Məhkəmə qərarları › İş №2(102)-5001/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5001/2020

19.10.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5001/2020 19.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5001/20 (Açar sözlər:müqavilənin etibarsız hesab edilməsi, aldadılma) Bakı şəhəri, xx xxxxxxx 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı vəkili Vəkil, Cavabdeh1 ASC-nin vəkili Qarayev Qəhrəman Maşallah oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh1 ASC-yə və Cavabdeh2 qarşı “kredit üzrə faiz öhdəliklərinin ötür ülməsinə dair müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-749/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 19 oktyabr 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdehlər Cavabdeh1 ASC, Cavabdeh2 və İddiaçı arasında xx xxxx 2018-ci il tarixli üç tərəfli müqavilə imzalanıb.

2. Müqaviləyə əsasən Cavabdeh2 Cavabdeh1 ASC ilə bağladığı 14040885723/1089 saylı xx xxxxx 2008-ci il tarixli kredit müqaviləsi üzrə Kreditor qarşısında həmin kredit müqaviləsindən irəli gələn 294944 manat faiz öhdəliyi qismən, yəni 150000 manat məbləğində üçüncü şəxsə, yəni İddiaçı keçib. a) Birinci instansiya məhkəməsində i craat

3. İddiaçı cavabdehlər Cavabdeh1 ASC, Cavabdeh2 qarşı iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ASC, Cavabdeh2, İddiaçı arasında bağlanmış “kredit üzrə faiz öhdəliklərinin ötürülməsinə dair” xx xxxx 2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 tanınmış iş adamıdır və uzun müddət cavabdehin iddiaçı ilə normal dostluq münasibətləri olmuşdur.

5. Sabunçu rayonu ərazisində yerləşən şadlıq sarayı Cavabdeh2 və sonuncunun tanışının şərikli mülkiyyətində olmuşdur.

6. Tanışı şadlıq sarayında olan payını satmaq istədiyindən, Cavabdeh2 şərikinin payını alıb şadlıq sarayının tam sahibi olmaq istəmiş, lakin həmin hissəni almağa imkanı çatmadığından kredit götü rmək üçün Cavabdeh1 ASC-yə müraciət etmişdir.

7. Bankdan cavabdehə kredit verə bilməyəcəklərini, amma başqa bir tanışı olarsa onun adına kredit verə biləcəklərini bildirmişlər.

8. Cavabdeh2 hazırki iş üzrə iddiaçının adına Cavabdeh1 ASC-dən kredit götürülməsinə razılıq verilməsini xahiş etmiş və heç bir narahatçılıq keçirməməsini, bankla danışaraq razılıq əldə etdiyini və krediti qrafik üzrə vaxtlı-vaxtında ödəyəcəyini bildirmişdir.

9. İddiaçı Cavabdeh2la uzun müddət dostluq etdiyini nəzərə alaraq sonuncunu xahişi ilə razılaşmış və onunla Cavabdeh1 ASC-yə getmişdir.

10. Cavabdeh1 ASC-də iddiaçının anket məlumatları götürülmüş və qısa müddət ərzində ona cavab veriləcəyi bildirilmişdir.

11. Bir müddət sonra cavabdeh iddiaçıya bankın rəhbərliyinin ona kredit verməsinə razılıq verdiyini, lakin bunun üçün girov əmlakın qoyulmasına ehtiyac yarandığını bildirmişdir.

12. İddiaçı cavabdehin dediklərinə etiraz etməyərək girov əmlak qoya biləcəyini qeyd etmiş və Cavabdeh1 ASC-də bir neçə sənəd imzalamışdır.

13. Eyni zamanda iddiaçıya bildirilmişdir ki, kredit verilməsi üçün formal olaraq Cavabdeh2 kredit borcunun bir hissəsinin iddiaçı tərəfindən ödənilməsinə öhdəlik götürməsi üçün müqavilə bağlamalıdır.

14. Bankın əməkdaşları və Cavabdeh2 iddiaçıya bu müqavilənin formal bağlandığını bildirmişlər.

15. Bir müddət sonra Cavabdeh2 iddiaçıya müraciət edərək kreditin verilməsindən imtina olunduğunu, kredit verilmədiyinə görə onun borcunun bir hissəsinin ödənilməsi ilə bağlı bağlanmış müqaviləyə də xitam verildiyini qeyd etmişdir. 16. 2019-cu il mart ayında Cavabdeh1 ASC iddia ərizəsi ilə Binəqədi rayon Məhkəməsinə müraciət edərək iddiaçıdan 150.000 manat məbləğində borcun və 30 manat məbləğində rüsumun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Bundan sonra iddiaçıya məlum olmuşdur ki, Cavabdeh1 ASC və Cavabdeh2 onu aldadıb, xx xxxx 2018-ci il tarixli müqaviləni imzalatdırıblar.

18. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 337, 339.2 və 339-cü maddələrinə istinad edib.

19. Cavabdeh1 ASC-nin nümayəndəsi iddiaya yazılı etirazında göstərib ki, Bankın hazırki iş üzrə iddiaçıya qarşı xx xxxx 2018-ci il tarixli müqavilədən irəli gələn faiz öhdəliyinin yerinə yetirilməsi və 150000 manat pulun tutulması barədə iddiası olub və Binəqədi rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilib.

20. Bankın qeyd edilən iddiası üzrə işə baxılarkən İddiaçı qarşılıqlı iddia verib, xx xxxx 2018-ci il tarixli müqavilənin ləğvini xahiş etsə də, aldadılmasına istinad etməmişdir. 21. “Kredit üzrə faiz öhdəliklərinin ötürülməsinə dair” xx xxxx 2018-ci il tarixli müqavilə tərəflərin iradə ifadəsinə uyğun bağlanıb. Həmçinin qeyd edilən müqavilənin etibarsızlığı barədə iddiaya Binəqədi rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə artıq qiymət verilib.

22. Cavabdeh2 birinci instansiya məhkəməsində iddianı qismən qəbul etdiyini, iddiaçının və özünün Bank tərəfindən aldadıldığını, kredit borcu üzrə öhdəliklərini şəxsən özünün icra edəcəyini bildirmişdir.

23. Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 2(009)-1381/2019 nömrəli, 12.06. 2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim Ülviyyə Şükürova)

24. Mə hkəmə toplanmış sübutlara əsasən müəyyən etmişdir ki, tərəflər müqavilə azadlığı prinsipi çərçivəsində hərəkət edərək, yazılı formada kredit üzrə faiz öhdəliklərinin ötürülməsinə dair xx xxxx 2018-ci il tarixdə müqavilə bağlamışlar. İddiaçı bu müqaviləni imzalamaqla borclu Cavabdeh2 140408-8xx-xx/1089 saylı xx xxxxx 2008-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 150.000 manat məbləğdə olan və ona ötürülmüş faiz öhdəliyini kreditor qarşısında icra etməyi öhdəsinə götürmüşdür.

25. Müəyyən edilmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2 tərəfindən aldadılaraq xx xxxx 2018-ci il tarixli müqaviləni imzaladığına istinad etsə də, məhz bu halları təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.

26. Məhkəmə qeyd etmişdir ki, iddiaçı istinad etdiyi etibarsızlıq şərtini fo rmal mülahizələrlə əsaslandırmış, konkret dəlillərlə sübuta yetirə bilməmişdir. Halbuki, istinad etdiyi halları sübut etmək iddiaçının borcudur.

27. Məhkəmə hesab etmişdir ki, iddiaçı müqavilədə öz iradəsini ifadə etmişdir və bu iradənin aldadılma səbəbilə zədələnmiş olması sübuta yetirilməmişdir. 28 Məhkəmə iddia tələbini rədd edərkən Binəqədi rayon Məhkəməsinin 2(001)2350/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 ASC-nin İddiaçı qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbi çərçivəsində adı çəkilən müqavilənin də araşdırma predmeti olmasını və yekun nəticədə İddiaçı 150.000 manat məbləğində pul vəsaitinin tutularaq Cavabdeh1 ASC-yə ödənilməsinin qət edilməsini də nəzərə almışdır.

29. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 337, 339, 386.1, 389.1, 390-cı, Mül ki Prosessual Məcəllənin 77.1, 88, 217.4-cü maddələriilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

30. İddiaçı X1 və cavabdeh Cavabdeh2 ayrı-ayrılıqda apelyasiya şikayəti verib qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişlər.

31. İddiaçının apelyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, məhkəmə iddia tələbinin rədd edilməsi ilə bağlı qətnamədə İddiaçı aldadılmasını təsdiqləyən mötəbər sübutların məhkəməyə təqdim etmədiyini əsas gətirərək iddia tələbini rədd etmişdir. Halbuki iş materiallarında İddiaçı aldadılması ilə bağlı kifayət qədər mötəbər sübutlar vardır.

32. Cavabdehin apelyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, onlar kreditin veriləcəyini güman edərək belə bir əsası olmayan bir müqavilə bağlamağa razılıq vermişlər. Lakin daha sonra kreditin verilməsindən imtina olunmuş və bildirilmişdir ki, hazırki müqaviləyə ehtiyac qalmayıb.

33. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-749/2020 nömrəli, 14 yanvar 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1381/2019 saylı iş üzrə 12 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Vüqar Həsənov (sədrlik edən, məruzəçi), Şərafət Məmmədova və Xəyal Sarıyev)

34. Apelyasiya instansiyasının mövqeyinə görə qanunvericilikdə etibarsız əqdlər subyekt, iradə ifadəsinin sağlamlığı, forma və məzmun tələbləri və s. baxımdan təsnif edilməklə, müvafiq maddələrdə qruplaşdırılmışdır. Tərəfin iradəsi qüsurlu olan əqd bağlanarkən öz ündə daxili iradənin lazımi olmayan şəraitdə formalaşmasını və ya iradənin xaricə düzgün ifadə olunmamanı ehtiva edir. Bu baxımdan, hər hansı əqdin (o cümlədən öhdəliklərin ötürülməsinə dair müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (tam fəaliyyət qabiliyyətli və səlahiyyətli şəxslərin) iştirakı, onların sağlam (zədələnməmiş) iradəsinin mövcudluğu və bu iradənin doğru ifadə edilməsi zəruridir. Məhz göstərilən qaydalara əməl edilməklə bağlanmış əqd etibarlı sayılır.

35. Apelyasiya instansiyası şikayətin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçının öhdəliyin ötürülməsinə dair müqavilənin etibarsızlığı ilə bağlı aldadılmasına dair əsas kimi göstərdiyi hallar öz təsdiqini tapmadığından həmin dəlil əsaslı hesab edilə bilməz.

36. Apelyasiya instansiyası onu da vurğulamışdır ki, müqavilə iddiaçı tərəfindən imzalanmışdır və bu o deməkdir ki, müqavilənin məzmunu, əvvəlki müqavilənin tərəfləri, üzərinə götürmüş olduğu öhdəliyin həddi ona aydın olmuşdur. Müqavilə bağlanarkən tərəflər hər ikisi, o cümlədən iddiaçı müstəqil şəkildə iradəsini ifadə etmişdir. Həmin müqavilə bağlanarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin heç bir şərti pozulmamış, müqavilənin forma və məzmununa dair tələblərə riayət edilmişdir.

37. Apelyasiya instansiyası işin hallarına əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə və tətbiq etdiyi hüquq normalarını əsaslı saymışdır.

38. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əlavə olaraq Mülki Məcəllənin 324.1, 324.2, 329.1, 329.2 və331.1-ci maddələri, «Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası A li Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxx 2004-cü il tarixli qərarı ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

39. İddiaçı (Vəkil oğlu) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər.

40. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılaraq, müqavilə bağlanarkən İddiaçı aldadılmasına, qətnamənin maddi və prosessual hüquq normalarının pozuntusu ilə qəbul edilməsinə istinad edilmişdir. b ) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

41. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

42. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Vəkil kassassiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.

43. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 ASC-nin vəkili Qarayev Qəhrəman Maşallah oğlu kassasiya şikayətinə etraz edərək onun təmin edilməməsini xahiş etdi.

44. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, digər Cavabdeh2 məhkəmə iclasına gəlmədiyi və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat vermədiyi üçün məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtlər i pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.4 Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi digər tərəfin əqdi bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya b u Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə

390. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Hüququn tətbiqi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı «Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılma sına dair» Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxx 2004-cü il tarixli qərarı Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstə sna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edi lməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

45. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

46. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsi nin mövqeyi

47. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

48. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apelyasiya şikayətinin dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.

49. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

50. Belə ki, iddia tələbi müqavilənin etibarsızlığı barədədir. İşin apelyasiya instansiyası tərəfindən müə yyən edilən mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında “kredit üzrə faiz öhdəliklərinin ötürülməsinə dair” xx xxxx 2018-ci il tarixli kredit müqaviləsi var.

51. İşin iddiaçı tərəfindən mübahisələndirilən halı həmin müqavilənin onun həqiqi iradə ifadəsini əks etdirməməsi, müqavilənin aldadılmaqla bağlanmasıdır.

52. Apelyasiya məhkəməsi iş materiallarına əsasən müqavilənin tərəflərin iradə ifadəsinə zidd olması halını müəyyən etməmişdir.

53. Müqavilənin etibarsız sayılmasının əsasları və qaydası Mülki Məcəllənin 337354-cü maddələrində nəzərdə tutulmuşdur.

54. İddiaçının onunla cavabdehlər arasında bağlanmış müqavilənin etibarsızlığına dəlalət edən hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilməmiş, əksinə, müqavilənin tərəflərin iradə ifadəsi azadlığına söykənm əsi müəyyən edilmişdir.

55. Mülki Məcəllənin 324.1 və 324.2-ci maddələrinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

56. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbinin hüquqi əsası kimi istinad etdiyi Mülki Məcəllənin 339-cu maddəsi yalnız o hallarda tətbiq edilə bilər ki, müqavilə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış olsun.

57. İddiaçı müqavilə bağlanarkən aldadılmasına istinad etsə də, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin bu halları müəyyən edilməmişdir.

58. İddiaçının öhdəliyin ötürülməsinə dair müqavilənin etibarsızlığı ilə bağlı aldadılmasına dair əsas kimi göstərdiyi hallar öz təsdiqini tapmamış, o, bu halları sübut edə bilməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

59. Bu baxımdan apelyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə Mülki Məcəllənin yuxarda qeyd edilən normalarını düzgün tətbiq etmişdir.

60. Apelyasiya instansiyası məhkəməsi sübutları da Mülki Prosessual Məcəllənin 88 maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.

61. Apelyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozunt uları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır.

62. Kassasiya şikayətlərinin digər dəlilləri isə işin faktiki hallarının araşdırılması ilə əlaqəli dəlillərdir. Kassasiya icraatı çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

63. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

64. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-749/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar