Məhkəmə qərarları › İş №2(102)-503/2025

Ali Məhkəmə Qərardad — İş №2(102)-503/2025

18.02.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-503/2025 18.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X1 cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə (X2 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: iddiadan imtina, iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı və mübahisə pre dmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X1 cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Azərbaycan Respublikası DİN BDYPİ-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və əmlakın iddiaçının mülkiyyətinə qaytarılmasına dair yenidən qeydiyyat şəhadətnaməsinin verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4675/2024 nömrəli, 30 sentyabr 2024cü il tarixli qətnaməsindən Cavabdeh3 kassasiya şikayətinə 18 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X3 cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Azərbaycan Respublikası DİN BDYPİ-yə qarşı iddi a ərizəsi ilə Yasamal Rayon Məhkəməyə müraciət edərək, İddiaçı məxsus olmuş “BMW X-5” markalı, 2013-cü il buraxılışlı, Ban nömrəsi: WBAKR610900G95949 olan **XV-*** (əvvəlki **-DU-***) dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh3 adına keçirilməsinə dair Baş Dövlət Yol Polisi İdarəsində bağlanmış müqavilənin etibarsız hesab edilməsi, həmin avtomobilin İddiaçı mülkiyyətinə qaytarılmasına dair yenidən qeydiyyat şəhadətnaməsinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 2(004)1626/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Vahid Hacıyev) b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

3. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə ye ni qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4675/2024 nömrəli, 30 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilmişdir. (hakimlər Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov, Vahid Sadıqov) Kassasiya şikayəti və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

5. Cavabdeh3 (vəkil və nümayəndə Vəkil3) qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib işə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

6. Kassasiya şikayətinə etiraz daxil olmamışdır.

7. Lakin İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X3 hər biri ayrılıqda elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəmə kollegiyasına ərizələr ilə müraciət edərək, mübahisənin cavabdehlə aralarında razılaşma ilə həll edildiyini, 15 noyabr 2024-cü il tarixdə notarial qaydada barışıq sazişi bağlanmasını, bu səbəbdən iddiadan imtina etdiklərini, iddiadan imtinanın hüquqi nəticəsinin aydın olduğunu bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişlər.

8. Cavabdehin nümayəndəsi və vəkili Vəkil3 ərizə göndərərək, iddiadan imtina edilməsinə etiraz etmədiklərini qeyd etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

9. Maddə 52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlid ir.

10. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

11. Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə d ə ifadə oluna bilər.

12. Maddə 261.0.4. İddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir.

13. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.

14. Maddə 417.1.5. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3, 259.0.8 və 259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyin qeyd edilən normalarına (MPM, 52.1, 52.5, 191.1) əsasən hesab edir ki, iddiaçı v ə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs iddia tələbindən imtina etdiyi və onların iddiadan imtinası qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edilməlidir.

16. İddiadan imtina barədə ərizələrə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə icraata MPM-in 261.0.4-cü maddəsinə uyğun olaraq xitam verilməlidir.

17. Məhkəmə kollegiyası iş üzrə icraata xitam verilməsi ilə yanaşı, onu da izah edir ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.

18. Yuxarıda göstərilənləri və MPM-in 417.1.5-ci maddəsini rəhbər tutaraq m əhkəmə kollegiyası Qərara aldı: İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X1 iddiadan imtinaları qəbul edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4675/2024 nömrəli, 30 sentyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X1 “müqavilənin etibarsız hesab edilməsi və əmlakın iddiaçının mülkiyyətinə qaytarılmasına dair yenidən qeydiyyat şəhadətnaməsinin verilməsi” barədə iddia tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar