Məhkəmə qərarları › İş №2(102)-500/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-500/2022

09.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpo
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-500/2022 09.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə (Maraqlı şəxs1 Bank Olmayan Kredit X1 Cəmiyyəti və Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsi üçüncü şəxs qismində cəlb edilməklə) QƏRARİ (Açar sözlər: hərracın protokolunun, müqavilənin və onun hüquqi nəticəsinin etibarsız sayılması tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1945/2021 nömrəli iş üzrə 24 may 2021-ci il tar ixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" MMC tərəfindən İddiaçı, Xətai Rayon İcra və Probasiya Şöbəsinə və Maraqlı şəxs1 BOKT ASC-ə ünvanlanmış 24.05.2019-cu il tarixli № 01 nömrəli bildirişlə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(11)-6284/2016 saylı 12.10.2016-cı il tarixli icra sənədi üzrə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 100 saylı evin 70 saylı mənzilinə tutmanın yönəldilməsi və hərracda 75 584 manat ilkin satış qiyməti ilə satılması, hərracın 24.06.2019-cu il saat 11:00-da keçiriləcəyi bildirilmişdir. Həmin bildiriş Cəfərov soyadlı şəxs tərəfindən imzalanaraq qəbul edilmişdir. Həmçinin, Maraqlı ş əxs1 BOKT ASC tərəfindən eyni bildirişin surəti 27 may 2019-cu il tarixli müşayət məktubu ilə birlikdə 29 may 2019-cu il tarixdə İddiaçı qeydiyyatda olduğu Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 100 saylı evin 70 saylı mənzilinə göndərilmiş və 30 may 2019-cu il tarixdə Qarayev Ramil adlı şəxs tərəfindən qəbul edilmişdir. Bundan əlavə "xxxx" MMC tərəfindən 24 iyun 2019-cu il tarixdə saat 11:00-da Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 100 saylı evin 70 saylı mənzilinə dair 75 584 manat ilkin satış qiymətilə hərracın keçiriləcəyi barədə təkrarən 07 iyun 2019-cu il tarixli 01/2 nömrəli bildiriş maraqlı şəxslərə göndərilmiş, həmin bildiriş İddiaçı qeydiyyatda olduğu ünvanda 11 iyun 2019-cu il tarixdə Qarayev Ramil tərəfindən qəbul edilmişdir. İş üzrə qəbul edilm iş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh "xxxx" MMC-ə (Maraqlı şəxs1 Bank Olmayan Kredit X1 Cəmiyyəti və Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsi üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin sifarişi əsasında "xxxx" MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 100, 70 saylı mənzilə dair keçirilən hərracın yekunları barədə 50/04 saylı 31 iyul 2019-cu il tarixli protokolun, Maraqlı şəxs1 BOKT ASC ilə "xxxx" MMC arasında bağlanmış müqavilələrin, Maraqlı şəxs1 BOKT ASC-ə məxsus qeydiyyat nömrəsi ********** olan 09 noyabr 2019-cu il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız sayılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).

3. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, iddiaçı ilə hazırki iş üzrə üçüncü şəxslərdən biri olan Kredit Təşkilatı arasında 2015-ci ildə bağlanmış 2015/00193-01 saylı “Kredit müqaviləsi üzrə iddiaçının Kredit Təşkilatı qarşısında üzərinə götürdüyü kredit öhdəliklərinin icrasının təminatı olaraq iddiaçıya özünə məxsus mənzili Kredit Təşkilatının xeyrinə ipoteka ilə yüklü etmişdir. Kredit borcunun bir hissəsini ödəmiş iddiaçı, Kredit Təşkilatı qarşısında üzərinə götürdüyü öhdəliyi tam icra edə bilməmiş, onun Kredit Təşkilatına borcu yaranmışdır. Kredi t Təşkilatının iddiaçıya qarşı irəli sürmüş “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və sair tələbləri” barədə iddiasına dair mülki işə baxmış Bakı Şəhəri Xətai Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 12.10.2016-cı il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, yaranmış kredit borcunun ödənilməsi məqsədi ilə 51.000 ABŞ dolları məbləğində pulun ondan Kredit Təşkilatının xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiyməti 75.584 manat müəyyən edilməklə açıq hərracdan satılmasını və sair məsələləri qət etmişdir. Bundan sonra iddiaçının qətnamənin icrasından məlumatı olmamış və yalnız bu yaxınlarda ona məlum olmuşdur ki, qətnamə qanuni qüvvəsini 14.06.2017-ci il tarixdə almış və onun əsas ında tərtib edilmiş icra vərəqəsi icra olunması üçün hazırki iş üzrə digər üçüncü şəxs olan İcra Şöbəsinə göndərilmiş, icra hərəkətlərini həyata keçirən İcra Şöbəsinin sifarişi əsasında cavabdeh Hərrac Mərkəzi tərəfindən mənzil ilə bağlı hərrac keçirilmiş, hərracın nəticələri ilə mənzil Kredit Təşkilatına satılmış, hərracın nəticəsi barədə 50/04 saylı, 31.07.2019-cu il tarixli protokol və Kredit Təşkilatı ilə “Alğı-satqı müqaviləsi” bağlanmış, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Kredit Təşkilatına “Daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan 09.11.2019-cu il tarixli “Çıxarış” verilmişdir. Hərrac barədə iddiaçıya məlumat verilmədiyindən iddiaçı hesab edir ki, hərracın nəticəsi barədə protokolun, Kredit Təşkilatı ilə bağlanmış “Alğısatqı müqaviləs i” və Kredit Təşkilatının adına verilmiş “Reyestrindən çıxarış” məhkəmə qaydasında etibarsız sayılmalıdır.

4. Cavabdeh birinci instansiya məhkəməsindəki icraatda iddiaya qarşı etiraz göndərərək qeyd etmişdir ki, iddiaçı öz iddia ərizəsini onunla əsaslandırmışdır ki, hərracın keçirilməsinə dair məlumatı olmamışdır və ona məxsus olan mənzil ondan gizli satılmışdır. İddiaçı hərrac bildirişlərinin çatdırılmasına dair qaimələrdəki imzaların ona məxsus olmadığını və imzaların saxtalaşdırıldığını iddia edir. İddiaçı öz tələblərini təsdiqləyən və hər hansı hüquqlarının pozulmasını əks etdirən heç bir sübutu iddia ərizəsinə qoşmamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 oktyabr 2016-cı il tarixli 2(011)-6284/2016 saylı qətnaməsi ilə iddiaçı Maraqlı şəxs1 BOKT ASC-nin cavabdeh İddiaçı qarşı id dia tələbi qismən təmin edilərək cavabdehdən ümumilikdə 51 267,57 ABŞ dolları məbləğində borcun tutulması, tutmanın ipoteka predmeti olan İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 100 saylı evin 70 nömrəli mənzilinə yönəldilməsi və həmin mənzilin ilkin satış qiyməti 75 584 manat müəyyən edilməklə açıq hərracda satıldıqdan sonra cavabdehin əşyaları ilə birlikdə mənzildən çıxarılması qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 oktyabr 2016-cı il tarixli 2(011)6284/2016 saylı qətnaməsi qanuni qüvvəsini almış və icra alınması üçün Xətai rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra sənədinin tələbinə uyğun olaraq İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 100 saylı evin 70 nömrəli mənzili satılması üçün ilki n satış qiyməti 75 584 manata açıq hərraca çıxarılmışdır. Keçirilmiş hərrac zamanı əmlakın alıcısı olmadığı üçün hərrac baş tutmamışdır. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq təkrar hərracın satış qiymətindən 25% aşağı qiymətə 31 iyul 2019-cu il tarixli 50/04 saylı protokola əsasən Maraqlı şəxs1 BOKT ASC tərəfindən 48 184, 80 manata əldə edilmişdir. 31 iyul 2019-cu il tarixli 50/04 saylı protokola əsasən Finoko BOKT ASC sözügedən mənzilə dair dövlət reyestrindən çıxarış almışdır. Halhazırda sözügedən mənzil Finoko BOKT ASC-nin mülkiyyətindədir. İcra mərhələsində borclu İddiaçı borcunun bir hissəsini ödəmiş və borcun qalan hissəsini qısa zamanda ödəyəcəyini bildirmişdir. Bununla əlaqədar 07 sentyabr 2017-ci il tarixdə Maraqlı şəxs1 BOKT ASC tərəfindən B akı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə ərizə ilə müraciət edilmiş və İcra haqqında Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən icra sənədi məhkəməyə qaytarılmışdır. Lakin borclu İddiaçı borcunun qalan hissəsini ödəməmişdir. Bu səbəbdən də Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 oktyabr 2016-cı il tarixli 2(011)6284/2016 saylı qətnaməsi üzrə icra sənədi yenidən icraya yönəldilmiş və daha sonra hərrac keçirilmişdir. İddiaçı keçirilən hərracların vaxtı və yeri barəsində məlumatı olmuşdur. Belə ki, Maraqlı şəxs1 BOKT ASC tərəfindən gələcəkdə yarana biləcək risklər nəzərə alınaraq, həmçinin hərracın nəticələrinin ləğv edilməsinin qarşısını almaq məqsədilə hərrac təşkilatı tərəfindən onlara göndərilən bidirişlərin surəti bildiriş xarakterli müşayət məktubu ilə birlikd ə iddiaçının qeydiyyatda olduğu və girov qoyulmuş mənzilin ünvanına göndərilmişdir. 24 iyun 2019-cu il tarixli hərracın keçirilməsi ilə bağlı bildiriş xarakterli müşayət məktubu 30 may 2019-cu il tarixdə Qarayev Ramil tərəfindən qəbul edilmişdir. 24 iyun 2019-cu il tarixli hərracın keçirilməsi ilə bağlı hərrac təşkilatı tərəfindən göndərilən bildiriş 24 may 2019-cu il tarixdə Cəfərov soyadlı şəxs tərəfindən qəbul edilmişdir. 24 iyun 2019-cu il tarixli hərracın keçirilməsi ilə bağlı hərrac təşkilatı tərəfindən göndərilən bildiriş 11 iyun 2019-cu il tarixdə Qarayev Ramil tərəfindən qəbul edilmişdir. 15 iyul 2019-cu il tarixli hərracın keçirilməsi ilə bağlı bildiriş xarakterli müşayət məktubu 10 iyul 2019-cu il tarixdə Cəfərov soyadlı şəxs tərəfindən qəbul edilmişdir. 15 iyul 2019-cu il tarix li hərracın keçirilməsi ilə bağlı hərrac təşkilatı tərəfindən göndərilən bildiriş 01 iyul 2019-cu il tarixdə Cəfərov soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Hərracın keçirilmə vaxtı ilə bağlı “Birja Yenilikləri” qəzetinin 07- 13 iyun 2019-cu il tarixli buraxılışında, 28 iyun 04 iyul 2019cu il tarixli buraxılışında və 19- 25 iyul 2019-cu il tarixli buraxılışında elanlar verilmişdir. İddiaçıya hərracın keçirilməsi ilə bağlı bildirişlər Poçt haqqında Azərbaycan Respublikasının Qanununun tələbləri pozulmadan çatdırılmışdır. Bu səbəbdən də hərracın yekunlarına dair protokolu etibarsız hesab etmək olmaz.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim V.Quliyev) 19 oktyabr 2020-ci il tarixli, 2(005)-2753/2020 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

6. Məhkəmə mövqeyini belə əsaslandırm ışdır ki, iddiaçı əmlakın hərraca çıxarılmasından tam olaraq xəbərdar olduğundan, qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq hərrac keçirildiyindən və ipoteka predmeti qanuni olaraq tələbkara təklif edildiyindən hərrac təşkilatının № 50/04 nömrəli 31 iyul 2019-cu il tarixli hərracın yekunları barədə protokolu etibarsız hesab edilməsi üçün əsas müəyyən edilməmişdir. İddiaçı həmin bildirişləri almamasını məhkəmədə mübahisələndirsə də hərracla bağlı bildirişlərin iddiaçının yaşayış ünvanı olan ünvan 3lməsində Hərrac Mərkəzi haqlı olmuşdur. Belə ki, iddiaçının faktiki vermiş olduğu qeydiyyat və yaşayış ünvanı iddia ərizəsindən də görünür ki, Bakı şəhəri, ünvan 4 ünvanı bir daha öz ünvanı kimi hazırki iddia ərizəsində də qeyd etmişdir. Eyni zamanda hərracla bağlı bildirişlər 31.07.2018-ci il tarixdə qeyd edilən ünvanda imzalanaraq qəbul edilmişdir. İddiaçının mübahisələndirdiyi kimi rəsmi qaydada bildirişi şəxsən imza etməməsi, (iddiaçı tərəfindən imzalanıb-imzalanmadığı araşdırılmadan) lakin bildirişin sözügedən ünvanında rəsmi qaydada verilməsi iddiaçının yuxarıda sadalanan qanunvericliyin əsasları baxımından hərrac barədə məlumatlı olması kimi qiymətləndirilir. İddiaçının iddia ərizəsində göstərdiyi, həmçinin onun nümayəndəsinin və vəkilinin məhkəmə prosesində səsləndirdiyi əsaslar hərracın keçirilməsi haqqında protokolun və bundan irəli gələn hüquqi nəticələrin etibarsız sayılması üçün əsas deyildir. Hərracın keçirilməsi ilə bağlı göndərilmiş bildirişlərin İddiaçı şəxsən özü tərəfindən qəbul edilərək bu barədə müvafiq imzanın poçt qəbzlərinə qoyulmaması özlüyün də hərracın keçirilməsinə və bundan irəli gələn hüquqi prosedurların həyata keçirilməsinə maneə deyildir. Çünki, qanunvericilik hərracı keçirən təşkilatın üzərinə hərracın keçirilməsi barədə bildirişləri borclunun və ya daşınmaz əmlak sahibinin şəxsən özünə çatdırılması kimi bir vəzifə qoymayıb, bildirişlərin həmin şəxsin və ya şəxslərin yaşadığı və ya qeydiyyatda olduğu ünvana göndərilməsi qanunvericliyin sadalanan əsasları baxımından məlumatlandırmanın yerinə yetirilməsi kimi qiymətləndirilir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-M.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və R.Həsənov) 24 may 2021-ci il tarixli, 2(103)-1945/21 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

9. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.

10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 100 saylı evin 70 saylı mənzilində ancaq “Cəfərov” soyadlı şəxs iddiaçının oğlu olmuşdur. İddiaçı ilə eyni vaxtda o da onunla birlikdə, bildiriş göndərilən vaxt Azərbaycan Respublikasında olmamışdır. Bu hal da sübut edir ki, bildiriş barədə iddiaçı məlumatlı olmamışdır. Eyni zamanda məhkəmənin özünün də istinad etdiyi Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 6 fevral 2016-cı il tarixli 0001 nömrəli qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nın 9.28-ci bəndinə görə xəbərnaməli poçt göndərişləri şəxsən ünvançıya, ünvançı olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvünə verilir. Poçt göndərişini alan şəxs öz soyadını, adını, atasının adını və ünvançıya münasibətini göstərməklə xəbərnamədə imza edir. Lakin iş materiallarına əlavə olunmuş qəbzlərdə, bildirişi alanın ünvançıya münasibəti qeyd olunmamışdır. Eyni zamanda hərracın keçirilməsi barədə bildirişlərdə olan imzanın iddiaçıya məxsus olmaması barədə və bunun üçün məhkəmə xəttşünaslıq ekspertizasının keçirilməsi barədə tərəfimdən vəsatət verilsə də, əsassız olaraq məhkəmə tərəfindən təmin edilməmişdir. İmza nümunələri barədə məhkəməyə təqdim edilmiş sübutlar məhkəmə tərəfindən tədqiq edilməmiş, həmin sübutlara hüquqi qiymət verilməmişdir. Beləliklə, göründüyü kimi, "xxxx" MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı iddiaçıya bildirişlər vaxtında göndərilməmiş, bildirişlər iddiaçı tərəfindən alınmamış, bildirişlər borcluya çatdırılmamış, sürətli poçt xidməti vasitəsilə çatdırılan məktublara İddiaçı şəxsən imza atmayıb. İş materiallarında 4 qəbz var 4-ündə də imzalar fərqlidir. Bildirişlər saxtalaşdırılıb. Bildirişlərdə qeyd olunan tarixlərdə borclu ölkə hüdudlarından kənarda olmuşdur. İddiaçının bildirişlər göndərilən zaman, ölkə hüdudlarından kə narda olunması, tərəfimdən verilmiş sorğuya cavab olaraq, DSX tərəfindən arayış iş materiallarına əlavə olunmuşdur. Eyni zamanda, qanunvericiliyi tələblərinə uyğun olaraq qəzetlərdə hərrac barədə zəruri məlumatlar yerləşdirilməmişdir. Hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərmək vəzifəsi qoymuşdur. Bununla belə, hərrac təşkilatı qeyd edilən şəxslərə təsdiq etmə üsulu ilə bildiriş göndərməklə və qəzetlərdə elanlar dərc etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmiş olur. Birinci instansiya məhkəməsində araşdırma zamanı da müəyyən edilmişdir ki, bütün bildirişlər iddiaçının qeydiyyatında olduğu ünvana göndərilməmiş, iddiaçı tərəfin dən və ya onun ailə üzvləri tərəfindən heç kim həmin bildirişləri əldə etməmişdir. Birinci instansiya məhkəməsi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun da müddəalarını düzgün tətbiq etməmiş və bu səbəbdən do məhkəmənin müəyyən etdiyi halla, gəldiyi nəticə arasında ziddiyyət yaranmışdır. İşdə olan sübutları təhlil etmədən və onların mötəbərliyini yoxlamadan İşin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilibedilməməsinin səbəblərini qətnamədə aydın izah e tməli və digər sübutlarla yanaşı qiymətləndirməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Maraqlı şəxs1 Bank Olmayan Kredit X1 Cəmiyyəti kassasiya şikayətinə qarşı etiraz göndərərək qeyd etmişdir ki, kassasiya şikayətində göstərilmişdir ki, poçt göndərilşərinin çadırılmasına dair qaimələr iddiaçı tərəfindən şəxsən imzalanmayıb. Bununla bağlı bildirilir ki, hərracın keçirilməsinə dair bildirişlər “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri pozulmadan çatdırılmışdır. Belə ki, Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 6 fevral 2016cı il tarixli, 0001 nömrəli qərarı ilə təsdiq edilmiş Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydalarının 9.26-cı bəndinə görə, “Fiziki şəxslərə ünvanlanmış “Şəxsən verilmə” qeydli poçt göndərişləri yalnız ünvançıya və ya onun tərəfindən səlahiyyət verilmiş şəxsə verilir.” Həmin qaydaların 9.28-ci bəndinə əsasən, “Xəbərnaməli poçt göndərişləri şəxsən ünvançıya, ünvançı olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvünə verilir. Poçt göndərişini alan şəxs öz soyadını, adını, atasının adını ya ünvançıya münasibətini göstərməklə xəbərnamədə imza edir.” Həmin qaydaların 9.29-cu bəndinə əsasən, “Xəbərnaməli poçt göndərişi hüquqi şəxsə verilərkən xəbərnamədə alıcı barədə məlumatlar poçt rabitəsi operatorunun əməkdaşı tərəfindən qeyd edilir.” Qeyd olunan qanunvericilik normalardından da göründüyü kimi, “Şəxsən verilmə” qeydli poçt göndərişləri yalnız ünvançıya və ya onun tərəfindən səlahiyyət verilmiş şəxsə verilir. Hazırki iş üzrə isə poçt göndərişlərinin şəxsən verilmə qeydi ilə göndə rilməsini məcburi edən hal qanunvericilikdə nəzərdə tutulmamışdır. Kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, hərrac bildirişinin çatdırılmasına dair qəbzlərdə bildirişi alanın ünvançıya münasibəti bildirilməmişdir. Bununla bağlı qeyd edilir ki, poçt göndərişini alan şəxsin öz soyadını, adını, atasının adını və ünvançıya münasibətini göstərməsi göndərişi alan şəxsin hüququdur və həmin məlumatları qəbzdə göstərmək poçt operatorunun və ya göndərişi alan şəxsin vəzifəsi deyildir. Həmin məlumatları qəbzdə göstərmək poçt operatorunun vəzifəsi olsa belə bu, hərracın etibarsızlığı kimi deyil, poçt operatorunun poçt xidməti qaydalarını pozması kimi qiymətləndirilməlidir. Bundan başqa, kassasiya şikayətində hərrac bildirişlərinin çatdırılmasına dair qəbzlərdə olan imzanın İddiaçı məxsus olm aması və bunun üçün məhkəmə-xəttşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı vəsatətin qanunsuz olaraq rədd edildiyi göstərilmişdir. Poçt göndərişlərinin iddiaçının özü tərəfindən şəxsən imzalanaraq qəbul edilməməsi hərracın etibarsızlığına səbəb ola bilməz. Ümumiyyətlə qanunvericilik hərrac təşkilatının üzərinə hərracın keçirilməsi barədə bildirişlərin şəxsən borcluya və ya ipoteka qoyana çatdırılması kimi bir vəzifə qoymayıb. Bildirişlərin borclunun və ya ipoteka qoyanın ünvanına göndərilməsi borclunun və ya ipoteka qoyanın hərrac barəsində məlumatlandırılması kimi qiymətləndirilməlidir. Bu səbəbdən də qəbzlərdəki imzanın İddiaçı şəxsən özünə və ya həmin ünvanda onunla birlikdə yaşayan ailə üzvünə məxsus olması işin həlli üçün heç bir əhəmiyyət daşımır. Yəni İddiaçı məhkəməxəttşünasl ıq ekspertizasının keçirilməsi ilə bağlı vəsatəti haqlı olaraq rədd edilmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.

13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

14. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.

15. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

18. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

19. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları a raşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

22. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 12.10.2016-cı il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı (hazırki iş üzrə üçüncü şəxs olan) Kredit Təşkilat ının cavabdeh (hazırki iş üzrə iddiaçı olan) İddiaçı qarşı irəli sürdüyü kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və sair tələbləri” barədə iddiasının qismən təmin edilməsi, yaranmış kredit borcunun ödənilməsi məqsədi ilə 51.267,57 ABŞ dolları məbləğində pulun ondan Kredit Təşkilatının xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiyməti 75.584 manat müəyyən edilməklə açıq hərracdan satılması, mənzil satıldığı halda İddiaçı əşyaları ilə birlikdə mənzildən çıxarılması qət edilmişdir.

23. Qətnamə qanuni qüvvəsini almış və onun əsasında tərtib edilmiş icra vərəqəsi icra olunması üçün hazırki iş üzrə digər üçüncü şəxs olan İcra Şöbəsinə göndərilmişdir. İcra hərəkətlərini həyata keçirən həmin İcra Şöbəsinin sifarişi əsasında cavabdeh Hərrac Mərkəzi tərəfindən mənzilin açıq hərracdan satılması prosesi başlanmışdır.

24. Cavabdeh Hərrac Mərkəzi tərəfindən iddiaçıya, İcra Şöbəsinə və Kredit Təşkilatına ünvanlanmış 24.05.2019-cu il tarixli 01 nömrəli və 07.06.2019-cu il tarixli 01/2 nömrəli bildirişlərdən görünür ki, Xətai Rayon Məhkəməsinin 12.10.2016-cı il tarixli icra sənədi üzrə icra hərəkətlərinin yerinə yetirilməsi məqsədi ilə ipoteka predmeti olan və iddiaçıya məxsus mənzil ilə bağlı hərrac 24.06.2019-cu il tarixdə saat 11:00-da keçiriləcək. Mənzilin ilkin satış qiyməti 75.584 manatdır.

25. ƏİV seriyalı, 082177 nömrəli kuryer xidmətləri üçün mədaxil qəbzinin kötüyünün surətindən görünür ki, 24.05.2019-cu il tarixli № 01 nömrəli bildiriş 24.05.2019-cu il tarixində Hərrac Mərkəzi tə rəfindən İddiaçı yaşadığı və ünvan 5 ünvanına göndərilmiş və Cəfərov soyadlı şəxs tərəfindən qəbul edilmişdir (həmin şəxs çatdırılmanın tarixini qəbzdə qeyd etməyib).

26. Kredit Təşkilatı tərəfindən İddiaçı ünvanlanmış ***-**** nömrəli, 27.05.2019-cu il tarixli məktubundan və “Azari express” kuryer xidməti tərəfindən verilmiş qəbzin surətindən görünür ki, ipoteka predmeti olan və iddiaçıya məxsus olan, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 100 saylı evin 70 nömrəli mənzilinin 24.04.2019-cu il tarixdə saat 11:00da 75.584 manata hərracda satışa çıxarılması ilə bağlı məlumat verilmişdir. Həmin məktub 29.05.2019-cu il tarixdə göndərilmiş, 30.05.2019-cu il tarixdə iddiaçının ünvanı üzrə çatdırılmış, məktubu həmin ünvanda Ramil Qarayev adlı şəxs tərəfindən qəbul edilmişdir.

27. ƏİV seriyalı 082531 nömrəli kuryer xidmətləri üçün mədaxil qəbzinin kötüyünün surətindən görünür ki, 07.06.2019-cu il tarixli 01/2 nömrəli bildiriş 07.06.2019-cu il tarixində Hərrac Mərkəzi tərəfindən iddiaçıya yuxarıda qeyd edilən ünvan üzrə göndərilmiş, 11.06.2019-cu il tarixdə həmin ünvan üzrə çatdırılmış və bildiriş Qarayev Ramil adlı şəxs tərəfindən qəbul edilmişdir.

28. İşin hallarından görünür ki, 24.06.2019-cu il tarixə saat 11:00 təyin edilmiş hərrac baş tutmamışdır.

29. Hərrac Mərkəzi tərəfindən iddiaçıya, İcra Şöbəsinə, Kredit Təşkilatına və iddiaçıya ünvanlanmış 28.06.2019-cu il tarixli 02 nömrəli bildirişdən görünür ki, həmin mənzil ilə bağlı hərrac 15.07.2019-cu il tarixdə saat 11:00-da keçiriləcək. Mənzilin ilkin satış qiyməti 15 % aşağı salınmış və 64.246,4 manat təşkil edi r.

30. ƏİV seriyalı 084501 nömrəli kuryer xidmətləri üçün mədaxil qəbzinin kötüyünün surətindən görünür ki, 28.06.2019-cu il tarixli 2 nömrəli bildiriş 28.06.2019-cu il tarixində Hərrac Mərkəzi tərəfindən iddiaçıya yuxarıda qeyd edilən ünvan üzrə göndərilmiş, 01.07.2019-cu il tarixdə həmin ünvan üzrə çatdırılmış və bildiriş Cəfərov soyadlı şəxs tərəfindən qəbul edilmişdir.

31. Kredit Təşkilatı tərəfindən iddiaçıya ünvanlanmış ***-**** nömrəli, 08.07.2019-cu il tarixli məktubdan və “Azari express” kuryer xidməti tərəfindən verilmiş qəbzin surətindən görünür ki, ipoteka predmeti olan və iddiaçıya məxsus olan mənzilin 15.07.2019-cu il tarixdə saat 11:00-da 64.246,4 manata hərracda satışa çıxarılması ilə bağlı məlumat verilmişdir. Həmin məktub 10.07.2019-cu il tarixdə iddiaçının ünvanı üzrə ça tdırılmış, məktubu həmin ünvanda Cəfərov soyadlı şəxs tərəfindən qəbul edilmişdir.

32. Hərrac Mərkəzi tərəfindən iddiaçıya, İcra Şöbəsinə və Kredit Təşkilatına ünvanlanmış 19.07.2019-cu il tarixli, a/2546 nömrəli məktubundan görünür ki, mənzil ilə bağlı təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 19.07.2019-cu il tarixli nömrəsində elan dərc edilmişdir. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 % az olmayan qiymətlə, yəni 48.184,8 manat olmaqla ipoteka saxlayana təklif olunur.

33. İcra Şöbəsi tərəfindən Hərrac Mərkəzinə, Kredit Təşkilatına, İddiaçı və Xətai Rayon Məhkəməsinə ünvanlanmış 29.07.2019-cu il tarixli 17/74 239629- 2017/877/17 nömrəli məktubun surətində n görünür ki, İcra Şöbəsi ünvançılara bildirmişdir ki, Kredit Təşkilatı Şöbəyə müraciət edərək “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən icra vərəqəsinin məhkəməyə qaytarılması xahiş etmişdir. Şöbə göstərilənlərə nəzərə alaraq mənzil ilə bağlı hərracın keçirilməsinin dayandırılmasını xahiş etmişdir. 34. 24-30 may 2019-cu il tarixli, 07-13 iyun 2019-cu il tarixli, 28 iyun-04 iyul 2019-cu il tarixli və 1925 iyul 2019-cu il tarixli “Birja Yenilikləri” qəzetlərinin surətindən görünür ki, mənzili ilə bağlı hərracın keçirilməsi tarixləri barədə elanlar verilmişdir.

35. Kredit Təşkilatı tərəfindən Hərrac Mərkəzinə və İcra Şöbəsinə ünvanlanmış 24.07.2019-cu il tarixli, ***-**** saylı məktubdan görünür ki, Kredit Təşkilatı “İpoteka haqqında” Qanununun tələblərin ə uyğun olaraq təkrar hərracdakı satış qiymətindən 25 % aşağı qiymətə, yəni 48.184,8 manata mənzili əldə etməyə razıdır.

36. Hərrac Mərkəzi tərəfindən tərtib edilmiş 50/04 nömrəli, 31.07.2019-cu il tarixli “Hərracın yekunları barədə protokoldan görünür ki, Xətai Rayon Məhkəməsinin 12.10.2016-cı il tarixli icra vərəqəsinə, Xətai Rayon İcra Şöbəsinin 17/74-130482- 2018/4950/17 saylı 21.05.2019-cu il tarixli sifariş məktubuna əsasən İddiaçı mülkiyyətində olan mənzilin hərracdan satılması ilə əlaqədar hərrac təşkil olunmuşdur. Mənzilin ilkin satış qiyməti ilk hərracda 75.584 manat, təkrar hərracdakı 15% aşağı olan satış qiyməti 64.246,4 manat, 25% aşağı olan satış qiyməti 48.184,8 manatdır. İcra vərəqəsində tələbkar kimi göstərilmiş Kredit Təşkilatının həmin qiymətlə mənzili əldə etmək hüququ var və Kredit Təşkilatı buna razı olduğunu bildirmişdir. 37. “Azari Express” kuryer xidmətinin meneceri tərəfindən 15.09.2020-ci il tarixdə tərtib edilərək imzalanmış aktdan görünür ki, 29.05.2019-cu il tarixdə Kredit Təşkilatından qəbul edilmiş zərf (qaimə 134121) ünvan 7 ünvanı üzrə çatdırılmış və Ramil Qarayev tərəfindən 30.05.2019-cu il tarixdə imzalanaraq qəbul edilmişdir. Həmçinin, 09.07.2019-cu il tarixdə Kredit Təşkilatından qəbul edilmiş zərf (qaimə 138012) həmin ünvana çatdırılmış və 10.07.2019- cu il tarixdə Cəfərov soyadlı şəxs tərəfindən bildirişə imza edilməklə qəbul edilmişdir.

38. Hərracın yekun nəticələri üzrə Hərrac Mərkəzi ilə Kredit Təşkilatı arasında bağlanmış 31.07.2019-cu il tarixli “Alğı-satqı müqaviləsindən görünür ki, Kredit təşkilatı mənzili 48.184,8 manata almış dır.

39. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” Kredit Təşkilatına verilmiş ********** qeydiyyat nömrəli, 09.11.2019-cu il tarixli “Çıxarışdan” görünür ki, mənzil xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi Kredit Təşkilatının adına qeydiyyata alınmışdır.

40. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, mübahisəli mənzilin mülkiyyətçisi olmuş iddiaçı öz iradə ifadəsini sərbəst şəkildə nümayiş etdirərək Kredit Təşkilatı ilə “İpoteka müqaviləsi” bağlamışdır. İddiaçı, Kredit Təşkilatından aldığı borcun qaytarılmasının təminatı olaraq mənzili Kredit Təşkilatının xeyrinə ipoteka ilə yüklü etmişdir. İddiaçı borcunu qaytara bilmədiyi üçün məhkəmə tərəfindən qəbul edilmiş və qanuni qüvvəsini almış qətnamə əsasında mənzilə tutuma yönəlmiş və mənzi l açıq hərraca çıxarılmışdır. Mənzilin ilkin satış qiyməti 75.584 manat, təkrar hərracdakı 15% aşağı olan satış qiyməti 64.246,4 manat, 25% aşağı olan satış qiyməti 48.184,8 manat olmuşdur. Təyin edilmiş hərracların yeri və vaxtı barədə iddiaçıya lazımi qaydada xəbər verilmiş, bundan başqa xüsusi təyinatı olan qəzetdə hərracların yeri və vaxtı barədə müvafiq elanlar dərc edilmişdir.

41. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı, hərracın təşkilatçısı olan cavabdeh Hərrac Mərkəzinin qanunvericiliyin tələblərini pozduğunu, hərracın yeri və vaxtı barədə onu lazımi qaydada xəbərdar etmədiyini iddia etsə də, bu xüsusat iş materialları ilə öz təsdiqini tapmır. Çünki iş materiallarına əlavə edilmiş hərracın keçirilməsi barədə bildirişlərin surətindən görünür ki, hərracın vaxtı və yeri barədə cavabdeh Hərrac Mərkəzi tərəfindən iddiaçıya məlumat verilmiş və iddiaçı həmin bildirişləri qəbul etmişdir. Bildirişlərin qəbul edilməsinə dair qəbzlərdəki imzanın iddiaçıya məxsus olmaması barədə dəlili də inandırıcı deyil. İş materiallarından görünür ki, hər dəfə bildirişlər iddiaçının ünvanına göndərilmiş və hər dəfə də həmin ünvan üzrə qəbul edilmişdir. Bu halın əksini təsdiq edən sübutlar isə iddiaçı tərəfindən məhkəmələrə təqdim edilməmişdir. Hərracın keçirilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq təşkil edilmişdir.

42. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş v ə məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

43. Kassasiya şikayətinin bir sıra dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

44. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

45. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 41 9-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1945/2021 nömrəli iş üzrə 24 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar