Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5026/2022 01.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti və X4 (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və X12 cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: müqavilənin etibarsızlığı, pul tələbi) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" ASC və X4 (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbayca n Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və X12 cəlb edilməklə) qarşı müqavilənin etibarsız hesab edilməsi və pulun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 yanvar 2022-ci il tarixli, 2(103)-1140/2022 nömrəli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) atası X6 (bundan sonra - Əmanətçi) xx.xx.2008ci il tarixli, ƏN-İ seriyalı, 144623 nömrəli etibarnaməyə əsasən bütün əmlakını idarə etmək və üzərində sərəncam vermək səlahiyyətlərini on il müddətinə oğlu (iddiaçının qardaşı) X4 etibar etmişdir.
2. Əmanətçi ilə "xxxx" İKB Açıq Səhmdar Cəmiyyətinin ("xxxx" İKB- yeni ad ı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti, bundan sonra – Bank) 5 saylı filialı arasında bağlanmış xx.xx.2013-cü il tarixli, D13/218 nömrəli müddətli əmanət müqaviləsinə əsasən, Bank Əmanətçidən daxil olan (əmanət hesabı 15-83478-101-41220; əmanətin adı “Nikoyl Prestij”) 50000 ABŞ dolları məbləğində əmanəti (bundan sonra – birinci əmanət) faiz dərəcəsi 13% olmaqla 36 ay müddətinə qaytarmaq şərti ilə qəbul etmiş, müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanətin məbləğini qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürmüşdür.
3. Əmanətçi ilə Bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli, D14/023 nömrəli müddətli əmanət müqaviləsinə əsasən Bank Əmanətçidən daxil olan (əmanət hesabı 1583478-110-41220; əmanətin adı “Nikoyl Sabit”) 28500 ABŞ dolları məbləğində əmanəti (bundan sonra – ikinci əmanət) faiz dərəcəsi 12,5% olmaqla 36 ay müddətinə qaytarmaq şərti ilə qəbul etmiş, müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanətin məbləğini qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürmüşdür.
4. X2 arvadı X12 (bundan sonra – Borclan) arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Bank Borcalana 21 ay müddətinə illik 16 faiz dərəcəsi ilə istehlak məqsədi ilə 45000 ABŞ dolları məbləğində kredit vermişdir. Bank, Borcalan və girov qoyan qismində Əmanətçinin adından etibarnaməyə əsasən iştirak edən X5 arasında imzalanmış eyni tarixli girov müqaviləsinə əsasən birinci əmanət kredit müqaviləsinin təminatı kimi Bank qarşısında girovla yüklü edilmişdir.
5. Bankla Borcalan arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən i sə Bank Borcalana 21 ay müddətinə illik 17,5 faiz dərəcəsi ilə istehlak məqsədi ilə 25650 ABŞ dolları məbləğində kredit vermişdir. Bank, Borcalan və girov qoyan qismində Əmanətçinin adından etibarnaməyə əsasən iştirak edən X5 arasında imzalanmış eyni tarixli girov müqaviləsinə əsasən ikinci əmanət kredit müqaviləsinin təminatı kimi Bank qarşısında girovla yüklü edilmişdir. 6. 19 avqust 2016-cı il tarixdə Bakı şəhəri 16 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş (reyestr 2V/1-119) vəsiyyətnaməyə əsasən Əmanətçi ölən günədək ona məxsus olan bir neçə əmlakı, o cümlədən Banka qoyduğu əmanətləri iddiaçıya vəsiyyət etmişdir.
7. Əmanətçi xx.xx.2016-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir. 8. 22 aprel 2017-ci il tarixdə Bakı şəhəri 16 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş (rey estr 2V-71) vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2016-cı il tarixdə ölmüş Əmanətçinin 2V-119 reyestr nömrə ilə qeyd olunan vəsiyyətnamədə göstərilən bir neçə əmlakı, o cümlədən birinci əmanət üzrə 50000 ABŞ dolları və faizindən, ikinci əmanət üzrə 28500 ABŞ dolları və faizindən ibarət olan əmlakın vərəsəsi İddiaçıdır. 9. xx.xx.2016-cı il tarixində birinci əmanət üzrə 45000 ABŞ dolları kreditin vaxtı bitdiyi üçün əmanətçinin adından X5 tərəfindən yazılan xx.xx.2016-cı il tarixli ərizəyə və girov müqaviləsinin 5.1-ci bəndinə əsasən girov qoyulmuş əmanətdən kredit borcu silinmişdir. Həmçinin, xx.xx.2017-ci il tarixində ikinci əmanət üzrə 25650 ABŞ dolları məbləğində kreditin vaxtı bitdiyi üçün əmanətçinin adından X5 tərəfindən yazılan xx.xx.2017-ci il tarix li ərizəyə əsasən, girov qoyulmuş əmanətdən kredit borcu silinmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
10. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bankla Əmanətçi arasında bağlanmış xx.xx.2013-cü il tarixli, D13/218 nömrəli müddətli əmanət müqaviləsinə əsasən Bankın 15-83478-101-41220 nömrəli bank hesabında olan 50000 ABŞ dolları məbləğində pulun girov qoyulmasına dair Bankla Əmanətçi arasında bağlanmış əmanətin girov müqaviləsinin etibarsız hesab edilməsi, Bankla Əmanətçi arasında bağlanmış xx.xx.2014cü il tarixli, D14/023 nömrəli müddətli əmanət müqaviləsinə əsasən Bankın 15-83478-11041220 nömrəli bank hesabında olan 28500 ABŞ dolları məbləğində pulun girov qoyulmasına dair Bankla Əmanətçi arasında bağlanmış əmanətin girov müq aviləsinin etibarsız hesab edilməsi, 50000 ABŞ dolları məbləğində əmanət və onun üzərinə hesablanmış faizlərin və 28500 ABŞ dolları məbləğində əmanət və onun üzərinə hesablanmış faizlərin cavabdeh Bank tərəfindən iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırılmışdır ki, hər iki əmanət pul iddiaçının mərhum atası tərəfindən ona vəsiyyət edilmişdir. İddiaçının atasına məxsus olan əmanət pul məbləğlərinin girov qoyulmasına dair Bankla Əmanətçi arasında bağlanmış müqavilələr etibarsız müqavilələrdir. Belə ki, iddiaçının atası sözügedən əmanət məbləğlərinin girovla yüklü edilməsinə dair Bankın 5 saylı filialı ilə hər hansı müqavilə bağlamamış, ümumiyyətlə onun bu əmanət pulu nə Borcalan ın, nə də digər üçüncü şəxsin kredit borcuna görə girov qoymaq niyyəti olmamışdır. İddiaçının atası sağlığında həmin əmanət pulları iddiaçıya vəsiyyət elmək istəmiş, lakin səhhəti ilə əlaqədar olaraq vəsiyyətnamənin verilməsi üçün notariusa gedə bilməmişdir. Hətta səhhəti tamamilə pisləşdiyi üçün ömrünün son günlərində vəsiyyətnamənin tərtib edilməsi üçün notariusu evə dəvət etmək məcburiyyətində qalmışlar. xx.xx.2016-cı il tarixdə tərtib edilmiş vəsiyyətnamədəki qeyddən də görünür ki, bütün əməliyyatlar mərhumun yaşadığı ünvanda, yəni ünvan 1əli mənzildə aparılaraq şahidlərin iştirakı ilə vəsiyyətnamə tərtib olunmuş və bir çox əmlaklarla yanaşı, sözügedən əmanət pul məbləğləri də iddiaçıya vəsiyyət edilmişdir. Odur ki, nə iddiaçının atasının, nə də iddiaçının sözügedən kredit müqavilələri ndən, o cümlədən iddiaçının qardaşı X3 iddiaçının atasının adından çıxış edərək Bankla bağladığı girov müqavilələrindən xəbəri olmamışdır. Əmanətçi banklara qoyduğu əmanət pullarının üzərinə hesablanmış faizlərin Bankdan götürülərək ona verilməsi üçün cavabdeh X4 etibarnamə vermişdir. Əgər Əmanətçinin bu pulu girov qoymaq niyyəti olsa idi, o, ümumiyyətlə həmin əmlaklara dair iddiaçıya vəsiyyətnamə qoymazdı. Görünür ki, 28500 ABŞ dolları və 50000 ABŞ dolları məbləğində olan əmanət pulların Borcalanın kredit borcuna görə girovla yüklü edilməsi zamanı iddiaçının atasının iradə ifadəsi olmamışdır. Bankdan Borcalanın adına kredit götürülməsini və bunun müqabilində sözügedən əmanətlərin Əmanətçinin razılığı və xəbəri olmadan Bankda girovla yüklü edilməsini X1 əmlak əldə etmək məqsədi ilə öncədən planlamışdır. Belə ki, onlar ər-arvaddır və 2005-ci ilin sentyabr ayından rəsmi nikahdadırlar. Sözügedən girov müqavilələri bağlanarkən Mülki Məcəllənin 359.3-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, cavabdeh X5 arvadının adına kredit müqaviləsi bağlayaraq kredit götürmək üçün Əmanətçinin verdiyi etibarnamədən çıxış edərək sonuncuya məxsus əmlak barəsində arvadı olan Borcalanın, dolayısı ilə özü barəsində əqd bağlamışdır. xx.xx.2016-cı il tarixdə və xx.xx.2017-ci il tarixdə X5 tərəfindən ərizə ilə Banka müraciət edilərkən onun həmin ərizələri imzalamağa və pul vəsaitləri üzərində sərəncam verməyə səlahiyyəti olmamışdır. Çünki, sözügedən bank hesabında olan əmanətlər Əmanətçiyə məxsus olmuş və o, xx.xx.2016-cı il tarixdə vəfat etmişdir və vəfat etdiyi andan xx.xx.2008-ci il tarixli etibarnamənin qüvvəsinə də xitam verilmişdir. Ərizə Bank tərəfindən qəbul edilib, pul silinərkən Bank əməkdaşları tərəfindən X4 verilən etibarnamənin qüvvədə olub-olmaması və onun ərizə verməyə səlahiyyətinin olması yoxlanılmamış, əsassız və qanunsuz olaraq silinmə əməliyyatı həyata keçirilmişdir.
12. Bankın nümayəndəsi iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, mübahisələndirilən girov müqavilələri əmanət qoyan şəxsin verdiyi etibarnamə əsasında onun nümayəndəsi tərəfindən imzalanmışdır. Bu zaman Bank tərəfindən hər hansı qanun pozuntusu halına yol verilməmişdir. Etibarnamə verən şəxsin öldüyü tarixdən sonra həmin etibarnamə əsasında nümayəndənin ərizə ilə müraciət etməsi və digər hərəkətlər etməsində Bankın təqsiri yoxdur, şəxsin ölümü barəsində Banka məlumat verilməmişdir və Ba nk bu barədə məlumatı bilməli deyildir. Etibarnamə təqdim edilib və etibarnamə əsasında müvafiq hərəkətlər edilmişdir.
13. Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 5 avqust 2019-cu il tarixli, 2(006)-3183/2019 nömrəli qətnaməsi ilə (hakim P.A.Hüseynov) iddia təmin edilmişdir.
14. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh X5 ilə Borcalanın birgə nikahda olduğu nəzərə alınarsa, onlardan birinin götürdüyü kredit məbləği onların ümumi birgə mülkiyyəti (və ya ümumi borcları) hesab edilir. X3 ona verilmiş etibarnamə əsasında Əmanətçiyə məxsus əmanət məbləğlərini birgə nikahda olduğu şəxsin götürdüyü kredit məbləğinə girov qoyması barədə imzaladığı mübahisələndirilən əmanətin girov müqavilələri şəxsən özü barəsində bağlanmış əqd hesab olunur. X5 ona veril miş etibarnamədən etibarnamə vermiş şəxsin – Əmanətçinin maraqları baxımından deyil, öz maraqları üçün istifadə etmişdir. X5 Mülki Məcəllənin 359.3-cı maddəsinin tələbləri baxımından mübahisələndirilən əmanətin girov müqavilələrini bağlaya bilməzdi. Bundan başqa, Əmanətçi hələ sağlığında, xx.xx.2016-cı il tarixdə (ölümündən bir neçə gün əvvəl) ona məxsus olan bir neçə əmlakı, o cümlədən sözügedən depozitləri iddiaçıya vəsiyyət etmişdir, xx.xx.2016-cı il tarixdə ölmüş Əmanətçinin bir neçə əmlakı, o cümlədən sözügedən əmanət və onun faizindən ibarət olan əmlakın vərəsəsi iddiaçı hesab edilmişdir və bununla bağlı xx.xx.2017-ci il tarixdə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə də verilmişdir. Məhkəmə qeyd etmişdir ki, X3 xx.xx.2016-cı il və xx.xx.2017ci il tarixli ərizələrinə əsasən Əmanətçiyə məxsus mübahisələndirilən əmanət məbləğlərindən kredit borcunun silinməsinə və vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin həm iddiaçıya, həm də X4 xx.xx.2017-ci il tarixdə verilməsinə baxmayaraq, X5 bu barədə iddiaçıya məlumat belə verməmişdir. Yəni, əmanət məbləğləri iddiaçıya vərəsəlik üzrə keçərkən həmin əmanət məbləğləri X3 arvadı olan Borcalanın kredit borcunun girovu olaraq artıq silinmişdir və X5 bu barədə məlumatı iddiaçıya bildirməmişdir. Həmçinin məhkəmə qeyd etmişdir ki, Əmanətçi xx.xx.2016-cı il tarixdə ölmüşdür, X5 isə girov qoyulmuş əmanətdən kredit borcunun silinməsinə dair ərizələrlə xx.xx.2016-cı il və xx.xx.2017-ci il tarixlərdə müraciət etmişdir. Göründüyü kimi, X5 etibarnamə əsasında ərizə ilə müraciət edərkən etibarnaməni vermiş şəxs – Əmanətçi artıq ölmüşdür. Yəni, X5 etibarnamə əsasında hərəkət edərkən artıq etibarnamənin qüvvəsinə etibarnaməni vermiş şəxsin ölməsi nəticəsində xitam verilmişdir.
15. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.4, 359.1, 359.3, 365.1.7-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
16. Bank apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin olunması, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qeyd edilən qərarında yalnız iddiaçının iddia ərizəsində qeyd etdiyi nüansları təkrar etməklə heç bir araşdırma aparmadığını göstərmiş, işin faktiki hallarına, q anunvericiliyə düzgün əsaslana bilməmiş və yanlış nəticəyə gəlmişdir. Belə ki, məhkəmə tərəfindən X12 ilə kredit və əmanətin girov müqavilələrinin rəsmiləşdirilməsi zamanı etibarnamə əsasında çıxış etmiş X3 xx.xx.2005-ci il tarixdən birgə nikahda olmasının müəyyən edilməsinə baxmayaraq X5 tərəfindən əmanətin girov müqavilələrinin rəsmiləşməsi zamanı şəxsiyyətin eyniləşdirilməsi məqsədilə Banka təqdim edilən və qüvvədə olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən məlumatlara əsasən X5 nikahda olmamışdır. Yəni, X12 ilə X5 əmanətin girov müqavilələri rəsmiləşdirilən zaman nikah münasibətlərində olmamışlar, bu səbəbdən borcalan X12 tərəfindən kredit götürülməsi hər hansı əmlakın əldə edilməsi deyil, borc öhdəliyinin götürülməsidir. Buradan da göründüyü kimi, borca lanın nikah dövründə hər hansı kredit öhdəliyi götürməsi ümumi birgə mülkiyyət hesab edilməmişdir. X5 tərəfindən xx.xx.2008-ci il tarixli, ƏN-İ seriyalı, 144623 saylı etibarnamə əsasında xx.xx.2016-cı il tarixli və xx.xx.2017-ci il tarixli girov qoyulmuş əmanətdən kredit borcunun silinməsinə dair ərizələri imzalaması qanuni və əsaslıdır. Çünki qeyd edilən etibarnamədə Əmanətçi tərəfindən qeyd edilən etibarnamə ilə X4 etibar edilənin əmlakına dair sərəncam verilməsi səlahiyyəti etibar edilmişdir. Yəni etibar edənin bu yöndə iradəsi birbaşa ifadə edilmişdir. Digər tərəfdən əmanətdən kredit borcunun silinməsinə dair ərizələrin imzalandığı vaxt Banka münasibətdə etibarnamə qüvvədə olmuşdur. Şəxsin ölümü nəticəsində etibarnaməyə xitam verilməsi halının Bank tərəfindən müəyyən edilməsi mümkün de yildir və Bank bu halı bilməyə borclu deyildir.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 11 mart 2020-ci il tarixli, 2(103)-3152/2020 nömrəli qətnaməsi ilə (hakimlər – F.Ş.Talışinski (sədrlik edən və məruzəçi), R.Ə.Eyvazov və Z.Ə.Əliyev) Bankın apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 337-354, 362-366 və Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 80-82, 119, 106.2, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istinad etməklə mövqeyini belə əsaslandırmışdır ki, müqavilələrin bağlandığı anda etibarsızlığına dəlalət edən və Bankın cavabdehlik daşıma sına dair hallar müəyyən edilmir. Hazırkı mülki münasibətlər üzrə mülki məsuliyyəti (iddiaçının düçar olduğu zərər həddində) mərhumun verdiyi etibarnamə ilə hərəkətlər edən təmsilçisi (delikt sübuta yetirildiyi təqdirdə) daşıya bilər. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
20. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini işin faktiki hallarına və iddia ərizəsinin dəlillərinə uyğun olaraq belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi qənaətinə gəlsə də, nəyə görə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmadığını və iddianı təmin etmədiyini açıqlamamış, qətnaməsini əsasland ırmamış, sadəcə olaraq ümumi şəkildə Mülki Məcəllənin maddələrinə istinad etmişdir. Məhkəmə Mülki Məcəllənin mübahisəyə tətbiq edilməli olan 366 və 957.4-cü maddələrinin tələblərini nəzərə almamışdır.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 19 oktyabr 2020-ci il tarixli, 2(102)-4435/2020 nömrəli qərarı ilə (hakimlər A.Q.Hüseynov (sədrlik edən və məruzəçi), Ə.G.Nurməmmədov və İ.R.Xələfov) kassasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
22. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndinə, Mülki Prosessual Məcəll ənin 9.3, 14.1, 14.2, 88, 217.1, 217.3, 220.4, 392.1, 392.2-ci maddələrinə istinad edərək öz mövqeyini belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi prosessual qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarıldığı üçün ləğv edilməli, təkrar apellyasiya baxışı zamanı mübahisə ilə bağlı həm işin faktiki vəziyyətinin əlaqəli və mötəbər sübutlar əsasında müəyyənləşdirilməli, həm də müəyyən olunmuş işin hallarına tətbiq edilməli olan hüquq normaları əsasında qiymət verilməklə əsaslandırılmış məhkəmə aktı qəbul olunmalıdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
23. Apellyasiya instansiyası məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(103)1135/2021 nömrəli qətnaməsi ilə (hakimlər X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi), E.Ə.Mehdiyev və Ş.A.Məmmədova) apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia rədd olunmuşdur.
24. Məhkəmə kollegiyası Mülki Məcəllənin 337.1, 337.2, 359.1-ci maddələrinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, İsmayıl Məhərrəmovla borcalan Elnarə Umbatovanın 20.09 2005-ci il tarixdən nikah münasibətində olmaları Banka girov müqavilələri bağlanarkən məlum olmayıb. Banka təqdim edilmiş şəxsiyyət vəsiqəsində İsmayıl Məhərrəmovun ailə vəziyyətinin subay olduğu qeyd edilib. Belə olan halda, İsmayıl Məhərrəmovun özü ilə əqd bağlaması halı mövcud olmayıb. Digər tərəfdən, xx.xx.2008-ci il tarixli etibarnamə ilə Əmanətçi harada yerləşməsindən və nədən ibarət olmasından asıl olmayaraq, bütün əmlakını idarə etməyi, onun üzərində sərənca m verməyi və buna müvafiq olaraq bütün hallarda öz mülahizələrinə görə məbləği almağı və sair hərəkətləri etməyi xx.xx.2018-ci il tarixədək qüvvədə olmaqla, oğlu İsmayıl Məhərrəmova etibar edib, yəni etibar edənin bu yöndə iradəsi birbaşa ifadə edilib. Qeyd olunanlara əsasən, Əmanətçinin verdiyi etibarnamə əsasında İsmayıl Məhərrəmovun bağladığı əmanətin girov müqavilələri sonuncunun özü barəsində bağladığı əqd hesab edilə bilməz. Həmçinin, əmanətdən kredit borcunun silinməsinə dair ərizələrin imzalandığı vaxt Banka münasibətdə etibarnamə qüvvədə olub. Əmanətçinin ölümü nəticəsində etibarnaməyə xitam verilməsi halını Bankın bilməsi mümkün deyildi və Bank bu halı bilməyə borclu olmayıb. Əksinə, məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsinin izahatı ilə müəyyən olundu ki, iddiaçı əmanə t müqavilələrindən məlumatlı olub. İddiaçı Əmanətçinin ölüm faktı barədə Banka məlumat verməyib, xx.xx.2017-ci il tarixdə vərəsəlik şəhadətnaməsi almasını gözləyib və əmanətin kredit borcuna silinməsindən bir neçə ay keçdikdən sonra, yəni xx.xx.2017-ci il tarixdə Banka müraciət edərək, vəsiyyətnamədə göstərilən pulun verilməsini xahiş edib. Bundan başqa, iddiaçı xx.xx.2017-ci il tarixdən məlumatlı olduğu halda, hazırkı iddia ilə məhkəməyə xx.xx.2019-cu ildə müraciət etməklə bir illik kəsici müddəti də ötürmüşdür. e) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
25. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini onunla əsasl andırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş və iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir.
26. Kassasiya instansiyası məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(102)4994/2021 nömrəli qərarı ilə (hakimlər Ə.A.Əhmədov (sədrlik edən və məruzəçi), V.T.Həsənov və İ.Ə.Şəfiyev) kassasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
27. Məhkəmə kollegiyası öz mövqeyini belə əsaslandırmışdır ki, iş materiallarına əsasən, Əmanətçi sözügedən etibarnaməni oğlu İsmayıl Məhərrəmovun adına xx.xx.2008-ci il tarixdə verib, Banka qeyd olunan əmanətləri isə xx.xx.2013-cü il və xx.xx.2014-cü il tarixli əmanət müqavilələr üzrə yerləşdirib. Apellyasiya instansiyası məhkəməsi isə, qeyd olunan hallara diqqət yetirməyib və İsmayıl Məhərrəmovun etibarnaməyə əsasən Əmanətçi adından sözügedən kredit müqavilələrinin təminatı kimi sonradan Bankla bağladığı xx.xx.2015-ci il və xx.xx.2015-ci il tarixli girov müqavilələrinin bilavasitə onun iradəsini ifadə edib-etməməsi ilə bağlı işin hallarını kifayət qədər araşdırmayıb. Digər tərəfdən, Əmanətçinin öz sağlığında, yəni xx.xx.2016-cı il tarixli vəsiyyətnamə üzrə digər əmlakları ilə yanaşı Bankda olan sözügedən əmanətləri də iddiaçıya vəsiyyət etməsi hazırkı iddia tələblərinin açıq-aşkar əsassız olması və onun sözügedən girov müqavilələrini sonradan bəyənməsi nəticəsinə gəlməyə əsas vermir. Bundan əlavə, təmsilçi İsmayıl Məhərrəmovun etibarnaməyə əsasən təmsil edilənin adından şəxsən öz ü barəsində əqd bağlaması, yəni arvadı Elnarə Umbatovanın Banka olan kredit borcunun təminatı kimi Əmanətçiyə məxsus və iddiaçıya vəsiyyət edilmiş sözügedən əmanətləri girov qoyması və beləliklə də, şəxsən özü barəsində əqd bağlaması mülki iş materialları ilə istisna edilmir. Daha sonra, apellyasiya instansiyası məhkəməsi, X10 Umbatovanın nikahda olmalarından girov müqavilələri bağlanarkən Bankın məlumatsız olduğunu və işin bu halını İsmayıl Məhərrəmovun şəxsiyyət vəsiqəsində subay qeyd edilməsi ilə əsaslandırmağa çalışsa da, kassasiya instansiyası məhkəməsi bununla da razılaşmır. Belə ki, Mülki Məcəllənin 359.3-cü maddəsinin tələblərinin hazırkı mülki mübahisəyə tətbiqi üçün təmsilçinin həmin maddədə nəzərdə tutulan qadağanı pozması kifayətdir və bunun üçün müqavilənin digər tərəfinin həm in pozuntunun iştirakçısı olması tələb olunmur. Bununla yanaşı, nəzərə alınmalıdır ki, Əmanətçinin öz sağlığında vəsiyyətnamə qoyaraq sözügedən əmanət məbləğlərini iddiaçıya vəsiyyət etməsi və həmin əmanətlərin yüklü olması barədə iddiaçıya heç bir məlumat verməməsi, habelə vəsiyyətnamədə əmanət məbləğlərinin yüklü olması barədə heç bir qeydin olmaması halları girov müqavilələrinin bağlanmasında onun (etibar edənin) iradəsinin ifadə olunmamasını və ümumiyyətlə Əmanətçinin bundan xəbərsiz olmasını açıq şəkildə təsdiq edir. Apellyasiya instansiyası məhkəməsi, sözügedən əmanətdən kredit borcunun silinməsinə dair İsmayıl Məhərrəmov tərəfindən yazılı ərizələr verilərkən Banka münasibətdə etibarnamənin qüvvədə olduğunu, Əmanətçinin ölümü nəticəsində etibarnaməyə xitam verilməsi halını Bankın bil məyə borclu olmadığını göstərsə də, gəldiyi nəticənin hüquqi əsasını qətnamədə göstərməyib. Hazırkı halda iddiaçı, sözügedən əmanətlərin ona vəsiyyət edildiyini bilsə də, Əmanətçi tərəfindən qardaşı İsmayıl Məhərrəmovun adına etibarnamə verildiyindən məlumatlı olması mülki iş materialları ilə təsdiq olunmur. Belə olan halda, iddiaçının atasının ölməsi ilə bağlı Banka məlumat vermək öhdəliyi də yaranmayıb. Əksinə, İsmayıl Məhərrəmov atasının xx.xx.2016-cı il tarixdə öldüyünü bildiyi halda, nəinki bu barədə Banka məlumat verib, hətta həmin tarixdən qüvvəsinə xitam verilmiş etibarnamədən sui-istifadə edərək xx.xx.2016-cı il və xx.xx.2017-ci il tarixlərdə mərhum atası adından Banka yazılı ərizələr verərək arvadı Elnarə Umbatovanın götürdüyü kreditlərin sözügedən əmanətlərin hesabına silinməsin ə nail olub. Bununla yanaşı işdən, kassasiya şikayətinin dəlillərindən görünür ki, iddiaçı hazırkı iddia tələbləri ilə Abşeron Rayon Məhkəməsinə xx.xx.2019-cu il tarixdə deyil, xx.xx.2018-ci il tarixdə müraciət edib. Bu hal, işə əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli məktubunun, habelə həmin Məhkəmənin dəftərxana müdiri Namiq Cavadovun arayışının surətləri ilə də istisna olunmur. f) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
28. Apellyasiya instansiyası məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 2(103)1140/2022 nömrəli qətnaməsi ilə (hakimlər E.C.Kazımov (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və İ.Ə.Kərimli) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
29. Apellyasiya şikayətini n dəlillərini kassasiya instansiyası məhkəməsinin göstərişləri əsasında araşdıran məhkəmə kollegiyası qeyd etmişdir ki, X11 qeyd olunan etibarnaməni oğlu İsmayıl Məhərrəmova 21 dekabr 2008-ci il tarixdə verib, əmanətləri isə 05 dekabr 2013-cü il və 18 fevral 2014-cü il tarixli əmanət müqavilələri üzrə banka yerləşdirmişdir. İsmayıl Məhərrəmovun həmin etibarnaməyə əsasən atası Məhərrəm Məhərrəmovun adından kredit müqavilələrinin təminatı kimi sonradan bağladığı 03 mart 2015-ci il və 10 aprel 2015-ci il tarixli girov müqavilələrinin bilavasitə sonuncunun iradəsini ifadə etməmişdir. X8 öz sağlığında, yəni 19 avqust 2016- cı il tarixli vəsiyyətnamə üzrə digər əmlakları ilə yanaşı qeyd olunan əmanətləri də qızı İddiaçı vəsiyyət etməsi də onun girov müqavilələrini sonradan bəyənmədiyini göstər ir. X11 öz sağlığında vəsiyyətnamə qoyaraq sözügedən əmanət məbləğlərini qızı İddiaçı vəsiyyət etməsi və həmin əmanətlərin yüklü olması barədə qızı İddiaçı heç bir məlumat verməməsi, habelə vəsiyyətnamədə əmanət məbləğlərinin yüklü olması barədə heç bir qeydin olmaması halları girov müqavilələrinin bağlanmasında onun (etibar edənin) iradəsinin ifadə olunmamasını və ümumiyyətlə Məhərrəm Məhərrəmovun bundan xəbərsiz olmasını açıq şəkildə təsdiq edir.
30. Həmçinin, mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Lakin qanunverici bunun üçün müvafiq qaydalar müəyyən edib. Belə ki, Mülki Məcəllənin 359.3-cü maddəsinə əsasən, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Hazırki iş üzrə İsmayıl Məhərrəmovun etibarnaməyə əsasən təmsil edilən Məhərrəm Məhərrəmovun adından şəxsən özü barəsində əqd bağlaması, yəni arvadı Elnarə Umbatovanın banka olan kredit borcunun təminatı kimi X11a məxsus və İddiaçı vəsiyyət edilmiş sözügedən əmanətləri girov qoyması və beləliklə də şəxsən özü barəsində əqd bağlaması mülki iş materialları ilə təsdiq edilir.
31. Bundan başqa, X10 Umbatovanın nikahda olmalarından girov müqavilələri bağlanarkən bankın məlumatsız olması, yəni şəxsiyyət vəsiqəsində subay kimi qeyd edilməsi iddianın əsasızlığına dəlalət etmir. Çünki, Mülki Məcəllənin 359.3-cü maddəsinin tələblərinin hazırki mülki mübahisəyə tətbiqi üçün təmsilçinin həmin maddədə nəzərdə tutulan qadağanı pozması kifayətdir və bunun üçün müqavilənin digər tərəfinin həmin pozuntunun iştirakçısı olması tələb olunmur. Əksinə, kassasiya instansiyası məhk əməsinin də qeyd etdiyi kimi bank bu pozuntunu bilib müqaviləni bağlamış olsaydı, o zaman bu mübahisə Mülki Məcəllənin 359.3-cü maddəsinin tələbləri ilə deyil, həmin Məcəllənin 339.1-ci maddəsinin (bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd) tələbləri ilə həll edilməli idi.
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Elnarə Umbatova tərəfindən götürülmüş kredit vəsaitinin onların birgə mülkiyyəti sayılmaması barədə dəlilləri ilə Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə əsasən razılaşmamışdır.
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin əmanətlərdən kredit borcunun silinməsinə dair İsmayıl Məhərrəmovun yazılı ərizələri imzalamasının qanuni və əsaslı olması, banka münasibətdə etibarnamənin qüvvədə olması, Məhərrəm Məhərrəmovun ölümü nəticəsində etibarnaməyə xitam verilməsi halının bankın bilməyə borclu olmamasına dair digər dəlilini də əsaslı hesab etməmişdir. Belə ki, Mülki Məcəllənin 366.1ci maddəsinin mənasına görə, etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum olan üçüncü şəxsləri xəbərdar etmək vəzifəsi etibarnamənin verilməsindən məlumatlı olan hüquq varislərinin üzərinə qoyulub. Hazırki iş üzrə iddiaçı, sözügedən əmanətlərin ona vəsiyyət edildiyini bilsə də, atası Məhərrəm Məhərrəmov tərəfindən qardaşı İsmayıl Məhərrəmovun adına etibarnamə verildiyindən məlumatlı olması iş materialları ilə təsdiq olunmur. Belə olan halda, iddiaçının atası Məhərrəm Məhərrəmovun ölməsi ilə bağlı banka məlumat vermək öhdəliyi də yaranmayıb. Əksinə, İsmayıl Məhərrəmov at ası Məhərrəm Məhərrəmovun 03 sentyabr 2016-cı il tarixdə öldüyünü bildiyi halda, nəinki bu barədə banka məlumat verib, hətta həmin tarixdən qüvvəsinə xitam verilmiş etibarnamədən sui-istifadə edərək 21 dekabr 2016-cı il və 23 yanvar 2017-ci il tarixlərdə mərhum atası Məhərrəm Məhərrəmovun adından banka yazılı ərizələr verərək arvadı Elnarə Umbatovanın götürdüyü kreditlərin sözügedən əmanətlərin hesabına silinməsinə nail olub. Halbuki, mülki qanunvericilikdə yalnız bir halda qüvvəsinə xitam verilmiş etibarnamənin üçüncü şəxslər barəsində öz qüvvəsini saxlaması təsbit edilib. Belə ki, Mülki Məcəllənin 366.2-ci maddəsinin mənasına görə, etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və v əzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini birildisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir. Göründüyü kimi, qüvvəsinə xitam verilmiş etibarnamə əsasında yerinə yetirilən hərəkətlər nəticəsində yaranan hüquq və vəzifələr ancaq o halda üçüncü şəxslər barəsində qüvvəsini saxlayır ki, etibarnamə verilmiş şəxs etibarnaməyə xitam verildiyini bilməmiş olsun. Başqa sözlə etibarnamə verilmiş şəxs etibarnaməyə xitam verildiyini bildikdən sonra yerinə yetirdiyi hərəkətlər üçüncü şəxslər barəsində öz qüvvəsini saxlamır. Bu halda üçüncü şəxsin etibarnaməyə xitam verilməsini bilməməsi heç bir əhəmiyyət kəsb etmir.
34. İddiaçının hazırki iddia tələbləri ilə məhkəməyə müraci ət edənədək qanunla nəzərdə tutulmuş kəsici müddəti ötürməsi dəlili isə əsassızdır. İddiaçı hazırki iddia tələbləri ilə Abşeron Rayon Məhkəməsinə 15 yanvar 2019-cu il tarixdə deyil, 04 aprel 2018-ci il tarixdə müraciət etmişdir. Bu fakt, işə əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli məktubunun, habelə həmin Məhkəmənin dəftərxana müdiri Namiq Cavadovun arayışının surətləri ilə də istisna olunmur. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Demək, bu cür vəziyyətdə, hansısa müddətin, o cümlədən kəsici müddətin də keçməsindən söhbət gedə bilməz.
35. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə münasibətdə yekunda qeyd e tmişdir ki, cavabdeh Bankın apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
36. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.4, 354.1, 359.1, 359.3, 362.1 365.1.7, 366.2, 366.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
37. Cavabdeh Bank (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edil məsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
38. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən iş araşdırılan zaman sübutlar düzgün qiymətləndirilməmiş, hazırki iş üzrə iddiaçının bildiyi və ya bilməli olduğu faktlara deyil, Bankın istinad etdiyi sübutlara münasibətdə qərəzli yanaşma mövcud olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
40. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bil ər.
41. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
42. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
43. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
44. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsa slanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.
45. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz.
46. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.
47. Maddə 365.1.7. Etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması etibarnamənin qüvvəsinə xitam verir.
48. Maddə 366.1. Etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur. Bu Məcəllənin 365.1.5 və 365.1.7ci maddələrində nəzərdə tutulan əsaslara görə etibarnaməyə xitam verildiyi hallarda etibarnaməni vermiş şəxsin hüquq varisləri üzərinə də eynilə bu cür vəzifə qoyulur.
49. Maddə 366.2. Etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hü quq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
50. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
51. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
53. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
54. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
55. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
56. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
57. Qanunun tələbinə görə kassasiya instansi yası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
58. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
59. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
60. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmışdır.
61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
62. Odur ki, kassasiya şikayəti dəlilləri apellyasiya instansiyası məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsas hesab edilə bilməz.
63. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir.
64. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
65. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə ko llegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1140/2022 nömrəli, 24 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.