Məhkəmə qərarları › İş №2(102)-5006/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5006/2019

11.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5006/2019 11.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassator Cavabdeh2, vəkili X2, İddiaçı vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(005)-4139/2018, hakim K.F.Əmirxa nova) İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və Cavabdeh2 qarşı hərracın nəticələrinin ləğvi və hərrac nəticəsində verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddiası rədd edilmiş, Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı iddiası qismən təmin edilmiş, İddiaçı üzərinə XXX həyətində yerləşən qeyri-yaşayış sahəsinin boşaldılması vəzifəsinin qoyulması qət edilmiş, qarşılıqlı iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-100/2019, hakimlər V.S.Sadıqov, A.Q,Hüseynov, A.N.İmanov) İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilmiş, Nərimanov Rayon Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı iddiası təmin edilmiş, XXX həyətində yerləşən qeyri-yaşayış sahəsinin hərracda satılmasına dair 01.05.2018-ci il tarixdə keçirilmiş hərracın etibarsız sayılması və həmin qeyri-yaşayış sahəsinə Cavabdeh2 mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaqla verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmiş, Cavabdeh2 İddiaçı qarşı “qanunsuz hərəkətlərə son qoyulması, qeyri-yaşayış sahəsindən çıxarılması, dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Həmin qətnamədən Cavabdeh2 verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: 15 iyul 1996-cı il tarixli müqavilə əsasında XXX qarşısında yerləşən 33 kv.m olan qeyri-yaşayış sahəsi “xxxx” Dövlət Şirkəti tərəfindən İddiaçı icarəyə verilmişdir. Həmin vaxtdan qeyd edilən əmlak İddiaçı istifadəsində olmuşdur. 2017-ci ilin noyabr ayında həmin əmlakın özəlləşdirilməsi barədə qərar qəbul edilmişdir. 02 may 2018-ci il tarixdə satıcı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, sədr müavini Cəlilov Rafiq Əsgər oğlu ilə Cavabdeh2 arasında bağlanmış alqısatqı müqaviləsinə əsasən XXX qarşısında yerləşən 33 kv.m olan qeyri-yaşayış sahəsi sonuncu tərəfindən 25.000 manata satın alınmışdır. 20 iyun 2018-ci il tarixdə İddiaçı hazırki ərizəsi ilə məhkəməyə müraciət edəərk ona məxsus qeyri-yaşayış sahəsinin açıq hırracda satılmasına dair keçirilmiş hərracın nəricələrinin ləğv edilməsi və həmin qeyri-yaşayış sahəsinə Cavabdeh2 m ülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaqla onun adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 qarşılıqlı iddia verərək İddiaçı qanunsuz hərəkətlərinə son qoyulması, məcburi qaydada qeyri-yaşayış sahəsindən çıxarılması, cavabdehin hesabına boşaldılması, həmin qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi, əldən çıxmış faydaya görə hər ay üçün 2.000 manat, mənəvi zərərə görə 10.000 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassasiya şikayəti onuna əsaslandırılmışdır ki, İddiaçı ilə bağlanmış icarə müqaviləsinin müddəti 25 aprel 2018-ci il tarixdə başa çatmış, həmin gündən sonra iddiaçının həmin əmlaka dair heç bir hüququ olmamışdır. Apellyasiya məhkəməsi Cavabdeh2 vicdanlı olmasını, vicdanlı alıcının mülkiyyətdən məhrum edilməsinin yolverilməzliyini, mülkiyyət hüququnu təsdiq edən çıxarışın düzgünlüyü prezumpsiyasını nəzərə almamışdır. İlkin iddia üzrə iddiaçının vəkili tərəfindən kassasiya şikayətinə qarşı yazılı etiraz verilmişdir. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, İddiaçı vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmə dən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, mübahisəsi gedən qeyriyaşayış sahəsi 1996-cı ildən İddiaçı istifadəsində (icarəsində) olmuş və 25.10.2017-ci il tarixli icarə müqaviləsinə əsasən həmin obyekt Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 6 aylıq müddətə onun icarəsinə verilmişdir. Bundan qısa müdd ət sonra (2017-ci ilin noyabr ayında) obyektin özəlləşdirilməsi barədə qərar qəbul olunmuş və iddiaçı ilə bağlanmış icarə müqaviləsinə xitam verilmişdir (həmin sənədlər iş materiallarında olmamış, nə də, tələb edilməsinə baxmayaraq, təqdim olunmamışdır). İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərək, icarəçi kimi obyektin ilkin olaraq ona təklif olunmalı olduğu halda ona belə bir təklif edilmədiyini, nə də keçirilmiş hərraclar barədə ona məlumat verilmədiyini göstərmiş, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi isə obyektin məhz ilkin olaraq iddiaçıya təklif olunduğunu və bu məqsədlə sonuncuya iki dəfə müvafiq bildiriş göndərildiyini, lakin iddiaçı vaxtında ödəniş etmədiyi üçün obyektin ilk dəfə 2018-ci ilin fevral ayında, ikinci dəfə isə 2018 -ci ilin may ayının 01-də hərraca çıxarıldığını və hərracdan 25.000 manata Cavabdeh2 satıldığını bildirmişdir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinə görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sonradan özəlləşdirmək şərti ilə icarəyə verilmiş dövlət əmlakının satın alınması Dövlət Proqramında və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydaya müvafiq olaraq həyata keçirilir. Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının” 4.6.4-cü maddəsinə əsasən icarə müəssisəsinin struktur bölməsinin ayrıca özəlləşdiriməsi haqqında qərar həmin bölmənin ayrıca fəaliyyət göstərməsi, onu texnoloji cəhətdən bağlılığı, ərazi baxımından ayrılmasınn mümkünlüyü və s. Bu kimi amillər nəzərə alınmaqla Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qəbul edilir. Bu qərar qəbul edildikdə icarəyə götürülmüş əmlka 100 % dəyəri ilə icarəçiyə təklif edilir. İcarəçilər icarəyə götürdükləri əmlakı almaqdan imtina etdikdə həmin əmlak İİ Dövlət Proqramında nəzərdə tutulmuş qaydada özəlləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predm eti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir Həmin Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Qanunvericiliyin tələblərinə görə, özəlləşdirilməsi barədə qərar qəbul olunmuş icarədə olan obyekt əvvəlcə icarəçiyə təklif olunur, sonuncu obyekti almadıqda (imtina etdikdə, ödəniş etmədikdə) isə obyekt satılması üçün hərraca çıxarılır və bu zaman hərracların keçirilməsi barədə keçmiş icarəçiyə ayrıca məlumat verilməsinə zərurət qalmır, yəni, keçmiş icarəçi də əmlak almaq istəyən başqa şəxslər kimi hərracla bağlı ümumi elanı izləməlidir. Keçmiş icarəçi keçirilən hərracda (hərraclarda) iştirak etmək və obyekti ümumi əsaslarla (hərracda qalib gəlməklə) əldə etmək hüququnu özündə saxlayır. Hazırki mübahisədə ilkin olaraq qeyri-yaşayış sahəsinin hərraca çıxarılmamışdan öncə alınması üçün İddiaçı təklif olunub-olunmaması araşdırılmalıdır. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi mübahisəsi gedən qeyri-yaşayış sahəsinin ilkin olaraq İddiaçı təklif olunması ilə məhkəməyə yalnız 16.11.2017-ci il tarixli poçt göndərişlərinin siyahısını və 18.01.2018-ci il tarixli bildiriş təqdim etmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, 16 noyabr 2017-ci il tarixli göndərişlə iddiaçıya konkret hansı məzmunda məktub göndərilməsi məlum deyil, həmin göndərişin məzmunu barədə məlumat yoxdur, apellyasiya məhkəməsi tərəfindən tələb olunmasına baxmayaraq, təqdim olunmamışdır. Digər tərəfdən isə, yuxarıda qeyd olunduğu kimi, Komitənin nümayəndəsinin izahatından aydın olmuşdur ki, həmin məktub ünvan sahibinə (iddiaçıya) çatmayaraq geri qaytarılmışdır. Ona görə də sözügedən məktubla iddiaçıya hər hansı məzmunda (obyektin alınması təklifi və ya hərracacın keçirilməsi barədə) məlumat verilməsi nəticəsinə gəlmək yolverilməzdir. İddiaçıya ünvanlanan 18.01.2018-ci il tarixli bildirişin məzmunundan belə görünür ki, mübahisəsi gedən qeyri-yaşayış sahəsi və onun yerləşdiyi torpaq sahəsi artıq iddiaçıya bu barədə bildiriş göndərilməsi vasitəsi ilə 25.000 manata təklif olunmuş, lakin sonuncu əmlakın dəyərini ödəməmişdir. Hazırki bildiri şlə isə iddiaçıya bildirişi aldığı gündən 15 gün müddətində obyektin dəyərini ödəməsi təklif olunaraq, əks halda obyektin hərraca çıxarılacağı barədə xəbərdarlıq edilmişdir. 18.01.2018-ci il tarixli bildirişdən daha öncə də iddiaçıya bildiriş göndərilməsi iş materialları ilə təsdiq olunmur. İkinci bildirişə gəldikdə isə onun iddiaçıya çatdırılması barədə də işdə hər hansı sübut yoxdur, bunu etiraf edən komitənin nümayəndəsi, birinci haldan fərqli olaraq, ikinci bildiriş geri qayıtmadığı üçün bildirişin iddiaçıya çatması qənaətinə gəlindiyini bildirmişdir. Halbuki, müddətlərin düzgün hesablanması baxımından bildirişin iddiaçıya təqdim olunduğu günü müəyyən etmək önəmli olmuşdur, çünki bildirişdə də göstərildiyi kimi ödənişin aparılması üçün 15 günlük müddət bildirişin təqdim olunduğu vaxtda n hesablanmalı idi. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsi və onun yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi zamanı qanunla müəyyən edilmiş qaydada həmin əmlak icarəçiyə təklif edilməmiş, həmin əmlakın açıq hərracdan satışa çıxarılması əsassız və qanunsuz olmuşdur. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətlərinin dəlilləri mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bak ı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar