Məhkəmə qərarları › İş №2(102)-5006/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5006/2020

12.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5006/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin cavabdeh X1 qarşı “kredit borcu” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: bank hesabı müqaviləsi üzrə borc, sübutetmə) 12.10.2020 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli, 2(103)5473/2019 nömrəli qətnaməsindən cavabdeh X2 və vəkili Vəkil tərəfindən verilmiş kasasiya şikayətinə Azərbaycan Respublikası Ali Mə hkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdeh X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən şəxsi bank hesabında olan qalıq vəsaitindən artıq miqdarda xərclədiyi 7120,27 ABŞ dolları məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(006)5256/2018 nömrəli qətnaməsi ilə (hakim P.A.Hüseynov) iddia təmin edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli, 2(103)5473/2019 nömrəli qətnaməsi ilə (hakimlər E.C.Kazımov - sədrlik edən və məruzəçi, T.S.Səmədovdan və İ.S.Şirinovdan ibarət tərkibdə) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(006)5256/2018 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh X2 və vəkili Vəkil kasasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli, 2(103)-5473/2019 nömrəli qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, sübutetmə yükünü düzgün bölüşdürməmiş, işin hallarını tam araşdırmamışdır. Belə ki, iddiaçının iddia etdiyi “texniki overdraft” h alının baş verməsini iddiaçı sübut etməlidir. Məhkəmə kart sahibinin kart hesabında olan məbləğdən artıq pul vəsaitindən istifadə etməsinin texniki cəhətdən qeyrimümkün olmasını nəzərə almamışdır. Cavabdehə məxsus kartı - kredit kartı deyil, debet kartıdır və həmin debet kartı ilə yalnız kart sahibi tərəfindən mədaxil edilmiş pul vəsaitindən istifadə etmək mümkündür, bank tərəfindən həmin karta pulun mədaxil edilməsi mümkün deyildir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, iddiaçı, cavabdeh, habelə vəkilləri məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kasasiya şikayətin ə yazılı etiraz daxil olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilmə məlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, cavabdeh apelyasiya məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasasiya baxışının predmetini həmin məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının düzgün tətbiqinin tam yoxlanılması təşkil edir. Məhkəmələr tərəfindən müəyyən olunmuş hallar ondan ibarətdir ki, İddiaçı ASC və X2 arasında bağlanmış xx xxx 2018-ci il tarixli bank hesabı müqaviləsinə əsasən bank hesab sahibi X1 açılmış AZ08AZEN******************** saylı plastik kart hesabına daxil olan pul vəsaitl ərini qəbul etməyi və hesaba salmağı, hesabdan pul vəsaitlərini köçürməyi və verməyi, habelə hesab üzrə digər əməliyyatların aparılmasına dair hesab sahibinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. İddiaçı qeyd olunan müqaviləyə istinad edərək, cavabdehin hesabda mövcud olan vəsaitdən artıq miqdarda pul xərcləməsini, yəni texniki overdraft halının baş verməsini əsas gətirməklə, hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Müqavilənin 2.1.5-ci bəndində izah olunmuşdur ki, overdraft - hesabda olan qalıq vəsaitdən artıq miqdarda vəsaitin xərclənməsidir. Müqavilənin 4.11-ci bəndinə əsasən hesab üzrə əməliyyatlar hesabda mövcud olan pul vəsaiti həcmində aparılır. Həmin vəsaitin həcmindən artıq məbləğ istifadə edildikdə texniki Overdraft yaranır və hesab sahibi bankın ilk tələbi ilə müvafiq vəsaiti banka dərhal qaytarmalıdır. Hesab üzrə overdraft yarandıqda və həmin hesabda kifayət qədər pul vəsaiti olduqda, yaranmış borc məbləği bank tərəfindən hesab sahibinin hesabından akseptsiz qaydada silinir. Bank yaranmış overdraft üzrə borc məbləğini hesab sahibinin bankdan olan digər hesablarından da akseptsiz qaydada silə bilər. İşin apelyasiya məhkəməsində icraatı zamanı təqdim olunan “xxxx” MMC-nin xx xxx 2019-cu il tarixli məktubunda qeyd edilmişdir ki, xx xxx 2018-ci il tarixində İddiaçı ASC tərəfindən “hesablara balansın oxudulması” əməliyyatı zamanı cavabdehin istifadəsində olmuş 472494****6868 nömrəli kart hesabına 8492,33 ABŞ dolları məbləğində pul vəsait daxil edilmişdir. Prosessinq sistemindən əldə edilmiş çıxarışdan göründüyü kimi yuxarıda qeyd edilmiş kart hesab ına pul vəsaiti daxil edildikdən sonra fərqli məbləğlərdə pul vəsaitləri kart sahibi tərəfindən digər kartlara köçürülmüşdür. Daha sonra, xx xxx 2018-ci il tarixində İddiaçı tərəfindən 472494****6868 nömrəli kart hesabından 8492,33 ABŞ dolları məbləğində pul vəsait silinmişdir. Bu səbəbdən yuxarıda qeyd edilən kart hesabında texniki "overdraft" yaranmışdır. Həmçinin İddiaçı ASC-nin xx xxx 2019-cu il tarixli məktubuna əsasən prosessinq mərkəzi tərəfindən banka gündəlik klirinq (hesablaşma) faylları təqdim edilir. xx xxx 2018ci il tarixdə müştəri X1 aid bank kartı ilə edilmiş əməliyyatlar bank proqramında klirinq (hesablaşma) faylları emal edilən zaman texniki səbəblərə görə yüklənilməmişdir. Bunun nəticəsində bank kartın hesabından vəsaitlər çıxılmamışdır və müştəri bundan istifadə edərək v əsaitdən təkrar istifadə edib. Əməliyyatlar növbəti gün xx xxx 2018-ci il tarixində bank proqramında əks edilməsinə baxmayaraq müştərinin hesabında texniki səbəblərə görə qayıdan vəsaiti digər bankın kartına köçürərək istifadə etmiş və nəticədə overdraft yaranmışdır. Cavabdehin apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayan apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh iş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilməli olduğunu qeyd etsə də, bunun üçün əsasların olmasına dair dəlillərini, yəni iş üzrə ekspertiza keçirilməsinin zəruriliyini əsaslandırmamış, o cümlədən texniki “overdraft” yaranmadığına dair həm apelyasiya şikayətində, həm də apelyasiya baxışı zamanı nümayəndəsi və vəkili hər hansı bir ciddi dəlil irəli sürməmişdir. Bununla yanaşı, işdə tərəf olmayan, p rosessinq xidmətini həyata keçirən “xxxx” MMC-nin yuxarıda qeyd olunan məlumatı ilə də xx xxx 2018-ci il tarixdə İddiaçı ASC tərəfindən cavabdehin istifadəsində olmuş kart hesabına 8492,33 ABŞ dolları məbləğində pul vəsaitinin daxil edildiyi, kart hesabına pul vəsaiti daxil edildikdən sonra fərqli məbləğlərdə pul vəsaitləri kart sahibi tərəfindən digər kartlara köçürüldüyü, xx xxx 2018 tarixində İddiaçı tərəfindən həmin kart hesabından 8492,33 ABŞ dolları məbləğində pul vəsaiti silindiyi üçün kart hesabında texniki “overdraft” yarandığı təsdiq olunmuşdur. Məhkəmə hesab etmişdir ki, bu hal texniki bir məsələ olduğundan, məhkəmə mühasibatlıq ekspertizasının predmetinə aid olmadığından, məhz “xxxx” MMC-nin verdiyi məlumatlar bu hal üzrə mötəbər olduğundan məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi üçün əsaslar yoxdur. Bundan əlavə, tərəflər aralarında bağlanmış müqavilədə də (müqavilənin 4.11-ci bəndi) razılaşdırmışlar ki, hesab üzrə əməliyyatlar hesabda mövcud olan pul vəsaiti həcmində aparılır. Həmin vəsaitin həcmindən artıq məbləğ istifadə edildikdə texniki “overdraft” yaranır və hesab sahibi bankın ilk tələbi ilə müvafiq vəsaiti banka dərhal qaytarmalıdır. Göründüyü kimi, tərəflər bu cür halların baş vermə ehtimalını əvvəlcədən görmüş və məhz belə vəziyyətin yaranacağı təqdirdə həmin münasibətlərin necə tənzimlənəcəyi barədə müqavilə şərtləri ilə üzərinə öhdəlik götürmüşlər. Ona görə də, tələb olunan vəsaitin cavabdehin kart hesabında necə və hansı şəkildə əmələ gəlməsinin mümkün olacağını da tərəflər əvvəlcədən təxmin etmişlər. Həmçinin apelyasiya məhkəməsi qeyd etm işdir ki, tərəflər hesab üzrə overdraft yarandıqda və həmin hesabda kifayət qədər pul vəsaiti olduqda, yaranmış borc məbləği bank tərəfindən hesab sahibinin hesabından və hesab sahibinin bankda olan digər hesablarından da akseptsiz qaydada silinə bilməsinə dair razılığa gəlmişlər. Ona görə də, hesab üzrə overdraft yarandığına görə bankın cavabdehin həmin hesabından yaxud bankda olan digər hesabından yaranmış borcun bir hissəsinin akseptsiz qaydada silmək üçün hüququ olmuşdur. Texniki overdraft nəticəsində cavabdehin kart hesabına 8492,33 ABŞ dolları daxil olsa da, iddiaçı tərəfindən həmin məbləğin bir hissəsi cavabdehin hesabından silindiyinə görə, məhkəmə qaydasında 7120,27 ABŞ dolları tələb olunmuşdur. Texniki overdraft bankın (AZ53AZEN********************) nömrəli ssuda hesabındakı vəsa itdən daxil olma nəticəsində yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyən ləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulmasın a yol verilməmiş, qətnamə yuxarıda qeyd olunan maddi hüquq normalarına uyğun olmuşdur. Kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, cavabdeh tərəfindən həmin dəlillərlə bağlı işə mahiyyəti üzrə baxan məhkəmələrə hər hansı sübut təqdim olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz q ətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” işi üzrə xx xxxx 2007-ci il tarixli Qərarında göstərmişdir ki, “konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər”. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kasasiya məhkəməsi apelyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kasasiya instansiya yeni sübut qəbul etmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instan siyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kasasiya şikayətinin dəlilləri işin faktiki halları və sübutların qiymətləndirilməsi ilə bağlı olduğundan, həmin dəlillər apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kol legiyası QƏRARA ALDİ: Cavabdeh X2 və vəkili Vəkil tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli, 2(103)5473/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar