Məhkəmə qərarları › İş №2(102)-5018/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5018/2019

11.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5018/2019 11.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh vəkili Rnun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.01.2019-cu il tarixli, 2(103)-990/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon Məhkəməsinin (hakim L.Talıbova) 13.09.2018-ci il tarixli, 2(011)61109/2018 nömrəli qətnaməsi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilərək, Cavabdeh 8832 manat əsas borcun və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.Həsənov, Ş.Məmmədova, N.Cəfərov) 08.01.2019-cu il tarixli, 2(103)-990/2019 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 13.09.2018-ci il tarixli, 2(011)-61109/2018 nömrəli qətnaməsinin Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.01.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddi a ərizəsi ilə 25.06.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı MMC-nin xeyrinə yaranmış öhdəliklərə görə 8832 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh və vəkili R kassasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə instansiyaları işin həqiqi hallarını araşdırmamış, işin müəyyən olunmuş halları ilə bağlı düzgün nəticəyə gəlməməklə maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişlər. Məhkəmələr tərəflər arasında mövcud olan hüquq münasibətinin məzmununu düzgün müəyyən etməmiş və həmin hüquq münasibətlərinin subyektlərində səhvə yol vermişdir. Belə ki, cavabdeh ilə iddiaçı arasında hər hansı borc münasibətindən söhbət gedə bilməz. Çünki cavabdehin rəhbəri olduğu “xxxx” adlanan şirkət ilə iddiaçı arasında 03.09.2015-ci ildə xidməti müqavilə bağlanmış, həmin müqavilənin 1.1-ci maddəsinə əsasən müqavilənin predmeti belə müəyyən olunmuşdur ki, Agentlik (iddiaçı) Sifarişçinin (“xxxx” MMC) yazılı sifarişinə əsasən onun əməkdaşları üçün aviabiletlər, mehmanxanada yerləşdirmə, qabaqcadan bilet sifariş edilməsi, avtomaşın kirayəsi, sığorta, transfer, gid ilə təmin etmə, bütün istiqamətlərə viza dəstəyi və s. Xidmətlərin yüksək səviyyədə göstərilməsini üzərinə götürmüşdür. Həmin müqavilənin 7-ci maddəsinə əsasən müqavilə imzalandığı gündən qüvvəyə minmiş və 1 il müddətinə qüvvədə olmuşdur. Müqavilə müddəti bitdikdən sonra 15 gün ərzində tərəflərin heç biri müqavilənin ləğv edilm əsi təşəbbüsü ilə qarşı tərəfə müraciət etməzsə, müqavilə eyni şərtlərlə 1 il müddətinə uzadılmış hesab edilməlidir. Bu iki hüquqi şəxs arasında bağlanmış müqavilə hər sonrakı ilin sentyabr ayının 3-dək uzadılmışdır. Cavabdeh iddiaçıya bizneslə məşğul olan hüquqi şəxs kimi 2016-2017-ci illər ərzində tur paketləri alaraq ödənişlər etmiş və bir çox digər sifarişlər vermiş, borclarını vaxtında ödəmişdir. Sonuncu dəfə 2017-ci ilin fevral ayında tanışı Rövşən Abdullayevin adına İtaliyaya işgüzar səfərlərə getmək üçün Barselona və Milan şəhərlərinə aviabiletlər və həmin şəhərlərdə yerləşən otellərə sifarişlər etmişdir. Lakin cavabdehin rəhbərlik etdiyi şirkətin vergi borcu yarandığından fəaliyyəti dayandırılmış, bununla əlaqədar iddiaçıya borclarını ödəyə bilməmişdir. Cavabdeh sifarişləri iddiaç ı ilə aralarında müqavilənin qüvvədə olduğu dövr ərzində vermişdir və bu, həmin hüquqi şəxs ilə aralarında bağlanmış xidməti müqavilənin xarakterindən və cavabdehin rəhbərlik etdiyi MMC-nin biznes fəaliyyətinin mahiyyətindən irəli gəlir. Cavabdeh fiziki şəxs kimi iddiaçı ilə hər hansı borc münasibətinə daxil olmamış və fəaliyyəti müqavilə çərçivəsindən çıxmamışdır. Müqavilədən irəli gələn öhdəliyin pozulmasına görə yaranan hüquq münasibətinin subyektləri qisməndə iddiaçı və cavabdehin rəhbərlik etmiş olduğu “xxxx” MMC çıxış edir. Digər tərəfdən məhkəmələr hüquqi şəxsin fəaliyyətini dayandırması ilə onun ləğvini tamamilə qanunsuz və əsassız olaraq eyniləşdirmişlər. Qeyd olunanlara əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.01.2019-cu il tarixli, 2(103)-990/2019 saylı qətnaməsinin ləğv olunaraq iddianın rədd olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, İddiaçı MMC-nin səlahiyyətli nümayəndəsi və Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili R kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfi ndən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, İddiaçı MMC-nin fəaliyyəti xarici və yerli otellərin bronlaşdırılması, satışı, avia biletlərin satışı, viza dəstəyinin göstərilməsindən ibarətdir. Cavabdeh bizneslə məşğul olan şəxs kimi 2016-2017-ci illər ərzində tur paketləri alaraq ödənişlər etmiş və buna görə də şirkətin etibarını qazanmışdır. 2017-ci ilin fevral ayında o tanışı Rövşən Abdullayevin adına İtaliyanın Milan və Barselona şəhərlərinə aviabiletlər və həmin şəhərlərdə bahalı otellərdə yerləşən nömrələrə sifariş vermiş və İddiaçı MMCyə 8832 manat məbləğində borcu yaranmışdır. Lakin cavabdeh hazırkı dövrədək borcu qaytarmamışdır. Apellyasiya şikayətinin dəlilləri ilə b ağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin əsas dəlili ondan ibarətdir ki, iddiaçı ilə olan işgüzar münasibətlər onunla deyil, “xxxx” MMC arasında yaranmışdır. Bu səbəbdən də borc məbləği ona deyil, MMC-yə məxsus olmuşdur və pul MMC-dən tələb edilməlidir. Məhkəmə kollegiyası bununla bağlı qeyd etmişdir ki, məhkəmə kollegiyasına təqdim edilmiş İddiaçı MMC-in 2 saylı, 15 mart 2016-cı il tarixli Təsisçinin Qərarından məlum olur ki, “xxxx” MMC ilə İddiaçı MMC arasında bağlanmış 03 sentyabr 2015-ci il tarixli, 20 saylı müqaviləyə bir tərəfli qaydada xitam verilmişdir. 05 sentyabr 2016-cı il tarixli aviabiletlərin surətindən görünür ki, biri gediş-gəliş olmaqla 2 ədəd aviabilet Cavabdeh və Breus Yana adlı şəxslərin adına Bakı-Moskva-Milan uçuş xətti üzrə ayrılmışdır. Təqdim edilmiş 00 0217 saylı, 06 oktyabr 2016-cı il tarixli mədaxil qəbzindən məlum olur ki, həmin 2 ədəd avia biletlərə görə 2306 AZN məbləğində pul vəsaiti Cavabdeh tərəfindən İddiaçı MMC-yə ödənilmişdir. 22 iyul 2016-cı il, 19 iyul 2016-cı il, 24 may 2016-cı il, 15 may 2016-cı il tarixli aviabiletlərin surətindən görünür ki, 4 ədəd aviabilet Cavabdeh adlı şəxsin adına Milan-Moskva-Bakı, BakıMilan, Bakı-Milan-Milan-Bakı, Bakı-Moskva uçuş xətti üzrə ayrılmışdır. Təqdim edilmiş 004490 saylı, 01 avqust 2016-cı il tarixli mədaxil qəbzindən məlum olur ki, həmin 4 ədəd avia biletlərə görə 1951,76 AZN məbləğində pul vəsaiti Cavabdeh tərəfindən İddiaçı MMC-yə ödənilmişdir. 22 may 2016-cı il, 12 may 2016-cı il tarixli aviabiletlərin surətindən görünür ki, 3 ədəd aviabilet, Grozavu Daniela, Hüseynova Ruqəyya, Cav abdeh adlı şəxslərin adına Bakı-MoskvaKişinau-Moskva-Bakı uçuş xətti üzrə və Bakı-İstanbul-Bakı uçuş xətti üzrə ayrılmışdır. Təqdim edilmiş 000377 saylı, 05 noyabr 2016-cı il tarixli mədaxil qəbzindən məlum olur ki, həmin 3 ədəd avia biletlərə görə 1591 AZN məbləğində pul vəsaiti Cavabdeh tərəfindən İddiaçı MMC-yə ödənilmişdir. 08 dekabr 2016-cı il, 26 noyabr 2016-cı il, 25 noyabr 2016-cı il, 04 oktyabr 2016-cı il, 12 oktyabr 2016-cı il, 15 oktyabr 2016-ci il, 27 sentyabr 2016-cı il tarixli aviabiletlərin surətindən görünür ki, 7 ədəd aviabilet Cavabdeh, Boqaçenko Oksana, Breus Yana, Khashagul Gova adlı şəxslərin adına Bakı-Moskva, Sankt Peterburq-Moskva-Milan-Moskva-Sankt Peterburq, BakıMilan, Moskva-Bakı, Moskva-Bakı-Moskva uçuş xətləri üzrə ayrılmışdır. Təqdim edilmiş 000198 saylı, 24 d ekabr 2016-cı il tarixli mədaxil qəbzindən məlum olur ki, həmin 7 ədəd avia biletlərə görə 2954 AZN məbləğində pul vəsaiti Cavabdeh tərəfindən İddiaçı MMC-yə ödənilmişdir. Göründüyü kimi müəyyən edilmişdir ki, “xxxx” MMC ilə iddiaçı arasında olan müqaviləyə 15 mart 2016-cı il tarixdə xitam verilmişdir. Bundan sonra yaranan bütün münasibətlər Cavabdehla olmuşdur. Cavabdeh iddiaçıdantur paketləri alaraq ödənişlər etməsi, sonradan isə aldığı tur paketlərə görə ödənişlərdən yayınması həm iş materialları, həm də cavabdehin istintaq orqanında verdiyi izahatları ilə təsdiq edilir. Cavabdeh tərəf tələb olunan borc məbləğini mübahisələndirməmişdir. Etirazı öhdəliyin hüquqi şəxsə aid olmasında ibarət olmuşdur. Azərbaycan Respulbikasının Mülki Məcəlləsinin 567, 600.1, 601.1-ci maddələrinin tələblərin i nəzərə alaraq kollegiya hesab etmişdir ki, tərəflər arasında qanunauyğun və iddiaçının səlaihyyətli olmaqla tur paketlərin satılmasına dair nisyə alqqı-satqı müqaviləsi bağlanılmışdır. İşin halları ilə müəyyən olunmuşdur ki, cavabdehin tur paketlərinin sifariş verмəsi, yəni, tur paketlərinin sifarişi və həmin sifarişə görə iddia edilən məbləğin ödənilməməsi işin mübahisəsiz halıdır. Lakin cavabdeh həmin sifarişləri MMC-in işçiləri üçün MMC-nin adından etdiyini bildirmişdir. Sübut edilmişdir ki, özünün və digər şəxslərin adına olan sifarişlər MMC tərəfindən deyil, məhz cavabdehin özü tərəfindən öz adına sifariş verilmişdir. Bu səbəbdən də iddia düzgün olaraq Cavabdeh qarşı irəli sürülmüşdür. Cavabdeh tərəflər arasında bağlanmış müqavilənin icrasına başlanması, dəyəri ödənilməyən aviabilet lərin və digər xidmətlərin müqavilənin qüvvədə olduğu müddətdə və ondan sonra hüquqi şəxs tərəfindən sifariş edilməsi, yaranmış öhdəliyə cavabdehliyi hüquqi şəxsin daşımasına dair hər hansı mötəbər sübuta istinad etməmişdir. Buna görə tərəflər arasında bağlanmış müqavilənin mövcudluğuna istinad edilərək borc öhdəliyinin hüquqi şəxsə aid edilməsi yolverilən hal hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.Həmin Məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikd ə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qusürlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfl i və obyektiv araşdırmış və kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apelyasiya şikayətinin dəlilləri üzrə düzgün araşdırma apararaq birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gəlmişdir. Apellyasiya kollegiyası tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsas ən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.01.2019-cu il tarixli, 2(103)990/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar