Məhkəmə qərarları › İş №2(102)-5014/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5014/2021

06.08.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5014/2021 06.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı “Qaz İxrac” İdarəsinin Cavabdeh İmran qızına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qaz boru kəmərinin mühafizə zonasında inşa edilmiş mülkiyyət hüququ üzrə cavabdehə məxsus yaşayış evinin sökülməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi, iddiaçı “Qaz İxrac” İdarəsinin vəkili Vəkil iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-444/2021 nömrəli iş üzrə 16 mart 2 021-ci il tarixli qətnaməsindən iddiaçı “Qaz İxrac” İdarəsi və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 6 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı

1. Gədəbəy rayonunun Slavyanka kəndində mülkiyyətdə olan 0.048 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət kimi Cavabdeh İmran qızının adına Daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində qeydiyyata alınmışdır. 2. “Qaz İxrac" İdarəsi Qazax Magistral Qaz Kəmərləri sahəsi tərəfindən tərtib edilmiş 25.07.2019-cu il tarixli aktdan görünür ki, “Qaz İxrac” İdarəsi Qazax Magistral Qaz Kəmərləri sahəsinin balans yə istismarında olan, Gədəbəy rayonu Slavyanka ərazisind ən keçən, Şəmkir- Gədəbəy diametri 325 mm-lik, işçi təzyiqi 12 atmosfer olan yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında, kəmərdən 35 metr məsafədə yaşayış evi inşa olunmuşdur. a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı “Qaz İxrac” İdarəsi Cavabdeh İmran qızına qarşı qaz boru kəmərinin mühafizə zonasında inşa edilmiş yaşayış evinin cavabdehin öz vəsaiti hesabına sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən Gədəbəy rayonunun Slavyanka kəndi ərazisində, 325 mm-lik magistral qaz kəmərinin mühafizə zonasında, qaz kəməri ilə 33 metr məsafədə inşa edilmiş yaşayış evinin cavabdehin öz vəsaiti hesabına tam sökülərək mühafizə zonasından kənarlaşdırılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qə tnamə qəbul edilməsini xahiş etmişdir.

4. İş üzrə mütəxəssis təhqiqatı keçirilmiş, mütəxəssis rəyinə əsasən, Cavabdeh İmran qızına məxsus 107.95 kv.m tikili qaz kəməri xəttindən 36.4 m-dək məsafədə yerləşir. “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları” əsasən, kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır.

5. Gədəbəy Rayon Məhkəməsinin 2(042)-30/2020 nömrəli 11 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakim N.N.Quliyev) iddia ərizəsi təmin edilməmiş, iş üzrə mütəxəssis rəyinin verilməsinə görə çəkilən 60.60 manat xərcin iddiaçı Qaz İxrac İdarəsindən tutularaq "xxxx" MMC-nin AZ23AİİB******************** nömrəl i hesablaşma hesabına köçürülməsi, ödənilmiş 10 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, qaz kəməri torpağın alt hissəsi ilə çəkilmiş və cavabdeh yaşayış evi tikdirdiyi zaman yaxınlıqda yerin altında qaz-boru kəmərinin olmasını, bilməmişdir. İddiaçı tərəfindən torpağın altından magistral boru kəmərinin keçməsi haqqında müvafiq xəbərdaredici nişanların olması halı da sübut edilməmişdir. Yəni, cavabdeh yaşayış evini magistral qaz-boru kəmərinin yaxınlığında tikməsini bilməmişdir. Ona görə də, iddia ərizəsi təmin edilməməlidir.

7. Məhkəmə iş üzrə gəldiyi nəticəni “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 19.2-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1999-cu il tar ixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7-ci bəndinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 107, 115, 119.1, 217.4-ci maddələrinin və Avropa İnsan Hüquqları Məhkəməsinin bir sıra məhkəmə qərarlarına istinad edərək əsaslandırmışdır.

8. Qətnamədən narazı qalan iddiaçı “Qaz İxrac” İdarəsi apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-30/2020 saylı 11 fevral 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 26.11.2020-ci il tarixli, 10/3135 saylı ekspert rəyində Gədəbəy rayonunun Slavyanka kəndinin ərazisində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsində inşa edilmiş Cavabdeh İmran qızına məxsus fərdi yaşayış evi diametri 325 mm olan p=12.5 atm təzyiqli “Şəmkir-Gədəbəy” magistral qaz kəməri qolundan 35 m məsafədə inşa olunduğunu nəzərə alaraq, həmin tikintili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının” 2.7-ci bəndinin tələblərinə əsasən, həmin yaşayış evi magistral qaz kəmərinin qaydaların 2.7-ci bəndində göstərilən 50,0 m-lik mühafizə zonasının daxilinə bütövlükdə düşdüyü müəyyən edilmişdir.

10. İş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 mart 2021ci il tarixli 2(104)-444/2021 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-30/2020 nömrəli 11 fevral 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması, iddiaçı “Qaz İxrac” İdarəsindən 100 manat ekspertiza xərcinin tutulması qət edilmişdir.

11. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, səlahiyyətli dövlət orqanının icazəsi ilə, tikinti norma və qaydalarına uyğun inşa edilmiş və xüsusi mülkiyyət hüququ əsasında cavabdehin adına qeydiyyata alınmış fərdi yaşayış evinin dəyəri ödənilmədən sökülməsi halları qanunvericilikdə nəzərdə tutulmadığından birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur.

12. Məhkəmə iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, 140, 146.2, 152.1-ci maddələrinə, “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.23, 2.24, 2.3, 2.6-cı bəndlərinə istinad etmişdir.

13. İddiaçı “Qaz İxrac” İdarəsi və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-444/2021 nömrəli iş üzrə 16 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlillər i

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21.06.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri” Qaydalarının və X2 Layihələndirmə Normalarının tələbləri pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi sözügedən tikilinin “Qaydalar”ın tələbləri pozulmaqla, magistral qaz kəmərinin mühafizə zonasında inşa edilməsinə, bunun ilk növbədə gələcəkdə cavabdehin həyatı və həmin evdə yaşayan insanların həyatı üçün yüksək təhlükə mənbəyi olacağına, sözügedən qaz kəməri ilə yüksək təzyiqli qaz nəql olunduğu üçün onun gələcəkdə zədələnməsi və ya qaz sızması baş verməsi halında bunun qarşısı alınmaz xoşagəlməz nəticələr doğuracağına, magistral qaz boru kəmərinin torpaq sahə sinin cavabdehə verilməsindən əvvəl inşa edilməsinə əhəmiyyət verməmiş, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir.

15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə iclasında iddiaçı “Qaz İxrac” İdarəsinin vəkili Vəkil Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-444/2021 nömrəli iş üzrə 16 mart 2021-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə cavabdeh tərəf məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:

18. Maddə 13 Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

19. Maddə 29 Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

20. Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

21. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların döv lət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

22. Maddə 140 Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

23. Maddə 146.2 Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

24. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin on a mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”:

25. Maddə 2.23 X2nin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələrinin ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanla razılaşdırılır.

26. Maddə 2.24 Kəmərləri istismar edən hüquqi şəxslərə, Dövlət Neft Şirkətinə, onun yerli orqanlarına və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə, öz sə lahiyyətləri çərçivəsində, bu qaydaları pozanlar tərəfindən kəmərlərin mühafizə zonalarında və kəmərlərin (onun obyektlərinin) oxundan şəhərlərə və digər yaşayış məntəqələrinə qədər minimal məsafəyə bərabər olan sahədə Azərbaycan Respublikası Dövlətikintikomun təsdiq etdiyi magistral kəmərlərin layihələndirilməsi qaydaları və normaları ilə müəyyən edilmiş məsafələr daxilində aparılan işləri dayandırmağa səlahiyyət verir.

27. Maddə 2.3 Boru kəmərləri xətti üzrə dəmir betondan və ya taxtadan hazırlanmış fərqləndirici nişanlar (göstərici yazı lövhələri) yer səthindən 1,5-2 metr hündürlüyündə qurulur.

28. Maddə 2.6 Tikinti-quraşdırma və sifarişçi təşkilatlar tərəfindən müvafiq qaydada tikilmiş boru kəmərlərinin faktiki vəziyyətinin (icra sxeminin) və digər lazımi sənədlərin, torpaq istifadəs i xəritəsinə salınması üçün rayon (şəhər) icra hakimiyyəti orqanlarına verilməlidir. İcra hakimiyyəti orqanı boru kəmərlərin yerləşdiyi yerlər haqqında, maraqlı olan hüquq və fiziki şəxslərə məlumat verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

29. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhk əmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

33. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

34. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

35. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi ü çün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

36. Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (§30).

37. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (§31).

38. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır (§30). Lakin apely asiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. İş üzrə iddiaçı “Qaz İxrac” İdarəsi və vəkili Vəkil kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini istədiyindən və bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahis əli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticədən görünür ki, qaz kəməri torpağın alt hissəsi ilə çəkilmiş və cavabdeh yaşayış evi tikdirdiyi zaman yaxınlıqda yerin altında qaz-boru kəmərinin olmasını bilməmişdir. İddiaçı tərəfindən torpağın altında magistral boru kəmərinin keçməsi haqqında müvafiq xəbərdaredici nişanların olması halı da sübut edilməmişdir. Yəni, cavabdeh yaşayış evini magistral qazboru kəmərinin yaxınlığında t ikməsini bilməmişdir.

42. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının sökülməsini tələb etdiyi fərdi yaşayış evi Cavabdeh İmran qızının xüsusi mülkiyyətində olan torpaq sahəsində, tikinti işlərinin aparılması üçün icazə verilməsi ilə bağlı səlahiyyətli dövlət orqanı olan Gədəbəy Rayon İcra Hakimiyyətinin icazəsilə aparılmış, aparılmış tikinti norma və qaydalarına uyğun hesab edilərək müvafiq komissiya tərəfindən istismara qəbul edilmiş və Cavabdeh İmran qızının həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.

43. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, səlahiyyətli dövlət orqanın icazəsi ilə, tikinti norma və qaydalarına uyğun inşa edilmiş və xüsusi mülkiyyət hüququ əsasında cavabdehin adına qeydiyyata alınmış fərdi yaşayış evinin dəyəri ödənilmədən sökülməsi halları qanunvericilikdə nəzərdə tutulmadığından birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi barədə qətnaməsini dəyişdirmədən saxlayan apellyasiya kollegiyasının qətnaməsi qanuni və əsaslı olmuşdur.

44. Məhkəmə kollegiyası “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri” Qaydalarının tələblərinin pozulması barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi xüsusi mülkiyyət kimi Cavabdeh İmran qızına məxsus olduğundan, onun üzərində tam mülkiyyət hüquqları qeydə alındığından, həmin tikili qanunsuz və özbaşına tikinti sayılmadığından, torpaq sahəsi cavabdeh tərəfindən zəbt olunmadığından və onun tikintinin magistral qaz kəmərinin təhlükəsizlik zonasında yerləşməsində təqsiri müəyyən olunmadığından məhkəmə kollegiyası hesab edir ki, fərdi yaşayış evinin cavabdehin öz vəsaiti hesabına sökülməsi tələbinin təmin edilməsi barədə qərar qəbul edilə bilməz. Əks halda, bu cavabdehin qanunun müdafiəsi altına düşən mülkiyyət hüquqlarının kobud pozuntusu ilə nəticələnmiş olar.

45. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

46. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın rədd edilməsi bar ədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

47. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər (§34).

48. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “Qaz İxrac” İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-444/2021 nömrəli iş üzrə 16 mart 2021-ci il tarixli qətnaməsi dəyi şdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar