Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5012/2019 11.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, İddiaçı və vəkili X4, Cavabdeh2 vəkili X5, nümayəndəsi A6 iştirakları ilə. İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 may 2018-ci tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 mart 2018-ci il tarixli qətnaməsi ilə (hakim:G.A.Əsədova; 2(005) -1264/2018) İddiaçı cavabdehlər “xxxx” MMC və X2 qarşı satılmış mənzilə dair bağlanmış müqavilənin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi rədd edilmiş, iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilmişdir. Cavabdeh X1 qarşılıqlı iddia ərizəsi qismən təmin edilmiş, cavabdeh İddiaçı ilə “xxxx” MMC-nin direktoru Ə6 arasında bağlanmış Bakı şəhəri, **************************** saylı binanın qarşısında inşa edilmiş binanın İİ mərtəbəsində sağ tərəfdə, ümumi sahəsi 106 kv.metr olan iki otaqlı mənzilə dair 17 noyabr 2011-ci il tarixli 21 nömrəli müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 may 2018-ci tarixli qətnaməsi ilə (hakimlər:E.M.Həsənov (sədrlik edən və məruzəçi), İ.K.Xəlil ov və İ.Ş.Vəliyev; 2(103)6069/2018) Cavabdeh2 apellyasiya şikayəti qismən təmin olunmuş, Nərimanov Rayon Məhkəməsinin 29 mart 2018-ci il tarixli qətnaməsidəyişdirilmiş, İddiaçı və “xxxx” MMC arasında Bakı şəhəri, ********************* saylı binanın qarşısında inşa edilmiş binanın İİ mərtəbəsində sağ tərəfdə, ümumi sahəsi 106 kv.metr olan iki otaqlı mənzilə dair bağlanmış 17 noyabr 2011-ci il tarixli 21 nömrəli müqavilə etibarsız hesab edildiyindən müqavilə üzrə ödənilmiş 45 580 (qırx beş min beş yüzsəksən) manat “xxxx” MMC-dən alınaraq İddiaçı qaytarılması qət edilmişdir. İşin halları İddiaçı cavabdehlər “xxxx” MMC və X2 qarşı satılmış mənzilə dair bağlanmış müqavilənin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "x xxx" MMC ilə arasında bağlanmış 17 noyabr 2011 -ci il tarixli Müqavilə əsasında ona məxsus olan Bakı şəhəri, Binəqədi rayonu. 8-ci mikrorayon, Şövkət Məmmədova küçəsi, 5 saylı binanın qarşısında inşa edilən binanın İİ mərtəbəsində sağ tərəfdə, ümumi sahəsi 106 kv.metr olan 2 (iki) otaqlı mənzilə dair cavabdeh “xxxx" MMC ilə X3 arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi, mənzilə sahiblik hüququnu həyala keçirməklə bağlı cavabdeh X3 tərəfindən yaradılan maneələrin aradan qaldırılması; cavabdeh “xxxx” MMC tərəfindən 17 noyabr 2011 -ci il tarixli, 21 nömrəli müqavilə ilə üzərinə götürdüyü öhdəliklərə əməl etməsinin təmin edilməsi və Bakı şəhəri, ************************* saylı binanın qarşısında inşa edilən binanın İİ mərtəbəsində sağ tərəfdə, ümumi sahəsi 106 kv.metr olan 2 (iki) otaqlı mənzilin cavabdeh "xxxx" MMC tərəfindən Təhvil-təslim Aktı əsasında iddiaçıya- İddiaçı təhvil verilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı 2011 -ci ildə Bakı şəhəri Binəqədi rayonunda yeni tikilən binalardan birində özünə mənzil almaq qərarına gəlmişdir. Bu məqsədlə Bakı şəhəri, Binəqədi rayonunda fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət etmiş, ona yeni tikilən binada mənzillər göstərmişlər. 17 noyabr 2011 -ci il tarixdə "xxxx" MMC-nin direktoru X9 ilə arasında Bakı şəhəri, ******************************** saylı binanın qarşısında inşa edilən binanın İİ mərtəbəsində sağ tərəfdə, ümumi sahəsi 106 kv.metr olan 2(iki) otaqlı mənzilə dair 21 nömrəli müqavilə bağlanmışdır. 17 noyabr 2 011-ci il tarixə, 21 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən “İcraçı” tərəfindən bu müqavilənin şərtlərinə uyğun olaraq Bakı şəhəri, ****************************** saylı binanın qarşısında inşa edilən binanın İİ mərtəbəsində sağ tərəfdə, ümumi ıəsi 106 kv.metr olan 2 (iki) otaqlı mənzil "Payçıya" bir pay kimi verilir. Həmin müqavilənin -ci bəndinə əsasən bu Müqavilənin 1.1-ci bəndində qeyd edilən obyektin 1 (bir) kv.metrinin məti 430 AZN manat məbləğində müəyyən edilir. Müqavilənin 2.2-ci bəndinə əsasən bu jqavilənin ümumi dəyəri 45.580 AZN manat təşkil edir. 17 noyabr 2011 -ci il tarixli. 21 nömrəli jqavilənin 3.1-ci bəndinə əsasən obyektin dəyəri “Payçı” tərəfindən 100 % əvvəlcədən, bu jqavilə imzalanandan sonra 1 (bir) gün ərzində ödənilir. Həmin Müqavilənin 4.1-4.1.2-ci indinə əsasən "İcraçı” “Payçı” tərəfindən ödənilən vəsaiti qəbul etməyi, binanın xarici tərtibatı daxili arakəsmələri, giriş dəmir seyf qapısının qoyulmasını, elektrik, qaz. su və kanalizasiya ta xəttlərinin çəkilməsini, divarların suvaq edilməsini, pəncərələrin qoyulmasını və ışələnməsini öhdəsinə götürür. Qeyd edilən müqavilənin 4.2.1 -ci bəndinə əsasən "Payçı" bu üqavilənin 3.1 -ci bəndi ilə müəyyən edilmiş müddətlərdə və şərtlərlə ödənişləri həyata keçirir. 1 noyabr 2011 -ci il tarixli. 21 nömrəli Müqavilənin 5.1 -ci bəndinə əsasən tikinti işləri başa atdıqdan sonra müqavilənin əsas predmeti olan obyekti “icraçı" təhvil verir, "Payçı" isə obyekti əbul edir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən təhvil-təslim tərəflərin imzası ilə asdiqlənmiş akt əsasında qanuniləşdirilir. 17 noyabr 2011 -ci il ta rixli, 21 nömrəli Müqavilənin,7-cı bəndinə əsasən bu Müqavilə hər iki tərəf onu imzaladığı andan qüvvəyə minir və "İcraçı” arəfindən qeydiyyat sənədi 'Payçıya” təqdim edildikdən sonra öz hüquqi qüvvəsini itirir, ieydiyyat sənədinin -hazırlanması ilə əlaqədar dövlət rüsumları və digər müəyyən edilmiş:ərclər “payçı” tərəfindən ödənilir. Bununla yanaşı məhkəmənin nəzərinə çatdırır ki, o;avabdeh “xxxx” MMC ilə arasında bağlanmış müqavilənin şərtlərinə əməl etmişdir, rıənzilə görə müqavilənin 3.1. -2.1 -ci bəndlərində nəzərdə tutulmuş məbləği “xxxx” MMC- ıə tam şəkildə ödəmişdir. Belə ki, “xxxx" MMC-nin direktoru X10 tərəfindən imza edilib verilmiş 17 noyabr 2011 -ci ıl tarixli, 12 nömrəli arayışda qeyd edilmişdir ki,- “verilir İddiaçı ondan ötrü k, o, 17 noyabr 2011 -ci il tarixli, 21 N- mü qaviləyə əsasən Bakı şəhəri, ******************************** küçəsində yerləşən “xxxx” MMC tərəfindən inşa edilən on mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində aldığı 106,0 kv.m mənzil sahəsinə görə məbləği tam ödəmiş və “xxxx” MMC- yə heç bir borcu yoxdur. Lakin, bütün bunlara baxmayaraq cavabdeh “xxxx” MMC bu günə qədər müqavilə öhdəliklərinə əməl etmir, iddiaçıya satdığı mənzili Təhvil-təslim aktı əsasında ona təhvil vermir. Bundan başqa bu yaxınlarda ona məlum olmuşdur ki, cavabdeh “xxxx” MMC tərəfindən ona 2011 -ci ildə satılmış mənzil, guya sonradan müqavilə əsasında X2 da satılmışdır. Ona görə də hesab edir ki, ona satılmış mənzilin sonradan Abdullayevə Fatiməyə satılması barədə müqavilə saxta müqavilədir, həmin müqavilə etibarsız hesab edilməlidir. Cavabdeh X3 qarşılıqlı iddi a ərizəsilə məhkəməyə müraciət edərək, İddiaçı ilə “xxxx” MMC-nin direktoru X10 arasında bağlanmış Bakı şəhəri,***************************** saylı binanın qarşısında inşa edilmiş binanın İİ mərtəbəsində sağ tərəfdə, ümumi sahəsi 106 kv.metr olan iki otaqlı mənzilə dair 17 noyabr 2011 -ci il tarixli 21 nömrəli müqavilənin etibarsız hesab edilməsi; cavabdeh “xxxx” MMC-nin direktoru X10 ilə onun arasında bağlanmış Bakı şəhəri,********************************saylı binanın qarşısında inşa edilmiş binanın İİ mərtəbəsində sağ tərəfdə, ümumi sahəsi 106 kv.metr olan iki otaqlı mənzilə dair 08 may 2009-cu il tarxli müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə əməl edilməsinin təmin edilməsi və həmin mənzilin cavabdeh “xxxx” MMC tərəfindən iddiaçı ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini x ahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ərizəsində göstərmişdir ki, 17 noyabr 2011-ci il tarixdə "xxxx” MMC-nin direktoru X8 ilə Bakı şəhəri, ********************************** saylı binanın qarşısında inşa edilmiş binanın İİ mərtəbəsində sağ tərəfdə, ümumi sahəsi 106 kv.metr olan iki otaqlı mənzilə dair 21 nömrəli müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh İddiaçı sözügedən ünvanda yerləşən mənzil pay verilir. Eyni zamanda qarşılıqlı iddia üzrə cavabdeh iddia ərizəsində göstərir ki, 2011-ci ildə ona satılan mənzil sonradan ona satılmışdır. Bildirmişdir ki, “xxxx” MMC-nin direktoru X10 ilə onun arasında 08 may 2009-cu il tarxdə Bakı şəhəri, ************************** saylı binanın qarşısında inşa edilmiş binanın İİ mərtəbəsində sağ tərəfdə, ümumi sahəsi 106 kv.metr olan iki otaqlı mənzilə dair müqavilə bağlanmışdır, həmin müqaviləyə əsasən sözügedən ünvanda yerləşən mənzil ona 84 800 manata satılmışdır və pulu MMC-yə tam ödəmişdir. “xxxx” MMC müqavilə ödəliklərini yerinə yetirməyərək ona təhvil vermək əvəzinə həmin mənzili 17 noyabr 2011-ci il tarixdə İddiaçı 45.580 manata satmışdır. Yəni İddiaçı qabaq həmin mənzil ona satılmışdır. Deməli müqavilə saxtadır. Ona görə də iddianı qəbul etməyərək, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən həmin məhkəməyə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instan siyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 375,380,386,387,389,390-cı maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157,178.8,337.5,339, 337.1,385.1,425,560.1ci maddələrinin tələblərini pozaraq iş üzrə həqiqətin müəyyən edilməsi üçün mübahisəli mənzilə dair adına tərtib edilmiş 17 noyabr 2011-ci il tarixli, 21 nömrəli müqavilənin və cavabdehin adına tərtib edilmiş 08.05.2009-cu il tarixli müqavilənin hansının daha əvvəl tərtib edilməsinin müəyyən edilməsi məqsədi ilə müqayisəli yoxlanması üçün sənədlərin məhkəmə texniki ekspertiza keçrilməsi barədə vəsatəti təmin edilməmiş, iş materiallarında olan sübutlar düzgün qiymətləndirilməmiş, birinci instansiya məhkəməsində ifadə vermi ş şahid ifadələrinə qərəzli yanaşılaraq yalnız cavabdehin təqdim etdiyi şahidlərin ifadələrinə üstünlük verilmiş, iddiaçı tərəfindən təqdim edilmiş şahidlərin-maklerin,ustaların və fəhlələrin ifadələrinə qərəzli yanaşılmış, birtərəfli hüquqi qiymət verilmiş, maddi və prosessual hüquq pozuntuları ilə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Tərəfin izahatı Məhkəməkollegiyasınıniclasında İddiaçı vəkili X11 kassasiya şikayətinə uyğun izhat verərək, şiayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahişetdilər. Məhkəməkollegiyasınıniclasında Cavabdeh2 vəkili X7 və nümayəndəsi A6 kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahişetdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq,cavabdehlər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən oonların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlaya rkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən iş materiallarında olan “xxxx MMC ilə Cavabdeh2 arasında 08 may 2009-cu il tarixdə bağlanmış müqvilədən gör ünür ki, həmin müqaviləyə əsasən Bakı şəhəri, **************************** saylı binanın qarşısında inşa edilmiş binanın İİ mərtəbəsində sağ tərəfdə, ümumi sahəsi 106 kv.metr olan mənzilin hər kvadratmetrinin qiyməti 800 manat olmaqla ümumilikdə 84 800 (səksən dörd min səkkiz yüz) manat müqabilində Cavabdeh1 MMC müqavilədə göstərilən mənzili Cavabdeh2 təhvil verməyi öhtəsinə götürmüşdür. Cavabdeh2 həmin müqavilə üzrə ödəməli olduğu pul vəsaitini tam şəkildə ödəyərək bununla bağlı müvafiq arayış almışdır. “xxxx” MMC ilə İddiaçı arasında 17 noyabr 2011-ci il tarixdə müqavilə bağlanmış, bu müqaviləyə görə MMC, Bakı şəhəri, **************************** saylı binanın qarşısında inşa edilmiş binanın İİ mərtəbəsində sağ tərəfdə, ümumi sahəsi 106 kv.metr olan mənzili hər kvadratmetrinin qiyməti 43 0 manat olmaqla ümumilikdə 45 580 (qırx beş min beş yüz səksən) manat müqabilində İddiaçı təhvil verməyi öhdəsinə götürmüş, 18.11.2011-ci il tarixli arayışa görə, İddiaçı həmin pul vəsaitini MMC-yə ödəmişdir. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, mübahisəli mənzil Cavabdeh2 təhvil verilmişdir və hazırda onun sahibliyindədir. Mübahisəli mənzilə dair ilk müqavilə Cavabdeh2 ilə bağlanmaqla onun tərəfindən mənzilin dəyəri tam ödənilmiş, lakin sonradan onunla bağlanmış müqavilə ləğv edilmədən İddiaçı ilə eyni mənzilə dair müvafiq müqavilə bağlanmışdır. Başqa sözlə, qarşılıqlı iddiaçı ilə “xxxx” MMC arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri mövcuddur; sözügedən müqavilənin isə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ləğv, yaxud etibarsız hesab edilmiş olduğu müəyyən olunmamışdır. Məhkəmə araşdırması zamanı MMC ilə İddiaçı arasında da mübahisəsi gedən mənzillə bağlı 17.11.2011-ci il tarixdə müqavilə bağlandığı müəyyən olunsa da, kollegiyanın qənaətinə görə bu hal özüözlüyündə MMC-ni qarşılıqlı iddiaçı qarşısında müqavilə öhdəliklərini yerinə yetirməkdən azad etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifələrinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması v ə ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 165-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia mü ddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. - 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. -337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. - 337.5-ci maddəsinə əsasən Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plen umunun T.Mənsurovun şikayəti üzrə 05 dekabr 2011-ci il tarixli qərarının şərhinə əsasən. “...Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası mübahisəli mənzilə dair alqı-satqı müqaviləsini etibarsız hesab edərək, ondan irəli gələn məsələləri həll etməmiş, alıcının və satıcının hüquqi statusunu ilkin vəziyyətə qaytarmamış və T.Mənsurovun həmin mənzilə dair ödədiyi pulun ona qaytarılmasını həll etməmişdir. Bununla məhkəmə, tətbiq edilməli olan Mülki Məcəllənin 337.5-ci maddəsini tətbiq etməmişdir. Buna əsasən Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, etibarsız hesab edilən alqı-satqı müqaviləsinə müvafıq ödənilən pulun qaytarılmaması T.Mənsurovun Konstitusiyanın 29cu addəsində təsbit olunmuş mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur”. Apellyaiya instansiyası məhkəməsi tərəf lərin təqdim etdikləri sübutları tədqiq edərək, onlara hüquqi qiymət verərək, nəticəyə gəlmişdir ki, “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış 17.11.2011 -ci il tarixli 21 nömrəli müqavilə üzrə ödənilmiş 45 580 (qırx beş min beş yüz səksən) manat məbləğində pul “xxxx” MMC- dən alınaraq İddiaçı qaytarılmalıdır. Beləliklə, apellyasiya qaydasında işə baxmış məhkəmə kollegiyası tərəfindən qanunun qeyd olunan normalarının tələblərinə tam əməl olunmuş, maddi və prosessual hüquq normalar düzgün tətbiq olunaraq birinci instansiya məhkəməsinin qətnaməsində yuxarıda göstərilən dəyişiklik edilməklə iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessua l hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 24 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5012/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5012/2019
11.07.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver