Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5001/2022 01.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilkin, Cavabdeh İddiaçı və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: tikilin sökülməsi, sübuetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və X1 ibarət tərkibdə, İlk İddiaçı Cavabdeh qarşı qanunsuz tikilmiş su çəninin cavabdehin hesabına sökülməsi və açılmış qapının sökülüb tam bağlanması tələbinə dair ilk, Cavabdeh isə cavabdeh İddiaçı və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı hamam-tualet otaqlarının sanitar normalara uyğun evlərindən kənar məsafəyə köçürülməsi, həyətyanı çardağın cavabdehin hesabına sökülməsi və qanunsuz özəlləşdirilmiş torpaq sahəsinin mülkiyyət hüququnun ləğv olunması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 7 dekabr 2021-ci il tarixli, 2(103)382/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında 1 noyabr 2022-ci il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 14 yanvar 2017-ci il tarixli texniki pasportun surətinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində 1 yaşayış otağı, 1 yaşayış otağı, 1 yaşayış otağı, giriş, 1 yaşayış otağı, 1 mətbəx, 1 mət bəx, 1 yaşayış otağı, 1 açıq eyvan, 1 açıq eyvan, 1 hamam, 1 açıq eyvan, 1 yaşayış otağı, evinin həyətində qaraj, tövlə, hamam, İ sayla qeyd edilmiş hovuz, İİ sayla qeyd edilmiş ayaqyolu, İİİ sayla qeyd edilmiş ayaqyolu, İV sayla qeyd edilmiş hasar, V sayla qeyd edilmiş darvaza, Vİ sayla qeyd edilmiş qapı və Vİİ sayla qeyd edilmiş qapı tikililəri var. 2. ünvan 37 saylı ev xüsusi mülkiyyət hüququ üzrə 1/3 hissədə Cavabdeh, 1/3 hissədə X2, 1/3 hissədə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 110 nömrəli reyestr kitabının 10028 nömrəli vərəqində qeydiyyata alınmışdır. 3. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində 1 yaşayış otağı, 1 yaşayış otağı, 1 əsaslı qalereya, 1 yaşayış otağı, 1 yaşayış otağı, 1 əsaslı qalereya, 1 açıq eyvan, 2 yaşayış otağı, 2 yaşayış otağı, 2 yaşayış otağı, 2 yaşayış otağı, 2 əsaslı qalereya, 2 əsaslı qalereya, 2 açıq eyvan, 1 giriş mətbəx, 1 yaşayış otağı, evinin həyətində sanitar qovşağı, təsərrüfat otağı, qaraj, saray, İ sayla qeyd edilmiş hovuz, İİ sayla qeyd edilmiş hasar, İİİ sayla qeyd edilmiş qapı və İV sayla qeyd edilmiş metal darvaza var. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı “cavabdehin onun istifadəsində olan giriş-çıxış yoluna (dalana) qanunsuz açdığı qapının sökülüb tam bağlanması və həmin qapının qarşısındakı pilləkənin cavabdehin hesabına sökülməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz açılmış qapının cavabdehin hesabına sökülüb tam bağlanması, su çəninin giriş-çıxış yolundan götürülməsi, tullantıların giriş-çıxış yolundan cavabdeh tərəfindən təmizlənməsi və tullantıların giriş-çıxış yoluna tökülməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Sonradan ilk iddia üzrə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin onun “istifadəsində olan giriş çıxış yoluna (dalana) qanunsuz açdığı qapının sökülüb tam bağlanması və həmin qapının qarşısındakı pilləkənin cavabdehin hesabına sökülməsi” barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İlk iddia üzrə İddiaçı iddiasını onunla əsaslandımışdır ki, ünvan 3 ünvanının mülkiyyətçisidir. Qonşuluğunda yaşayan cavabdeh qeyri-qanuni olaraq tikinti-inşaat işləri aparmış, təhlükəsizlik qaydalarını kobud şəkildə pozaraq evinin giriş darvazasının tam önündə rahatlığını pozan, normal giriş-çıxış yolunun qarşısında onun heç bir razılığı olmadan əlavə qapı açmışdır. Cavabdehin öz evinə giriş-çıxış üçün ayrıca darvazası, həmçinin yoluna baxan qarajı vardır. Cavabdeh yeni açmış qapıdan onun həyətinə tullantılarını tökür. Bundan əlavə, evinin giriş darvazasının önündə cavabdeh su çəni inşa etmişdir. Həmin su çənindən axan su yolu yararsız hala salır. Xəzər rayon Polis İdarəsinə bununla bağlı müraciət etsə də ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir.
7. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “hamam-tualet otaqlarının sanitar normalara uyğun evlərindən kənar məsafəyə köçürülməsi, həyətyanı navesin cavabdehin hesabına sökülməsi və qanunsuz özəlləşdirilmiş torpaq sahəsinin mülkiyyət hüququnun ləğv olunması” tələbi barədə qarşılı qlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia üzrə iddiaçı 1986-cı ildə digər mülkiyyətçilərin razılıqları və xəbərləri olmadan xəlvəti qaydada özəlləşdirmiş olduğu 15 x 9 metr torpaq sahəsinin özəlləşdirilməsinin ləğv olunması, özəlləşdirilmiş torpaq sahəsinin üzərində qanunsuz olaraq naves qurğusunun cavabdehin hesabına sökülməsi, birgə mülkiyyətlərində olan yaşayış evinin divarına bitişik hamam-tualet otaqları və sözü gedən obyektlərin üzərində 2 tonluq su çəninin, çirkab suların yığılan anbarın müəyyən məsafəyə qədər sökülərək kənarlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Qarşılıqlı iddia üzrə iddiaçı iddiasını onunla əsaslandımışdır ki, cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçı mülkiyyətində olan evin sağ tərəfində yerləşən ümumi istifadələrində ol an, cəmi beş mülkiyyətçinin istifadəsində olmuş təxminən 15x9 metr torpaq sahəsini digər mülkiyyətçilərin razılıqları və xəbərləri olmadan dediyinə görə 1986cı ildə xəlvəti qaydada özəlləşdirmişdir. Bu barədə onlar məhkəmənin hazırlıq iclasında məlumatlandırılmışlar. Bundan başqa, özəlləşdirilmiş torpaq sahəsinin üzərində qanunsuz olaraq naves qurğusu quraşdırmışdır. Qurğu onun mülkünün birinci və ikinci mərtəbəsinin pəncərələrini işıq və havalanma imkanlarından məhrum edir. Cavabdeh birgə mülkiyyətlərində olan yaşayış evinin divarına bitişik hamam-tualet otaqları və sözü gedən obyektlərin üzərində 2 tonluq su çəni quraşdırmışdır. Çənin artıq suları mülklərinin zirzəmisinə axaraq rütubət və üfunət qoxusu əmələ gətirir. Qəsəbələrinin kanalizasiya sistemi olmadığından sanitar normalarına zid d quraşdırılmış tikililər ailəsinin və digər mülkiyyətçilərin sakinlərinin səhhətlərinə mənfi təsir edir. Cavabdeh özünün ilkin iddia ərizəsində qeyd edir ki, guya “mən ətraf mühiti zibilləyirəm”. Əslində o, şəxsi mülkiyyətində olan qarajında avtomaşınlarını özü, qardaşı və həm mülkiyyətçi olan XXX karbirator təmiri ilə məşğul olaraq ailəsinin maddi imkanlarını təmin edir. Qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh bütün bu işlərin görülməsinə süni maneə törədir.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 aprel 2019-cu il tarixli 6231 nömrəli rəyinə əsasən Cavabdeh tərəfindən açılmış qapı və qarşısında yerləşən pilləkən tikilisi onun adına verilmiş texniki pasportda öz əksini tapmamışdır. Lakin Cavabdeh məxsus iki mərtəbəli fərdi yaşayış evinin cavabdeh ist iqamətində olan hər mərtəbədə 3 pəncərə olmaqla, həmin pəncərələrin texniki pasportda öz əksini tapdığı müəyyən edilir.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 noyabr 2019-cu il tarixli 17046 nömrəli rəyi ilə müəyyən edilmişdir: 1) Cavabdeh yaşadığı evin qarşısında, 0,80 m ara məsafəsində İddiaçı tərəfindən öz torpaq sahəsinin hüdudları daxilində taxtadan lövhələr quraşdırılması ilə əlaqədar tikinti norma və qaydalarına hər hansı bir normativ sənəd nəzərdə tutulmamışdır. 2) ünvan 1 ünvana baxış keçirilən zaman, İddiaçı tərəfindən öz həyətyanı torpaq sahəsinin hüdudları daxilində inşa olunmuş talvar tikilisi tikinti normalarına uyğun inşa olunduğu müəyyən edilir. 3) İddiaçı tərəfindən 37 saylı ünvanda yerləşən tikililərə bitişik vəziyyətdə hamam-ayaq yolu tikilisini inşa etmədiyindən, çirkab suların axıdılması üçün quraşdırılmış anbar sərhəd hasardan 3,50 ara məsafəsində öz həyətyanı torpaq sahəsinin hüdudları daxilində inşa olunduğundan və iki tonluq su çənini həyətyanı torpaq sahəsinin daxilində inşa edilmiş tikilinin üzərində quraşdırıldığı nəzərə alınaraq sanitar normalara və qaydalara uyğun inşa olunduğu hesab edilir.
11. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 16 aprel 2019-cu il tarixli 6231 saylı rəyi ilə ilk iddia üzrə cavabdeh tərəfindən açılmış qapı və qarşısında yerləşən pilləkən tikilisinin onun adına verilmiş texniki pasportda öz əksini tapmadığı müəyyən edilmişdir.
12. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 3 fevral 2020-ci il tarixli, 2(003)-44/2020 nömrəli qətnaməsi ilə (hakim T.X.Əkbərov) ilk iddia təmin edilmiş, ilk iddia üzrə Cavabdeh İddiaçı istifadəsində olan giriş-çıxış yoluna (dalana) açdığı qapının sökülüb tam bağlanması və həmin qapının qarşısındakı pilləkənin cavabdehin hesabına sökülməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “hamam-tualet otaqlarının sanitar normalara uyğun evlərindən kənar məsafəyə köçürülməsi, həyətyanı navesin cavabdehin hesabına sökülməsi və qanunsuz özəlləşdirilmiş torpaq sahəsinin mülkiyyət hüququnun ləğv olunması” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ilk iddia üzrə cavabdehin müvafiq sübutları təqdim edə bilməməsini, eləcə də xüsusi biliyi olan or qanın onun texniki pasportla nəzərdə tutulmayan tikinti apardığını müəyyən etdiyini nəzərə alaraq, nəzərdə tutulmayan yerdə aparılmış qapı və qarşısındakı pilləkən tikilisinin tikinti məqsədləri üçün ayrılmayan sahədə və buna lazımi icazələr almadan aparılmış tikinti olaraq özbaşına tikinti olduğu nəticəsinə gəlir.
14. Məhkəmə, eyni zamanda ilk iddia üzrə cavabdeh tərəfindən qapının ilk iddiaçının giriş-çıxış yolunun qarşısında açılmasını nəzərə alaraq, qapının və qarşısındakı pilləkənin evinə sərbəst gediş-gəlişində onun üçün maneçilik yaratdığına dair ilk iddiaçının bildirdiklərini inandırıcı sayır və ilk iddia üzrə cavabdeh tərəfindən açılmış qapının, qarşısındakı pilləkən tikilisinin ilk iddiaçının hüquqlarını və qanunla qorunan mənafelərini pozduğu nəticəsinə gəlir.
15. Məhkəmə maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab etmişdir ki, ilk iddia üzrə cavabdehin ilk iddiaçının giriş-çıxış yoluna (dalana) açdığı qapı və həmin qapının qarşısındakı pilləkən özbaşına tikinti olduğundan və ilk iddiaçının evinə sərbəst gediş-gəlişində onun üçün maneçilik yaratmaqla ilk iddiaçının hüquqlarını və qanunla qorunan mənafelərini pozduğundan, cavabdehin giriş-çıxış yoluna (dalana) açdığı qapı sökülüb tam bağlanmalı və həmin qapının qarşısındakı pilləkən cavabdehin hesabına sökülməli, ilk iddia tələbi təmin edilməlidir.
16. Məhkəmə qarşılıqlı iddia tələbi üzrə belə nəticəyə gəlmişdir ki, qarşılıqlı iddia üzrə cavabdehin özünə məxsus torpaq sahəsində şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri göz ləmək şərti ilə binalar və qurğular ucaltmaq, onları yenidən qurmaq və ya uçurmaq, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə vermək hüququ olduğundan, eləcədə onun apardığı tikintinin qarşılıqlı iddiaçının hüquqlarını və qanunla qorunan mənafelərini pozması halı təsdiq edilmədiyindən, qarşılıqlı iddiaçı torpaq sahəsinin özəlləşdirilməsinin ləğv olunmasını tələb etmək üçün subyektiv hüquqa malik olmadığından qarşılıqlı iddia tələbi təmin edilə bilməz.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1,180.1, 180.4, 240.1-ci və Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 107, 115, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
18. İlk iddia üzrə Cavabdeh apellyasiya şikayəti verərək, qətnamə nin ləğv edilməsini xahiş etmişdir.
19. Apellyasiya baxışı zamanı məhkəmə mühəndis-texniki ekspertizası keçirilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 oktyabr 2021-ci il tarixli, 10/2643 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, “...Cavabdeh məxsus ünvan saylı evin birinci mərtəbəsində olan pəncələlərin 20 sm qarşısında İddiaçı tərəfindən quraşdırılmış taxtadan lövhələr pəncərədən normal şərtlərlə təyinatına uyğun istifadə edilməsinə maneçilik törətmir; Cavabdeh məxsus ünvan saylı evin birinci mərtəbəsində olan qapı və tikilmiş pilləkən açıldığı ümumi istifadədə olan dalan yoldan normal şərtlərlə təyinatına uyğun istifadə edilməsinə maneçilik törətmir”.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 7 dekabr 2021-ci il tarixli, 2(103)-382 /2021 nömrəli qətnaməsi ilə (hakim E.Ə.Mehdiyevin sədrliyi və məruzəsi ilə, hakimlər N.Ş.Cəfərov və X.Ə.Sarıyevdan ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddia tələbinin təmin olunmuş hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, ilk iddia tələbinin təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
21. İş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasına istinad edərək, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Bundan əlavə, qarşılıqlı iddia tələbinin əsaslılığını sübut edən hər hansı mötəbər sübut təqdim edilməmişdir.
22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1,180.1, 180.4-cu, MPM-nin 14.2, 77.1, 217.4-cü və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
23. İlk iddia üzrə Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
24. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində Mülki Məcəllənin 180.1, 180.4-cu və MPM-nin 385.1.1, 385.1.2, 385.1.3, 385.1.4-cü maddələrini düzgün tətbiq etməmiş, proses sual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. İlk iddia üzrə İddiaçı kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 dekabr 2021-ci il tarixli, 2(103)382/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kassasiya baxışının hədləri
26. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli g ələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
27. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilk iddia üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Maddə 180.1 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
29. Maddə 180.2 Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
30. Maddə 180.4 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti ü zrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarı
31. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
34. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 217.4 Məh kəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
37. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüq uq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
40. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
41. Apellyasiya məhkəməsi ekspertiza keçirməklə müəyyən etmişdir ki, Cavabdeh məxsus ünvan saylı evin birinci mərtəbəsində olan pəncələlərin 20 sm qarşısında İddiaçı tərəfindən quraşdırılmış taxtadan lövhələr pəncərədən normal şərtlərlə təyinatına uyğun istifadə edilməsinə maneçilik tö rətmir, Cavabdeh məxsus ünvan saylı evin birinci mərtəbəsində olan qapı və tikilmiş pilləkən açıldığı ümumi istifadədə olan dalan yoldan normal şərtlərlə təyinatına uyğun istifadə edilməsinə maneçilik törətmir.
42. Ona görə apellyasiya məhkəməsi ilk iddia tələbinin təmin olunmuş hissəsində qətnaməni ləğv edərək həmin hissədə də iddianı rədd etmişdir.
43. Cavabdeh yenə qətnamə ilə razılaşmır və qarşılıqlı iddianın təmin olunmasını tələb edir. Qarşılıqlı iddia isə 1986-cı ildə digər mülkiyyətçilərin razılıqları və xəbərləri olmadan xəlvəti qaydada özəlləşdirmiş 15 x 9 metr torpaq sahəsinin özəlləşdirilməsinin ləğv olunması, özəlləşdirilmiş torpaq sahəsinin üzərində qanunsuz olaraq naves qurğusunun cavabdehin hesabına sökülməsi, birgə mülkiyyətlərində olan yaşayış evinin divarına bitişik ha mam-tualet otaqları və sözü gedən obyektlərin üzərində 2 tonluq su çəninin, çirkab suları yığılan anbarın müəyyən məsafəyə qədər sökülərək kənarlaşdırılması barədədir.
44. Qeyd olunan məsələlərə dair də müvafiq ekspertizalar keçirilmişdir. Ekspert rəyləri ilə müəyyən edilmişdir ki, Cavabdeh yaşadığı evin qarşısında, 0,80 m ara məsafəsində İddiaçı tərəfindən öz torpaq sahəsinin hüdudları daxilində taxtadan lövhələr quraşdırılması ilə əlaqədar tikinti norma və qaydalarına hər hansı bir normativ sənəd nəzərdə tutulmamışdır. ünvan 4 ünvana baxış keçirilən zaman, İddiaçı tərəfindən öz həyətyanı torpaq sahəsinin hüdudları daxilində inşa olunmuş talvar tikilisi tikinti normalarına uyğun inşa olunduğu müəyyən edilir. İddiaçı tərəfindən 37 saylı ünvanda yerləşən tikililərə bitişik vəziyyətdə hamam- ayaqyolu tikilisini inşa etmədiyindən, çirkab suların axıdılması üçün quraşdırılmış anbar sərhəd hasardan 3,50 ara məsafəsində öz həyətyanı torpaq sahəsinin hüdudları daxilində inşa olunduğundan və iki tonluq su çənini həyətyanı torpaq sahəsinin daxilində inşa edilmiş tikilinin üzərində quraşdırıldığı nəzərə alınaraq sanitar normalara və qaydalara uyğun inşa olunduğu hesab edilir.
45. Göründüyü kimi tikinti-texniki sahəsində xüsusi biliyi olan mütəxəssis rəyləri ilə müəyyən edilmişdir ki, iddiaçının inşa etmiş olduğu tikililər onun öz ərazisində inşa edilmiş və cavabdehin hüquqlarını pozmur. Cavabdeh bunun əksini təsdiq edə biləcək sübutlar təqdim edə bilməmişdir.
46. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 47. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
49. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 7 dekabr 2021-ci il tarixli, 2(103)-382/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qətidir, qəbul edildiyi andan qanuni qüvvəsini alır.