiyyətlə Məhərrəm Məhərrəmovun bundan xəbərsiz olmasını açıq şəkildə təsdiq edir. Apellyasiya instansiyası məhkəməsi, sözügedən əmanətdən kredit borcunun silinməsinə dair Cavabdeh2 tərəfindən yazılı ərizələr verilərkən Banka münasibətdə etibarnamənin qüvvədə olduğunu, Məhərrəm Məhərrəmovun ölümü nəticəsində etibarnaməyə xitam verilməsi halını Bankın bilməyə borclu olmadığını göstərsə də, gəldiyi nəticənin hüquqi əsasını qətnamədə göstərməyib. Belə ki, Mülki Məcəllənin 366.1-ci maddəsinin mənasına görə, etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum olan üçüncü şəxsləri xəbərdar etmək vəzifəsi etibarnamənin verilməsindən məlumatlı olan hüquq varislərinin üzərinə qoyulub. Hazırki halda iddiaçı, sözügedən əmanətlərin ona vəsiyyət edildiyini bilsə də, atası Məhərrəm Məhərrəmov tərəfindən qardaşı Cavabdeh2 adına etibarnamə verildiyindən məlumatlı olması mülki iş materialları ilə təsdiq olunmur. Belə olan halda, iddiaçının atası Məhərrəm Məhərrəmovun ölməsi ilə bağlı Banka məlumat vermək öhdəliyi də yaranmayıb. Əksinə, Cavabdeh2 atası Məhərrəm Məhərrəmovun 03 sentyabr 2016-cı il tarixdə öldüyünü bildiyi halda, nəinki bu barədə Banka məlumat verib, hətta həmin tarixdən qüvvəsinə xitam verilmiş etibarnamədən sui-istifadə edərək 21 dekabr 2016-cı il və 23 yanvar 2017-ci il tarixlərdə mərhum atası Məhərrəm Məhərrəmovun adından Banka yazılı ərizələr verərək arvadı Elnarə Umbatovanın götürdüyü kreditlərin sözügedən əmanətlərin hesabına silinməsinə nail olub. Halbuki, mülki qanunvericilikdə yalnız bir halda qüvvəsinə xitam verilmiş etibarnamənin üçüncü şəxslər barəsində öz qüvvəsini saxlaması təsbit edilib. Belə ki, Mülki Məcəllənin 366.2-ci maddəsinin mənasına görə, etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildi yini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini birildisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir. Maddənin dispozisiyasından da göründüyü kimi, qüvvəsinə xitam verilmiş etibarnamə əsasında yerinə yetirilən hərəkətlər nəticəsində yaranan hüquq və vəzifələr ancaq o halda üçüncü şəxslər barəsində qüvvəsini saxlayır ki, etibarnamə verilmiş şəxs etibarnaməyə xitam verildiyini bilməmiş olsun. Başqa sözlə etibarnamə verilmiş şəxs etibarnaməyə xitam verildiyini bildikdən sonra yerinə yetirdiyi hərəkətlər üçüncü şəxslər barəsində öz qüvvəsini saxlamır. Bu halda üçüncü şəxs in etibarnaməyə xitam verilməsini bilməməsi heç bir əhəmiyyət kəsb etmir. Kasassasiya instansiyası məhkəməsi, eyni zamanda iddiaçının hazırki iddia tələbləri ilə məhkəməyə müraciət edənədək qanunla nəzərdə tutulmuş kəsici müddəti ötürməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə də razılaşmır. Belə ki, işdən, kassasiya şikayətinin dəlillərindən görünür ki, iddiaçı hazırki iddia tələbləri ilə Abşeron Rayon Məhkəməsinə 15 yanvar 2019-cu il tarixdə deyil, 04 aprel 2018-ci il tarixdə müraciət edib. Bu hal, işə əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli məktubunun, habelə həmin Məhkəmənin dəftərxana müdiri Namiq Cavadovun arayışının surətləri ilə də istisna olunmur. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəti cələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi kifayət qədər araşdırma aparmadan, iddiaçının 24 aprel 2017-ci il tarixdən məlumatlı olduğu halda, sözügedən girov müqavilələrinin etibarsızlığı ilə bağlı hazırki iddia tələbləri ilə Abşeron Rayon Məhkəməsinə 15 yanvar 2019-cu il tarixdə müraciət etməklə bir illik kəsici müddəti ötürməsinə dair işin halları barədə də səhv nəticəyə gəlib. Bu baxımdan kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlillərini əsaslı sayır və hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. “Mə hkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyə olunub. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş həqiqi hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasi ya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı Məhərrəmova Nərgiz Məhərrəm qızının kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 aprel 2021-ci il tarixli, 2(103)-1135/2021 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməs inə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4994/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4994/2021
26.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver