Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-501/2022 01.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-501/22 (Açar sözlər: kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi) Bakı şəhəri, 01 fevral 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi» tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-859/202 1 nömrəli, 05.02.2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 16 saylı evin 48 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmış, ona ÖM seriyalı, 095404 nömrəli Qeydiyyat Vəsiqəsi verilmişdir.
2. Cavabdeh1 İddiaçı gəlini, Cavabdeh2 isə nəvəsidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı hazırki iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsinin tələbinə uyğun verilmiş “iddia tələbinin həcminin artırılması barədə” ərizə ilə Rayon Məhkəməsinə m üraciət etmiş iddiaçı, mülkiyyətində olan və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 16 saylı evin 48 saylı mənzildən cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi, bu məqsəd ilə onun tərəfindən cavabdehlərə 25.000 manat məbləğində kompensasiya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, mənzil kirayə müqaviləsinə əsasən mənzil iddiaçının istifadəsinə verilmiş, iddiaçı, iddiaçının əri (iddiaçının nümayəndəsi) Mikayıl Həsənov və onların övladı Nizami Həsənov 25.01.1990-cı il tarixdə mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmışlar. Sonra Nizami Cavabdeh1 ilə nikaha daxil olmuş, Şirin mənzilə gəlin köçmüşdür. 02.07.1992-ci il tarixdə Nazim ilə Şirinin nikahından iş üzrə digər Cavabdeh2 doğulmuşdur. 2001-ci ilin noyabr ayında ailə üzvlərinin, o cümlədən cavabdehlərin razılığı ilə mənzil iddiaçı tərəfindən özəlləşdirilmiş və 29.11.2001-ci il tarixdə iddiaçıya bu barədə “Qeydiyyat vəsiqəsi” verilmişdir. 2012-ci ildə Nizami vəfat etmiş və bundan sonra cavabdehlər iddiaçıya və iddiaçının ərinə qarşı qərəzli və mənfi mövqe tutmuşlar. Onların münasibətləri pozulmuşdur. Bunun nəticəsində birgə yaşayış dözülməz vəziyyətə çatmışdır.
5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(011)-712/2021 nömrəli, 01 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.Miriyeva) iddia tələbi təmin olunmuşdur.
6. Məhkəmə cavabdehlərin ana-oğul olduğunu və birlikdə yaşamaqlarının mümkün olmasını da nəzərə alaraq belə hesab etmişdir ki, iddiaçı tərəfindən təklif olunan 25.000 manat kompensasiya məbləğ ini cavabdehlərin özlərini nəinki müvəqqəti kirayə evlə təmin etməsi üçün, həmçinin indiki mövcud bazar qiymətləri nəzərə almaqla, onların daimi evlə də təmin olunmaları üçün yetərli hesab etmək olar.
7. Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər- M.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və Cavabdeh2) 05 fevral 2021-ci il tarixli, 2(103)-859/2021 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(011)-712/2021 nömrəli, 01 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, işin araşdırılmış və mübahisəsiz halı ki mi qeyd edir ki, tərəflər arasında mübahisə doğurmur ki, cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları nəinki yeni Mənzil Məcəlləsi qüvvəyə mindiyi 01.10.2009-cu il tarixdən əvvəl yaranmışdır, həmin hüquq hətta yeni Mülki Məcəllənin qüvvəyə mindiyi 01.09.2000-ci il tarixdən əvvəl yaranmışdır. Belə olan halda nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan MPM-nin 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
10. Əvvəllər qüvvədə olmuş Mənzil Məcəlləsindən görünür ki, yaşayış sahəsinin mülkiyyətçisi tərəfindən yaşayış sahəsinə istifadə hüququ olan şəxsə kompensasiya verilməklə şəxsin istifadə hüququna xitam verilməsi nəzərdə tutu lmamışdır.
11. Tərəflər arasında da mübahisə doğuran birinci hal ondan ibarətdir ki, əvvəlki Mənzil Məcəlləsinin qüvvədə olduğu müddətdə mənzildə yerləşən yaşayış sahəsindən istifadə hüquqları yaranmış cavabdehlərin bu hüququna mənzilin mülkiyyətçisi olan iddiaçı tərəfindən kompensasiya verilməklə xitam verilə bilər ya yox.
12. Bununla bağlı apellyasiya məhkəməsi bildirmişdir ki, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 31.03.2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 26.09.2007-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqe ondan ibarətdir ki, Azərbaycan Respublikasında 01.10.200 9cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaranmış yaşayış sahəsindən istifadə hüququnun kompensasiya verilməklə xitamına dair Azərbaycan Respublikasının (hazırda qüvvədə olan) Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulmuş normanın əvvəllər yaranmış və uzanan xarakter daşıyan münasibətlərə tətbiqini mümkündür. Mülki Məcəllənin 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasi ya verməsi yolu ilə xitam verilə bilər. Odur ki, Məhkəmə Konstitusiya Məhkəməsinin göstərilən qərarını əsas tutaraq hesab edir ki, cavabdehlərin istifadə hüququna xitam verilməsinə qüvvədə olan Mülki Məcəllənin 228-ci maddəsinin tələbləri baxımından mümkündür, lakin bu zaman yaşayış sahəsinin mülkiyyətçisi tərəfindən təklif olunana kompensasiyanın məbləğinin istifadə hüququna xitam verilməsi üçün kifayət edib-etməməsi yoxlanılmalıdır.
13. Bununla bağlı apellyasiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilmiş 26.09.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna - xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhk əmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, m ülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.
14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mülkiyyətçi olaraq iddiaçı tərəfindən cavabdehlərə təklif edilən 25.000 manat məbləğində kompensasiya hazırki bazar qiymətlərinə uyğundur. Belə olan halda hesab olunmalıdır ki, iddiaçı tərəfindən təklif olunan kompensasiyanın məbləği cavabdehlərə imkan verir ki, onlar, mülkiyyətçinin (iddiaçının) hesabına davamlı sürətdə və xeyli müddət daxilində, başqa yerdə, mübahisəli mənzilə xas olan şəraitə oxşar şəraitdə yaşasın. Məhkəmə hesab edir ki, daha yüksək məbləğdə kompensasiya iddiaç ının mülkiyyət hüququnun məhdudlaşdırılması ilə nəticələnir.
15. Qətnamədən Cavabdeh1 kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh1 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini onunla əsaslandırmışdır ki, 25.000 manat məbləğində kompensasiya azdır, məbləğ artırılaraq 35.000 manat müəyyən edilməlidir. Çünki, 25.000 manata oxşar şəraitli mənzil almaq qeyri-mümkündür. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kasasiya şikayətinə qarşı etiraz d axil olmamışdır. d) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasına vəkilsiz gəlmiş, Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinə əsasən vəkilsiz iştirak etdiyi üçün məhkəmə iclasında izahatları alınmamışdır.
19. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
20. Maddə.
152. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
21. Maddə. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
22. Maddə. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalaro vun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 31.03.2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26.09.2007-ci il tarixli qərarına görə, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna - xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli Qərarına əsasən birinci instansiya məhkəməsi istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi işlərinə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri s übutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
29. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya i nstansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 31. gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə
32. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki məhkəmə mübahisəsinə qədər tərəflər arasında eyni iddia tələbinə dair iki məhkəmə mübahisəsi olmuşdur.
33. Hazırki məhkəmə mübahisəsindən öncə, Bakı Apellyasiya Məhkəməsinin 29 yanvar 2019-cu il qətna məsi qəbul edilmişdir (mülki iş, səhifə 16).
34. Həmin qətnamədə qeyd edilmişdir ki, evin yerləşdiyi yeri və cavabdehlərin 2 nəfər, eyni zamanda digər cavabdehin ailə həyatı qurması və kirayədə yaşamağa məcbur olmasını nəzərə alaraq təklif olunan kompensasiya məbləğinin 20.000 manatdan aşağı olması ağlabatan hesab edilməməlidir.
35. Bakı Apellyasiya Məhkəməsinin həmin mövqeyi nəzərə alan iddiaçı hazırki iddia tələbində 25.000 manat kompensasiya məbləği təklif etmişdir.
36. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, kompensasiya məbləği hazırki bazar qiymətlərinə uyğundur. Belə olan halda hesab olunmalıdır ki, iddiaçı tərəfindən təklif olunan kompensasiyanın məbləği cavabdehlərə imkan verir ki, onlar, mülkiyyətçinin (iddiaçının) hesabına davamlı sürətdə və xeyli müddət daxilində, başqa ye rdə, mübahisəli mənzilə xas olan şəraitə oxşar şəraitdə yaşasın.
37. Kassasiya kollegiyası kassasiya şikayətinin dəlilinə və işdə olan sübutların məcmusuna qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Konstitusiya Məhkəməsi Plenumunun analoji işlərlə bağlı şərhini nəzərə almaqla mülkiyyətçi ilə istifadə hüququ olan şəxslərin mənafeləri arasında ədalətli tarazlığı qorumaqla ödənilməli olan kompensasiya məbləği ilə bağlı düzgün nəticəyə gəlmişdir. 38. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
39. Odur ki, kassasiya şikayətinin dəlilləri formal olmaqla, qanuni və ədalətli məhkəmə qətnaməsinin ləğvi üçün əsas hesab edilə bilməz.
40. Beləliklə, kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxım dan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Qeyd olunanları nəzərə alaraq Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, buda qətnamənin ləğv olunması üçün əsasdır.
42. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-859/2021 nömrəli, 05.02.2021-ci il tarixli qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Aqil Abbasov