Məhkəmə qərarları › İş №2(102)-5030/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5030/2020

19.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5030/2020 19.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı KB Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 na, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: istifadə hüququna xitam verilməsi, mənzilin boşaldılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X3 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1175/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3tərəfindən verilmiş kassasi ya şikayəti üzrə işə xx xxxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Quba Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli 2(027)-842/2017 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı-nin (bundan sonra – iddiaçı və ya bank) Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin, kredit faizlərin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbininə dair iddiası təmin edilərək, xxx (bundan sonra – mübahisəli fərdi yaşayış evi) açıq hərracda satılaraq cavabdehlərin həmin evdən çıxarılması qət edilmişdir. Hərrac Təşkilatının hərracın yekunları barədə xx xxxxxx 2018-ci il tarixli protokolundan və müqavilədən görünür ki, Cavabdeh1 məxsus olmuş mübahisəli fərdi yaşayış evi bank tərəfindən alınmışdır. Azərbayc an Respublikası ƏMDK yanında DƏDRX-nin RX seriyalı ******* nömrəli Çıxarışından görünür ki, fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına rəsmiləşdirilmişdir. xx xxxx 2019-cu il tarixli «Elektron notariat» X1 əldə olunan çıxarışdan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Nuranı Qasımova yerləşən fərdi yaşayış evində qeydiyyatdadırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 na, Cavabdeh2 və Cavabdeh3 qarşı istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində hal-hazırda iş üzrə cavabdehlər qeydiyyatdadırlar və onların mübahisəli evdə qeydiyya tda qalmaları onların mülkiyyət hüquqlarının icrasına məhdudiyyətlər yaradır. Həmin əmlakın qanuni özgəninkiləşdirilməsi cavabdehlərin iradəsindən asılı edilməkdədir. Cavabdehlərin onların mülkiyyətində olan evdə yaşamaları qeyri-qanunidir. Quba Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxx 2019cu il tarixli qətnaməsi ilə (hakim Xəqani Tağıyev) iddia tələbinin təmin edilməsi, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh1 nun və onun ailə üzvləri X2, Cavabdeh3 və X4 istifadə hüquqlarına xitam verilməsi və cavabdehlər Cavabdeh1 və onun ailə üzvləri Cavabdeh2, Cavabdeh3 və X7 fərdi yaşayış evindən çıxarılmaqla həmin mənzilin boşaldılması qət edilmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Mə hkəməsi Mülki kollegiyasının (hakimlər – Gülnarə Tağızadə - sədrlik edən və məruzəçi, Lətifə Məmmədova, Telman Quliyev) xx xxxx 2020-ci il tarixli qətnaməsi iləCavabdeh1 nun apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi iddia tələbini təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq Cavabdeh1 bundan başqa yaşayış yerinin olmamasını, maddi və ailə vəziyyətinin ağır olduğu barədə gətirdiyi dəlili qəbul etməyərək həmin dəlilləri iddianın rədd olunması üçün əsas hesab etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdehlər (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansi yası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Onlar ipoteka müqaviləsi bağlanarkən həmin evi tərk etmələri barədə notarial qaydada razılıq verməmişlər, lakin məhkəmə iddia tələbini təmin edərkən bu hala əhəmiyyət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məh kəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kim i qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kasasiya şikayəti təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İddia tələbi birinci instansiya məhkəməsi tərəfindən təmin edilərkən düzgün olmayan qətnamənin çıxarılması ilə nəticələnən prosessual pozuntuya yo l verilmiş, apelyasiya instansiyası məhkəməsi bu pozuntuya əhəmiyyət verməyərək məhkəmənin gəldiyi səhvi təkrarlamışdır. Belə ki, iddia tələbindən göründüyü kimi, iddiaçı bank hazırkı tələbində cavabdehlər Cavabdeh1, Ruhəngiz Qasımov və Cavabdeh3 mübahisəli fərdi yaşayış evindən istifadə hüquqlarının itirilməsini və cavabdehlərin fərdi yaşayış evindən çıxarılmaqla evin boşaldılmasını xahiş etmişdir. İddia tələbini tam təmin etmiş birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, Quba Rayon Məhkəməsində iddiaçı bankın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin, kredit faizlərin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair mülki işə baxılan zaman cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evinin boşaldılması və onların həmin evdən çıxarı lması barədə tələbə baxılmış və məhkəmə tərəfindən iddia təmin edilmişdir. Hazırda bank tərəfindən həmin cavabdehlərə qarşı yenidən eyni tələblə, eyni predmet barəsində yenidən iddia irəli sürülmüş və birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Halbuki MPM-nin 261.0 və 261.0.2-ci maddələrinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraat xitam verir. Birinci instansiya məhkəməsi bu halı diqqətdən qaçıraraq prosessual pozuntuya yol vermiş, apelyasiya instansiyası məhkəməsi də məhkəmənin gəldiyi səhvi təkrarlamışdır. Bundan başqa işdən görünür ki, iddiaçı bank məhkəməyə müraciət edərkən Cavabdeh1, Ruhəngiz Qasımov və Cavabdeh3 cavabdeh kimi göstərmiş, iddia tələbini həmin şəxslərə qarşı yönəltmişdir. Lakin birinci instansiya məhkəməsi qətnamənin nəticə hissəsində yetkinlik yaşına çatmamış şəxs olan X5 münasibətdə də iddia tələbini təmin edərək prosessual pozuntuya yol vermişdir. MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hər tərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələ rini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1175/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar