Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5033/2022 15.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından AzərbaycanRespublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:müqavilənin etibarsız hesab edilməsi, müqavilə öhdəliklərinin icra edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 may 2022-ci il tarixli, 2(103)2610/2022 saylı qətnaməsindən iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin verdiyi kassasiya şikayəti üzrə işə 15 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin bin asında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, 24 oktyabr 2012-ci il tarixli Çıxarışa əsasən, Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, 01 saylı evin 3 otaqlı, ümumi sahəsi 64,5 kv.metr olan 33 saylı mənzili daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydə alınıb. Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyəti ilə "xxxx" MTK arasında bağlanmış 21 aprel 2017-ci il tarixli müqaviləyə əsasən, MTK tərəfindən Ak.Topçubaşov, Abbas Səhhət, Xan Şuşinski və Feyzulla Qasımzadə küçələrinin kəsişmələrində yerləşən binaların (yaşayış və qeyri-yaşayış sahələri də daxil olmaqla) tikintisi üçün Nazirlər Kabinetinin məlum Qərarında və bu müqavilədə müəyyənləşdirilmiş öhdəliklərin yerinə yetirilməsi və İcra Hakimiyyəti tərəfində n bunun müqabilində həmin ərazidə tikiləcək binaların (yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin) layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsi, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi üçün müvafiq müqavilələrin imzalanması hazırki müqavilənin predmetini təşkil edir. Yeni yaşayış binalarının tikintisi başa çatıb istismara qəbul edilənədək, sakinlərə yaxın ərazidə və razılaşdırılmış şəraitli müvəqqəti yaşayış yerləri üçün kirayə haqqlarını ödəmək; 1 otaqlı mənzillər üçün ayda 300 manat, 2 otaqlı mənzillər üçün ayda 350 manat, 3 otaqlı mənzillər çün ayda 400 manat, 4 otaqlı mənzillər çün ayda 450 manat, 5 otaqlı mənzillər çün ayda 500 manat icarə haqqlarının ödənilməsi razılaşdırılıb; " xxxx" MTK ilə Cavabdeh1 arasında bağlanmış 21 fevral 2019-cu il tarixli, 57 saylı müqaviləyə əsasən, MTK, ünvan 1 evin 33 saylı ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda "xxxx"yə məxsus mənzilin söküntüsünü və bu ərazidə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada "xxxx"-nin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 3 otaqlı, ümumi sahəsi 64.5 kv.metr olan mənzilini dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsindən ən azı 15 faiz olmaqla, X küçəsində yerləşən 16 mərtəbəli 2 girişli binanın “A” girişində 6-cı mərtəbəsində layihə sənədlərinə əsasən 4 otaqlı, ümumi sahəsi 174 kv.metr olan təmirsiz mənzili, Akademik Topşubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın “J” giri şində yerləşən 5-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı, ümumi sahəsi 64.8 kv.metr olan təmirsiz mənzili və “J” girişində 8-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı, ümumi sahəsi 64.8 kv.metr olan təmirsiz mənzilin ipotekadan azad edildikdən sonra notariat qaydasında təsdiq ediləcək müqaviləyə əsasən "xxxx"nin mülkiyyətinə verməsindən, "xxxx"nin isə söküləcək mənzili MTK-nin sahibliyinə, istifadəsinə verməsindən ibarətdir; Həmçinin, tərəflər arasında bağlanmış eyni tarixli digər müqaviləyə əsasən, Cavabdeh1 özünə məxsus olan ünvan 1 evin 33 saylı mənzilinin MTK tərəfindən sökülüb yerində tikilən binadan yenisi ilə əvəz olunmasına etiraz etmədiyini bildirir. Hazırki müqavilənin bağlanmasında məqsəd Cavabdeh1 mülkiyyətində olan mənzilin ipotekadan çıxarılması və həmin mənzilə dair notariat qaydasında müqavilənin bağlanmasından ibarətdir. Bununla bağlı, ilkin olaraq Cavabdeh1 veriləcək mənzil üzərində hüquqlar dövlət qeydiyyatından keçir və ipoteka saxlayan Bankın razılığı ilə həmin mənzil ipotekaya qoyulmaqla, ünvan 1 evin 33 saylı mənzili yüklülükdən azad edilir. Mənzil ipotekadan azad edildikdən sonra notariat qaydasında təsdiq ediləcək, həmin müqavilənin bağlanması ilə əlaqədar aşağıdakılar barədə razılığa gəlirlər: 21 fevral 2019-cu il tarixli müqaviləyə əsasən ünvan 1 evin 33 saylı fərdi yaşayış evinin sökülməsi ilə əlaqədar olaraq MTK tərəfindən Cavabdeh1 aylıq kirayə haqqı ödənilmir. Müqavilənin 1.1-ci bəndinə əsasən MTK ünvan 1 evin 33 saylı mənzilində yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə ola n binada “mülkiyyətçiyə” məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada "xxxx" söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 3 otaqlı, sahəsi 64,5 kv.metr olan təmirli mənzilini dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahədən ən azı 15 faiz olmaqla X küçəsində yerləşən 16 mərtəbəli 2 girişli binanın “A” girişində 6-cı mərtəbəsində layihə sənədlərinə əsasən 4 otaqlı, ümumi sahəsi 174 kv.metr olan təmirsiz mənzili (1-ci mənzil), Akademik Topşubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın “J” girişində yerləşən 8-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı, ümumi sahəsi 64.8 kv.metr olan təmirsiz mənzili (2-ci mənzil) və “İ” girişində yerləşən 7-ci mərtəbədə layihə sənədlərinə əsasən 2 otaqlı, ümumi sahəsi 92.3 kv.metr olan təmirsiz mənzili (3-cü mənzil) ipotekadan azad edildikdən sonra notariat qaydasında təsdiq ediləcək müqaviləyə əsasən "xxxx"-nin mülkiyyətinə verilməyi, "xxxx" isə söküləcək mənzili MTK-nın sahibliyinə və istifadəsinə verməyi öhdələrinə götürüblər. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" MTK (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X küçəsində yerləşən 16 mərtəbəli 2 girişli binanın “A” girişində 6-cı mərtəbəsində layihə sənədlərinə əsasən 4 otaqlı, ümumi sahəsi 174 kv.metr olan təmirsiz mənzilə, Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın “J” girişində 8-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı, ümumi sahəsi 64,8 kv.metr olan təmirsiz mənzilə və “İ” g irişində 7-ci mərtəbədə layihə sənədlərinə əsasən 2 otaqlı, ümumi sahəsi 92,3 kv.metr olan təmirsiz mənzilə dair onunla Cavabdeh1 (bundan sonra cavabdeh) arasında bağlanmış 21 fevral 2019-cu il tarixli 57 saylı müqavilənin etibarsız hesab edilməsi; cavabdehin mülkiyyətində olan və ipoteka predmetini təşkil edən sahəsi 64,5 kv.metr olan 3 otaqlı mənzilin əvəzinə, Bakı şəhəri, Nəsimi rayonu, X küçəsində yerləşən 16 mərtəbəli 2 girişli binanın “A” girişində 6-cı mərtəbəsində layihə sənədlərinə əsasən 4 otaqlı, ümumi sahəsi 174 kv.metr olan təmirli mənzilin cavabdehin mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, Bakı şəhəri, X küçəsində yerləşən 16 mərtəbəli 2 girişli binanın “A” girişində 6-cı mərtəbəsində layihə sənəd lərinə əsasən 4 otaqlı, ümumi sahəsi 174 kv.metr olan təmirsiz mənzilə, Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın “J” girişində 5-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı, ümumi sahəsi 64,8 kv.metr olan təmirsiz mənzilə və “J” girişində 8-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı, ümumi sahəsi 64,8 kv.metr olan təmirsiz mənzilə dair onunla cavabdeh arasında bağlanmış 21 fevral 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi; Bakı şəhəri, X küçəsində yerləşən 16 mərtəbəli 2 girişli binanın “A” girişində 6-cı mərtəbəsində layihə sənədlərinə əsasən 4 otaqlı, ümumi sahəsi 174 kv.metr olan təmirsiz mənzilə, Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın “J” girişində 8-ci mərtəbəsində layihə sənədlərinə əs asən 2 otaqlı, ümumi sahəsi 64,8 kv.metr olan təmirsiz mənzilə və “İ” girişində 7-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı, ümumi sahəsi 92,3 kv.metr olan təmirsiz mənzilə dair onunla cavabdeh arasında bağlanmış 21 fevral 2019-cu il tarixli 57 saylı müqavilənin etibarsız hesab edilməsi; bu müqavilə əsasında Bakı şəhəri, Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın “J” girişində 8-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı, ümumi sahəsi 64,8 kv.metr olan mənzilə dair cavabdehin adına aparılmış Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində hüquqların qabaqcadan qeydiyyatının ləğv edilməsi; cavabdehin mülkiyyətində olan və ipoteka predmetini təşkil edən sahəsi 64,5 kv.metr olan 3 otaqlı mənzilin əvəzinə onun inşa etdiyi Bakı şəhəri, Nəsimi rayo nu, Feyzulla Qasımzadə küçəsində yerləşən 16 mərtəbəli 2 girişli binanın “A” girişində 6-cı mərtəbəsində layihə sənədlərinə əsasən 4 otaqlı, ümumi sahəsi 174 kv.metr olan təmirli mənzilin cavabdehə verilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. İddiaçı tələblərini onunla əsaslandırıb ki, Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarına uyğun olaraq, Bakı şəhərinin digər rayonlarının ərazilərində olduğu kimi Nəsimi rayonu ərazisində də rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış üçün yararsız olan və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsi və yenidən qurulma sı məqsədi ilə Ak.Topçubaşov, Abbas Səhət, Xan Şuşinski və Feyzulla Qasımzadə küçələrinin əhatə etdiyi məhəllədə iddiaçı tərəfindən yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli binaların tikintisinin layihələşdirilməsi üçün Nəsimi rayon İHB-nın 23 yanvar 2017-ci il tarixli 11 saylı və binaların tikintisinə icazənin verilməsi haqqında 25 dekabr 2017-ci il tarixli 336 saylı sərəncamları vardır. Bununla əlaqədar olaraq Nəsimi rayon İcra Hakimiyyəti ilə iddiaçı arasında bağlanmış müqaviləyə əsasən sakinlərin köçürülməsi və həmin ərazidə binanın tikintisi ilə əlaqədar olaraq sakinlərə malik olduqları sahəyə 15 faizdən az olmamaqla mənzil sahəsi verilməli idi. Nazirlər Kabinetinin məlum qərarına uyğun olaraq bütün sənədləşdirmə işləri həyata keçirilərək, həmin ərazidə olan 160-dək ailə ay lıq kirayə haqqları ödənilməsi şərti ilə köçürülüblər. Lakin, cavabdeh digər sakinlərdən fərqli olaraq bu “pilot” layihənin həyata keçirilməsini məqsədli şəkildə yubatmaqla işin icrasına maneçilik törədib və digər sakinlər üçün mənzillərin tez bir zamanda inşa edilib təhvil verilməsinin gecikdirməsinə səbəb olan çoxsaylı hərəkətlər edib. İlkin mərhələdə 101 mənzil mülkiyyətçisi kirayə haqqı ilə təmin edilərək köçürülərkən, cavabdeh bundan imtina etməklə tikinti işlərinin başlanmasına maneəçilik törədib və əvvəlcə sənəd üzrə mülkiyyətində olan 3 otaqlı, ümumi sahəsi 64.5 kv.metr olan mənzil üçün iddiaçıdan 4 otaqlı ümumi sahəsi 174 kv.metr olan təmirsiz mənzil, 2 otaqlı ümumi sahəsi 64.8 kv.metr olan təmirsiz mənzil və 2 otaqlı ümumi sahəsi 64.8 kv.metr olan təmirsiz mənzil olmaqla 3 mənzil tələb edib. Digər sakinlər qarşısında öhdəliyin icrası və ümumiyyətlə pilot layihə olan işin gecikməməsi üçün iddiaçının bu çətin vəziyyətindən sui-istifadə edən cavabdeh iddiaçını məcbur edərək, 21 fevral 2019-cu il tarixli müqavilə bağlayaraq mülkiyyətində olan 3 otaqlı ümumi sahəsi 64.5 kv.metr olan mənzil üçün Feyzulla Qasımzadə küçəsində yerləşən 16 mərtəbəli 2 girişli binanın “A” girişində 6-cı mərtəbəsində layihə sənədlərinə əsasən 4 otaqlı ümumi sahəsi 174 kv.metr olan təmirsiz mənzil, Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın “J” girişində 5-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı ümumi sahəsi 64.8 kv.metr olan təmirsiz mənzil və “J” girişində 8-ci mərtəbədə layihə sənədlərinə əsasən 2 otaqlı ümumi sahəsi 64.8 kv.metr olan təmirsiz mən zilin ipotekadan azad edildikdən sonra notarial qaydada təsdiq ediləcək müqaviləyə əsasən öz mülkiyyətinə alacağı, söküləcək bu mənzilin isə iddiaçının istifadəsinə və sahibliyinə verilməsini təmin etməli və razılaşmaya əsasən, cavabdeh 03 mart 2019-cu il tarixədək notarial qaydada müqavilə bağlamaq üçün sənədləri iddiaçıya təhvil verməli idi. Lakin, bu müqaviləni cavabdeh imzalasada, yenədə vəzifəsini icra etməyərək daha artıq iddialar irəli sürməyə başladı. Belə ki, iddiaçının çətin vəziyyətindən sui-istifadə edən cavabdeh iddiaçıdan daha artıq sahə tələb etməyə başlayıb və bu müqaviləni ləğv edərək, iddiaçını eyni tarixli başqa bir müqavilə bağlamağa məcbur edib. Həmin müqaviləyə görə cavabdeh, iddiaçıdan Feyzulla Qasımzadə küçəsində yerləşən 16 mərtəbəli 2 girişli binanın “A” girişin də 6-cı mərtəbəsində layihə sənədlərinə əsasən 4 otaqlı, ümumi sahəsi 174 kv.metr olan təmirsiz mənzili, Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın “J” girişində 8-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı ümumi sahəsi 64.8 kv.metr olan təmirsiz mənzili və “İ” girişində 7- ci mərtəbədə layihə sənədlərinə əsasən 2 otaqlı ümumi sahəsi 92.3 kv.metr olan təmirsiz mənzili ipotekadan azad etdikdən sonra notarial qaydada təsdiq ediləcək müqaviləyə əsasən öz mülkiyyətinə alacağını, söküləcək bu mənzilin isə iddiaçının istifadəsinə və sahibliyinə verilməsini təmin etməli idi. Müqavilədə daha sonra göstərilmişdir ki, qeyd edilən 2 mənzil (Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın “J” girişində 8-ci mərtəbəsində layihə sənədl ərinə əsasən 2 otaqlı ümumi sahəsi 64.8 kv.metr olan təmirsiz mənzil və “İ” girişində 7-ci mərtəbədə layihə sənədlərinə əsasən 2 otaqlı ümumi sahəsi 92.3 kv.metr olan təmirsiz mənzil) 18 ay müddətində yaşayış binasının “A” girişində olan 2 otaqlı ümumi sahəsi 67.4 kv.metr olan 2 ədəd mənzillə (binanın 3-14-cü mərtəbəlində) dəyişdirilir və cavabdeh buna etiraz etmir. Bu müqavilə ilə cavabdeh 03 mart 2019- cu il tarixədək notarial qaydada müqavilə bağlamaq üçün sənədləri iddiaçıya təhvil verməyi öhdəsinə götürsə də, bu öhdəliyini icra etməyib. İddiaçı tərəfindən cavabdehə mənzillərdən biri üçün mülkiyyət hüququna dair ilkin qeydiyyat sənədi təqdim edilsədə o, yenə də öhdəliyini icra etməyərək, 03 mart 2019-cu il tarixədək notarial qaydada müqavilə bağlamaq üçün sənədləri iddiaçıya təhvil ver məyib. Bu ərazidə olan sakinlərin hamısı faktiki olaraq malik olduqları sahədən 30 faiz artıq olmaqla mənzil sahəsi əldə etməklə mülkiyyətlərində olan sahəni təhvil verərək, iddiaçının ödədiyi aylıq kirayə haqqı hesabına mənzilləri tikilib hazır olanadək bu sahələrini tərk etmiş olduqları halda, cavabdeh iddiaçının ağır köməksiz vəziyyətindən sui-istifadə edərək, əsassız olaraq varlanmaq yolunu tutub. Cavabdeh, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsində 3 otaqlı ümumi sahəsi 64,5 kv.metr olan mənzilin yerləşdiyi binada, eyni girişli digər mənzillərin sakinləri iddiaçı tərəfindən mənzillə təmin edilmək şərti ilə öz mənzillərini ona təhvil verdikləri halda, cavabdeh məqsədli şəkildə iddiaçının tikintini başlamağa maneəçilik törətmək üçün mənzili təhvil verməkdən imtina edib və yalnız digər sakinlər mənzillərini təhvil verdikləri tarixdən ötən 01 il 06 ay sonra iddiaçını çətin vəziyyətə salaraq, sonuncunu olduqca əlverişsiz müqavilə bağlamağa məcbur edərək mənzili təhvil verib. Digər sakinlərdən fərqli olaraq cavabdeh mənzilini təhvil verdiyi gün Feyzulla Qasımzadə küçəsindəki “A” girişində 6-cı mərtəbədə 4 otaqlı ümumi sahəsi 174 kv.metr olan hazır mənzillə təmin edilib. Göründüyü kimi, iddiaçı digər çoxsaylı sakinlərin mənzillərini vaxtında hazır edərək, onlara təhvil vermək öhdəliyi daşıdığından və ümumiyyətlə “pilot” layihə olan tikinti işlərinin bitməsi üçün qısa müddət müəyyən edilməsindən istifadə edən cavabdeh iddiaçının bu ağır vəziyyətindən istifadə edərək, onu özü üçün son dərəcə əlverişsiz şərtlərlə müqavilə bağlamağa məcbur edib. Bakı şəhəri, Nəsimi Rayon Məhkəmə sinin 05 noyabr 2021-ci il tarixli, 2(006)293/2021 saylı qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia qismən təmin edilərək, Bakı şəhəri, Feyzulla Qasımzadə küçəsində yerləşən 16 mərtəbəli 2 girişli binanın “A” girişində 6-cı mərtəbəsində layihə sənədlərinə əsasən 4 otaqlı, ümumi sahəsi 174 kv.metr olan təmirsiz mənzil; Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın “J” girişində 5-ci mərtəbəsində yerləşən layihə sənədlərinə əsasən 2 otaqlı, ümumi sahəsi 64,8 kv.metr olan təmirsiz mənzil və “J” girişində 8-ci mərtəbədə yerləşən layihə sənədlərinə əsasən 2 otaqlı, ümumi sahəsi 64,8 kv.metr olan təmirsiz mənzilə dair iddiaçı ilə cavabdeh arasında bağlanmış 21 fevral 2019-cu il tarixli müqavilələrin etibarsız hesab edilməsi; Bakı şəhəri, Feyzulla Qasımzadə küçəsin də yerləşən 16 mərtəbəli 2 girişli binanın “A” girişində 6-cı mərtəbədə layihə sənədlərinə əsasən 4 otaqlı, ümumi sahəsi 174 kv.metr olan təmirsiz mənzil; Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın “J” girişində 8-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı, ümumi sahəsi 64,8 kv.metr olan təmirsiz mənzil və “İ” girişində 7-ci mərtəbədə yerləşən layihə sənədlərinə əsasən 2 otaqlı ümumi sahəsi 92,3 kv.metr olan təmirsiz mənzilə dair iddiaçı ilə cavabdeh arasında bağlanmış 21 fevral 2019-cu il tarixli müqavilənin qismən, “İ” girişində 7-ci mərtəbədə yerləşən layihə sənədlərinə əsasən 2 otaqlı, ümumi sahəsi 92,3 kv.metr olan təmirsiz mənzillə bağlı hissədə etibarsız hesab edilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci instansiya m əhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, mübahisəli mənzillərin yerləşdiyi ərazidə olan tikililər sökülüb, onların mülkiyyəçiləri ilə müqavilələr bağlanıb, iddiaçı həmin müqavilələrə uyğun olaraq sakinlərə aylıq kirayə haqları ödəməyə məcbur olub. Cavabdeh ilkin olaraq digər mülkiyyətçilər kimi mülkiyyətində olan mənzilin sökülməsinə etiraz etməsə də, sonradan əldə edilmiş razılıqlara baxmayaraq iddiaçının düşmüş olduğu vəziyyətdən, yəni artıq işlərin başlanmasından sui-istifadə edərək, ümumi ünvanda aparılan tikililərin həyata keçrilməsinin dayandırılması üçün uyğun olmayan tələblər irəli sürüb, artıq hərəkətlər etməyə başlayıb və daha artıq ölçüdə sahələrin ona verilməsini tələb etməyə başlayıb (faktiki olaraq Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli b inanın “İ” girişində 7-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı, ümumi sahəsi 92.3 kv.metr təmirsiz mənzilə münasibətdə yeni ölçüdə mənzil almasına nail olub) və yaranmış vəziyyətdən sui-suistifadə edərək iddiaçı üçün ağır şərtlətlərlə müqavilə (müqavilələr) bağlanmasına nail olub. Belə ki, cavabdeh müqavilə bağlayaraq mülkiyyətində olan 3 otaqlı, ümumi sahəsi 64.5 kv.metr olan mənzil üçün Feyzulla Qasımzadə küçəsində yerləşən 16 mərtəbəli 2 girişli binanın “A” girişində 6-cı mərtəbəsində layihə sənədlərinə əsasən 4 otaqlı, ümumi sahəsi 174 kv.metr olan təmirsiz mənzilin verilməsi kifayət edən kompensasiyadır. Lakin, ikinci müqavilədə nəzərdə tutulmuş digər mənzil (Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın “J” girişində 8-ci mərtəbəsində yerləşən layihə sənədlərinə əsasən 2 otaqlı, ümumi sahəsi 64,8 kv.metr olan təmirsiz mənzil) üzrə yüklülük müəyyən olunduğundan və həmin hissədə müqavilənin etibarsız hesab edilməsi ipoteka saxlayanın hüquqlarının pozulması ilə nəticələnə biləcəyindən həmin hissədə müqavilənin etibarlı sayılması məqsədəmüvafiqdir. Hazırda, iddiaçı iradə ifadəsinin zədələndiyini iddia edir və tərəflər arasında bağlanmış müqavilələri mübahisələndirir, bu halda müqavilələr iddiaçının göstərdiyi əsaslarla birinci müqavilə tam, ikinci müqavilə isə qismən etibarsız halına gəlmiş olur. Cavabdehin bəyənmə və müddətin keçməsi ilə bağlı dəlilləri birinci müqavilənin tam, ikinci müqavilənin isə qismən (Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın “İ” girişində 7-ci mərtəbədə yerləşən layihə sən ədlərinə əsasən 2 otaqlı, ümumi sahəsi 92.3 kv.metr olan təmirsiz mənzilə aid hissədə) etibarsız halına gəlməsinə mane yaratmır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 337, 339, 389.1, 425.1, 425.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən, yəni 21 fevral 2019-cu il tarixli ikinci müqavilənin Ak.Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın “J” girişində 8-ci mərtəbəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 64,8 kv.metr olan təmirsiz mənzilə münasibətdə ləğv edilib, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. İd diaçı apellyasiya şikayəti onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 339.4-cü maddəsinin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etsə də, iddianı 21 fevral 2019-cu il tarixli ikinci müqavilənin Ak.Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın “J” girişində 8-ci mərtəbədə yerləşən 2 otaqlı, ümumi sahəsi 64,8 kv.metr olan təmirsiz mənzilinə münasibətdə düzgün təfsir etməyib. Belə ki, iddianın bu hissəsinə münasibətdə həmin mənzil üzrə yüklülüyün olması və həmin hissədə müqavilənin etibarsız hesab edilməsinin ipoteka saxlayanın hüquqularının pozulması ilə nəticələnə bilməsi səbəbindən həmin hissədə müqaviləni etibarsız hesab etmişdir ki, bu da qanuni sayıla bilməz. Belə ki, mənzilin üzərində yüklülüyün olması iddianın təmin edilməsin ə mane olmur. Cavabdeh isə apelyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv edilib, iddianın tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsi öz qətnaməsində iddiaçının son dərəcədə əlverişsiz şərtlərlə müqavilə bağlamasının və ya ağır vəziyyətə düşməsinin nədən ibarət olduğunu əsaslandırmayıb və iddiaçı isə bu barədə məhkəməyə heç bir sübut təqdim etməyib. Əksinə, onun hansı hərəkətinin qanunsuz olması və ya iddiaçını hansı hərəkəti ilə müqavilə bağlamağa məcbur etməsi mülki iş materialları ilə müəyyən olunmur. İddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə məhkəmə ümumiyyətlə münasibət bildirilməyib və müddətin ötməs ini təkzib etmək isə mümkün deyil. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 may 2022-ci il tarixli, 2(103)2610/2022 saylı qətnaməsi ilə (hakimlər İkram Şirinov sədrlik edən, məruzəçi, Xəyal Sarıyev və Anar Tanrıverdiyev) iddiaçının apellyasiya şikayəti qismən, cavabdehin apellyasiya şikayəti isə tam təmin edilərək, iş üzrə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməklə iddia tələbləri rədd edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, iddiaçı ümumi sahəsi 113 kv.metr olan mənzilin əvəzinə cavabdehə ümumi sahəsi 331,1 kv.metr olan (4 otaqlı, ümumi sahəsi 174 kv.metr; 2 otaqlı, ümumi sahəsi 64,8 kv.metr və 2 otaqlı, ümumi sahə si 92,3 kv.metr olan mənzillər) təmirsiz 3 mənzilin (təxminən 193 faiz artıq sahənin) verilməsi nəzərdə tutulub. Qeyd olunan müqavilələrdən fərqli olaraq iddiaçının cavabdehə təklif etdiyi 3 mənzil, məhz həmin mənzillərin təmirsiz olması və ona kirayə haqqı ödənilməməsi şərti ilə verilib. Belə olan halda cavabdehə faktiki olaraq ümumi sahəsi 113 kv.metr olan sahənin əvəzinə, ona kirayə haqqı ödənilmədən, təmirsiz mənzillərin verilməsi, iddiaçı tərəfindən ona nəinki digərlərindən artıq sahənin verildiyi, əksinə, qeyd olunan müqavilələrlə müqayisədə cavabdehin daha əlverişsiz vəziyyətdə olduğu görünür. İddiaçı istinad etdiyi hallara, yəni cavabdehin müqaviləni məcburetmə nəticəsində bağlamasına dair məhkəməyə hər hansı başqa sübut təqdim etməyib. İddiaçı tərəfindən mənzilinin real sökülməsi təhlükəsi olan cavabdehin öz mülkiyyətinin müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etməsi, heç bir halda məcburetmə ola və sayıla bilməz. Bundan başqa, iddiaçının hazırki tələbinin əsası kimi istinad etdiyi yeganə hal da, yəni cavabdehin sökülmüş mənzilinin əvəzi olaraq verilmiş mənzillərin ölçülərinin həmin ünvandakı digər sakinlərə verilmiş mənzillərin ölçülərindən artıq olması da doğru deyil. Həmçinin, birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış birinci müqaviləyə münasibətdə də səhvə yol verib. Belə ki, tərəflər arasında eyni gündə iki müqavilə bağlansa da, əslində tərəflər qarşılıqlı razılığa əsasən ikinci müqaviləni bağlamaqla birinci müqaviləyə faktiki xitam veriblər və hazırki mübahisənin də məhz ikinci müqavilə üzrə yaranması işin mübahisə olunmayan hallarıdır. Yəni, hazırki halda tərəflər arasında hüquq və vəzifələri müəyyən edən yeganə müqavilə ikinci müqavilədir, başqa sözlə birinci müqavilə mövcud deyil. Beləliklə, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və işin yuxarıda müəyyən edilmiş halları üzrə səhv nəticəyə gəlib. Apellyasiya instansiyası məhkəməsi hüquqi hüquqi mövqeyini Mülki Məcəllənin 337, 339-cu maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edib, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub. Belə ki, cavabdehin yaşadığı mənzilin yerləşdiyi binanın yerində inşa ediləcək yeni binanın bütün sakinləri ilə razılıq əldə edilib və həmin sakinlərə yeni tikiləcək binadan mənzillər verilməklə, kirayə haqqı ödənilməklə onlar mənzillərini təhvil veriblər. Belə olan halda iddiaçının sakinlər qarşısında müqavilədən doğan öhdəliyini icra etməsi, həmçinin Nəsimi rayon İcra Hakimiyyəti ilə bağladığı müqavilədən doğan öhdəliyini icra etməsi üçün yeni binanın tikinti işlərinə başlaması vacib idi. Cavabdeh iddiaçının bu vəziyyətindən sui-istifadə edərək, ondan mövcud sahəsindən dəfələrlə artıq sahə tələb e tməsi işin mübahisəsiz halıdır. Bundan başqa, cavabdeh həmin ərəfədə məhkəməyə müraciət edərək, tikinti işlərinin dayandırılmasını tələb etməsi birbaşa iddiaçının düşmüş olduğu vəziyyətdən istifadə edərək, onunla istədiyi müqaviləni bağlamağa məcbur etdiyini birbaşa təsdiq edir. Digər sakinlərlə bağlanmış müqavilələrdən fərqli olaraq iddiaçının cavabdehə təklif etdiyi 3 mənzili həmin mənzillərin təmirsiz olması, sonuncuya kirayə haqqı ödənilməməsi şərti ilə verildiyi qənaətinə münasibətdə isə, mülkiyyətində olmuş mənzilin əvəzinə cavabdehə verilmiş sahəsi olan 174 kv.metr olan mənzilin kirayə haqqı və mənzilin təmir xərcinin ümumi dəyəri digər 2 mənzilin ümumi dəyərinin heç 15 faizini təşkil etmir. Belə olan halda kirayə haqqı və mənzilin təmiri üçün iddiaçı tərəfindən cavabdehə 2 mənzilin verilməsi barədə məhkəmənin gəldiyi nəticə tam əsassızdır. Bu baxımdan tərəflər arasında yaranmış hazırki mülki mübahisəyə Mülki Məcəllənin 339.4-cü maddəsi tətbiq edilməklə iddia tələbləri tam təmin edilməlidir. İşin faktiki hallarından görünür ki, cavabdeh iddiaçının düşdüyü çətin vəziyyətdən sui-istifadə edərək, sözügedən müqaviləni bağlamağa məcbur edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin rədd edilməsini xahiş edib və etirazını onunla əsaslandırıb ki, etibarsızlığı tələb olunan müqavilədə göstərilən F.Qasımzadə küçəsi 9, M 8, m 1 dair iddiaçı tərəfindən ona maliyyə arayışı və protokoldan çıxarış verib. Bu mənzil onun tərəfindən Banka girov qoyulub və bu haqda 13 iyul 2020-ci il tarixli müqavilə bağlanıb. Müqaviləyə əsasən mənzil Bankın xeyrinə yüklü edilib. Bu halda hansı etibarsızlıqdan söhbət gedə bilir ki, məhz iddiaçının özünün verdiyi sənədlər əsasında sözügedən mənzil ipoteka qoyulub. Mənzilin ipoteka ilə yüklü edilməsinin yubanması İpoteka Fondunun ipoteka predmetinin dəyişdirilməsinə razılıq verməsinin yubanması və yeni ipoteka predmetinin ünvanının fərqli olması ilə bağlı olub. Bu səbəbdən də müqavilədə göstərilən 30 mart 2019-cu il tarixədək, həmin sənədlərin hazırlanması mümkünsüz olub. Başqa sözlə, bu məqamın iş üçün heç bir əhəmiyyəti yoxdur və bu hal iddiaçının hər hansı hüququnu pozmur. Onun öhdəliyi mülkiyyətində olan mənzili boşaltmaq olub ki, onu da icra edib. O, mənzili boşaltmaqla üzərinə düşən öhdəliyi yerinə yetirib və iddiaçı qarşısında başqa öhdəliyi qalma yıb. Lakin, iddiaçı öhdəliklərini hazırki vaxtadək tam yerinə yetirməyib. İddiaçı iddia edir ki, o evdən çıxmır, lakin müqavilə üzrə razılıq olmadığı üçün o, evdən necə çıxa bilərdi. Digər tərəfdən, yuxarıda qeyd olunduğu kimi o, mənzili boşaltdıqdan sonra 2 ay müddətində mənzil sökülmədi, sonradan həmin mənzil hissə-hissə söküldü. İddiaçı həmçinin göstərir ki, başqa sakinlərdən fərqli olaraq ona 3 mənzil verilib. Əslində, bu dəlilin sübuta yetirilməsi iddiaçının üzərinə düşür və 160 sakinlə bağladığı müqavilələri məhkəməyə təqdim etməklə sübut etməlidir ki, onun müqaviləsi fərqlidir. İddiaçı son dərəcədə əlverişsiz şərtlərlə müqavilə bağlamasının və ya ağır vəziyyətə düşməsinin nədən ibarət olmasını kassasiya şikayətində əsaslandırmayıb və bu barədə işdə heç bir sübut yoxdur. Onun hansı h ərəkətinin qanunsuz olması və ya iddiaçını hansısa şərtə təhrik etməsi mülki işdən görünmür və bu barədə işdə heç bir sübut yoxdur. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 339.4-cü maddəsinə görə, əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır; 339.6-cı maddəsinə görə, bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilə r. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğ un olmamasına istinad etməyə yol verilmir; 416.1-ci maddəsinə görə, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Mülki prosessual normaların mənasına görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya in stansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əs aslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı cavabdehin də mənzilinin olduğu sözügedən ünvanda pilot-layihəni yerinə yetirmək üçün sakinlərlə danışıqlar aparmağa başlayıb. İlkin mərhələdə sakinlərlə, o, cümlədən cavabdehlə razılıq əldə olunmayıb, bir sıra sakinlərlə, eləcə də cavabdehlə iddiaçı arasında məhkəmə mübahisələri olub. Mübahisəyə məhkəmədə baxılan ərəfədə tərəflər arasından razılıq əldə edilib. Belə ki, iddiaçı əvvəlcə cavabdehə kirayə haqqı ödəməklə yeni tikiləcək binadan tam təmirli 2 mənzil təklif edib, lakin sonradan cavabdehə kirayə haqqı ödəmədən yeni tikiləcək binada təmirsiz olmaqla 3 mənzil təklif edilib, cavabdeh isə bununla razılaşıb və onlar arasında 21 fevral 2019-cu il tarixli müqavilə imzalanıb. Bundan sonra, cavabdeh həmin müqaviləni nəzərdən keçirərkən, ona veriləcək mənzillərin yerləşdiyi (girişlə) qanadla bağlı əldə olunan razılaşmanın iddiaçı tərəfindən müqavilədə düzgün göstərilmədiyini aşkar edib və bu səbəbdən iddiaçıya etirazını bildirib. Daha sonra, tərəflər qarşılıqlı razlığa gələrək, həmin müqaviləyə xitam veriblər və elə həmin gündə də kirayə haqqı ödənilmədən, tam təmirsiz 3 mənzilin verilməsinə dair yeni müqavilə imzalayıblar. Cavabdeh həmin müqavilə ilə üzərlərinə düşən öhdəliklərini icra edərək mənzili iddiaçıya təhvil verib və sonuncu həmin mənzili söküb. Həmçinin, yeni inşa olunan binada cavabdehə verilən mənzillərlə bağlı iddiaçı tərəfindən ona müvafiq maliyyə arayışları verilib və mənzillərə dair digər zəruri sənədləşmə işləri aparılıb. Cavabdeh isə 1 mənzili təmir edərək ora köçüb və hazırda da həmin mənzildə yaşayır. Hazırki işdə iddiaçı, cavabdehə sökülmüş mənzilin müqabilində digər sakinlərdən fərqli artıq sahə verdiyini, sözügedən müqavilələrin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərin pozulmaqla, məcburetmə təsiri altında bağladığını və bu əsaslarla da müqavilənin etibarsızılığını tələb etdiyini iddia edir. Cavabdeh isə sözügedən müqavilələrin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərin pozulmamaqla bağlandığını, iddiaçını həmin müqaviləni bağlamağa məcbur etmədiyini və ümumiyyətlə məcburetmənin hər hansı mötəbər sübutlarla təsdiq edilmədiyini göstərib, iddiaya etiraz edir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, hazırki mü lki mübahəsinin obyektiv həlli üçün ilk növbədə iddianın hüquqi əsası tapılmalıdır. Hazırki halda iddiaçı tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 339.4-cü maddəsinin tələblərinə istinad edir. Belə olan halda iddiaçının tələbinin qanuni əsasını həmin maddənin tələbləri təşkil edir. Həmin maddədə göstərilir ki, əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ai lə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır; Həmin Məcəllənin 339.6-cı maddəsinə görə, bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Ümumiyyətlə nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsasları müəyyən edilib. Bu müxtəlif əsasların ümumi xüsusiyyəti ondan ibarətdir ki, onların nəticəsində tərəflərdən birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərə fin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Bu isə mülki qanunverciliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların iradə sərbəstliyi və ən nəhayət, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır. Buna görə də şərh olunan maddədə belə əqdlərin etibarsız sayılması imkanı nəzərdə tutulub. Göründüyü kimi, qanun belə əqdləri mübahisə edilən əqdlər qrupuna aid edib. Bu, onunla izah olunur ki, belə hərəkətlər adətən digər tərəfdən gizli şəkildə edilir, şəxsin iradəsinin pozulması onun daxili aləmində baş verir. Bütün bu pozuntuları aşkarlayıb qiymətləndirmək isə ilk növbədə işə baxan məhkəmənin səlahiyyətinə aid olan məsələdir. Yaddan çıxarmaq olmaz ki, Mülki Məcəllənin 339.4-cü maddəsində həmçinin zorakılıq və hədə təsiri altında bağlan an əqdlər məcburetmə nəticəsində bağlanmış əqdlər adı altında birləşdirilmişdir. Zorakılıq və hədə anlayışları biri-birindən əhəmiyyətli dərəcədə fərqlənsələr də, onların tətbiqi şəxsi onun əsl iradəsinə müvafiq olmayan əqdi bağlamağa məcbur edir. Beləliklə, müxtəlif mənalı bu iki anlayış eyni hüquqi nəticələrə səbəb olur. Xaraktercə şəxsə təsir göstərə bilən və onun şəxsən özünə, arvadına (ərinə), digər ailə üzvlərinə və yaxın qohumlarına və onların əmlaklarına real zərər yetirən zorakılıq hərəkətləri və onlara real təhlükə yarada biləcək hədələr məcburetmə üsulları sayılır. Bunlardan birinin tətbiq edilməsi ilə bağlanmış əqd mübahisə edilə bilər. Göründüyü kimi, zorakılıqla hədənin fərqi ondadır ki, zorakılıq şəxsə, onun ailə üzvlərinə və yaxınlarına, onların əmlakına real zərər vurulduğ u halda, hədə isə belə zərərin vurulacağı barədə real təhlükə yaradır. Məcburetmənin məqsədi və həyata keçirilmə vasitələri biri-birinə uyğun olmalıdır. Çünki, məqsədə ona müvafiq vasitələrlə nail olmaq mümkündür. Başqa sözlə, məcburetmə mahiyyət etibarilə qanuna zidd məqsədə nail olmaq üçün qanuna zidd vasitələr tətbiq edilməsidir. Əks təqdirdə, yəni qanuna zidd olmayan vasitələrlə qanuna zidd olmayan məqsədə nail olmağa yönəlmiş hərəkətlər məcburetmə sayılmır. Məcburetmə tədbirlərinin kimin tərəfindən həyata keçirilməsindən asılı olmayaraq, şəxs öz iradəsinə zidd olan əqd bağlamağa məcbur olur və məcburetmə təsiri altında bağlanmış həmin əqdin hüquqi qüvvəsi olmur. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, iddiaçı sözügedən m üqavilələri bağlamağa o, vaxt məcbur edilmiş sayıla bilər ki, o açıq-aşkar hər hansı zorakılığa, hədəyə məruz qalmış olsun, həmçinin əqdin etibarsızlığına səbəb olan belə məcburetmə xaraktercə ona hər hansı formada təsir göstərmiş olsun və bütün bunlar iddiaçının əmlakını real təhlükə gözlədiyini təlqin etsin. Hazırki halda cavabdehin iddiaçını sözügedən müqavilələri bağlamağa məcbur etməsi, başqa sözlə, cavabdehin hərəkətlərində Mülki Məcəllənin 339.4-cü maddəsində nəzərdə tutulan əlamətlərin olması mülki iş materialları ilə istisna olunur. Əvvəla, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, tərəflər, cavabdehə məxsus mənzilin sökülməsi müqabilində, ona mütənasib olan bir neçə mənzilin verilməsi barədə qabaqcadan razılığa gəliblər. Lakin, sonradan id diaçı öz öhdəliklərini icra etmədiyi üçün, tərəflər arasında məhkəmə mübahisələri yaranıb və onlar ayrı-ayrılıqda öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etimək məcburiyyətində qalıblar. Belə ki, Cavabdeh1 məhkəmədə "xxxx" MTK-nə və digərlərinə qarşı “qarşılıqlı razılaşma əsasında müqavilənin bağlanması və sair” barədə; "xxxx" MTK isə məhkəmədə Cavabdeh1 və digərlərinə qarşı “aylıq kirayə haqqları verilməklə, gələcəkdə həmin ünvanda inşa ediləcək yaşayış binasında onların hazırki mənzillərinin sənədlərinə uyğun olan sahələrinə 30 faiz əlavə edilərək, orta təmirli mənzil sahələri ilə təmin edilmələri şərti ilə çıxarılmaları və sair” barədə iddia qaldırıblar. Bundan sonra, Cavabdeh1 məhkəməyə yazılı ərizə verərək, "xxxx" MTK ilə əldə etdikləri qarşılıqlı razılaşmaya əsasən müqavilə bağlayacaqları üçün iddia ərizəsinin geri qaytarılmasını xahiş edib və Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 05 sentyabr 2017-ci il tarixli qərardadı ilə Cavabdeh1 iddia ərizəsi geri qaytarılıb. Həmçinin, 21 fevral 2019-cu il tarixdə "xxxx" MTK məhkəməyə yazılı ərizə verərək, hazırki mübahisə ilə bağlı Cavabdeh1lə barışıq əldə edildiyini və bununla bağlı "xxxx" MTK Cavabdeh1 qarşı olan iddia ərizəsini geri götürdüyünü və beləliklə də qərardaddan verdikləri şikayətə baxılmasına zərurət qalmadığını göstərib, şikayətin geri qaytarılmasını xahiş etmişlər. "xxxx" MTK-nin digər şəxslərə qarşı tələblərinə isə Bakı şəhəri, Nəsimi rayon məhkəməsində baxılaraq, 19 mart 2019-cu il tarixli qətnamə ilə iddia təmin edilib və hazırda həmin qətnamə qüvvəsini alıb. Belə olan halda, kassasiya instansiya sı məhkəməsi, iddiaçının hazırki məhkəmə baxışının predmeti olan müqavilələri bilavasitə cavabdehin məcburetmə təsiri altında bağlamasına dair kassasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, məhkəmənin gedişatında qəbul olunmuş və artıq qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən cavabdehin mülkiyyətinin müdafiəsi üçün söküntü və tikinti işlərinin dayandırılmasına dair hərəkətlərini qanunazidd vasitə hesab etməməkdə apellyasiya instansiyası məhkəməsi haqlı olub. Göründüyü kimi, cavabdehin mülkiyyətini müdafiə etmək üçün məhkəməyə müraciət etməsi, başqa sözlə mülki hüquqi vasitələrdən istifadə etməsi, iddiaçının iddia etdiyi məcburetmə sayıla bilməz. Yəni, cavabdeh qanuna zidd vasitələr tətbiq edilməməklə və məcburetmə sayılmayan hərəkətlər vasitəsilə öz mülkiyyətini müdafiə etməyə çalışıb. Kassasiya instansiyası məhkəməsi həmçinin hesab edir ki, iddiaçı hüquqi şəxs olduğundan, cavabdehin hər hansı zorakılıq və hədə təsiri altında onu sözügedən müqavilələri bağlamağa məcbur etməsi açıq-aşkar inandırıcı, ağlabatan görünmür. İddiaçının hazırki iddianı cavabdehin mülkiyyətində olan mənzilin sökülməsindən sonra qaldırması, başqa sözlə, məcburetmənin xarakteri də, iddiaçının müqavilələri imzalayarkən real şəkildə cavabdeh tərəfindən hər hansı məcburetməyə məruz qalması nəticəsinə gəlməyə əsas vermir. Daha sonra, iddiaçının söküntü-tikinti işlərini dayandırmağa nail olduqdan sonra, cavabdehin onu yeni müqavilə bağlamağa məcbur etməsinə dair kassasiya şikayətində göstərdiyi dəlillər də əsassızdır və həmin dəlillər işə əlavə edilmiş hər hansı mötəbər yazılı sübutlarla öz əksini tapmır. Mülki qanunverciliyə görə, qeyd olunan əsasla əqd o, halda etibarsız sayıla bilər ki, həmin əqd tərəfin və ya üçüncü şəxsin təhdid və ya hədə-qorxusu altında bağlanmış olsun. Qeyd edilməlidir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd, tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Məcburetmə halında isə mülki hüquq subyektinin iradə sərbəstliyi pozularaq qorxunun təsiri ilə iradə ifadə edilmiş olur. Bu səbəbdən də Mülki Məcəllənin 339.4-cü maddəsi iradə ifadəsi zədələnmiş tərəfə həmin əqdi mübahisələndirərək etibarsız hala gətirmək imkanı verir. İradə ifadəsi o, halda zədələnmiş olur ki, ortada iradə ifadəsi var lakin onu formalaşdıran daxili iradə yoxdur, iradə ifadəsi daxili iradəni düzgün olaraq əks et dirir, lakin iradə ifadəsi normal olaraq əmələ gəlməsinə mane olan faktorlar əsasında formalaşır (aldatma, şəxsin ağır vəziyyətə düşməsi nəticəsində, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd) və yaxud da iradə ifadəsi daxili iradəni düzgün olaraq əks etdirmir. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb hesab edir ki, iddiaçı sözügedən müqavilələri Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığını iddia etsə də, pozuntunun nədə ifadə olunduğunu izah edə bilməyib, eləcə də tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlard an istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Di gər tərəfdən, Mülki Məcəllənin 337.1-ci maddəsinin mənasına görə, əqd o, vaxt etibarsız sayıla bilər ki, o, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış olsun. Lakin, hazırki iş üzrə mübahisələndirilən müqavilələrin etibarsız sayılmasına səbəb ola biləcək hər hansı əsaslar müəyyən edilmir və kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. İddiaçı, kassasiya şikayətində ağır vəziyyətə düşdüyünü və özü üçün son dərəcə əlverişsiz şərtlərlə müqavilələr bağlamağa cavabdeh tərəfindən məcbur edildiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlili ilə də razılaşmır. Belə ki, iddiaçının iddia etdiyi bu əsasla əqdin etibarsız sayılması üçün digər tərəfin, yəni cavabdehin iddiaçının ağır vəziyyətə düşməsini bilməsi və bu haldan istifadə edərək əqdin bağlanm asına nail olması tələb olunur. Mülki Məcəllənin 6-cı maddəsində müəyyənləşdirilmiş mülki qanunverciliyin prinsipləri sırasında birbaşa nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafeələrini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. İddiaçının sözügedən müqavilələri öz mənafeyini (cavabdehin də mülkiyyətində olan mənzili söküb onun yerində hündur mərtəbəli binalar inşa edib qazanc əldə etməsini) gerçəkləşdirmək üçün iradəsinə uyğun olaraq bağlaması, sonradan yeni inşa edilən binada cavabdehə verilən mənzillərə dair maliyyə arayışları verməsi, həmin mənzillərə dair digər zəruri sənədləşmə işləri aparması, cavabdehin isə 1 mənzili təmir edərək ora köçməsi, hazırda da həmin mənzildə yaşaması və sair hallar, iddiaçının sonradan da həmin müqavilələri bəyənməsi anlamına gəlir və işin müəyyən edilmiş bütün bu halları kassasiya şikayətinin dəlillərinin açıq-aşkar əsassız olması nəticəsinə gəlməyə əsas verir. Digər tərəfdən, cavabdehin iddiaçını əlverişsiz şərtlərlə müqavilə bağlamağa məcbur etməsi də mülki iş materialları ilə istisna olunur. Belə ki, cavabdehin mülkiyyətində olan mənzilin də yerləşdiyi ərazinin söküntü-tikinti işlərinin aparılması üçün iddiaçının sahibiliyinə, istifadəsinə verilməsi, başqa sözlə, həmin ərazinin bütövlükdə iddiaçının inhisarında olması və sözügedən qaydaları və şərtləri məhz iddiaçının diqtə etməsi və sair hallar da, cavabdehin iddiaçını əlverişsiz şərtlərlə müqavilə bağlamağa məcbur etməsi anlamına gəlməyə əsas vermir. Apellyasiya instansiyası məhkəməsi həmçinin iddiaçının kassasiya şik ayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb müəyyən etmişdir ki, iddiaçı, sözügedən ünvanda bir sıra digər sakinlərlə də faiz nisbəti baxımından cavabdehlə oxşar və ya daha artıq ölçüdə sahələrin verilməsi barədə müqavilələr bağlayıb. Məsələn: S.Şahhüseynovla iddiaçı arasında 18 iyun 2017-ci il tarixdə bağlanmış müqaviləyə əsasən mülkiyyətçiyə məxsus 2 otaqlı, sahəsi 55 kv.metr olan mənzilin əvəzinə yeni inşa edilmiş binada 3 otaqlı, sahəsi 123.77 kv.metr olan təmirli mənzilin (təxminən 125 faiz artıq); E.Bayramova ilə iddiaçı arasında 22 iyun 2017-ci il tarixdə bağlanmış müqavilədə 2 otaqlı, sahəsi 38.4 kv.metr olan mənzilin əvəzinə sahəsi 123,77 kv.metr olan mənzilin (təxminən 222 faiz artıq); Ş.Xalafovla iddiaçı arasında bağlanmış müqavilədə mülkiyyətçinin 3 otaqlı, sahəsi 71.6 kv.metr olan mənzilinin əvəzinə (1 otaqlı, sahəsi 53,04 kv.metr və 2 otaqlı, sahəsi 67,50 kv.metr) cəmi 120,54 kv.metr təmirli mənzillərin (təxminən 68 faiz artıq); İ.Paşayevlə iddiaçı arasında bağlanmış müqavilədə 2 otaqlı, sahəsi 40,8 kv.metr söküləcək mənzilin əvəzinə (2 otaqlı, sahəsi 67,50 kv.metr olan və 1 otaqlı, sahəsi 53,04 kv.metr olan) cəmi 120,54 kv.metr 2 mənzilin (təxminən 195 faiz artıq) verilməsi; A.Allahverdiyeva ilə iddiaçı arasında bağlanmış müqaviləyə əsasən 1 otaqlı, sahəsi 30,8 kv.metr olan mənzilin sökülməsi müqabilində yeni tikilmiş binada 3 otaqlı, sahəsi 124,2 kv.metr olan sahəyə malik mənzilin (təxminən 303 faiz artıq) verilməsi nəzərdə tutulub. İddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən isə ümumi sahəsi 113,0 kv.metr olan sahənin əvəzinə cavabdehə ümumi sahəsi 331,1 kv.metr olan (4 otaqlı, sahəsi 174 kv.metr, 2 otaqlı, sahəsi 64,8 kv.metr və 2 otaqlı, sahəsi 92,3 kv.metr) təmirsiz mənzillərin ( təxminən 193 faiz artıq) verilməsi nəzərdə tutulub. Apellyasiya instansiyası məhkəməsi həmçinin müəyyən etmişdir ki, yuxarıda qeyd olunan müqavilələrdən fərqli olaraq, iddiaçı cavabdehə təklif etdiyi 3-cü mənzili, məhz həmin mənzillərin təmirsiz olması və cavabdehə kirayə haqqı ödənilməməsi şərti ilə verib. Belə olan halda isə cavabdehin faktiki olaraq 113 kv.metr olan sahəsinin əvəzinə ona kirayə haqqı ödənilmədən və mənzillərin təmirsiz vəziyyətdə verilməsi, iddiaçı tərəfindən ona nəinki digərlərindən artıq sahənin verildiyi, əksinə, qeyd olunan müqavilələrlə müqayisədə cavabdehin daha əlverişsiz vəziyyətdə olduğu görünür. Demək ki, iddiaçının hazırki tələbinin əsas səbəbi kimi istinad olunan yeganə hal, yəni cavabdehə sökülmüş mənzilinin əvəzi olaraq verilmiş mənzillərin ölçülərinin həmin ünvandakı digər sakinlərə verilmiş mənzillərin ölçülərindən artıq olması doğru deyil. Apellyasiya instansiyası məhkəməsi, cavabdehin ilkin mərhələdə mübahisənin məhkəmə qaydasında həllinə yönələn hərəkətlərinə münasibətdə qeyd edir ki, Bakı şəhərində köhnə və qəzalı vəziyyətdə olan evlərin tikinti şirkətləri tərəfindən sökülməsi və yeni yüksəkmərtəbəli müasir yaşayış binalarının tikilməsi ilə bağlı pilot layihələrinin icrası zamanı şirkətlərlə sakinlər arasında müxtəlif narazılıqların yaranması və bu zəmində də xeyli sayda məhkəmə mübahisələrinin olması hamıya məlum haldır. Bu mübahisələrdə iddia tələbi ilə həm ti kinti şirkətlərinin, həm də vətəndaşların məhkəməyə müraciət etdikləri hallar mövcuddur. Məhkəmə təcrübəsində tərəflər həmin məhkəmə mübahisələrini barışıq sazişi bağlamaqla tamamladığı xeyli hallar olub. Bu cür ixtilaflar zamanı məhkəməyə müraciət edilməsi mübahisənin qanunu həlli yolu olmaqla, həm də Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş hər kəsin məhkəmə müdafiəsi hüququnun tərkib hissəsidir. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini və əsaslılığını yoxlayıb haqlı olaraq qeyd etmişdir ki, işə baxan məhkəmə tərəflər arasında bağlanmış birinci müqaviləyə münasibətdə də səhvə yol verib. Belə ki, tərəflər arasında eyni gündə iki müqavilənin bağlandığı, sonradan tərəflərin qarşılıqli razılaşması ilə birinci müqaviləyə xit am verilərək, ikinci müqavilənin bağlanması hazırkı işin mübahisəsiz halı kimi müəyyən olunur. Hazırkı halda tərəflər arasında hüquq və vəzifələri müəyyən edən yeganə müqavilə ikinci müqavilədir. Tərəflər ikinci müqaviləni bağlamaqla birinci müqaviləyə əslində xitam veriblər, başqa sözlə, birinci müqavilə mövcud deyil və birinci instansiya məhkəməsi işə baxarkən bu halı nəzərə almayıb. “X.Mirzəliyevin şikayəti üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli qərarında göstərilir ki,...məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlər ə baxılarkən təqdim olunmuş sübutlar əsasında tərəflərin həqiqi hüquqi niyyətləri və iradə ifadələrinin əsl məzmunu dəqiqləşdirilməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsi müəyyən edilməlidir. Belə ki, məlum olduğu kimi, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir. Əqdin bir növü olan müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324.1 və 324.4-cü maddələri). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Göründüyü kimi, iddiaçının kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları hazırki mülki mübahisəyə düzgün tətbiq edilib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Daha sonra, iddiaçı kassasiya şikayətində apellyasiya i nstansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın tam təmin edilməsi üçün əsasların olduğunu, cavabdehin məqsədli şəkildə tikintini başlamağa maneçilik törətmək üçün mənzilini təhvil verməkdən imtina etdiyini, yalnız digər sakinlər mənzillərini təhvil verdikləri tarixdən 1 il 6 ay sonra onu çətin vəziyyətə salaraq onun üçün olduqca əlverişsiz şərtlərlə müqavilə bağlamağa məcbur edərək mənzilini təhvil verdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə də razılaşmır. Belə ki, işin yuxarıda müəyyən edilmiş hallarına görə, iddiaçının digər şəxslərlə yanaşı cavabddehə qarşı da “aylıq kirayə haqqları verilməklə, gələcəkdə həmin ünvanda inşa ediləcək yaşayış binasında onların hazırki mənzillərinin sənədlərinə u yğun olan sahələrinə 30 faiz əlavə edilərək, orta təmirli mənzil sahələri ilə təmin edilmələri şərti ilə çıxarılmaları və sair” tələblərinə dair iddiası olub və cavabdehlə sözügedən müqaviləni bağladığı üçün ona olan iddiasını geri götürüb, onun digər şəxslərə qarşı olan tələblərinə isə Bakı şəhəri, Nəsimi rayon məhkəməsində baxılaraq, 19 mart 2019-cu il tarixli qətnamə ilə iddia təmin edilib. Yəni, iddiaçının imkanı var idi ki, digər cavabdehlər kimi Cavabdeh1 aid hissədə də iddiaya baxılsın və onun da mənzili boşaltması barədə qərar qəbul edilsin. Göründüyü kimi, məhz iddiaçının özü barışıq yolunu seçib və cavabdehlə sözügedən müqaviləni bağlayıb, müqavilə bağlandıqdan sonra isə cavabdeh mənzili boşaldıb. Belə olan halda cavabdehin tikinti işlərini yubatması, tikintiyə mane olması, habel ə iddiaçını sözügedən müqaviləni bağlamağa məcbur etməsi, mülki iş materialları ilə təsdiq olunmur. Əksinə, işə əlavə edilmiş foto şəkillərdən, cavabdehin yazılı etirazlarından görünür ki, cavabdeh mənzili boşaltdıqdan bir müddət sonra da ona məxsus olan mənzil sökülməyib, yarı uçurulmuş vəziyyətdə qalıb, tam sökülməsi isə cavabdehin mənzili boşaltmasından 2 ay sonra baş verib. Ona görə də kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin qeyd olunan dəlillərini də əsassız sayır və iddiaçının sözügedən müqavilənin etibarsızlığını irəli sürməsini vicdanlılıq prinsipinə zidd hesab edir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər dəlillərinə isə apelly asiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 may 2022-ci il tarixli, 2(103)-2610/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5033/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-5033/2022
15.11.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver