Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-502/2020 05.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, cavabdehin vəkili Hacıyev Elşən Şahin oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 oktyabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh x2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 05 fevral 2020-ci il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3958/18 saylı, 25 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, x1 və x2 arasında bağlanmış 16.04.2016-ci il tarixli, D35 nömrəli daxili lizinq müqaviləsi ləğv edilmiş, cavabdeh x2ndan lizinq müqaviləsi üzrə 28.739 manat əsas, 291 manat faiz borcu, 200 manat dəbbə pulu, cəmi 29.230 (iyirmi doqquz min iki yüz otuz) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq x1-yə ödənilməsi və cavabdeh x3 ünvan 1 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, lizinq predmeti olan ünvan 1 cavabdeh x2 tərəfindən boşaldılaraq iddiaçı x1-yə təhvil verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər İ.Şirinov (sədrlik edən, məruzəçi), T.Səmədov və E.Kazımov, 2(1 03)10497/2019 saylı mülki iş) hazırki iş üzrə cavabdeh x3 və x2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin olunmamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3958/18 saylı, 25 dekabr 2018-ci il tarixli qətnaməsi onların apellyasiya şikayətlərinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı x1 cavabdehlər x2, x4, x5 və x3na qarşı müqavilənin ləğv edilməsi, borcun ödənilməsi, lizinq obyektinin geri alınması və istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, x1 ilə x2 arasında bağlanmış 16.04.2016-cı il tarixli D35 saylı Daxili lizinq müqaviləsinin ləğv edilməsi, lizinq məbləği üzrə 40.298 (qırx min iki yüz doxsan səkkiz) manat, lizinq mükafatı (faiz məbləği) üzrə 291 (iki yüz doxsan bır) manat və 36.497 (otuz altı min dörd yüz doxsan yeddi) manat hesablanmış cərimə olmaqla, ümumilkdə 77.086 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun x2ndan tutularaq x1-yə ödənilməsi, x3, x4 və x5 ünvan 1 saylı mənzilə olan istifadə hüquqlarının itirilməsi və mənzilin boşaldılaraq x1-nə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh x2 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq n ormaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Hacıyev Elşən Şahin oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı və digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikas ı Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi ni mübahisələndirilən hissədə dəyişdirilmədən saxlayan apelyasiya instansiyası məhkəməsi öz qətnaməsini onunla əsaslandırmışdır ki, 16.04.2016-cı il tarixli AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsinə əsasən x6 mülkiyyətində olan ünvan 1 saylı mənzilini x1-yə satmış və həmin mənzil 23.04.2016-cı il tarixdən xüsusi mülkiyyət kimi x1-nin adına qeydiyyata alınmışdır. Lakin keçmiş mülkiyyətçi x6nun ailə üzvü x3 mənzildə qeydiyyatdadır və bu iddiaçının qanunla qorunan hüquqlarını pozur. Mənzili satdığı vaxtdan keçmiş mülkiyyətçi ailə üzvü ilə birlikdə köçüb başqa yaşayış yerinə getmiş, lakin keçmiş mülkiyyətçinin ailə üzvü mənzildən qeydiyyatdan çıxmamışdır, bu səbəbdən iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilmişdir. Cavabdeh x2 iddiaçıya məxsus mənzildən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, habelə bu hüququn əmələ gəlmə şərtlərinin müəyyənləşdirilməsinə dair mənzilin mülkiyyətçisi ilə cavabdeh arasında notariat qaydada təsdiq olunmuş yazılı razılaşma mövcud olmamış, cavabdeh ümumiyyətlə həmin qeydiyyata alınmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla qətnamə maddi hüquq normaları pzulmaqla qəbul edilmişdir. Mülki iş materiallarına əlavə olunmuş 16.04.2016-cı il tarixli, D035 nömrəli daxili lizinq müqaviləsindən görünür ki, x1 ilə x2 arasında müqavilə bağlanmışdır. Lizinq müqaviləsinin 1 saylı əlavəsinə əsasən x1-nin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzil 24 ay müddətində D035 saylı, 16.04.2016-cı il tarixli müqaviləsin ə 1 saylı əlavə uyğun olaraq hər ay üçün 3.869 manat ödəmək şərti ilə 76.000 manat lizinqə verilmişdir. 10.07.2018-ci il tarixli arayışdan görünür ki, cavabdehin x1-yə 10.07.2018-ci il tarixinə lizinq məbləği üzrə 40.298 manat, faiz məbləği üzrə 291 manat, 36.497 manat hesablanmış cərimə, ümumilikdə 77.086 manat borcu vardır. 16.10.2018-ci il tarixli arayışdan görünür ki, cavabdehin x1-yə 16.10.2018-ci il tarixinə lizinq məbləği üzrə 40.235 manat, faiz məbləği üzrə 1100,90 manat, 40.360,19 manat hesablanmış cərimə, ümumilikdə 81.696,13 manat borcu vardır. AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, mülkiyyətçi x6 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzili 250.000 manata x1-yə satmışdır. Müqavilədən həmçinin görünür ki, x1 qeyd olunan mənz ili x2 vermək üçün almışdır. RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil 23.04.2016-cı il tarixdən xüsusi mülkiyyət hüququ əsasında manata x1-yə məxsusdur. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 588 nömrəli reyestr kitabının 54063 nömrəli vərəqində qeydiyyata alınmışdır. “Elektron notariat” Avtomatlaşdırılmış İnformasiya Sistemindən çıxarışdan görünür ki, x4, x5 və x3 ünvan 1 ünvanında qeydiyyatdadılar. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 03.09.2018-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanin aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi 05.12.2018- ci il tarixli rəy vermişdir. Həmin rəyə əsasən 16.04.2016-cı il tarixli, D35 saylı daxili lizinq müqaviləsi üzrə x2nın iddiaçı x1-yə sual üzrə müqavilə müddəti bitən tarixə, yəni 13.04.2018-ci il tarixinə ödənilməli olan borcu- ( qrafik üzrə ödənilməli olan məbləğ 92.843,0 manat ) çıxılsın (cəmi ödənilmiş məbləğ 61.659,13 manat ) 31.183,87 manat məbləğində müəyyən edilmişdir. O cümlədən əsas lizinq məbləği üzrə 28.739,0 manat və lizinq mükafatı üzrə 2.444,87 manatdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil etmişdir. İşin materiallarından görünür ki, cavabdeh expert rəyi ilə müəyyən olunmuş borcu ödəmək istəyir. Əgər cavabdeh borcu tam ödəyərsə lizinq müqaviləsinin şərtlərinə əsasən mübahisəli predment olan mənzil cavabdehin mülkiyyətinə keçməli idi. Cavabdeh lizinq müqav iləsi ilə ödəməli olduğu 76.000 manat puldan 61.619 manatını ödəmişdir. İş materiallarından görünür ki, cavabdehə qalan borcunu ödəmək barədə xəbərdarlıq edilməmiş, qalan borcu ödəmədiyi halda lizinq obyektinin cavabdehin istifadəsindən geri alınması olması barədə cavabdehin məlumatı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8.1-ci maddəsənə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməlidir. İşin yeni apelyasiya baxışı zamanı qərarda göstərilənlərə əməl edilməklə, qanuni qərar qəbul edilməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh x2nın kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi MK-nın 11 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-502/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-502/2020
05.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver