Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4998/2020 02.11.2020 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) iş üzrə (Açar sözlər: daşınmaz əmlakın alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, yazılı müqavilənin olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), NurXXX Əhməd Güləhməd oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil, Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2289/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməs indən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, XXX küçəsində yerləşən 1 saylı evin 5 saylı mənzili (bundan sonra - mübahisəli mənzil) 1991-ci ildən Cavabdeh (bundan sonra - cavabdeh) valideynləri X4 və X3 adına qeydiyyatdan keçmişdir. Mənzil xx xxx 2017-ci ildə cavabdehin adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra - iddiaçı) cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzillə bağlı onunla cavabdeh arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi ba rədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1997-ci ilin avqust ayında mübahisəli mənzilin satıldığını eşitmiş, cavabdehlə görüşərək arvadı ilə birlikdə mənzilə baxıb bəyənmiş, cavabdeh və onun ailə üzvləri X6, XXXva (XXXa) XXX XXX qızı ilə evi almaq üçün razılığa gələrək sövdələşmiş, həmin evin dəyəri olan 7700 ABŞ dolları məbləğində pulu səhəri gün həmin şəxslərin evində hamısının iştirakı ilə onlara vermişdir. X2 öldüyü üçün həmin evdən ona düşən pay, yəni evin 1/2 hissəsi miras əmlak kimi qəbul edilmədiyindən və bunun üçün 6 ay gözlənilməli olduğundan mənzilə yeni çıxarışın alınması və alqı-satqı əməliyyatının aparılması mümkün olmamışdır. İddiaçı mənzilin pulunu ödədiyi üçün notarial qaydada alqı-satqı etmədən onlar mənzili boşaltmışlar. 1997ci ilin avqust ayından iddiaçı ailə üzvləri ilə birlikdə köçərək həmin mənzildə yaşayır. Cavabdeh tərəfindən evin bütün sənədləri ona verilməklə yanaşı ona etibarnamə də verilmişdir. Eyni zamanda o və ailə üzvləri həmin mənzilə qeydiyyata alınmışlar. Kommunal xərclər də onun tərəfindən ödənilmişdir. Cavabdeh isə mənzili alqı-satqı etmədən Rusiya Federasiyasına getmişdir. Cavabdeh 2017-ci ildə Azərbaycana qayıdaraq miras əmlakı qəbul etmiş və cavabdehin adına müvafiq çıxarış verilmişdir. Lakin cavabdeh mənzili onun adına keçirmək istəsə də, cavabdehin keçmiş arvadı X7 buna razı olmamışdır. Məhkəmə iclasında cavabdeh iddia tələbinin etiraf edilməsinə dair notarial qaydada təsdiqlənmiş xx.xx.2018-ci il tarixli ərizə təqdim etməklə, izahatında bildirmişdir ki, atası vəfat etdikdən sonra ev i 1997-ci ildə iddiaçıya satmışlar, evi satarkən anası və keçmiş arvadı razılıq vermişdir. O, 21 il ərzində Rusiyada olduğuna görə evin alqı-satqısını rəsmiləşdirə bilməmişdir. Həmçinin Rusiyada olduğu dövrdə anası başqa bir otaqlı evi sataraq keçmiş arvadı X5 ev almışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-8591/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim F.Hətəmzadə) iddia təmin edilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2289/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Kərimli (sədrlik edən və məruzəçi), X.Cəmilova və İ.Xəlilov) birinci instansiy a məhkəməsinin gəldiyi nəticə əsaslı hesab edilmiş, iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında daşınmaz əmlakla bağlı mübahisəli mənzilin alqı-satqısı barədə yazılı müqavilə olmamışdır. İddiaçı iddia ərizəsində də göstərdiyi kimi həmin mənzili şifahi müqavilə əsasında əldə etmişdir. Ona verilmiş etirbarnamə isə həmin əmlakın alqı-satqısı barədə yazılı müqaviləyə bərabər tutula bilməz. Çünki etibarnamənin təyinatı alqı-satqı müqaviləsindən fərqlidir, etibarnamə alqı-satqı müqaviləsinin mühüm şərtlərini (tərəflərin alqı-satqı barədə iradəsini, əmlakın dəyərini və s.) özündə əks etdirmir. Həmçinin, iddiaçının qeyd etdiyi alqı-satqı əməliyyatı aparıldığı vaxt cavabdehin atası x xx XXX vəfat etmiş, vərəsəlik rəsmiləşdirilməmişdir. Alqısatqının aparılması barədə tərəflər arasında yazılı müqavilə bağlanmamışdır. İş materiallarından cavabdeh tərəfin əqdin notariat qaydasında təsdiq edilməsindən yayınması görünmür. İşdən görünür ki, 1997-ci ildə mənzilin alqı-satqısının baş tutmamasının səbəbi mənzilin mülkiyyətçisi X8 öldüyünə görə mənzilin sənədlərinin qaydasında olmaması ilə bağlı olmuşdur. Bundan əlavə, 1997-ci ildə mənzilin alqı-satqısı aparılarkən hazırkı iş üzrə cavabdeh mənzilin mülkiyyətçisi olmamışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında mülki münasibətlər 1997-ci ildə yaransa da, birinci instansiya məhkəməsi mübahisəyə xx xxxxxxxx 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq normalarını yox, xx xxxx 200 5-ci ilədək qüvvədə olmuş redaksiyada Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsini tətbiq etmişdir. Həmçinin, Azərbaycan Respublikasının həm xx xxxxxxxx 2000-ci ilədək qüvvədə olmuş redaksiyada, həm də xx xxxxxxxx 2000-ci ildə qüvvəyə minərək xx xxxx 2005-ci ilədək qüvvədə olmuş redaksiyada Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsində əqdin bağlanmış hesab olunması üçün bir sıra şərtlərə riayət olunması, o cümlədən tərəflərdən birinin əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırması tələb olunurdu. Məhkəmə kollegiyası işin hallarına tərəflər arasında mübahisəli hüquq münasibətinin yarandığı dövrdə, yəni xx xxxxxxxx 2000-ci il tarixədək qüvvədə olmuş redaksiyada Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43-cü maddısinin 2-ci bəndini tətbiq edər ək, belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Cavabdeh hazırkı iş üzrə iddianı etiraf etsə də, iddianın etiraf olunması qanuna ziddir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, sübutlara düzgün qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etir az daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdilər. Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq üçüncü şəxsin nümayəndəsi hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə üçüncü şə xsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tət biq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə yeganə iddiaçı olan kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməs inin tam ləğv olunmasını xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi (tərəflər arasında mübahisəli hüquq münasibətinin yarandığı dövrdə, yəni xx xxxxxxxx 2000-ci il tarixədək qüvvədə olmuşdur). Tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamXXXə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur (43-cü maddənin 2-ci bəndi). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüq uq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilinə münasibətdə Məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Kassator apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulduğunu ümumi ifadələrlə qeyd etsə də, bunun nədən ibarət olmasını əsaslandırmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılm ır, onlara qiymət verilmir. Ona görə də, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2289/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4998/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4998/2020
02.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver