Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4995/2022 27.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-801/2022 nömrəli, 5 may 2022-ci il tarixli qətnaməsind ən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 27 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh iddiaçının qardaşıdır. İddiaçının atası X9 13 sentyabr 2012-ci il tarixdə Qusar şəhərində vəfat etmiş, həmin vaxt onun 6 vərəsəsi – arvadı L, övladları İvə Cavabdeh1lar, Z, Nvə NAğarəhimovalar sağ qalmışdır.
2. Cavabdeh1 atasından miras qalmış ünvan 1 ünvanında 0.0654 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 89.6 kv.m olan fərdi yaşayış evinə dair vərəsəlik şəhadətnaməsi verilməsi barədə notariat kontoruna müraciət etmişdir. Notariusa təqdim olunan vərəsələrin dairəsi barədə Qusar şəhər inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 748 nömrəli 31 yanvar 2013-cü il tarixli arayı şda İddiaçı adı qeyd olunmamış, digər vərəsələr – Lyudmila, Z, Nvə NAğarəhimovalar notariat kontoruna yazdığı ərizələrində mərhum AAğarəhimovdan miras qalmış əmlaklardan onlara çatan paydan Cavabdeh1 xeyrinə imtina etmişlər. Bu səbəbdən də Qusar rayon Dövlət Notariat kontoru tərəfindən 13 sentyabr 2012-ci ildə vəfat etmiş X7 miras kütləsinə daxil olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0,0654 ha olan torpaq sahəsinə və həmin torpaq sahəsində olan ümumi sahəsi 89.6 kv.m olan fərdi yaşayış evinə Cavabdeh1 23 oktyabr 2013-cü il tarixli, reyestr nömrəsi 2V-302 olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.
3. Həmin vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ünvan 1 ünvanında 0.0654 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 89.6 kv.m olan fərdi yaşayış evi üzərində X 7 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 17 sentyabr 2013-cü il tarixdə qeydiyyata alınmışdır.
4. İddiaçının anası X3 xx.xx.2020-ci il tarixdə Qusar şəhərində vəfat etmişdir. İddiaçı 12 dekabr 2020-ci il tarixli ərizə ilə notariat kontoruna müraciət edərək, xx.xx.2020-ci il tarixdə ölmüş anası X1 mirasını qəbul etmək istədiyini bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə (bundan sonra – Notariat ofisi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23 oktyabr 2013-cü il tarixdə Notariat ofisi tərəfindən Cavabdeh1 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, anası X4 28 sentyabr 2020-ci il tarixdə vəfat etdikdən sonra Notariat ofisinə ərizə ilə müraciət etmiş, valideynlərindən miras qalan ünvan 2 ünvanında yerləşən torpaq sahəsinə və evə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Cavabdeh2nə müraciət edib notariat işi ilə tanış olduqda məlum olmuşdur ki, atası vəfat etdikdən sonra Qusar RİHB-nın Qusar şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi arayış vermiş, həmin arayışda X9 vəfat etdikdən sonra qalan vərəsələr göstərilmiş, lakin arayışda onun adı qeyd edilməmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi saxta sənədlər əsasında və onun razılığı olmadan qanun üzrə vərəsəlik haqqında şəhadətnamə alınmışdır ki, bu da onun hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmişdir.
7. Cavabdeh1 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı 12 ildir ki, ailə qurub və Bakı şəhərinə köçüb orada yaşayır. İddiaçının Bakıda dəqiq hansı ünvanda yaşaması barədə məlumatları olmamış, telefon nömrəsinə zəng edərkən cavabdeh telefonu götürməmiş, hərdən yalnız onun dostları vasitəsi ilə onunla əlaqə saxlanılmışdır. Atası vəfat edəndə qardaşına bu barədə məlumat verilmiş, lakin iddiaçı atasının dəfn mərasiminə gəlməmiş, 3 gün sonra gəlmişdir. Anası vəfat edəndə də, dostu Oktay və dayısı uşaqları zəng edib bu barədə iddiaçıya məlumat vermiş, iddiaçı isə Beyləqanda olduğunu bildirmişdir. Bundan sonra iddiaçının qaynanası gəlmiş və cənazənin saxla nmasını demiş, iddiaçı 10-15 dəqiqə sonra gələrək anasına baxmış və dəfnində iştirak etmişdir. Valideynləri xəstə olmuş, iddiaçının bundan xəbəri olsa da, bir dəfə də olsa onların yanına gəlməmiş, onların müalicə olunmasında, onlara baxılmasında heç cür iştirak etməmişdir. X10 özü saxlamış, bütün müalicələrini öz hesabına etmişdir. Dəfn xərclərini ödəmək üçün atasının bank kartındakı qalıq pensiya məbləğini götürmək üçün bütün vərəsələrdən ərizə tələb olunmuş, iddiaçıya zəng etdikdə telefonu götürməmiş, ərizə təqdim etməmiş və ona görə kartdakı pulu ala bilməmişdir. Qusar rayon İHB-nın Qusar şəhər İƏD üzrə nümayəndəliyindən ona verilmiş arayışı notariusa təqdim etmişdir. O, həmin nümayəndəliyə iddiaçının adının vərəsələr haqqında arayışa yazılmamasını deməmişdir. Arayış verilən zaman iddia çının adı təsərrüfat başına kitablarda olmamış, bu səbəbdən arayışda adı göstərilməmişdir. Mərhum atasının mirasına dair onun adına verilmiş vərəsəlik şəhadətnaməsi qanuni verilmişdir, həmin əmlakları indiyədək özü idarə etmiş, bütün kommunal və digər xərcləri ödəmiş, evi öz hesabına tam təmir etmişdir. İddiaçıya məxsus həmin evdə heç bir əmlakları olmamış, iddiaçı ailə qurub Bakı şəhərinə köçəndən mübahisəli evə gəlməmişdir. İddiaçı iddia müddətini də ötürmüş, vaxtında mirası qəbul etməmişdir.
8. Qusar Rayon Məhkəməsinin 2(029)-762/2021 nömrəli, 21 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Adil Vəliyev) iddia rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı atası vəfat etdikdən sonra onun yas mərasimində iştirak etsə də, qanunla müəyyən e dilmiş müddət çərçivəsində miras qoyanın mirasının qəbul edilməsi barədə ərizə ilə müvafiq notariat orqanına müraciət etməmişdir. İddiaçı ümumiyyətlə miras qoyan AAğarəhimovun mirasını qəbul etmək barədə ərizə verməmişdir. O, anası L vəfat etdikdən sonra həmin şəxsin mirasının qəbul edilməsi barədə notariat orqanına xx.xx.2020-ci il tarixli ərizə ilə müraciət etmişdir. Halbuki, həmin vaxt ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin hər hansı hissəsi Lya məxsus olmamış, sonuncu özünün sağlığında öz miras payından cavabdehin xeyrinə imtina etmişdir. Lnın mübahisəli evin və torpaq sahəsinin hər hansı hissəsinə isə mülkiyyət hüququ müəyyən edilməmişdir. Ona görə də, məhkəmə hesab etmişdir ki, Cavabdeh1 adına verilmiş qanun üzrə vərəsəlik hü ququ haqqında şəhadətnamə əsaslı olmuş və etibarsız hesab edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Həmçinin, həmin şəhadətnamə əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi üçün də hər hansı əsas müəyyən edilməmişdir.
10. Məhkəmə iddia müddətinin ötürülməsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı miras qoyan AAğarəhimovun yas mərasimində iştirak etməklə həmin şəxsin mirasını qəbul etmək üçün notariat orqanına qanunla müəyyən edilmiş müddət çərçivəsində müraciət etməli olduğunu bilməli olmuşdur. Buna baxmayaraq, həmin şəxs indiyədək miras qoyan AAğarəhimovun mirası ilə bağlı notariat orqanına müraciət etməmiş, həmin müddəti ötürmüşdür. Mülki Məcəllədə mirasın qəbulu və ondan imtina edilməsi barədə mübahisələrə dair 2 ay qısaldılmış iddia müddəti nəz ərdə tutulmuşdur. İddiaçı məlum mirasa dair Cavabdeh1 adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini bilməli və bununla da həmin şəhadətnamənin onun maraqlarını pozduğunu güman etsə və ya güman etməli olsa da, həmin vaxtdan 2 aydan artıq müddət - yəni təxminən 14 ilə yaxın müddət keçdikdən sonra hazırkı iddianı qaldırmışdır. Beləliklə, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Onun iddia müddətinin ötürülməsinin üzürlü səbəbdən baş verməsi barədə isə qanunla müəyyən edilmiş əsaslar müəyyən edilməmiş, bu barədə hər hansı sübut təqdim edilməmişdir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372, 373, 375.2, 382, 1151, 1159, 1243, 1246, 1272, 1300, 1301-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-801/2022 nömrəli, 5 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Telman Məmmədov (sədrlik edən və məruzəçi), Şəmsəddin Abasov və Səyyad Qafari) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı atasından miras qalmış əmlakı qəbul etməsinə dair notariat ofisinə ərizə verməmiş, əmlaka sahiblik etməmiş və ya əmlakı idarə et məyə faktiki başlamamışdır. Həmçinin iddiaçının atasının vəfatından 9 ilə yaxın və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 sayı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunu aldıqdan 3 aydan artıq müddət keçdikdən sonra qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirmişdir. Bu səbəbdən iddiaçı mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmadığından həmin hüququnu itirmişdir.
15. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində mübahisəli fərdi yaşayış evinin valideynləri X9 və X2 birgə nikahları dövründə əldə olunması ilə bağlı qeyd etmişdir ki, iddiaçı bu halı təsdiq e dən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. X4 özü də sağlığında, eləcə də əri X9 vəfat edərkən fərdi yaşayış evinin birgə nikahları dövründə əldə olunmasını iddia etməmişdir.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 1133, 1159, 1243, 1246-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli, Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respub likası Mülki Prosessual Məcəlləsinin 307.2.9cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 mart 2022-ci il tarixli Qərarlarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edil məsini xahiş etmişdir.
18. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi baxılan işə Mülki Məcəllənin 1301-ci maddəsini tətbiq etməli olduğu halda bu maddəni tətbiq etməmişdir. Cavabdehlər miras bölgüsü barədə iddiaçıya bildiriş göndərməmişlər və maddənin tələblərinə uyğun olaraq hərəkət etməmişlər.
19. Kassator qeyd etmişdir ki, Mülki Məcəllənin 225.1-ci və Ailə Məcəlləsinin 32.1-ci maddələrinin tələbləri pozulmuş, hakim isə nəinki bu pozuntulara müvafiq hüquqi qiymət verməmiş, əksinə iddiaçının valideynləri X9 ilə X4 arasında 1972-ci ildən evli olmasını, evin birgə nikah dövründə əldə olunmasına dair təkzibedilməz sübutların olmasına baxmayaraq, məhkəmə Qusar şəhəri, Q.Məhəmməd küçəsi, 52B ünvanında olan fərdi yaşayış evinin yalnız X8 məxsus olmasını bildirmi şdir.
20. Kassator əlavə olaraq qeyd etmişdir ki, notariat əməliyyatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın tələblərini pozmaqla, vərəsənin adını müxtəlif formalardan istifadə edib gizlətməklə həyata keçirilmişdir ki, bu da iddiaçının hüququnu pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
23. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
24. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu birinci növbədə vərəsə hesab edilirlər.
25. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
26. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
27. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
28. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli Qərarı
29. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətlər i iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.
30. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarı
31. Subyektiv hüquq kimi vərəsə olmaq hüququ mirasın qəbul edilməsi üsulu ilə şərtləndirilməmişdir.
32. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad et diyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası mə hkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
39. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Belə ki, hər kəs özün ün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. İddia etmək hüququ məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İddianın təmin edilməsi hüququ isə iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa mAolub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
44. İddiaçı hazırki tələbində atasından miras qalmış əmlaka dair verilmiş vərəsəlik hüququna dair şəhadətnamənin etibarsız sayılmasını tələb edir. İddiaçının bu tələb üzrə subyektiv hüququnun olması üçün təkcə atasının qanun üzrə vərəsə sayılması kifayət etmir. Çünki mülki qanunvericilik hər bir mülki hüquq münasibətinin yaranmasını müəyyən faktla bağlayır.
45. Mülki Məcəllənin 1243.1-ci maddəsi də mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsənin qəbul etməsini tələb edir.
46. Azərbaycan Respublikası konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ, İİİ, İV və V hissələri nə, 26-cı maddəsinin İİ hissəsinə, 29-cu maddəsinin İ və Vİİ hissələrinə, 71-ci maddəsinin İ və İİ hissələrinə və 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 19 fevral 2021-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Vərəsəlik hüququna təminat miras qoymağı, bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur.
47. Mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir (Konstitusiya Məhkə məsainin “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarı).
48. Buna görə də iddiaçının hazırki iddianı verməyə subyektiv hüququ, onun mirası qəbul etməsindən asılıdır.
49. Mülki Məcəllənin 1243.2-ci maddəsinə görə mirasın qəbul edilməsinin iki üsulu müəyyən edilmişdir: 1. vərəsənin mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi; 2. əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi.
50. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etm ək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.
51. İşə baxmış məhkəmələr də işin hallarını bu əsaslar üzrə yoxlamış və müəyyən etmişdir ki, iddiaçı atası vəfat etdikdən sonrakı üç ay ərzində mirası qəbul etmək barədə notariat kontoruna ərizə verməmiş, əmlaka sahiblik etməmiş və ya əmlakı idarə etməyə başlamamışdır.
52. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 16 mart 2022-ci il tarixli Qərarına istinadla qeyd etmişdir ki, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.
53. Apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən Mülki Məcəllənin 1272-ci maddəsində müəyyən olunmuş müddəti də ötürdü yünü müəyyən etmişdir.
54. İşin bu hallarına görə, kassatorun 18-20-ci bəndlərdə göstərilən dəlillərinin araşdırılmasına zərurət qalmır.
55. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-801/2022 nömrəli, 5 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.