Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5020/2021 10.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02.06.2021-ci il tarixli, x nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisə mənzildən çıxarılma və dəymiş zərərin əvəzinin ödənilməsi tələbləri ilə bağlıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 29 avqust 2019-cu il tarixli, x saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh, yetkinlik yaşına çatmayan övladları 18.02.2011-ci il təvəllüdlü X5 və 12.03.2013-cü il təvəllüdlü X2 ilə birlikdə x də yerləşən x saylı mənzilindən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
3. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 yanvar 2020-ci il tarixli, x saylı qətnaməsi ilə iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2 9 avqust 2019-cu il tarixli, x saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, eyni zamanda ərizə ilə həmin şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-X.Sarıyev (sədrlik edən və məruzəçi), E.Mehdiyev və Ş.Məmmədov) 02.06.2021-ci il tarixli, x nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 yanvar 2020-ci il tarixli, x saylı qətnaməsindən kassasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpasına dair Cavabdeh tərəfindən verilmiş ərizə (vəsatət) təmin edilməyətək kassasiya şikayəti geri qaytarılmışdır.
6. Qərar belə əsaslandırılmışdır ki, kassasiya şikayətinin verilməsinin son müddəti 28 mart 202 0cu il tarixdə bitdiyi halda, kassasiya şikayəti 19 aprel 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 yanvar 2020-ci il tarixli, x saylı qətnaməsindən qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyindən, müddətin bərpası üçün üzrlü səbəblər müəyyən olunmadığından, müddət bərpa edilməməli, kassasiya şikayəti geri qaytarılmalıdır. Cavabdeh müddətin bərpası barədə ərizəsində üzrlü səbəb kimi Pandemiya xəstəliyi və uşaqlarının xəstə olmasına istinad etmişdir. Kollegiya cavabdehin müddətin bərpası üçün qeyd etdiyi səbəbləri əsassız hesab etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
7. Cavabdeh həmin qərardaddan ka ssasiya şikayəti verərək onun ləğv olunmasını və kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa edilməsini xahiş etmişdir.
8. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, onun iki övladı var. Hər ikisi xroniki xəstəliklərdən əziyyət çəkirlər və pandemiya dövründə xüsusi olaraq təcrid olunmalı idilər. Başqa bir halda məhkəmə orqanlarının fəaliyyətində mövcud olan fasilələr səbəbindən kassasiya şikayətinin verilməsi müddətinin necə nizamlanması haqqında məlumatı olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
9. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 kassasiya şikayətinə qarşı etiraz göndərərək onun təmin olunmamasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinin dəlillərini müd afiə edərək, onun təmin olunmasını xahiş etdi.
11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
12. Maddə 128.1. Prosessual hərəkətlər MPM ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.
13. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
14. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
15. Maddə
133. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab ed ərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
16. Maddə 405.0.1. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində kassasiya şikayəti verilir.
17. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır.
18. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
19. Hazırkı kassasiya şikayətində qərardad cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
20. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
21. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir.
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 yanvar 2020-ci il tarixli, x saylı qətnaməsinin surəti cavabdeh tərəfə “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tu tulmuş sifarişli poçt göndərişi ilə göndərilmişdir.
23. Məhkəmə qətnaməsi 27.01.2020-ci il tarixdə Cavabdeh x saylı sifarişli poçt qəbzi ilə verilmişdir (iş vər. 298).
24. Cavabdeh nümayəndəsi X1 30.01.2020-ci il tarixdə iş materialları ilə tanış olmuşdur (iş vər. 299).
25. Cavabdeh tərəfindən kassasiya şikayəti 19 aprel 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur.
26. Cavabdeh tərəfindən ərizəyə (vəsatətə) əlavə edilmiş 5 saylı Uşaq Xəstəxanasının 16 aprel 2021-ci il tarixli məktubun surətindən görünün ki, X2 08.03.2021- 25.03.2021-ci il tarixdə stasionar müalicədə olmuşdur.
27. Apellyasiya məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinadən qeyd etmişdir ki, məhkəmə “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000ci il tarixli qə rarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
28. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Horronsbi Yunanıstana qarşı” 19.03.1997-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi müəyyən edir ki, hər kəs mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə tərəfindən işinin araşdırılması hüququna malikdir. Razılığa gələn Tərəflərin hüquqi sistemi qəti, məcburi hüquqi qüvvəyə malik olan məhkəmə qərarlarının tə rəfin birinə münasibətdə fəaliyyətsiz qalmağa imkan verdiyi halda, bu hüquq xəyali xarakter almış olardı. Konvensiyanin 6-cı maddəsinin yalnız ədalət mühakiməsinə çatmaq hüququnu tənzimləyən kimi tərtib olunması razılığa gələn Dövlətlərin Konvensiyanı imzalayarkən riayət etmələrini öhdələrinə götürdükləri hüququn aliliyi prinsipi ilə uyğunsuzluğa aparan vəziyyətə gətirib çıxaracaqdır.
29. Apellyasiya kollegiyası hesab etmişdir ki, Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 yanvar 2020-ci il tarixli, 2(103)-1402/2020 saylı qətnaməsindən qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyindən, müddətin bərpası üçün üzrlü səbəblər müəyyən olunmadığından, müddət bərpa edilməməli, kassasiya şikayəti geri qaytarılmalıdır.
30. Cavabdeh müddətin bərpası b arədə ərizəsində üzrlü səbəb kimi Pandemiya xəstəliyi və uşaqlarının xəstə olmasına istinad etmişdir. Apellyasiya kollegiyası cavabdehin müddətin bərpası üçün qeyd etdiyi səbəbləri əsassız sayaraq qeyd etmişdir ki, kassasiya şikayətinin verilməsinin son müddəti 28 mart 2020-cu il tarixdə bitdiyi halda, kassasiya şikayəti 19 aprel 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur.
31. Beləliklə, qətnamədən verilən kassasiya şikayətinin qaytarılması prosessual hüquq normalarına uyğun olmuşdur (§ 16-17) və hazırkı şikayətin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir.
32. Ona görə də apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
33. Göstərilənlərə əsasən və MPM-in 417-419 və 421-ci maddələrini rəhbər tutaraq, Məhk əmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02.06.2021-ci il tarixli, x nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.