Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-500/2023 18.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Abdulov Benzuləli Qulam oğluna və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi və Bakı şəhər 24 saylı Dövlət Notariat Kontoruna qarşı “miras əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviç (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızında n və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 noyabr 2022-ci il tarixli, 2(103)5/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı cavabdeh Abdulov Benzuləli Qulam oğluna və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi və Bakı şəhər 24 saylı Dövlət Notariat Kontoruna qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə mürac iət edərək, 24 saylı dövlət notariat kontoru tərəfindən verilmiş 27 sentyabr 2001-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin miras qoyanın (Qulam Əbdül oğlunun) vərəsələrinin 2 nəfər olması və paylar üzrə bölgünün 1/2 hissədə olmaqla müəyyən edilməsi hissəsində etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən ünvan 1 ünvanda yerləşən mülk evə dair tam pay üzrə mülkiyyət hüququnun tanınması barədə cavabdeh Abdulov Benzuləli Qulam oğlunun adına verilmiş 25 oktyabr 2001-ci il tarixli qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, iddiaçının babası Qulam Əbdül oğlundan miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Həmidov küçəsi, 32 saylı mülk evin 3/1 hissəsinə vərəsəlik hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 may 2015-ci il tarixli, 2(010)1332/2015 nömrəli qətnaməsi ilə (hakim C.T.Qədimov) iddia təmin edilərək, Bakı şəhəri, 24 saylı Dövlət Notariat Kontoru tərəfindən 27 sentyabr 2001-ci il tarixdə verilmiş “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin miras qoyan Qulam Əbdül oğlunun vərəsələrinin 2 (iki) nəfər, yəni Abdulov Benzuləli Qulam oğlu və Zaidxan Qulam oğlu olması və miras əmlakda payların 1/2 hissədə olmaqla müəyyən edilməsi hissəsində etibarsız hesab edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, S.Həmidov küçəsində yerləşən 32 nömrəli evə tam mülkiyyət hüququna dair cavabdeh Abdulov Benzuləli Qulam oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 25 oktyabr 2001-ci il tarixdə aparılmış qeydiyyatla bağlı cavabdeh Abdulov (Əbdülov) Benzuləli Qulam oğlu nun adına verilmiş qeydiyyat vəsiqəsi etibarsız hesab olunmaqla, həmin qeydiyyatın çıxarılması, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, S.Həmidov küçəsində yerləşən 32 nömrəli evin atası Əbdülov İgidəli Qulam oğlundan miras qalmış 1/3 hissəsinə vərəsəlik qaydasında hüququnun tanınması qət edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 noyabr 2015-ci il tarixli, 2(103)-6029/2015 nömrəli qətnaməsi ilə (hakim T.S.Səmədovun sədrliyi və məruzəsi ilə, hakimlər İ.S.Şirinovun və T.M.Əliyevin iştirakı ilə) cavabdeh Abdulov Benzuləli Qulam oğlunun apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 may 2015-ci il tarixli, 2(010)-1332/2015 nömrəli qətnaməsi cavabdeh Abdulov Benzuləli Qulam oğlunun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxl anılmışdır.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 mart 2016-cı il tarixli, 2(102)1049/2016 nömrəli qərarı ilə (hakim Ə.A.Mirzəliyevin sədrliyi və məruzəsi ilə, hakimlər A.K.Kalbalıyevin və İ.R.Xələfovun iştirakı ilə) cavabdeh Abdulov Benzuləli Qulam oğlunun kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 noyabr 2015-ci il tarixli, 2(103)-6029/2015 nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 aprel 2022-ci il tarixli, 2(103)-5/2022 nömrəli qətnaməsi ilə (hakim A.V.Tanrıverdiyevin sədrliyi və məruzəsi ilə, hakimlər E.M.Həsənovun və X.A.Mərdanovanın iştirakı ilə) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 may 2015-ci il tarixli, 2(010)1332/2015 nömrəli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə, iddia rədd edilmişdir.
6. İddiaçı kassasiya şikayəti vermiş və kassasiya şikayətinə ərizə əlavə edərək, buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 noyabr 2022-ci il tarixli, 2(103)-5/2022 nömrəli qərardadı ilə (hakim A.V.Tanrıverdiyevin sədrliyi və məruzəsi ilə, hakimlər İ.S.Şirinovun və C.A.Yusifovun iştirakı ilə) İddiaçı kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməmiş və kassasiya şikayəti geri qaytarılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
8. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiy asının 01 noyabr 2022-ci il tarixli, 2(103)-5/2022 nömrəli qərardadının ləğv edilməsi və işin sonrakı prosessual hərəkətlərin edilməsi üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçıya poçt vasitəsi ilə çatdırılmış, onun nümayəndəsi, vəkili olmamamış, şəxsi elektron kabineti mövcud deyildir. Belə olan təqdirdə Mülki Prosessual Məcəllənin 10-1.3 və 408.1.7-ci maddələrinin tələbləri ona şamil oluna bilməzdi.
10. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
11. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq:
12. Azərbaycan Resp ublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyala rının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti qaytarılmalıdır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü ma ddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
13. İddiaçının müddətin bərpasına dair ərizəsini təmin etməkdən imtina edən apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, 29 aprel 2022ci il tarixli qətnamə İddiaçı tərəfindən 09 iyun 2022-ci il tarixdə poçt xəbərnaməsinə imza edilməklə qəbul edilmişdir. Kassasiya şikayəti isə nəzərdə tutulmuş 2 aylıq prosessual müddətin başa çatdığı 10 avqust 2022-ci il tarixindən təxminən 1 ay ötürülməklə 26 sentyabr 2022-ci il tarixində elektron sistemə yerləşdirilmişdir. İddiaçının həmin müddəti üzrlü səbəbdən ötürməsini təsdiq edən hər hansı hal məhkəmə tərəfindən aşkar edilməmiş və iddiaçı tərəfindən belə bir halın mövcudluğunu təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir.
14. Prosessual müddətin bərpa edilməsinə dair ərizəsində iddiaçının istinad etdiyi dəlillə bağlı apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, kassasiya şikayəti poçt vasitəsi ilə verilə bilmədiyindən prosessual müddət iddiaçının kassasiya şikayətini poçt xidmətinə təqdim etdiyi 01 avqust 2022-ci il tarixindən hesablana bilməz. Kassasiya şikayətinin verildiyi tarix şikayətin elektron məhkəmə informasiya sisteminə yerləşdirildiyi 26 sentyabr 2022-ci il tarix hesab olunmalıdır ki, həmin tarix əsas götürüldükdə iddiaçının kassasiya şikayəti verməsi üçün nəzərdə tutulmuş 2 aylıq müddət ötürülmüş hesab edilir.
15. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmır.
16. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, apellyasiya məhkəməsinin 29 aprel 2022-ci il tarixli qətnaməsi poçt vasitəsi ilə iddiaçının ünvanına göndərilməklə, 06 iyun 2022-ci il tarixdə ona rəsmi verilmişdir.
17. İş materiallarından həmçinin müəyyən olunur ki, İddiaçı kassasiya şikayətini ilk dəfə 01 avqust 2022-ci il tarixdə poçt orqanına təqdim etmiş, şikayət 21 sentyabr 2022-ci il tarixdə apellyasiya məhkəməsinin dəftərxanasına daxil olmuşdur. Həmin kassasiya şikayəti prosessual hüquq normalarına uyğun tərtib edilməsə, o cümlədən vəkil tərəfindən tərtib edilib “Elektron Məhkəmə” İnformas iya Sisteminə yerləşdirməsə və dövlət rüsumu əlavə olunmasa da, şikayətlə bağlı apellyasiya məhkəməsi tərəfindən hər hansı prosessual qərarın qəbul edilməsi müəyyən edilmir.
18. Həmçinin iş materiallarına əsasən iddiaçının təkrar kassasiya şikayəti “Elektron Məhkəmə” İnformasiya Sisteminə 26 sentyabr 2022-ci il tarixdə yerləşdirilmişdir. Kassasiya şikayətinə ötürülmüş müddətin bərpa edilməsi barədə ərizə əlavə olunmuşdur.
19. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
20. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, işinin ədalətli araşdırılmasını, eləcə də hüquq və azadlıqları pozulduğu hal da məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu ehtiva edir. (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 iyul 2020-ci il tarixli Qərarı)
21. Konstitusiya Məhkəməsi Plenumunun bu hüquqla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsi ilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarla rından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu hüquq məhkəmə prosesinin bütün mərhələlərinə aid olmaqla, məhkəmə müdafiəsinin yalnız birinci instansiyada təmin olunmasını deyil, qanunla nəzərdə tutulmuş hallarda apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli və “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 2017-ci il 12 aprel tarixli Konstitusiya Məhkəməsinin Plenumunun Qərarları).
22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyy ətlərə məruz qala bilməsini yolverilən hesab etmişdir. Belə ki, X1rşı iş üzrə Qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəməyə əlçatanlıq hüququ mütləq deyil və dolayı şəkildə yol verilən məhdudiyyətlərə məruz qala bilər. Bu xüsusilə də şikayətin qəbuledilənlik şərtlərinə aiddir, çünki bu məsələ təbiət etibarı ilə, həmin sahədə müəyyən mülahizə sərbəstliyinə malik olan Dövlət tərəfindən tənzimlənmə tələb edir (Luordo İtaliyaya qarşı iş üzrə 2003-cü il 17 oktyabr tarixli Qərar).
23. Lakin məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü mad dəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 22 may tarixli Qərarı).
24. Qeyd olunan meyarları hazırki işə tətbiq etməklə məhkəmə kollegiyası razılaşır ki, iddiaçının ilkin verdiyi kassasiya şikayəti prosessual hüquq normalarına uyğun olmadan tərtib edildiyi, o cümlədən Mülki Prosessual Məcəllədə nəzərdə tutulmuş qaydada “Elektron İnformasiya” Məhkəmə Sistemi vasitəsi ilə verilmədiyi üçün qəbul edilən olmamışdır. Lakin eyni zamanda müəyyən olunur ki, iddiaçı həmin şikayəti verməklə, apellyasiya məhkəməsinin qətnaməsini müb ahisələndirmək niyyətində olduğunu bildirmişdir.
25. Həmçinin iş materiallarından müəyyən olunur ki, həmin kassasiya şikayəti məhkəməyə daxil olduqdan sonra geri qaytarılmamış, lakin qısa müddət ərzində, yəni 7 gün sonra 26 sentyabr 2022-ci il tarixdə yeni məzmunda və “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə təkrar kassasiya şikayəti verilmişdir.
26. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya məhkəməsinin qətnaməsini mübahisələndirməyə yönəldiyi hərəkətlərin qanunla müəyyən edilən prosessual müddət ərzində edilməsi onun bu müddətin üzrlü səbəbdən buraxılmasını şərtləndirilən amil kimi qiymətləndirilə bilər. Əks halda, iddiaçının kassasiya şikayəti vermək hüququnun məhdudlaşdırılması Konstitusiya Məhkəməsinin Plenumunun 22 may 2015-ci il tarixli qərarında qeyd etdi yi legitim məqsədlərə nail olunması, mütənasiblik meyarlarına cavab verə bilməz.
27. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və iş materialları müddətin bərpasına dair iddiaçının ərizəsinə qətnamədən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-403, 405-407-ci maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün iş həmin məhkəməyə göndərilməlidir.
28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 noyabr 2022-ci il tarixli, 2(103)-5/2022 nömrəli qərardadı l əğv edilsin və iş materialları həmin Məhkəmənin 29 aprel 2022-ci il tarixli, 2(103)-5/2022 nömrəli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair iddiaçının ərizəsinə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.