Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5000/2022 11.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X2 cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh7, Cavabdeh6 və Cavabdeh5 (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri 8 saylı Notariat Ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlak üzərində miras payının müəyyən edilməsi, vərəsəlik haqqında şəhadətnamənin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, iddiaçı X2 cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh7, Cavabdeh6 və Cavabdeh5 (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri 8 saylı Notariat Ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlak üzərində miras payının müəyyən edilməsi və vərəsəlik haqqında şəhadətnamənin verilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2850/2022 nömrəli, 1 iyun 2022-ci il tarixli qətnaməsindən iddiaçı X10 tərəfindən verilmiş kassasiya şikayətinə 11 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X14 4 noyabr 1999-cu il tarixində vəfat etmişdir.
2. X15 ilə X8 arasında 10 yanvar 2012-ci il tarixdə nikah bağlanmışdır.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X3 adına 12 iyul 2018-ci il tarixdə qeydiyyata alınmışdır.
4. X15 6 dekabr 2020-ci il tarixində vəfat etmişdir.
5. Bakı şəhəri 8 saylı Notariat Ofisinin 1565 nömrəli 18 iyun 2021-ci il tarixli məktubuna əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X9 miras qalmı ş əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair müraciət daxil olmuş və 127/2021 saylı vərəsəlik işi açılmışdır. Ərizədə vərəsələr arasında əmlak bölgüsü olduğunu qeyd etmiş və məhkəməyə müraciət etmək arzusunun olduğu qeyd edilmişdir. Məhkəməyə müraciət etmək arzusunu nəzərə alaraq bildirilmişdir ki, əmlak bölgüsü ilə əlaqədar mübahisəni məhkəmə qaydasında həll etdikdən sonra notariat ofisinə müraciət edə bilərsiniz. Həmçinin, bildirilmişdir ki, əmlak bölgüsü barədə mübahisə məhkəmə qaydasında həll edildikdən sonra vərəsəlik şəhadətnaməsi veriləcəkdir.
6. Cavabdeh6 və Cavabdeh5 miras əmlakın qəbul edilməsi ilə bağlı ərizə ilə 29 dekabr 2021-ci il tarixdə notariat ofisinə müraciət etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icr aat
7. İddiaçı X2 (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X15 tərəfindən ünvan 1 ünvanda yerləşən torpaq sahəsinin miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin mərhum həyat yoldaşına çatası tam payın tərəfindən qəbul edilməsinin müəyyən olunması, buna uyğun olaraq vərəsəlik haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, mərhum həyat yoldaşının “ölüm haqqında akt qeydinin olub-olmaması barədə” məlumat əldə etmək üçün ərizə ilə Qaradağ Rayon Qeydiyyat Şöbəs inə müraciət etsə də ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyinə görə ölümün qeydə alınması mümkün olmamışdır. Bu səbəbdən də həmin məsələ ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mərhum həyat yoldaşının ölüm faktının müəyyən edilməsi üçün tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət olunmuş və 2(002)-857/2021 nömrəli 12 mart 2021-ci il tarixli qətnaməsi ilə həyat yoldaşı X11 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra tərəfindən ölüm haqqında şəhadətnamə əldə edilmişdir. Belə ki, X15 ilə 1994-cü ildən ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin üzərində olan tikilidə yaşamışlar. Həmin torpaq sahəsi həyat yoldaşının anası X4 mülkiyyətində olmuşdur. Həyat yoldaşının a nası X14 4 noyabr 1999-cu il tarixdə vəfat etdikdən sonra onu övladlarından təkcə X15 həmin tarixdən orada yaşamaqla faktiki olaraq mərhum anasının əmlakına sahiblik etmiş, həmin miras əmlakı faktiki olaraq qəbul etmiş və onu idarə etməyə başlamışdır. Buna görə də, mərhum həyat yoldaşı X15 tərəfindən faktiki olaraq qəbul edilmiş, eyni zamanda 1994-cü il tarixdən birlikdə yaşadığları ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka dair mirasın qəbul edilməsi faktı müəyyən edilməli, və buna uyğun olaraq ona vərəsəlik haqqında şəhadətnamə verilməlidir. Hazırda Cavabdeh4 tərəfindən mübahisəli evə girişinə maneələr yaradılmışdır. Hətta razılığı olmadan mübahisəli evdə yerləşən ona məxsus və birgə nikah dövründə alınmış əşyalar Cavabdeh4 tərəfindən özgəninkiləşdirilmişdir. Faktiki olaraq cavabdehin q anunsuz hərəkətləri nəticəsində həyat yoldaşı ilə birgə mülkiyyətlərində olan əmlaklardan onun vərəsəsi kimi istifadə edə bilməmişdir. Həmin torpaq sahəsindən ümumiyyətlə cavabdehlərin hər hansı birinin əmlak payı olmamışdır. Sadəcə onlar miras əmlakı qəbul etməmişlər. Onlar onun tərəfindən mirasın qəbul edilməsini qəbul etməmişlər.
9. Cavabdeh6 ərizə ilə məhkəməyə müraciət edərək, onu mərhum Ağayev Şıxbabanın varisi kimi mövcud olan əmlaka pay sahibi qismində hüququnun təmin edilməsini xahiş etmişdir.
10. Cavabdeh5 ərizə ilə məhkəməyə müraciət edərək, onu mərhum Ağayev Şıxbabanın varisi kimi mövcud olan əmlaka pay sahibi qismində hüququnun təmin edilməsini xahiş etmişdir.
11. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh7, X12, Həlilə Dostəli qızının, Cavabdeh5 və Cavabdeh6 cavabd eh qismində işə cəlb edilmələrini xahiş etmiş və vəsatəti qismən təmin olunaraq Cavabdeh7, Cavabdeh5 və Cavabdeh6 cavabdeh qismində işə cəlb edilmişlər.
12. Cavabdeh4 iddia tələbini qəbul etməyərək, etirazını onunla əsaslandırmışdır ki, qeyd edilən əmlak onun nənəsinə məxsus olmuş, orada bütün vərəslərin payı olmuşdur. İddiaçıya atasından çatası əmlakın ona verdiklərini, həmin əmlakın iddiaçıya aidiyyətinin olmadığını bildirərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
13. Cavabdeh5 iddia tələbini qəbul etməyərək, etirazını onunla əsaslandırmışdır ki, həmin əmlakda ona və digər vərəslərə çatası payı olmuş, iddiaçının dediklərinin həqiqət olmadığını bildirərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
14. Cavabdeh6 iddia tələbinə etiraz edərək, eti razını onunla əsaslandırmışdır ki, qeyd edilən əmlakda onların da payı olmuş, həmin əmlakın iddiaçı tərəfindən faktiki əmlak kimi qəbul edilməsi halını qəbul etmədiklərini bildirərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
15. Cavabdeh3 onların 9 uşaq olduğunu, uşaqlardan birinin 1996-cı ildə anasından əvvəl vəfat etdiyini, digərlərinin sağ olmasını və hamısının da vərəsə olmasını bildirmişdir.
16. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(002)-176/2022 nömrəli iş üzrə 19 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakim Gülnar Əhmədova) iddia rədd edilmişdir.
17. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı X14 vəfat etdikdən sonra onun övladlarından yalnız mərhum hə yat yoldaşı X11 həmin əmlakda yaşadığını, həmin əmlaka faktiki sahiblik etdiyini, həmin əmlakı idarə etdiyini bildirsə də, həmin hallara dair başqa sözlə mirasın faktiki qəbul edilməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla da, mübahisə predmeti olan miras əmlakın X4 varisi qismində yalnız X15 tərəfindən faktiki qəbul edilməsi halını müəyyən etmək mümkün olmamışdır. Həmçinin, məhkəmə hesab etmişdir ki, qeyd edilən hal müəyyən edilmədən isə iddiaçının X11 varisi qismində həmin əmlakın faktiki qəbul edilməsi halının müəyyən edilməsi mümkün olmamışdır.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1134, 1145, 1146, 1157, 1159, 1160, 1243, 1246, 1274-cü maddələrinə, “Azərbaycan Respub likası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli, “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarlarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Məhkəm ə sorğusu əsasında əldə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinin 16 may 2022-ci il tarixli məktubuna əsasən ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. (iddiaçının tələbində, yəni miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və vərəsəlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı göstərdiyi ünvan).
21. Məhkəmə sorğusu əsasında əldə edilmiş ünvan 2mrəli 26 may 2022-ci il tarixli məktubuna əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X9 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair müraciət daxil olmuş və 127/2021 saylı vərəsəlik işi açılmışdır. Miras qoyanın vərəsələrindən miras qəbulu ilə bağlı oğlanları, qızları və arvadı m üraciət etmişlər. Lakin miras qalmış əmlakın hüquqmüəyyənedici sənədi olmadığı üçün vərəsələrə vərəsələk hüququ haqqında şəhadətnamə verilməmişdir.
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2850/2022 nömrəli mülki iş üzrə 1 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Şərafət Məmmədova və Rafael Eyvazov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
23. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının iddia tələbində irəli sürdüyü ünvanda yerləşən torpaq sahəsi qeydiyyatdan keçməmişdir. Bununla yana şı kollegiyanın qənaətinə görə hətta qəbul edilsə ki, iddiaçının tələbi (istəyi) iş materiallarına çıxarışın surəti əlavə edilmiş X5 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin faktiki qəbulu ilə bağlıdır, bu halda da iddiaçının tələbi əsassızdır. Belə ki, məhz iddiaçı iddia tələbinin əsası kimi istinad olunan halları, mübahisə predmeti olan əmlakın miras əmlak kimi X6 varisi qismində X15 tərəfindən faktiki qəbul edilməsi halını, daha sonra isə özünün X11 varisi qismində həmin əmlakın faktiki qəbul etməsi halını sübut etməli idi.
24. Məhkəmə kollegiyası əlavə olaraq qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya baxışı zamanı MPM-in 371 və 372.2-ci maddələrinin tələblərinə zidd olaraq təqdim olunmuş yeni sübutları qəbul etmir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı vəkil (həmçinin, nümayəndə) ilə birinci instansiya məhkəməsində iştirak etmiş və sonradan apellyasiya şikayətinə əlavə olunmuş və apellyasiya icraatı zamanı göndərilmiş ərizələr birinci instansiya məhkəməsinə təqdim edilməmiş və həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin mümkün olmadığı əsaslandırılmamışdır. Belə olan halda kollegiya qeyd olunan ərizə və müraciətləri sübut qismində qəbul etməmişdir.
25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1134, 1145, 1146, 1157, 1159, 1160, 1243, 1246, 1274-cü maddələrinə, “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Pr osessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
27. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum həyat yoldaşı anasının əmlakını tamamilə qəbul etmişdir. İddiaçı mərhum həyat yoldaşının övladları tərəfindən xx.xx.2021-ci il tarixdə zorla evdən çıxarılmışdır. Hətta buna görə səhhətində problem yaranmış və xəstəxanaya yerləşdirilmişdir. Bu nu iş materiallarında olan epikriz də təsdiq edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixədək mübahisəli evdə yaşamışdır. Bundan başqa mübahisəli evdə quraşdırılan sayğaclar mərhum Şıxbaba Ağayevin adına olmuşdur. Ümumiyyətlə miras əmlaka Şıxbaba Ağayev tərəfindən faktiki sahiblik edilmişdir. Buna görə də, iddiaçının mərhum həyat yoldaşı X11 faktiki olaraq sahibliyində və istifadəsində olan, eyni zamanda 1994-cü il tarixdən birlikdə yaşadığı ünvan 3 ünvan- ünvan 4bə vərəsə kimi mülkiyyət hüququ tanınmalı, və buna uyğun olaraq ona vərəsəlik haqqında şəhadətnamə verilməli idi. Lakin yuxarıda qeyd olunan xüsusat apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamışdır.
28. Kassator qeyd etmişdir ki, iddiaçının uzun müddətdir mərhum həyat yoldaşı ilə mübahisəli evdə yaşadığını, miras əm laka faktiki sahiblik etdiklərini iş materiallarında olan fotoşəkillər bir daha təsdiq etmişdir. Həmin fotoşəkillər müxtəlif vaxtlarda mübahisəli evdə çəkilmişdir. İddiaçı həyat yoldaşı ilə birlikdə 30 ilə yaxın mübahisəli evdə yaşamışdır. İddiaçı fotoşəkilləri və epikrizi yeni əldə etdiyi üçün onları özündən asılı olmayan səbələrdən sübut kimi Qaradağ Rayon Məhkəməsinə təqdim edə bilməmişdir. Buna görə də, apellyasiya instansiyası zamanı tərəfindən fotoşəkillərin və epikrizin sübut qismində təqdim olunması zərurəti yaranmışdır. Lakin məhkəmə tərəfimizdən təqdim olunmuş sübutların araşdırılmasından imtina etmişdir. Məhkəmə bu möqeyini iddiaçının birinci instansiya məhkəməsində vəkillə təmisil olunmağı ilə əsaslandırmışdır. Halbuki yuxarıda qeyd olunanlardan da göründüyü kimi iddiaçı mübahi səli evə gedə bilmədiyi üçün həmin fotoşəkilləri birinci instansiya məhkəməsinə təqdim etməmişdir. İddiaçının gedə bilmədiyi bir evdən sonradan fotoşəkil əldə etməsi məhkəmə tərəfindən üzürlü səbəb kimi nəzərə alınmalı idi. İddiaçının həyat yoldaşı ilə birlikdə mübahisəli miras əmlaka sahiblik etdiyinə onların qonşuları və dostları da şahid olmuşdur. Belə ki, iddiaçının qonşusu X13, ailəvi dostları X22 və X7, həyat yoldaşının bacısı Cavabdeh3 yazdığı ərizədən də göründüyü kimi İddiaçı həyat yoldaşı ilə birlikdə həmin evdə yaşadığı bir daha öz təsdiqini tapmışdır. İddiaçı uzun müddət Cavabdeh4 təhdidləri nəticəsində qonşuları və ailəvi dostları ilə əlaqə saxlaya bilməmişdir. İddiaçı qorxduğu üçün həmin şəxslərlə görüşə bilməmiş və onların müvafiq ərizələrinin sübut kimi iş materiallarına əl avə edilməsi mümkünsüz olmuşdur. Bütün bunlar sübutun təqdim edilməsinə dari vəsatətdə və apellyasiya şikayətində qeyd olunmuşdur. Lakin məhkəmə qətnamədə guya tərəfimizdən sübutların təqdim edilməsinin mümkünsüz olmasını əsaslandırmadığımızı qeyd etmişdir. Qeyd olunan hallar, yəni iddiaçının hədə-qorxulara məruz qaldığı üçün mübahisəli evə gedə bilməməsi, qonşularla əlaqə saxlaya bilməməsi ağlabatandır. Bütün bunlar nəzərə alınmalı və tərəfimizdən təqdim olunmuş sübutlar iş materiallarına əlavə edilməli idi. Məhkəmə hazırki mülki mübahisədə AR MPM-nin 372.2-ci maddəsinin şərtlərindən sui-istifadə edərək iddiaçının hüquqlarını məhdudlaşdırmışdır. Halbuki maddi və prosessual hüquq normasının tələbləri vətəndaşın hüquqlarının kobud şəkildə pozulması üçün istifadə edilməməlidir. Yuxarıda qeyd edilənlərə əsasən belə qənaətə gəlmək mümkündür ki, məhkəmə tərəfindən təqdim olunmamış sübutlar nəzərə alınmamış, AR MPM-in 372.2-ci maddəsindən öz mülahizəsinə əsasən sui-istifadə etmişdir. Qeyd edilənlərdən göründüyü kimi məhkəmə tərəfindən AR MPM-nin 380.1-ci maddəsinin tələbləri pozulmuş, sübutlar hərtərəfli və tam şəkildə təhlil edilməmişdir.
29. Kassator həmçinin qeyd etmişdir ki, Cavabdeh3 miras əmlaka qardaşı Şıxbaba Ağayevin faktiki sahiblik etdiyini məhkəmə iclası zamanı bildirsə də, bununla bağlı məlumat məhkəmələrin qətnamələrində öz əksini tapmamışdır. Cavabdeh3 izahatı natamam cümlə şəkilində birinci instansiya məhkəməsinin qətnaməsində qeyd olunmuşdur. Məhkəmə öz mövqeyini iddiaçının heç bir sübut təqdim etmədiyi ilə əsaslandırsa da, Cavabdeh3 izahatı iddianın təmin olun masında mühim əhəmiyyətə malik idi. Çünki Cavabdeh3 məhkəmə iclası zamanı miras əmlaka qardaşı X11 faktiki sahiblik etdiyini bildirmiş və iddia tələbini qəbul etmişdir. Bu barədə, yəni miras əmlaka qardaşı X1 etdiyini xx.xx.2022-ci il tarixdə apellyasiya instansiyası məhkəməsində keçirilən məhkəmə iclasında da bildirmişdir. Cavabdeh3 miras əmlaka X11 faktiki sahiblik etdiyinə dair apellyasiya instansiyasında verdiyi ifadəni yazılı şəkildə də təkrar apellyasiya istansiyası məhkəməsinə poçt vasitəsi ilə göndərmişdir. Lakin məhkəmə tərəfindən ümumiyyətlə Cavabdeh3 izahatına hüquqi qiymət verilməmiş, qətnamədə onun adı belə qeyd olunmamışdır.
30. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 88, 380, 386-cı madd ələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
32. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
33. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
34. Maddə 1145. Miras fıziki şəxsin ölümü və ya məhkəmə tərəfındən ölmüş elan edilməsi ilə açılır.
35. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fıziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
36. Maddə 1157. Əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir.
37. Maddə 1159.1.1. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar.
38. Maddə 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, m irasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.
39. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
40. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nə də ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
41. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Mira s açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
42. Maddə 1274. Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
49. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
51. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
52. Məhkəmə kolleg iyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
53. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
54. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçini n, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
55. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın rədd edilməsi barədə nəticəsi mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
56. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçı X10 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2850/2022 nömrəli, 1 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.