Məhkəmə qərarları › İş №2(102)-503/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-503/2022

15.02.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-503/2022 15.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh Ağayev Taleh Əmir oğluna və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-503/22 (Açar sözlər: alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı və vəkili Vəkil1, Cavabdeh: Cavabdeh4 və vəkili Vəkil4, Cavabdeh: Cavabdeh2 vəkili Vəkil2, Cavabdeh: Cavabdeh1 vəkili Vəkil5 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki K ollegiyasının 10 avqust 2021-ci il tarixli, 2(103)5535/2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 ayrıayrılıqda verdikləri kassasiya şikayətləri üzrə işə 15 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh4 və digərlərinə qarşı iddia qaldıraraq, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 41 saylı evin 2 otaqlı ümumi sahəsi 46,01 kv.metr olan 63 saylı mənzilinə dair onun adından Cavabdeh1 ilə Cavabdeh2 arasında notarial qaydada bağlanmış 21 aprel 2020-ci il tarixli alqı-satqı müqaviləsinin; sonuncu ilə Cavabdeh4 arasında bağlanmış 30 may 2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; həmin mənzilə dair Cavabdeh2 v ə Cavabdeh4 adlarına aparılmış qeydlərin çıxarılması və onların adlarına verilmiş Çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim F.X.Mirzəyev) iddia təmin edilərək, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 41 saylı evin 2 otaqlı ümumi sahəsi 46,01 kv.metr olan 63 saylı mənzilinə dair iddiaçı ilə Cavabdeh2 arasında notarial qaydada bağlanmış 21 aprel 2020ci il tarixli alqı-satqı müqaviləsinin, sonuncu ilə Cavabdeh4 arasında notarial qaydada bağlanmış 30 may 2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin mənzillərə dair Cavabdeh2 və Cavabdeh4 adına verilmi ş Çıxarışların ləğv edilməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, sözügedən mənzil iddiaçının xüsusi mülkiyyətində olub, o həmin mənzil üzərində sərəncam verməyə dair Cavabdeh1 adına etibarnamə verib və sonuncu onun adından özünün şəxsi maraqları üçün əqd bağlayıb. “Mənzilin gələcək alıcısi” Cavabdeh2 Cavabdeh1 qardaşı olmaqla etibarnamə alındığı ilk dəqiqələrdən onunla birlikdə notariat ofisində olub, həm ilk, həm də sonrakı əməliyyatlarda iştirak edib, hətta iddiaçı ilə birlikdə mənzilin 39.000 manata satılmasına dair notariusa razılıq ərizəsi verib. Həmin etibarnaməni iddiaçının adından məhz Cavabdeh1 imzalayıb. Hadisənin bu cür inkişafı ehtimal etməyə əsas verir ki, məhz bacı-qardaş arasında mənzilə dair alqı-satqı müqaviləsinin imzalanması Ca vabdeh1 şəxsi maraqlarına uyğun olub. Mənzilə dair alqı-satqı müqaviləsinin tələm-tələsik, yəni etibarnamənin verilməsindən bir-neçə saat sonra başqa bir notariat ofisində həyata keçirilməsi bu ehtimalı daha da gücləndirir. Eyni zamanda, alqı-satqı müqaviləsi üzrə 39.000 manat pul vəsaiti iddiaçıya verilməyib və Cavabdeh1 həmin pul vəsaitini iddiaçıya verdiyini israrla bildirsə məhkəməyə bu halı təsdiq edən hər hansı sübut təqdim etməyib. İddiaçının 10 il müddətinə verdiyi etibarnaməni bir ay keçməmiş ləğv etməsi onun əqd bağlanarkən aldadıldığına dəlalət edir. Bu baxımdan iddiaçı, mənzilə dair alqı-satqı müqaviləsi bağlanması məqsədilə Cavabdeh1 tərəfindən aldadıldığından, o, həmin alqısatqı müqaviləsinin etibarsız sayılmasını tələb etməkdə haqlı olub. Həmin alqı-satqı müqaviləsi etibarsı z sayıldığından hüquqi nəticələrə səbəb olmayıb və mənzilə dair Cavabdeh4lə bağlanmış alqı-satqı müqaviləsi də əhəmiyyətsiz əqd olub. Ona görə də iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 337.1, 359.3, 362.1, 339.2, 339.3-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda eyni məzmunlu apellyasiya şikayətləri verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş ediblər. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Q.A.Əsgərov sədrlik edən, məruzəçi, A.N.İmano v və V.N.Sadıqov) apellyasiya şikayətləri təmin edilmədən, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Cavabdehlərin apellyasiya şikayətlərində göstərdikləri dəlillər iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 337.1, 337.2, 339.1, 339.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh4 kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi, əks halda əqdin etibarsızlığının nəticələrinin tətbiq edilməklə alqı-satqı müqaviləsi üzrə ödədiyi 50.000 manat pulun Cavabdeh2 tutulub ona ödənilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Cavabdeh2 kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Cavabdeh1 isə kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Hər üç kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh4, vəkili Vəkil4, Cavabdeh2 vəkili Vəkil2, Cavabdeh1 vəkili Vəkil5 kassasiya şikayətlərində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçı və vəkili Vəkil1 məhkəmə iclasında kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayıb izahatlarında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdir ilmədən saxlanılmasını xahiş etdilər. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, üçüncü şəxslər Bakı şəhəri, 51 saylı Notariat Kontoru və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 01 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzər də tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə istifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.5- ci maddəsinə görə, əgər 339.2-ci maddəsində göstərilən əsas üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Həmin Məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə...əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Həmin Məcəllənin 359.3-cü maddəsində göstərilir ki, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Həmin Məcəllənin 398.1-ci maddəsinə görə, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əs asən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara isti nad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 ayrı-ayrılıqda verdikləri eyni məzmunlu kassasiya şikayətlərində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnaməsinin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarından tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub. Belə ki, işin mübahisə olunmayan hallarına görə, 22 fevral 2020-ci il tarixli Çıxarışa əsasən, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 41 saylı evin 63-saylı mənzili iddiaçının mülkiyyətində olub. 21 aprel 2020-ci ildə iddiaçı, notarial qaydada təsdiq edilməklə mənzil üzərində sərəncam verməyi və digər hərəkətləri etməyə dair 10 il müddətinə, yəni 21 aprel 2030-cu il tarixədək qüvvədə olmaqla Cavabdeh1 adına etibarnamə və elə həmin gündə, yəni 21 aprel 2020-ci il tarixdə eyni notariusda iddiaçının əri Aleksandr Zarutskiy mənzilin satılmasına yazılı razılıq verib. 21 aprel 2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı adından mənzili 39.000 manata Cavabdeh2 satıb və elə həmin gündə də sonuncu mənzilin dəyəri olan 39.000 manatı notariusun Bankda olan xəzinəsinə mədaxil edib. Bundan sonra, 23 aprel 2020-ci il tarixli Çıxarışa ə sasən mənzil mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydə alınıb və 30 may 2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi Fuad İslamov mənzili 50.000 manata Cavabdeh4 satıb və elə həmin gündə də sonuncu mənzilin dəyəri olan 50.000 manatı notariusun Bankda olan xəzinəsinə mədəxil edib. Eyni zamanda, işdən görünür ki, 18 may 2020-ci ildə iddiaçı ərizə ilə notariat ofisinə müraciət edərək 21 aprel 2020-ci ildə Vüsal Qasımzadənin adına verdiyi etibarnaməni ləğv etdirib. Hazırda iddiaçı, mənzili 65.000 manata satmaq niyyətində olduğunu, bunun üçün müxtəlif şəxslərə və maklerlərə müraciət etdiyini, mənzili satmaq üçün Cavabdeh1 adına etibarnamə verdiyini, elə həmin gündə də sonuncunun mənzili dəyərindən iki dəfə aşağı qiymət lə alqı-satqı müqaviləsinə əsasən qardaşı Cavabdeh2 adına keçirdiyini, həmin müqavilənin formal, aldatma təsiri altında bağlandığını, alqı-satqı müqaviləsi üzrə ona pul verilmədiyini göstərib, mənzilə dair alqı-satqı müqavilələrinin etibarsız hesab edilərək Çıxarışların ləğv edilməsini iddia edir. Cavabdehlər isə mənzilə dair alqı-satqı müqavilələrinin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmamaqla bağlandığını, həmin müqavilələrin etibarsızlığı üçün əsasların olmadığını, dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası baxımından Cavabdeh4 mənzili vicdanlı əldə edən olduğunu göstərib, iddiaya etiraz ediblər. Əvvəla, sözügedən mənzilə dair iddiaçının təmsilçisi Cavabdeh1 ilə Cavabdeh2 arasında alqı-satqı müqaviləsi bağlanarkən Mülki Məcəllədə müəyyənləşdirilmiş ş ərtlərin pozulması halı mülki iş materialları ilə təsdiq edilmir. Əksinə, həmin alqı-satqı müqaviləsinə əsasən mənzil Cavabdeh2 mülkiyyətinə keçib. Nəzərə alınmalıdır ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması zəruridir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin m əzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr baş verir. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə isə- tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda, əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməm əsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqa zidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətdir ki, bu hərəkət əqdin etibarlı olması şərtlərindən, heç olmazsa birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticə baş vermir. Bu cür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişməsinə və ya xitamına səbəb olmur. Eyni hüquqi mövqe “N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəm əsi Plenumunun 13 iyul 2009-cu il tarixli Qərarında da ifadə olunub. Apellyasiya instansiyası məhkəməsi, sözügedən alqı-satqı müqaviləsinin şərtlərini təfsir edərkən, iddiaçının iradə ifadəsinin həqiqi mənasını, yəni onun mənzili satmaq niyyətində, arzusunda olmasını, məhz bu məqsədlə Cavabdeh1 10 il müddətinə qüvvədə olmaqla etibarnamə verməsini, sonuncunun həmin etibarnamə üzrə ona verilmiş səlahiyyətlər çərçivəsində hərəkət edərək mənzili Cavabdeh2 satmasını, başqa sözlə alqısatqı müqaviləsinin etibarlılığı şərtlərinə tam əməl olunmasını və bütövlükdə alqı-satqı müqaviləsinin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə almamışdır. Mülki qanunvericiliyə görə, müqavilə öhdəliyinin lazımınca icra edilməsi üçün müqavilənin məzmununun, ondan irəli gələn hüquq və vəz ifələrin və müqavilənin bütün şərtlərinin düzgün araşdırılmasının böyük əhəmiyyəti vardır. Buna görə də Mülki Məcəllənin 404-cü maddəsində müqavilənin məhkəmə təfsiri və onun qaydaları nəzərdə tutulub. Şübhəsizki müqavilənin təfsiri zamanı hər şeydən əvvəl müqavilədəki söz və ifadələrin hərfi mənası aydınlaşdırılmalıdır. Bununla yanaşı məhkəmə, bütövlükdə müqavilənin hərfi mənasını onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə almaqla tərəflərin iradə ifadəsinin həqiqi mənasını müəyyənləşdirməlidir. Bunları müəyyənləşdirmək üçün isə bütün hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, habelə tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı davranışı nəzərə alınmaqla, müqavilədəki hər bir sözün etimoloji anlamı, bu sözlər in birləşməsindən əmələ gələn düzgün məna aydınlaşdırılmalıdır. Digər tərəfdən, Mülki Məcəllənin 337-354-cü maddələrində əqdlərin etibarsızlığının anlayışı, onların nəticələri, mübahisə edilən və əhəmiyyətsiz əqdlərin dairəsi dəqiq müəyyən edilib göstərilib və həmin normalarda əmlakın öz dəyərindən iki dəfə aşağı qiymətə satılması, təmsilçinin təmsil edilənin adından əmlakı öz qardaşına satması, habelə təmsilçinin etibarnamənin verildiyi eyni gündə təmsil edilənin adından əmlakı özgəninkiləşdirməsi, həmçinin təmsilçinin əmlakın dəyərini təmsil edilənə ödəməməsi halları, əqdin etibarsızlığının əsası kimi nəzərdə tutulmayıb. Mülki Məcəllənin 398.1-ci maddəsinin mənasına görə, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir və bu qayda icrası qiymətlə, yə ni müəyyən pul ödənişi ilə şərtləndirilən müqavilələrə aiddir. Məsələn, alqı-satqı müqaviləsi üzrə qiyməti tərəflər müəyyən edirlər və alıcı satılan əşyanı qəbul edərək həmin qiyməti ödəməklə müqaviləni icra etmiş olur. Hazırki halda, iddiaçının əvvəldən sözügedən mənzili satmaq niyyətində, arzusunda olması işin mübahisə olunmayan halıdır və iddiaçı özü də iddia ərizəsində bu faktı inkar etməmişdir. Göründüyü kimi tərəflər arasındakı hazırki mübahisə əslində iddiaçının mənzili 65.000 manata satmaq niyyətində olması, təmsilçi Cavabdeh1 isə mənzili dəyərindən ucuz qiymətə, yəni 39.000 manata satması, habelə mənzilin dəyərini iddiaçıya ödəməməsinə görə yaranıb. Mülki Məcəllənin 359.1-ci maddəsinə görə, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə...əsaslan an səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Eləcə də, həmin Məcəllənin 421.2-ci maddəsində göstərilir ki, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuş olsun. Bu baxamdan, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətlərinin dəlilləri ilə qismən razılaşıb hesab edir ki, iddiaçının sözügedən alqı-satqı müqavi ləsi bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olması, yəni onun iddia etdiyi kimi dəyəri 65.000 manat olan mənzilin 39.000 manata satılması, habelə təmsilçi Cavabdeh1 həmin pulu ona ödəməməsi halları, əqdin etibarsızlığı üçün deyil, ləğvi üçün əsas ola bilər. Ona görə də iddiaçı, təmsilçi Cavabdeh1 qarşı iddia qaldırmaqla mənzilin dəyərini və yaxud düşdüyü zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Daha sonra, təmsilçi Cavabdeh1 təmsil edilən iddiaçının adından mənzili qardaşı Cavabdeh2 satmaqla şəxsən özü barəsində əqd bağlamasına dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə də səhvdir. Çünki, Mülki Məcəllənin 359.3-cü maddəsinin mənasına görə, təmsil edilənin mənafelərinin müdafiəsi və mümkün suiistifadə hallarının qarşısını almaq məqsədi ilə təmsi lçiyə təmsil edilənin adından özü ilə və ya təmsil etdiyi başqa şəxslə əqd bağlaması qadağandır. Təmsilçinin şəxsən özü ilə əqd bağlaması dedikdə- onun bilavasitə öz mənafeyi üçün, öz xeyrinə əqd bağlaması başa düşülür. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, təmsilçi Cavabdeh1 təmsil etdiyi iddiaçının adından mənzili əvəzi ödənilməklə qardaşı Cavabdeh2 satması, sonuncunun isə mənzilin dəyərini təşkil edən razılaşdırılmış 39.000 manat pul vəsaitini notariusun Bankda olan depozitinə köçürməsi, təmsilçi Cavabdeh1 şəxsən özü barəsində əqd bağlaması anlamına gəlmir və apellyasiya instansiyası məhkəməsi qeyd olunan maddənin təfsirində səhvə yol verib. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi, iddiaçının əqd bağlanması məqsədilə təmsilçisi Cavabdeh1 və sonuncunun qardaşı Cavabdeh 2 tərəfindən aldadıldığı qənaətinə gəlsə də, əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu halların nədən ibarət olduğunu araşdırmayıb və gəldiyi nəticəni Mülki Məcəllənin 339.2-ci maddəsinin tələbləri baxımından kifayət qədər əsaslandırmayıb. Həmin maddədə göstərilir ki, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Maddənin mənasına görə aldatma dedikdə- şəxsin əsl həqiqəti gizlətməsi, müqavilə üzrə digər tərəfi hiyləgərcəsinə həqiqətdən uzaq müəyyən hərəkətə həvəsləndirərək təhrik etməsi anlaşılır. Bu yolla maraqlı tərəf arzuladığı və öz iradəsinə müvafiq olan, lakin aldadılmış tərəfin mənafeyinə zidd olan bir əqdin bağlanmasına nail olur və bağlanmış əqddə aldadılmış tərəfin həqiqi iradəsi təhrif edilmiş olur. Buna görə də belə əqdləri aldadılmış tərəf mübahisələndirə bilər. Göründüyü kimi, tərəflər arasında iddiaçının mənafeyinə zidd olan başqa bir əqd deyil, məhz onun arzu etdiyi əqd, alqı-satqı müqaviləsi bağlanıb. Apellyasiya instansiyası məhkəməsi, cavabdehlərin hansı əsl həqiqəti iddiaçıdan gizlətmələrini, onların iddiaçını həqiqətdən uzaq hansı hərəkətə təhrik etmələrini, alqı-satqı müqaviləsinin bağlanması məqsədilə iddiaçının cavabdehlər tərəfindən aldadılmasının nədə ifadə olunmasını aydınlaşdırmadan, yalnız ehtimallara əsaslanaraq birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır. Hansı ki, ilk gündən iddiaçının niyyəti, arzusu mənzili satmaq olub və məhz bunun üçün Cavabdeh1 adına etibar namə verib. Ona görə də kassasiya instansiyası məhkəməsi belə qənaətə gəlir ki, Cavabdeh1 mənzili iddiaçının iddia etdiyi kimi 65.000 manata deyil, 39.000 manata öz qardaşı Cavabdeh2 satması və satış pulunu iddiaçıya verməməsi, sonuncunun əqd bağlanması məqsədilə aldadılması kimi qiymətləndirilə bilməz. Digər tərəfdən, Cavabdeh4 izahatında, apellyasiya şikayətində mənzili əvəzli şəkildə, yəni alqı-satqı müqaviləsində şərtləndirilmiş 50.000 manat pulu notariusun depozit hesabına köçürməklə Cavabdeh2 satın aldığını və mənzili vicdanlı əldə etdiyini göstərib iddiaya etiraz etsə də, apellyasiya instansiyası məhkəməsi onun bu dəlili üzrə ümumiyyətlə heç bir araşdırma aparmayıb. Mülki Məcəllənin 140-ci maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiy yatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən isə reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və sair hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Daşınmaz əmlak barədə reyestrin məzmunun qeyri-dəqiqliyinin müəyyən olunmasını iddiaçının bunu sübut etməsi ilə əlaqələndirmişdir. İddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur. Əksinə o, buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlar ına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etmə məlidir. Həmçinin, həmin Qərarda göstərilmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Bundan başqa, işdən görünür ki, sözügedən alqı-satqı müqavilələri bağlanarkən notariusun Bankda olan depozit hesabına Cavabdeh2 tərəfindən 39.000 manat, Cavabdeh4 tərəfindən isə 50.000 manat pul köçürülüb və işdə, bunun əksini təsdiq edən heç bir yazılı sübut yoxdur. Apellyasiya instansiyası məhkəməsi, iddiaçı nın tələbləri üzrə hər iki alqı-satqı müqaviləsini etibarsız hesab etsə də, həmin müqavilələr üzrə tərəfləri əvvəlki vəziyyətə qaytarmamaqla, Mülki Məcəllənin 337.5-ci maddəsinin tələblərini pozmuşdur. Halbuki, həmin maddənin mənasına görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidirlər. Mülki qanunvericilikdə əqdin etibarsız sayılmasının xüsusi bir nəticəsini restitusiyanın rədd edilməsi və yaxud restitusiyaya yol verilməməsi təşkil edir. Restitsiyanın rədd edilməsi dedikdə- tə rəflərdən heç birinin əvvəlki vəziyyətə qaytarlmaması başa düşülür. Bu qayda əsasən, tərəflərin hər ikisinin hərəkətlərində mülki hüquq pozuntusu olduğu halda tətbiq olunur. Eyni hüquqi mövqe “T. Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 4 oktyabr 2010-cu il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 2011-ci il tarixli Qərarında da təsbit edilib göstərilib. Həmin Qərarda qeyd edilib ki, mülki hüquqi əqdlər, o cümlədən alqı-satqı müqavilələri əmlaka dair mülkiyyət hüququnun əldə edilməsinin əsaslarından biridir. Əşya hüquqlarının müdafiəsi vasitələrindən biri də mübahisəli əmlaka dair bağlanmış əqdin etibarsız hesab edilməsi və onun nəticələrinin tətbiq olunmasıdır. Mülki Məcəllənin 337.5-ci maddəsinin müddəaları əqdin etibarsızlığı zamanı tərəflərin ilkin vəziyyətə qaytarılmasını, o cümlədən alıcının ödədiyi məbləğin ona qaytarılmasını ehtiva edir. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın iz ah etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyyə olunub. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını və sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətlərində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, Cavabdeh4 və Cavabdeh2 kassasiya şikayətləri qismən, Cavabdeh1 kassasiya şikayəti tam təmin edilməli, iş üzrə apellyasiya instansiy ası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdehlər Cavabdeh4, Cavabdeh2 kassasiya şikayətləri qismən, Cavabdeh1 kassasiya şikayəti tam təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 avqust 2021-c i il tarixli, 2(103)-5535/2021 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar