Məhkəmə qərarları › İş №2(102)-5019/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5019/2020

26.10.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5019/2020 26.10.2020 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nəqarşı iş üzrə QƏRARİ iş № 2(102)-5019/20 (Açar sözlər: əmək haqqına əlavə tələbi, qərarın geriyə qüvvəsi) Bakı şəhəri, xx xxxxxxx 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, X1 katibliyiilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı “əmək haqqına 10 faiz əlavənin tam hesablanaraq birdəfəlik ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)- 1768/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 26 oktyabr 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx xxxx 2006-cı il tarixdən xx xxxx 2014-cü il tarixə qədər müddət ərzində Cavabdeh2 ( ) X2 müqavilə ilə əməliyyatçı, xx xxxxxxxx 2010-cu il tarixdən hazırki dövrə qədər Quba rayonu, Güləzi kənd ümumi orta məktəbində riyaziyyat müəllimi işləyir.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2002-ci il tarixli 137 nömrəli qərarında dəyişikliklər edilməsi barədə xx xxx 2017-ci il tarixli 212 nömrəli qərarı ilə Quba rayonunun Afurca və Güləzi kəndləri dəniz səviyyəsindən 1200 metrdən 1500 metrədək yüksəklikdə yerləşən yaşayış məntəqələrinin siyahısına əlav ə edilmişdir. a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı qarşı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət etmişdir.

4. İiddia ərizəsində iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2017-ci il tarixli 212 nömrəli qərarının xx xxxx 2006-cı il tarixdən xx xxxx 2014-cü il tarixə qədər müddət ərzində X4 X2 Telefon Stansiyasında müqavilə ilə əməliyyatçı vəzifəsində işlədiyi dövrə şamil edilməsi; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2017-ci il tarixli 212 nömrəli qərarının xx xxxxxxxx 2010-cı il tarixdənxx xxx 2017-ci il tarixə qədər XXX ümumi orta məktəbində müəllim işlədiyi dövrə şamil edilməsi; X4 X2 müqavilə ilə əməliyyatçı vəzifəsində işlədiyi xx xxxx 2006-cı il tarixdən xx.xx.2014-cü il tarixə qədər d övrə görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2017-ci il tarixli 212 nömrəli qərarı əsasında yüksəkliyə görə ona ödənilməli 10 faiz əlavənin tam hesablanaraq birdəfəlik ona ödənilməsi;XXX ümumi orta məktəbində xx xxxxxxxx 2010-cı il tarixdən xx xxx 2017-ci il tarixə qədər müəllim işlədiyi dövrə görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2017-ci il tarixli 212 nömrəli qərarı əsasında yüksəkliyə görə ona ödənilməli 10 faiz əlavənin tam hesablanaraq birdəfəlik ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı sonradan iddiasını artırıb, ödəniləcək məbləğin 2,2 dəfə artırılaraq indeksləşdirilməsini də xahiş etdmişdir.

6. İddia tələbi onunla əsaslandırılıb ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2002-ci il tarixli 137 nömrə li qərarında dəyişikliklər edilməsi barədə xx xxx 2017-ci il tarixli 212 nömrəli qərarı, Cavabdeh1 tərəfindən xx xxx 2017-ci il tarixdən sonrakı dövrə tətbiq edilmişdir. Lakin xx xxxxxxxx 2010-cı il tarixdən xx xxx 2017-ci il tarixə qədərki dövrə həmin qərar tətbiq edilməmişdir.

7. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “xxxx” MMC-nin Cavabdeh2 xx xxxxxxxx 2019-cu il tarixli № 584 saylı məktubunda bildirilir ki, Nazirlər Kabinetinin məlum qərarı imzalandığı gündən qüvvəyə mindiyini, Sizin Quba TKQ-da 2007-2014-cü illərdə müqavilə əsasında işlədiyinizi, həmçinin faktiki topladığınız vəsaitə görə əmək haqqı aldığınızı nəzərə alaraq həmin güzəşt Sizə şamil olunmamışdır.

8. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə görə normativ fizi ki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir.

9. Əgər Afurca və Güləzi kəndləri 2002-ci ildə lazımi siyahıya salınsaydı ona xx xxx 2017 tarixədək əmək haqqı hər iki iş yerindən 10% əlavə ilə birlikdə ödəniləcəkdi. Hər iki müəssisəyə ödənməmiş məbləğin birdəfəlik hesablanıb ödənməsi barədə müraciətinə rədd cavabı verilmişdir.

10. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinə istinad etmişdir.

11. Cavabdeh2 nümayəndəsi iddiaya etiraz etmiş, etirazı onunla əsasalndırmışdır ki, İddiaçı 2006-2014 cü illər ərzində Quba TKQ-nda müqavilə ilə əməliyyatçı kimi işləmişdir. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı 17- may 2017-ci il tarixdən qüvvəyə minmişdir.

12. Azərbaycan Respublikası konstitutsiyasının 149-cu maddəsinin beşinci bədində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları yalnız dərc edildikdə onların tətbiqi və icrası vətəndaşlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir.

13. Cavabdeh1 nümayəndəsi iddia tələbini qəbul etməyərək, etirazını onunla əsaslandırıb ki, “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli qərarında dəyişiklik lər edilməsi barədə Nazirlər Kabineti xx xxx 2017-ci il tarixidə 212 nömrəli qərar imzalanmışdır. Həmin qərar imzalanan tarixdən iddiaçıya yüksəkliyə görə əmək haqqıya 10 faiz əlavə ödənilmişdir.

14. Quba Rayon Məhkəməsinin 2(027)-543 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə qətnaməsi ilə iddiа təmin edilməmişdir. (hakim İlqar Məmmədov)

15. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli, 137 nömrəli qərarında dəyişikliklər edi lməsi barədə Nazirlər Kabinetinin 212 nömrəli qərarı xx xxx 2017-ci il tarixdə imzalanmışdır. Həmin tarix İddiaçı fəaliyyət göstərdiyi 2006-2014-cü illəri əhatə etmir.

16. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq iddianın təmin edilməməsi nəticəsinə gəlmişdir.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi, Mülki Məcəllənin 7.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

18. İddiaçı apelyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş edib.

19. Apelyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırlmaqla, şikayətdə işin faktiki halarına istinad edilib.

20. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1768/2020 nömrəli, xx xxxx 2020-ci il tarixl i qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Gülnarə Tağızadə (sədrlik edən və məruzəçi), Lətifə Məmmədova, Telman Quliyev)

21. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə gorə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin uzərinə düşür. Mülki prosessual qanunvericilik subutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını muəyyən edir. Bu qaydaya gorə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər.

22. Apelyasiya instansiyası onu da qeyd edib ki, məhkəmə öz istəyinə gorə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübütetmə yükünü bölüşdurə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbusu ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünь bütünluklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının uzərinə qoyur.

23. Apelyasiya instansiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirərək, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin müəyyən edilmiş hallarına və qanunvericiliyin tələblərinə uyğun hesab etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

24. İddi açı(Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

25. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb, 26.Kassasiya şikayətinə cavabdehlərin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

27. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, tərəflər məhkəmə iclasına gəlmədiyi və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat vermədikləri üçün məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 149 Vİİ hissə.Fizik i və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 7.1. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Mülki Prosessual Məcəllə Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun o lmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

29. Hazı rkı kassasiya şikayətində iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən qətnamə tam yoxlanır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 30 Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apelyasiya şikayətinin dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.

32. Baxılan iş üzrə apelyasiy a instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

33. İddia tələbi Nazirlər Kabinetinin müvafiq qərarına dəyşikliyə əsasən əmak haqqına əlavə edilməsi barədədir.

34. İşin məhkəmələr tərəfindən müəyyən edilən halı ondan ibarətdir ki, “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli, 137 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinin 212 nömrəli qərarı xx xxx 2017-ci il tarixdə imzalanmış və qərar həmin tarixdən sonra icra edilməyə başlamışdır. Həmin tarix İddiaçı fəaliyyət göstərdiy i 2006-2014-cü illəri əhatə etmir.

35. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun hesb edir.

36. İşin məhkəmələr tərəfindən müəyyən edilən halından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli, 137 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinin 212 nömrəli qərarı xx xxx 2017-ci il tarixdə imzalanmışdır. 37. “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli qərarında dəyişikliklər edilməsi barəd ə Nazirlər Kabineti xx xxx 2017-ci il tarixdə 212 nömrəli qərarına əsasən Quba rayonunun Güləzi və Afurca kəndləri dəniz səviyyəsindən 1200 metrdən 1500 metrədək yüksəklikdə yerləşən yaşayış məntəqələrinin siyahısına əlavə edilmişfir.

38. İddiaçı isə əmək haqqına əlavə ödənilməsini həmin dəyişikliklərin edilməsindən əvvəlki dövrə də aid edilməsini istəyir. Görünüdyü kimi, işin müəyyn edilən bu halı iddianın təmin edilməsini istisna etmişdir.

39. Bu baxımdan, iddianı rədd edən birinci instansiya məhkməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla apelyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir.

40. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıd ır.

41. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1768/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar