Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5022/2021 21.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh3 ASC və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bildirişin etibarsız hesab olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2570/2021 nömrəli iş üzrə 09 mart 2021-ci il ta rixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 21 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 20.02.2018-ci il tarixli, 2(006)-944/2018 saylı qətnaməsinə əsasən iddiaçılar İddiaçı və X1 Cavabdeh3 ASC-yə qarşı "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “protokol və qərarın etibarsız sayılaraq ləğv edilməsi” tələbinə dair iddia tələbi rədd edilmişdir. 20.05.2012-ci il tarixli bildirişə əsasən "xxxx" MMC-nin baş direktoru K.İ.Əzimov İddiaçı müraciət edərək, Cavabdeh3 ASC-nin ümumi yığıncağında iştirak etmək üçün 20.06.2012-ci il tarixdə, saat 10:00-da Cavabdeh3 ASC-nin ünvan 1 ünvanında yerləşən inzibati binası nda olması xahiş edilmişdir. Ümumi yığıncağın gündəliyinə Cavabdeh3 ASCnin inzibati binasının və yerləşdiyi torpaq sahəsinin satılması məsələsi daxil edilmişdir. İddiaçı iddia tələbində qeyd olunan əsaslardan çıxış edərək, bildirişin onu göndərməyə səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmaqla göndərilməsi əsası ilə etibarsız hesab edilməli olduğu qənaətinə gəlir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Nurgün Motors MMC-yə, Cavabdeh3 ASC-yə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bildirişin etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 ASC-nin 20.06.2012-ci il tarixli səhmdarl arının ümumi yığıncağının çağırılmasına dair İddiaçı adına tərtib edilmiş bildirişin etibarsız sayılması və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə Nəsimi rayonu Alatava 2 ünvanda yerləşən Cavabdeh3 ASC-nin yığıncağının çağırılmasına dair bildirişin etibarsız olunmasına dair qeydlərin edilməsinin tapşırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC 20 iyun 2012-ci il tarixli protokolun qanuni olmasını sübut etmək üçün məhkəməyə, yığıncağın çağırılmasına dair bildirişlər təqdim edib. Hesab edir ki, həmin bildiriş qanuna ziddir. Çünki Mülki Məcəllənin 107-1.3-ci maddəsinə görə “Banklar haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərd ə tutulmuş hallar istisna olmaqla, səhmdarların illik ümumi yığıncağı maliyyə ili bitdikdən sonra altı aydan gec olmayaraq, direktorlar şurası (müşahidə şurası) tərəfindən çağırılır və bu barədə səhmdarlara məlumat verilir. Cəmiyyətin direktorlar şurası (müşahidə şurası) olmadıqda, səhmdarların ümumi yığıncağının çağırılması cəmiyyətin icra orqanı tərəfindən həyata keçirilir. Həmin məcəllənin 107-1.4-ci maddəsinə görə səhmdarların ümumi yığıncağının çağırılmasına qırx beş gün qalmış yığıncağın çağırılması barədə kütləvi informasiya vasitələri ilə məlumat verilməli (qapalı səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının çağırılması halları istisna olunmaqla), habelə səhmdarlara və ya nominal saxlayıcılara bu barədə yazılı bildiriş göndərilməlidir. Nominal saxlayıcı həmin bildirişin s əhmdara çatdırılmasını təmin etməlidir. Məcəllənin 1071.6-ci maddəsinə görə “Banklar haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallar imtina olmaqla, səhmdarların növbədənkənar ümumi yığıncağı direktorlar şurasının (müşahidə şurasının) öz təşəbbüsü ilə və ya təftiş komissiyasının (müfəttişin), yaxud səsli səhmlərin on faizinə malik olan səhmdarların yazılı tələbi ilə cəmiyyətin icra orqanı tərəfindən çağırılır. Cəmiyyətin direktorlar şurası (müşahidə şurası) olmadıqda səhmdarların növbədənkənar ümumi yığıncağı icra orqanının təşəbbüsü ilə çağırılır. Göründüyü kimi qanunvericilik səhmdarların ümumi yığıncağının çağırılması səlahiyyətini cəmiyyətin idarəetmə orqanlarına verib, səhmdara belə səlahiyyət verilməyib. Bunlarda isə səhmdar cəmiyyətin icra orqanı deyil, səhm dar cəmiyyətin digər səhmdarlarına bildirişlərə öz möhürünü vurub və özü yığıncağı çağırıb. Bu isə yuxarıda göstərilən maddi hüquq normalarına zidd bərəkətdir və yığıncağın çağırılmasının qaydalarının kobud şəkildə pozulması deməkdir. Konstitusiya Məhkəməsinin Plenumunun 16.12.2011-ci il tarixli qərarında birmənalı olaraq göstərilir ki, dövlət tərəfindən müəyyən edilən prosedur qaydalar iştirakçıların mülkiyyət hüquqlarının qarantı olaraq müəyyən edilmişdir. Beləliklə bəlli olur ki, cəmiyyət tərəfindən qəbul edilən qərar onun qəbul edilməsi üçün nəzərdə tutulan bütün prosedur qaydaların pozulması ilə qəbul edilib və tam qanuna və Konstitusiya məhkəməsinin qərarına zidd hərəkətdir. Yəni yığıncağın cəmiyyətin icra orqanı tərəfindən yox səhmdar tərəfindən çağırılması qanunda nəzərdə tutulmadı ğından qanuni ziddir bu səbəbdən həmin bildirişlər etibarsız sayılmalıdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim S.Ədilova, iş № 2(005)-2222/2020) İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh3 ASC-yə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bildirişin etibarsız hesab olunması” tələbinə dair iddiası təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ümumi yığıncağın bildirişini məhkəmə müstəvisində mübahisələndirmək üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Belə ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 20.02.2018-ci il tarixli, 2(006)-944/2018 saylı qətnaməsinə əsasən iddiaçı mübahisələndi rdiyi bildirişlə bağlı hüquqlarının pozulmasından, məhkəmədə iddia qaldırdığı vaxtdan məlumatlı olmuş, o, əqdin etibarsız olması ilə bağlı tələblərini qanunla müəyyən edilmiş müddətdə məhkəmədə mübahisələndirməmişdir. Məhkəmə, iddiaçının məlumatlı olması məsələsinə münasibət bildirərək qeyd edir ki, mübahisələndirilən bildirişdən məlumatlı olsa da, o, məhkəməyə 02.06.2020-ci il tarixdə poçt vasitəsilə bildirişin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmə müstəvisində mübahisələndirmiş, beləliklə qanunla müəyyən edilmiş 1 illik müddəti ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 20.02.2018-ci il tarixli, 2(006)-944/2018 saylı qətnaməsinə əsasən iddiaçılar İddiaç ı və X1 Cavabdeh3 ASC-yə qarşı "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “protokol və qərarın etibarsız sayılaraq ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməyərək, hazırki mübahisəli bildirişin mötəbərliliyinə qətnamə ilə hüquqi qiymət verilmişdir. Apelyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Mehdiyev (sədrlik edən və məruzəçi), Ş.Məmmədova və X.Sarıyev, iş № 2(103)-2570/2021) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(005)2222/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı mübahisə ləndirilən bildirişin onu göndərməyə səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmaqla göndərilməsi əsası ilə etibarsız hesab edilməli olduğu qənaətinə gəlir. Belə olan halda, hazırkı mübahisənin əsasını ümumi yığıncağın gündəliyinə daxil olan Cavabdeh3 ASC-nin inzibati binasının və yerləşdiyi torpaq sahəsinin satılması ilə bağlı məsələ təşkil edir. Kollegiya qeyd etmişdir ki, iddiaçının hazırkı tələbi üzrə əldə etmək istədiyi nəticə ümumi yığıncağın çağırılmasına səbəb olmuş bildirişin etibarsız hesab edilməklə torpaq sahəsinin alqısatqısının və onun hüquqi nəticələrinin etibarsızlığına nail olmaqdır. Lakin bundan əvvəl iddiaçı cavabdehlərə qarşı qeyd edilən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv edilməsi, sonradan isə 20.06.2012-ci il tarixli səhmda rların ümumi yığıncağının protokolunun və həmin yığıncaqda qəbul edilmiş Cavabdeh3 ASC-nin inzibati binasının və yerləşdiyi torpaq sahəsinin ”Nurgun Motors” MMC-yə satılması barədə qərarın etibarsız sayılması barədə iddia ərizələri ilə məhkəməyə müraciət etmiş, lakin həmin iddia tələbləri məhkəmə qətnamələri ilə təmin edilməmişdir. Hazırkı mübahisəli bildirişin mötəbərliliyinə məhkəmə qətnaməsi ilə hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə hazırkı mübahisəyə Mülki Məcəllənin əqdin etibarsızlığı ilə bağlı məsələləri tə nzimləyən normaları tətbiq edilməklə qiymət verilməlidir. İddiaçı ümumi yığıncağın bildirişini məhkəmə müstəvisində mübahisələndirmək üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Belə ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 20.02.2018-ci il tarixli, 2(006)-944/2018 saylı qətnaməsinə əsasən iddiaçı mübahisələndirdiyi bildirişlə bağlı hüquqlarının pozulmasından, məhkəmədə iddia qaldırdığı vaxtdan məlumatlı olmuş, o, əqdin etibarsız olması ilə bağlı tələblərini qanunla müəyyən edilmiş müddətdə məhkəmədə mübahisələndirməmişdir. İddiaçı mübahisələndirilən bildirişdən məlumatlı olsa da, o, məhkəməyə 02.06.2020-ci il tarixdə poçt vasitəsilə bildirişin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmə müstəvisində mübahisələndirmiş, beləliklə qanunla müəyyə n edilmiş 1 illik müddəti ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil2 Nadir qızı) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin 09 mart 2021-ci il tarixli 2(103)-2570/2021 saylı məhkəmə qətnaməsinin ləğv edilməsi, Nərimanov Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli 2(005)-2222/2020 saylı qətnaməsinin ləğv edilməsi və Cavabdeh3 ASC-nin 20 iyun 2012-ci il tarixli səhmdarlarının ümumi yığıncağının çağırılmasına dair İddiaçı adına tərtib edilmiş birdirişin etibarsız sayılması və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə Nəsimi rayonu Alatava 2 ünvanda yerləşən Cavabdeh3 ASC-nin yığıncağının çağırılmasına dair bildirişin etibarsız olmasına dair qeydlərin edilməsinin tapşırılması barəsində iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 1-ci maddənin qeydinə əsasən bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 24.2-ci maddəsinə səasən mübahisənin ümumi məhkəməyə və yak ommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti vəhüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət hədd ində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. «İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan f ikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarının 3-cü bəndinə əsasən məhkəmələr nəzərə almalıdır ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə (ümumi və ya kommersiya məhkəməsi üzrə) düzgün verilməməsi əsası, ərazi aidiyyətindən fərqli olaraq iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. Belə ki, MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş məhz ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakimişin aidiyyəti üzrə göndərilməsi barədəəsaslandırılmış qərardad çıxarır. Qeyd olunan prosessual hüquq normalarının tələblərinə uyğun olar aq məhkəmələrə izah edilir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə düzgün verilməməsi zamanı iddia ərizəsinin geri qaytarılması deyil, onun məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 32.7-ci maddəsi ilə bir məhkəmədən digərinə göndərilmiş işin onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməli olması ilə bağlı müddəa, məhkəmənin həmin işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadla razılaşmayaraq, işin göndərən məhkəməyə geri qaytarılmasını qadağan edən norma kimi qəbul edilməlidir. Yəni, bu norma heç də aidiyyəti üzrə göndərilmiş işin onu qəbul edən məhkəmə tərəfindən iddia ərizəsinin MPM-in 149, 150-ci maddələrinin tələblərinə cavab verməməsi əsası ilə MPM-in 152-ci maddəsinə istinad etməklə tərəfə geri qaytarılmasının qarşısını almır. Məhkəmələr tərəfindən işlərin aidiyyəti üzrə göndərilməsi zamanı MPM-in 10-1-ci maddəsinin tələblərinə riayət edilməsi baxımından kağız daşıyıcılarında olan iş materiallarının elektron sənədə çevrilməsi ilə bağlı “Elektron məhkəmə” informasiya sisteminin imkanlarından istifadənin zəruriliyi də diqqətdən kənarda qalmamalıdır. 13-cü bəndinə əsasən əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdə n irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Cavabdeh3 ASC-nin 20.06.2012-ci il tarixli səhmdarlarının ümumi yığıncağının çağırılmasına dair İddiaçı adına tərtib edilmiş bildirişin etibarsız sayılması və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə Nəsimi rayonu Alatava 2 ünvanda yerləşən Cavabdeh3 ASC-nin yığıncağının çağırılmasına dair bildirişin etiba rsız olunmasına dair qeydlərin edilməsinin tapşırılması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh3 ASC-nin 204561 ədəd qiymətli kağızının 100 ədədi İddiaçı məxsusudur. İddia tərəflərin bağlı olduqları Cavabdeh3 ASC-nin fəaliyyətinin həyata keçirilməsindən yaranmışdır. (20.06.2012-ci il tarixli səhmdarlarının ümumi yığıncağının çağırılmasına dair İddiaçı adına tərtib edilmiş bildirişin etibarsız sayılması və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə Nəsimi rayonu Alatava 2 ünvanda yerləşən Cavabdeh3 ASC-nin yığıncağının çağırılmasına dair bildirişin etibarsız olunmasına dair qeydlərin edilməsinin tapşırılması). İddia ərizəsində irəli sürülən tələblər faktiki olaraq kommersiya hüquqi şəxs ilə bağlı korporativ tələblərə aid olmaqla kommersiya mübahisəsidir. Yaranmış vəziyyətdə isə iddianın Bakı şəhər Nərimanov rayon məhkəməsində icraata qəbul olunması və mahiyyəti üzrə baxılması düzgün olmamış, məhkəmə aidiyyəti pozulmuşdur. Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsi isə aidiyyət qaydalarının pozulmasının yol verilməməsini müəyyən edir. Qeyd edilməlidir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi ilkin olaraq işin məhkəmə aidiyyətini yoxlamalı, iddaçının məhkəmə aidiyyəti üzrə düzgün məhkəmədə iddia tələbi irəli sürməsini müəyyən etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi məhkəmə aidiyyətinin düzgün müəyyən edilməsi ilə bağlı nəticəyə gəlmək üçün qanunvericinin ona aid etmiş olduğu araşdırmanın aparılmasını təmin etmədən işi mahiyyəti üzrə həll edən məhkəm ə aktı qəbul etmişdir. Odur ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və baxılması üçün geri qaytarılmalıdır. Bu zaman isə ilkin olaraq iddianın məhkəmə aidiyyəti müəyyən edilməli və bununla bağlı prosessual qanunvericiliiyin müəyyən etdiyi tələblərə əməl olunması təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2570/2021 nömrəli iş üzrə 09 mart 2021-ci il tarixli qətnaməsi ləğv olunsun və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5022/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-5022/2021
21.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver