Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5004/2019 19.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vəfaddin Ələm oğlu İbayev və Gündüz Ağababa oğlu Quliyev ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, cavabdeh1 və vəkili2 iştirakı ilə, İddiaçı və vəkil1 Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-94/2019 nömrəli iş üzrə 25 fevral 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Nəsimi Rayon Məhkəməsinin (hakim Ş.Z.Abdullayev) 2(006)-4431/2017 nömrəli, 02 iyun 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabde h1 və Bakı şəhər 54 saylı notariat kontoruna qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməsi, Bakı şəhər 54 saylı notariat kontorunda 20.12.2016-cı il tarixli, 3M-491 №-li reyestr üzrə təsdiq edilmiş, cavabdeh1 ilə iddiaçı arasında bağlanmış 92.000 ABŞ dolları məbləğində borcun etirafı haqqında müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakim E.C.Kazımov (sədrlik edən və məruzəçi), T.S.Səmədov və R.Ə.Eyvazov) 2(103)-8428/2017 nömrəli, 20 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-4431/2017 nömrəli, 02 iyun 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması, iddiaçı cavabdeh1 və Bakı şəhər 54 sayl ı notariat kontoruna qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 15 manatın iddiaçıdan alınaraq cavabdeh1 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın (hakimlər A.Ə.İsgəndərov (sədrlik edən və məruzəçi), Ə.A.Əhmədov və İ.K.Dəmirov) 2(102)-2047/2018 nömrəli iş üzrə 16 mart 2018-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)8428/2017 nömrəli iş üzrə 20 oktyabr 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin (hakimlər F.Ş.Talışinski (sədrlik edən və məruzəçi), M. N.Tağızadə və S.F.Hacıyev) 2(103)-5523/2018 nömrəli, 04 iyun 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4431/2017 nömrəli, 02 iyun 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması, iddiaçı cavabdeh1 və Bakı şəhər 54 saylı notariat kontoruna qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın (hakimlər Ə.G.Nurməmmədov (sədrlik edən və məruzəçi), M.T.Əhmədova və Ə.M.Rüstəmov) 2(103)-7663/2018 nömrəli, 26 noyabr 2018-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)5523/2018 nömrəli iş üzrə 04 iyun 2018-ci il tarixli q ətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakim V.N.Sadıqov (sədrlik edən və məruzəçi), A.Q.Hüseynov və A.N.İmanov) 2(103)-94/2019 nömrəli, 25 fevral 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4431/2017 saylı iş üzrə 02 iyun 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması, iddiaçı cavabdeh1 və Bakı şəhər 54 saylı notariat kontoruna qarşı 20.12.2016-cı il tarixli «Borcun etirafı müqaviləsi»nin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin olunmaması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdeh1 və Bakı şəhər 54 saylı notariat kontoruna qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 16.10.2016-cı il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müstəntiqi Moşu Paşayev zəng edərək onu həmin idarəyə dəvət etmiş, o da çağrış əsasında məsələni aydınlaşdırmaq üçün həmin idarəyə getmişdir. Həmin gün müstəntiq X2 şikayəti əsasında guya sonuncuya pul borclu olduğunu bildirərək, onu qanunsuz olaraq 2 gün saxlamaqla, orada fıziki və psixi təzyiqlər göstərməklə işgəncələrə məruz qoymuş, daha sonra vəziyyətinin ağırlaşdığını görərək oradan buraxmışdır. Bundan sonra dəfələrlə onu həmin idarəyə çağırmış, psixoloji təzyiqlər göstərərək Əflatun Məmmədova pul verməyini tələb etmiş, əks halda onu həbs edəcə yi ilə hədələmişdir. Bu təzyiqlərə görə dəfələrlə Daxili İşlər Nazirinə, Milli Məclisin Tovuz rayonundan olan millət vəkili Ülviyyə Ağayevaya rəsmi müraciətlər etmiş, başına gələn qanunsuz hadisələr barədə məlumat vermişdir. Buna baxmayaraq, 10.12.2016-cı il tarixdə saat 10:00 radələrində müstəntiq Moşu Paşayevin çağrışı əsasında yenidən həmin İdarəyə getmiş, həmin vaxtdan müstəntiq Moşu Paşayev tərəfindən qanunsuz olaraq İdarədə saxlanılmaqla, psixi, fiziki təzyiqlərə məruz qalmaqla 7 gün işgəncələr altında saxlanılmışdır. Həmçinin müstəntiq tərəfindən onun ölkədən getmək hüququ da 4 ay məhdudlaşdırılmışdır. Moşu Paşayev aşkar şəkildə (11-in göstərişidir deyərək) göstərişin Azərbaycan Respublikasi Daxili İşlər Nazirinin müavini Vilayət Eyvazov tərəfindən verildiyini bildirmişdir. Onun qan unsuz olaraq azadlıqdan məhrum edildiyini ailəsi 13.12.2016-cı il tarixdə bilmiş və 14 dekabr 2016-cı il tarixdə vəkillə müqavilə bağlamışlar. Bundan sonra hüquqlarının müdafiəsi ilə bağlı vəkili tərəfindən Prezidentin Administrasiyasının Hüquq mühafızə orqanları ilə iş şöbəsinin müdirinə, Baş Prokurora, Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkilinə, Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin Azərbaycan Nümayəndəliyinə və digər orqanlara dəfələrlə onun qanunsuz olaraq azadlıqdan məhrum edilməsi ilə olaqədar müraciətlər edilmişdir. Bundan sonra müstəntiq öz otağında onu hazırkı iddia üzrə cavabdeh1la görüşdürmüş və X13 yaxın qohumu, yəni bacısı oğlu olduğunu bildirərək onunla notariusa gedib borc barədə müqavilə imzalamağını, əks təqdirdə onu həbs edəcəyni bildirmişdir. Bundan sonra 17.12.2016-cı il tarixdə müstəntiq onu sərbəst buraxmış və Əflatun Məmmədovun dediyi kimi müqavilə bağlamayacağı təqdirdə yenidən həbs olunacağıni bildlirmişdir. O, bir-iki gün sərbəst qaldıqdan sonra müstəntiq yenidən onu yanına çağırmışdır (belə ki, müstəntiq ilk vaxtdan onun ölkə xaricinə çıxışına qadağa qoymuş və şəxsiyyət vəsiqəsi ilə xarici pasportunu özündə saxlamışdır) və onu Əflatun Məmmədovun bacısı oğlu olan hazırki iş üzrə cavabdeh1la birlikdə sənəd imzalamağa göndərmişdir. Sonra onlar cavabdehlə birlikdə Bakı şəhərində bir neçə notariat kontoruna getmişlər, lakin heç bir notarius belə bir müqaviləni təsdiq etməmişdir. Sonunda, 20.12.2016-cı il tarixdə cavabdehlə birlikdə, sonuncunun tanışının işlədiyi 54 saylı Notariat kontoruna gedərək, orada zorakılıq və hədə qorxu nəticəsin də, məcburiyyət qarşısında qalaraq ailəsinin və özünün təhlükəsizliyi üçün sənədlərə imza etmişdir. Lakin, cavabdeh1la aralarında heç vaxt borc münasibəti mövcud olmamış və ondan hər hansı bir məbləğdə borc pul almamışdır. Hazırda da cavabdeh1 dayısı Rusiya Federasiyasından zəng edərək hədə qorxu gəlir və onu ailəsi ilə, həbs etdirəcəyi ilə təhdid edir. Bir daha bildirmək istəyir ki, həmin müqaviləni zorakılıq və hədə qorxu nəticəsində məcburiyyət qarşısında bağlamışdır. Odur ki, o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, cavabdeh1la aralarında ümumiyyətlə borc münasibətləri olmadığından, 20.12.2016-cı il tarixdə digər cavabdeh 54 saylı Notariat kontorunda bağlanmış borcun etirafı müqaviləsi formal olmaqla, həmçini n zorakılıq və hədə-qorxu nəticəsində məcburiyyətdən bağlanıldığından etibarsız hesab edilməlidir. Göstərilənlərə əsasən, iddiaçı, onunla cavabdeh1 arasında 54 saylı Notariat kontorunda bağlanmış 20.12.2016-cı il tarixli «Borcun etirafı müqaviləsi»nin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasının xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı və vəkili1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-94/2019 nömrəli iş üzrə 25 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və proses sual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına iddiaçının kassasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdeh1 vəkili2 kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı teleqram göndərərək, yas mərasimində iştirak etdiyi üçün Bakı şəhərindən kənarda olduğunu üçün məhkəmə iclasında iştirak edə bilməcəyini bildirib işin baxılmasını 20 gündən az olmayan tarixinə təxirə salmasını xahiş etsə də, həmin halı təsdiq edən heç bir sübut təqdim etmədiyindən, işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərini n üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatı dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-94/2019 nömrəli iş üzrə 25 fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilib, iş yeni apellyasiya baxışına göndərilməli, kassasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticələrdən görünür ki, təqdim olunmuş materialdan iddiaçı barəsində şikay ətlə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Əflatun Məmmədovun müraciət etdiyi müəyyən olunur. Lakin, materialdan iddiaçının müvəqqəti saxlama yerində saxlanılması və ona borcun etirafı haqqında müqavilə bağlamaq barədə təklif, təzyiq və s. olması müəyyən olunmur. Eləcə də iddiaçının ölkədən getmək hüququnun məhdudlaşdırılmadığı aydın olur. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi digər nəticələrdən görünür ki, aparılmış araşdırma nəticəsində 20.12.2016-cı il tarixli «Borcun etirafı müqaviləsi»nin zorakılığın və hədəqorxunun təsiri altında bağlanması müəyyən edilməmişdir. İddiaçının müqaviləni BMCMİ-nin əməkdaşlarının təziqi, həbsə alınması qorxusu altında onun barəsində tədbiq edilmiş fiziki və psixoloji məhrumiyyətlərin təs irindən (2 dəfə, 2 və 7 sutka saxlanılması, xaricə getməyə qadağa qoyulması, sənədlərin əlindən alınması və s.) bağlaması barədə dəlilləri təsdiqini tapmamışdır. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticələrdən həmçinin görünür ki, Əflatun Məmmədov Azərbaycanda olmaması səbəbindən özünə aid borcu da tələb etmək hüququnu Cavabdeh1 güzəşt etmişdir ki, bunun üçün də borclunun razılığı tələb olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticələrin maddi əsası kimi tərəflər arasında mülkihüquq münasiətlərinin əmələ gəldiyi vaxt qüvvədə olmuş Mülki Məcəllənin 194.1, 194.2, 194.4, 337.1, 339.4, 882.1, 882.2, 882.4, 882.5-ci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hall arına uyğun olmamaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmədiyi üçün qanuni və əsaslı sayıla bilməz. Belə ki, apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə müəyyən etmişdir ki, Bakı şəhər 54 saylı Notariat kontoru tərəfindən təsdiq edilmiş, cavabdeh1 ilə iddiaçı arasında bağlanılmış 20.12.2016-cı il tarixli borcun etirafı haqqında müqaviləyə əsasən iddiaçı cavabdeh1 92.000 ABŞ dolları məbləğində borcu olmasını etiraf etmişdir. Həmin borcun 20.000 ABŞ dollarını 2017-ci ilin yanvar ayından 2017-ci ilin fevral ayının sonunadək, 30.000 ABŞ dollarıın 2017-ci ilin mart ayının əvvəlindən 2017-ci ilin may ayının sonunadək, 42.000 ABŞ dollarını isə 2017-ci ilin iyun ayından başlayaraq hər ay 6.000 ABŞ dolları olmaqla 2017-ci ilin dekabr ayının sonunadək tam qayta rmağı öhdəsinə götürmüşdür. İddiaçı cavabdeh1 arasında 54 saylı Notariat kontorunda bağlanmış 20.12.2016-cı il tarixli «Borcun etirafı müqaviləsi»nin etibarsız hesab edilməsinə dair tələbinin əsası kimi cavabdeh1la aralarında ümumiyyətlə borc münasibətləri olmadığından, 20.12.2016-cı il tarixdə digər cavabdeh 54 saylı Notariat kontorunda bağlanmış borcun etirafı müqaviləsi formal olmaqla, həmçinin zorakılıq və hədə-qorxu nəticəsində məcburiyyətdən bağlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsi əvvəkl kassasiya instansiyası məhkəmələrinin qərarlarında şərh edilmiş göstərişlərə istinadən araşdırması nəticəsində müəyyən etmişdir ki, iddiaçının özünün izahatına əsasən həqiqətən onunla Əflatun Məmmədov, habelə Cavabdeh1 arasında borc münasibətləri olmuş, o, Cavabdeh1 aldığı 20.000 ABŞ dollarını özündə saxlayıb istifadə etmişdir (həmin pulun sonradan Cavabdeh1 yaxud Əflatun Məmmədova qaytarılıb-qaytarılmamasından, habelə iddiaçı həmin puldan istifadə etdiyi üçün qazanc (faiz) ödəyib-ödəməməsindən asılı olmayaraq). İddiaçı izahatında aydın şəkildə həm Əflatun Məmmədovdan, həm də cavabdeh1 işlədib qazanc verməsi üçün müəyyən məbləğdə pul götürməsi, sonuncuya Bakı şəhərində yaşayan oğlunun vasitəsilə 1 il 6 ay ərzində, ilk üç ay 1.500 ABŞ dolları, sonrakı aylarda isə 1.200 ABŞ dolları məbləğində qazanc verməsi, hətta cavabdeh1 onun oğlundan birdəfəyə 10.000 ABŞ dolları məbləğində pul götürməsi, cavabdeh1 üç ay 1.500 ABŞ dolları ödədikdən sonra həmin məbləğin çox olması səbəbindən Əflatun Məmmədova müraciət etməsi, sonuncunun da cavabdeh1la danışaraq, aylıq ödənişləri 1.200 ABŞ dollarına endirməyi xahiş etməsi barədə göstərdikləri həqiqətən də onun həm də cavabdeh1la pul (borc) münasibətlərində olduğuna dəlalət edir. Həmçinin, İddiaçı Əflatun Məmmədovla avtomobillərini dəyişdirmələri nəticəsində sonuncuya borclu qaldığını, lakin sonradan həmin borcunu da ödədiyini etiraf etmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X6 göstərmişdir ki, İddiaçı Moskva şəhərinə onun yanına gəlmiş və orada onların yaxşı münasibətləri yaranmışdır. O, bizneslə məşğul olduğundan, Natiq də Moskvada qalıb işləmək fikrinə düşmüşdür. O, Natiqə hərtərəfli himayədarlıq etmiş, hətta onun yanında, onunla bir mənzildə yaşamış, münasibətləri daha da istiləşmişdir. 2013-cü ilin iyun ayının əvvəllərində Natiq ona Bakı şəhərində ev almaq istədiyini bildirib, ondan b orc istəmişdir. Həmin ərəfədə o, özünə kreditlə «Mazda 6» markalı avtomobil almışdır, ona görə də «Mercedes Benz S klass» markalı ikinci avtomobilini 05.06.2013-cü il tarixli mülki etibarnamə ilə 50.000 ABŞ dolları dəyərində razılaşaraq Natiqə vermişdir. Əlavə olaraq, özü 22.000 ABŞ dolları və Bakı şəhərində bacısı oğlu Araz 20.000 ABŞ dolları məbləğində nağd pul vermişlər. Razilaşmaya görə, Natiq aldığı, yəni cəmi 92.000 ABŞ dolları məbləğində pulu 2013-cü ilin sonuna kimi qaytarmağı öhdəsinə götürmüş, lakin bir daha Moskva şəhərinə qayıtmamış və onlardan gizlənmişdir. Sonradan onlara məlum olmuşdur ki, Natiq Çinə və Gürcüstana gedib-gəlir, zəng vurduqda isə üzürhaqlıq edərək qısa müddətdə borcunu qaytaracağını bildirmiş, lakin sonradan telefon nömrələrini dəyişmiş, qohumlarına etdikləri müraciətlər də heç bir nəticə verməmişdir. Buna görə də Natiqdən müxtəlif orqanlara, o cümlədən DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etmiş və yalnız bu şikayətdən sonra Natiq ona zəng vuraraq, bu hərəkətinə görə ona iradını bildirmiş və borcunu imkanı olan kimi qaytaracağını demişdir. O, Natiqə inanmadığı üçün notariat qaydada 92.000 ABŞ dolları məbləğində borcu olması barədə bacısı oğlu Arazla borc və ya borcun etirafı barədə müqavilə bağlamağı təklif etmiş, Natiq də onun təklifi ilə razılaşaraq, 20.12.2016-cı il tarixdə Arazla 54 saylı Notariat kontoruna gedərək, hazırda mübahisəsi gedən borcun etirafı barədə müqaviləni bağlamış, o da həmin müqaviləyə arxayın olaraq, Natiqdən şikayətçi olmaması barədə ərizə göndərmişdir. Lakin 2017-ci ilin may ayında Araz ona zəng vuraraq Natiqin Nəsimi Rayon Məhkəməsində müqavilənin etibarsız sayılması barədə iddia qaldırdığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X10 göstərdi ki, İddiaçı onun qardaşıdır və sonuncu 2016-cı il dekabrın 10-da evdən çıxıb, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gedib gecə evə qayıtmadığı üçün, səhərisi gün bacısı Aybənizlə birlikdə həmin idarəyə getmiş və qardaşının həqiqətən orada saxlanıldığını öyrənmişlər. Həmin gün onlar müstəntiqin qəbuluna düşmək istəsələr də buna nail ola bilməmiş, lakin 2-3 gündən sonra Moşu adlı müstəntiq onu və bacısını qəbul etmiş və sonuncunun məlumatından aydın olmuşdur ki, Natiq Əflatunun şikayəti əsasında saxlanılmışdır. Bacısı ilə o, Natiqlə görüşmək istəsələr də, görüşə icazə verilməmiş, laki n dərman almağı tapşırmışlar. Həmin vaxt idarənin həyətində onları gözləyən əri Süleyman dərman alıb vermiş, sonradan Natiqə isti paltar də gətirib vermişlər. İdarədə olduqları vaxt idarənin həyətində Əflatunun bacısı oğlu Arazı da görmüşlər. Natiqi 7 gün saxladıqdan sonra dekabrın 17-də buraxmışlar. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X3 da eyni məzmunlu ifadə verib, şahid – arvadı X5 göstərdiklərini təsdiq etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi göstərilən nəticələrə gələrkən Cavabdeh1la aralarında ümumiyyətlə borc münasibətlərinin olmamasını, belə bir münasibətlərin dayısı Əflatum Məmmədovla olmasını, məhz sonuncunun da təklifi ilə də 20.12.2016-cı il tarixdə Arazla 54 saylı Notariat kontoruna gedərək, hazırda mübahisəsi gedən borcun etirafı barədə müqaviləni bağlamasını göstərməsinə hüquqi qiymət verməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsas lanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.3-cü maddəsinə əsasən, bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. Həmin Məcəllənin 882.4-cü maddəsinə əsasən, bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən, əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında hər hansı borc münasibətləri və əqddən irəli gələn öhdəliklərin olmadığına dair birinci inst ansiya məhkəməsinin qənaəti ilə razılaşmayaraq bu halların qanunda nəzərdə tutulan hər hansı bir sübutla təsdiq edilməməsi nəticəsinə gələrkən ona istinad etmişdir ki, bu barədə yalnız iddiaçı tərəfin izahatı mövcud olmuşdur və bu da iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir ki, belə bir sübutları da iddiaçı məhkəməyə təqdim etməmiş, eləcə də istinad etdiyi halları nə birinci instansiya məhkəməsində, nə də apellyasiya baxışı zamanı sübuta yetirəcək mötəbər dəlillər gətirə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işin araşdırılmış halları ilə Cavabdeh1 İddiaçı müqavilədə göstərilən məbləğdə borc verməsi faktının olmaması işin mübahisəsiz halları olduğu halda apellyasiya instansiyası məhkəməsinin yuxarıda sadalanan hüquq normalarına əsasən iddiaçı nın cavabdeh qarşısında borc münasibətləri ilə bağlı mülki məsuliyyət daşımasına dair nəticəsi qanuni və əsaslı sayıla bilməz. Belə ki, apellyasiya instansiyası məhkəməsi həqiqətən iddiaçı ilə Əflatun Məmmədov, habelə Cavabdeh1 arasında borc münasibətləri olması, onun Cavabdeh1 aldığı 20.000 ABŞ dollarını özündə saxlayıb istifadə etməsini (həmin pulun sonradan Cavabdeh1 yaxud Əflatun Məmmədova qaytarılıbqaytarılmamasından, habelə iddiaçının həmin puldan istifadə etdiyi üçün qazanc (faiz) ödəyibödəməməsindən asılı olmayaraq) göstərsə də, İddiaçı izahatında aydın şəkildə həm Əflatun Məmmədovdan, həm də Cavabdeh1 işlədib qazanc verməsi üçün müəyyən məbləğdə pul götürməsi, sonuncuya Bakı şəhərində yaşayan oğlunun vasitəsilə 1 il 6 ay ərzində, ilk üç ay 1.500 ABŞ dolları, sonrakı aylarda isə 1. 200 ABŞ dolları məbləğində qazanc verməsi, hətta Cavabdeh1 onun oğlundan birdəfəyə 10.000 ABŞ dolları məbləğində pul götürməsi, Cavabdeh1 üç ay 1.500 ABŞ dolları ödədikdən sonra həmin məbləğin çox olması səbəbindən Əflatun Məmmədova müraciət etməsi, sonuncunun da Cavabdeh1la danışaraq, aylıq ödənişləri 1.200 ABŞ dollarına endirməyini xahiş etməsi barədə göstərdiklərinə düzgün hüquqi qiymət verməyərək bu izahatının həqiqətən də onun həm də Cavabdeh1la pul (borc) münasibətlərində olduğuna dəlalət etməsi kimi qiymətləndirilməsi olmasına dair düzgün olmayan qənaətə gəlmişdir. Kollegiya daha sonra apellyasiya instansiyası məhkəməsinin tərəflər arasında hansı məbləğdə pul mübadiləsinin olmasına, habelə İddiaçı Əflatun Məmmədova və Cavabdeh1 borclu qalıb-qalmamasına, əgər borcludursa, borcun hans ı məbləğdə olmasına dair halların araşdırılmasının hazırki mübahisənin predmetini təşkil etmədiyi üçün qiymət vermək baxımından diqqət çəkmək niyyətində olmamasına dair qənaəti ilə bağlı qeyd edir ki, məhkəmənin özünün müəyyən etdiyi kimi, cavabdehin yaxud digər şəxslərin iddiaçıya qarşı borc yaxud pul tələbinə dair hər hansı tələbi (qarşılıqlı tələbi) olmamışdır. Belə olan halda iddia predmetinə aid olmayan məsələ olmasından asılı olmayaraq iddianın əsaslı olub-olmaması baxımından borcun etirafı haqqında müqavilə bağlanmazdan əvvəl tərəflər arasında hər hansı borc münasibətləri və əqddən irəli gələn öhdəliklərin olub-olmaması, cavabdeh tərəfindən iddiaçıya borca hər hansı pul və ya digər əvəz edilən əşya verilib-verilməməsi və belə bir müqavilə (şifahi və ya yazılı) bağlanması yaxud bağ lanmaması, eyni zamanda iddiaçının cavabdehə hər hansı əqd üzrə pul və ya digər əvəz edilən əşyanın verilməsi ilə bağlı öhdəliyin olub-olmaması hallarının yoxlanılması və həmin halların bu iş üzrə araşdırılmasının düzgün olmamamasına dair apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə kollegiya razılaşmır. Kollegiyanın qənaətinə əsasən qanunvericiliyin tələblərinə görə borcun etirafı haqqında müqavilənin əsasını mövcud borc təşkil etməlidir. Bu səbəbdən də borc münasibətlərinin olmaması öhdəliyin yaranmasına səbəb olmadığı kimi, mövcud borcun olmaması da borcun etirafı haqqında müqavilə üzrə hər hansı öhdəliyin yaranmasına səbəb ola bilməz. Borcun etirafı haqqında müqavilə bağlanmazdan əvvəl tərəflər arasında hər hansı borc münasibətləri və əqddən irəli gələn öhdəlikləri olmamışdır. Yən i, cavabdeh tərəfindən iddiaçıya müqavilədə əks edildiyi məbləğdə borca pul və ya digər əvəz edilən əşya verilməmiş və belə bir müqavilə (şifahi və ya yazılı) bağlanılmamışdır. Eyni zamanda iddiaçının cavabdehə hər hansı əqd üzrə pul və ya digər əvəz edilən əşyanın verilməsi ilə bağlı öhdəliyi olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, borcun verilməsi ilə bağlı münasibətlərin iddiaçı ilə cavabdeh arasında yaranmadığı müəyyən edildiyindən, tərəflər arasında bağlanmış müqavilə etibarlı əqd kimi qiymətləndirilməli olub-olmamasına apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməmişdir. Belə ki, Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşd irilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Göründüyü kimi, əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Normada qeyd edilən «pozmaqla bağlanılmış» ifadəsi əqdin etibarsızlığına əsas kimi götürülən istənilən halın əqd bağlanana qədər və ya əqd bağlanan zaman mövcud olmasını tələb edir. Etibarsız əqdlər, əsasən iki meyara görə təsnif edilir: əqdin elementinin qüsurlu olması meyarına görə; əqdin etibarsız sayılması üçün məhkəmə qərarının tələb edilməsi meyarına görə. Əqdin elementinin qüsurlu olması meyarına görə etibarsız əqdlərin də dörd növü fərqləndirilir: subyektiv tərkibi qüsurlu olan etibarsız əqdlər; iradəsi qüsurlu olan etibarsız əqdilər; forması qüsurlu olan etibarsız əqdlər; məzmunu qüsurlu olan etibarsız əqdlər. İradəsi qüsurlu olan əqdlər odur ki, bu əqdlər bağlanarkən daxili iradə lazımi olmayan şəraitdə formalaşır və ya bu iradə xaricən düzgün ifadə olunmur. Bu cür əqdlərin iki növü fərqləndirilir: daxili iradə olmadan bağlanan əqd; daxili iradəsi düzgün formalaşmayan əqdlər. Əqddə iradə və iradəni ifadə etmənin vəhdətinin pozulması isə əqd üzrə tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi ilə nəticələnməklə, bu əqd kimi həyata keçirilən hərəkətlər əqd üzrə tərəflər üçün hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilməz. Azərbaycan Respublikası MM-nin 324.1-ci maddəsinin tələbinə görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinin tələbinə görə müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi zəruridir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin (əqdin subyektin tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt, əqdin formasına aid edilən şərt.) pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nə zərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqazidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən, heç olmazsa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu çür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qanunun tələbinə görə, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməməsi, borcun etirafı ilə bağlı müqavilənin təsdiq edilməsi tərəfləri müqavilə bağlanana kimi baş vermiş bütün qeyri-müəyyənliklərdən azad etməsi, əks yanaşmanın bu institutun mahiyyətinə zidd olmasına dair qənaətinə qiymət verərək hesab edir ki, bu hüquqi mövqe yalnız əslində faktiki borcla bağlı aralarında münasibətlər yaranmış və sonradan bu borcun etirafı ilə bağlı həmin münasibətlərin tərəfləri olan bu şəxslərin könüllü iradə ifadəsi olduğu təqdirdə düzgün sayıla bilər. Hazırki iş üzrə isə apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin qərarından şərh edilmiş göstərişlər əsasında hazırki mübahisənin predmeti kimi X22 Əsədov arasında bağlanmış 20.12.2016-cı il tarixli “Borcun etirafı haqqında” müqavilənin zorakılığın və hədə qorxunun təsiri altında bağlanınılıb-bağlanılmamasını müəyyən edilməsi istiqamətində tam apaşdırma aparmamışdır. Belə ki, hazırki mübahisənin predmeti iddiaçı cavabdeh1, yaxud sonuncunun Moskva şəhərində yaşayan dayısı Əflatun Məmmədova borclu olub-olmaması sonuncunun verilən şikayətlər üzrə araşdırma zamanı verdiyi izahatların əsasında araşdırma aparmış orqanların cavab məktublarının məzmunundan tam aydın olur ki, X22 Əsədov arasında bağlanmış 20.12.2016-cı il tarixli “Borcun etirafı haqqında” müqavilənin məzmununu təşkil edən predmet faktiki olaraq həmin müqavilə tərəflərinə aid olmamışdır. İş materiallarında olan Baş Prokurorluq tərəfindən X7 ünvanlanmış 05.01.2017-ci il tarixli 05/2199116 saylı məktubda göstərilmişidr ki, hüquqlarını müdafıə etdiyi İddiaçı əsassız olaraq Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılması, saxlamlması, fıziki, psixi təsirlər göstərilməsinə dair Azərbaycan Respublikasın İnsan Hüquqları üzrə Müvəkkilinin Aparatından 28.12.201 6-cı il tarixdə Baş Prokurorluğa daxil olmuş müraciətə baxılmışdır. Daxili İşlər Nazirliyinin BMCMİ-nin istintaq şöbəsindən daxil olmuş arayışdan görünür ki, X2 İşlər Nazirliyinin rəhbərliyinə ünvanladığı müraciətində 2013-cü ildə tanışı İddiaçı ondan 120.000 ABŞ dolları borc pul aldığı, habelə aldığı avtomobilə görə 30.000 ABŞ dolları borc aldığı, ümumilikdə İddiaçı ona 150.000 ABŞ dolları pulu qaytarmadığını bildirmişdir. Rusiya Federasiyasının vətəndaşı Əflatun Məmmədov izahatında Moskva şəhərində tanış olduğu İddiaçı 2013-cü ildə 120.000 ABŞ dolları və 30.000 ABŞ dolları dəyərində avtomobil verdiyini, lakin sonuncunun ona 150.000 ABŞ dollarının qaytarmadığının bildirmişdir. Baş İdarəyə dəvət olunmuş İddiaçı Əflatun Məmmədovla Rusiya Federasiyasının Moskva şəhərində tanış olduğunu, komm ersiya fəaliyyəti ilə məşğul olması üçün ondan hissə-hissə olmaqla faizə 100.000 ABŞ dolları pul aldığını, həmin pul vəsaitini faizləri ilə birlikdə qaytardığını, hazırda Əflatun Məmmədova borcu olmadığmı bildirmişdir. Araşdırma zamanı İddiaçılə Əflatun Məmmədov arasında bağlanmış müqavilədə göstərilmişdir ki, İddiaçı Rusiya Federasiyasında faizə Əflatun Məmmədovdan 92.000 ABŞ dolları pul almış, həmin məbləğin faiz borcunu tam ödəmiş, hazırda əsas borcun 20.000 ABŞ dollarının fevral ayının sonunadək, 30.000 ABŞ dollarını 2017-ci ilin may ayının sonunadək, qalan 42.000 ABŞ dolları isə 2017-ci ilin sonunadək ödənilməsi barədə razılıq əldə edilmişdir. Əflatun Məmmədov da təkrar ərizə ilə müraciət edərək hazırda Naitq Hacıyevə qarş heç bir iddia, tələb və şikayətinin olmadığını bildirmişdir. O dur ki, toplanmış material işə almmışdır. İddiaçı barəsində BMCMİ-də toplanmış materialların təsdiq olunmuş surətindən müəyyən olunur ki, həmin idarəyə 30.09.2016-cı ildə ərizə ilə Əflatun Məmmədov müraciət etmiş və müraciətində İddiaçı ondan 2013-cü ildə 100.000 ABŞ dolları məbləğində pul götürdüyünü, bundan sonra kreditlə onun adına sənədləşdirdiyi «Mazda 6» markalı avtomobil aldığını, lakin banka ödənişləri gecikdirdiyi üçün həmin avtomobili İddiaçı götürərək banka olan borcu özü tam bağladığını, bundan sonra isə İddiaçı onun «Mercedes Benz S klass» markalı avtomobilini almaq istədiyini, onlar «Mazda 6» markalı avtomobili 20.000 ABŞ dollarına, «Mercedes Benz S klass» markalı avtomobili isə 50.000 ABŞ dollarına qiymətləndirərək, avtomobillərin dəyişdirilməsi nəticəsində İddiaçı ona 30.00 0 ABŞ dolları məbləğində borcu qaldığını, daha sonra İddiaçı onun etibarından sui-istifadə edərək bacısı oğlu Cavabdeh1 20.000 ABŞ dolları məbləğində pul alaraq hazırki vaxtadək qaytarmadığını, Arazın İddiaçı pulu onun xahişi əsasında verdiyini və sonradan pulu qaytarmadığı üçün Arazın pulunu özü verdiyini, beləliklə də İddiaçı ona 150.000 ABŞ dolları məbləğində borcu oluğunu göstərmişdir. Araşdırma zamanı cavabdeh1 04.11.2016-cı il tarixdə verdiyi izahatında İddiaçı dayısı Əflatun Məmmədova görə tanıdığını, sonuncuların arasında biznes əlaqələrinin olmasından məlumatlı olduğunu, 2014-cü ilin fevral ayında dayısının ona zəng vurub İddiaçı 2 ay müddətinə 20.000 ABŞ dolları məbləğində borc pul verməyi xahiş etdiyini, həmin pula görə narahat olmamağını, özünün həmin pula cavabdeh olmasını bil dirdiyini, bundan sonra İddiaçı ona zəng vuraraq «bir oğlan gələcək, verərsən ona» dediyini, səhərisi gün 163 saylı məktəbin qarşısına «BMW X5» markalı avtomobil gələrək pulu ondan götürdüyünü, lakin İddiaçı 2 aydan sonra pulunu qaytarmadığını, dəfələrlə İddiaçı zəng vurduğunu və evlərinə getdiyini, lakin nəticə olmadığını, onun pulunu dayısı Əflatun Məmmədov qaytararaq, Natiqlə aralarında olan haqqhesabı özü həll edəcəyini bildirdiyini, bundan əlavə İddiaçı dayısına avtomobilə görə 30.000 ABŞ dolları və şəxsi işlərinə görə götürdüyü 100.000 ABŞ dolları, ümumilikdə 150.000 ABŞ dolları məbləğində borcu olduğunu, dəfələrlə görüşmələrinə, evlərinə getmələrinə, telefonla əlaqə saxlamalarına baxmayaraq, İddiaçı hər dəfə söz verdiyini, lakin boyun qaçırdığını göstərmişdir. Araşdırma zamanı Əflat un Məmmədovun qardaşı X11 04.11.2016-cı il tarixli izahatında İddiaçı qardaşına avtomobilə görə 30.000 ABŞ dolları və şəxsi işlərinə görə götürdüyü 100.000 ABŞ dolları məbləğində borcu olduğunu, lakin, bütün cəhdlərinə baxmayaraq, borcunu qaytarmadığını göstərmişdir. Araşdırma materiallarında olan, İddiaçı tərəfindən verilmiş 17.12.2016-cı il tarixli İltizamdan görünür ki, o, Cavabdeh1 Murad oğluna qaytarmalı olduğu 20.000 ABŞ dolları məbləğində pulu fevral ayının sonunadək, X4 qaytarmalı olduğu 72.000 ABŞ dolları məbləğində pulu isə 30.000 ABŞ dollarını fevral ayından may ayının sonunadək, qalan 42.000 ABŞ dollarını isə may ayının sonundan 2017-ci ilin sonunadək ödəyəcəyinə söz vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasında borc münasi bətləri və əqddən irəli gələn öhdəliklər olması qənaətinə gələrkən Cavabdeh1 birinci instansiya məhkəməsində İddiaçı ondan götürdüyü 20.000 ABŞ dollarını dayısı Əflatun Məmmədov qaytarmağa söz versə də, sonuncu müflis olduğundan onun pulunu qaytara bilməməsi, bu səbəbdən, onun da dayısı ilə birlikdə İddiaçı pulunu tələb etməsini göstərməsi kimi izahatına diqqət yetirməmiş, həmçinin də, Əflatun Məmmədov Azərbaycanda olmaması səbəbindən özünə aid borcu da tələb etmək hüququnu Cavabdeh1 güzəşt etməsinin hüquqi əsaslarına (müqavilə ilə həyata keçirilməsinə) qiymət verməmiş, bunun üçün borclunun razılığı tələb olunmamasını göstərməklə kifayətlənmiş, borc müqaviləsinin şifahi bağlanmasının (həmin ərəfədə) mülki qanunvericiliklə qadağan edilmədiyindən, tələbin güzəşti barədə müqavilənin şifahi ba ğlanmasının da yolverilən olmasına dair səhv hüquqi nəticəyə gəlmişdir. Halbuki, apellyasiya instansiyası məhkəməsinin özünün istinad etdiyi kimi, tərəflər arasında mülkihüquq münasiətlərinin əmələ gəldiyi vaxt qüvvədə olmuş Mülki Məcəllənin 194.1-ci maddəsinə görə, tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. Həmin Məcəllənin 194.2-ci maddəsinə görə, tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir. Belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Həmin Məcəllənin 194.4-cü maddəsinin tələbinə görə isə sadə yazılı və ya notarial formada bağlanmış əqdə əsaslanan tələbin güzəşti müvafiq yazılı formada həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 404.1-ci maddəsinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdəki müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə tərəfindən həmçinin bütün müvafiq hallar, o cü mlədən, müqaviləyə qədərki danışıqlar və yazışmalar tərəflərin münasibətlərində yaranmış qarşılıqlı praktika işgüzar adətlər, tərəflərin sonrakı hərəkətəri nəzərə alınır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburet mənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Əvvəlki kassasiya instansiyası məhkəməsinin qərarında göstərilmişdir ki, mübahisələndirilən əqdin məcbkretmə (zorakılıq və ya hədələmə) olmadan bağlana bilməyəcəyinin aşkar olunduğu hallarda həyata keçirilir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, işə yenidən baxılarkən yuxarıda göstərilənlərlə yanaşı, mübahisələndirilən əqdin bağlanma əsasları bir daha araşdırılmalı, müqavilənin məzmununun tərəflərin həqiqi niyyətinə uyğun olub-olmadığı yoxlanılmalı, eləcə də müqaviləni təsdiq etmiş notariusun məsələyə münasibət öyrənilməlidir. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası daha sonra hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırki iş üzrə şahid ifadələrinə mülki prosessual qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verməmişdir. Belə ki, şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxi olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. İşin nəticəsində hüquqi baxımdan maraqlı olma dedikdə iş üzrə tərəflərlə yaxın qohumluq və tanışlıq münasibətlərinin olmasıdır. Halbuki, Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-nin 80 və 81-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr qarşısında duran ədalət mühakim əsinin həyata keçirilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməsi qəbul olunmuş qərarların tam şəkildə qanun tələblərinə uyğun olmasını nəzərdə tutur. Məhkəmənin qərarı demokratik ədalət mühakiməsinin ən vacib aktıdır. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Məhkəmə Qətnaməsi haqqında" 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və posessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlar dan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28.12.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasını n Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyas ı məhkəməsi tərəfindən işə yenidən baxılarkən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Bu isə Azərbaycan Respublikasının MPM-nin 418.1-ci maddəsinə əsasən apelyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Həmin normaya əsasən isə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşin yuxarıda göstərilən faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş enidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Lakin kassasiya şikayəti qismən təmin olunmalıdır, çünki yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-94/2019 nömrəli iş ü zrə 25 fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilib, iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5004/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5004/2019
19.07.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver