Məhkəmə qərarları › İş №2(102)-504/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-504/2022

17.01.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-504/2022 17.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh5ə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsızlığı, subyektiv hüquq, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəm əsinin Mülki kollegiyasının 29 iyun 2021-ci il tarixli, 2(103)4400/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Cavabdeh5, podratçı "xxxx" MMC və zəmanətalan İddiaçı arasında bağlanmış 13 iyul 2017-ci il tarixli, 66-68-74 saylı zəmanət müqaviləsinin kserosurətinə əsasən tərəflər Heydər Əliyev prospekti, 66 saylı binanın 1-ci mərtəbəsində İddiaçı məxsus, ümumi sahəsi 58,2 kv.m olan sökülmüş qeyri-yaşayış sahəsinin əvəzinə, ünvan 1ünvanda inşa olunmuş yeni yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 89,8 kv.m, 3 otaqlı 74 saylı mənzil ilə təmin olunması barədə razılığa gəlmişlər. 08 noyabr 2018-ci il tarixli D aşınmaz əmlakın bağışlanması müqaviləsi ilə "xxxx" MMC (onun adından X2 çıxış etmişdir) ünvan 1 ünvanında 4-cü mərtəbədə yerləşən ümumi sahəsi 88,8 kv.m olan 3 otaqlı mənzili tam mülkiyyət üzrə əvəzsiz olaraq Cavabdeh3 vermişdir. Həmin mənzil üzərində Cavabdeh3 mülkiyyət hüququ 23 noyabr 2018-ci il tarixdə ilkin olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. 22 fevral 2019-cu il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Cavabdeh3 ünvan 1 mənzili Cavabdeh2 satmış və sonuncunun mülkiyyət hüququ 28 dekabr 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. 18 aprel 2019-cu il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə qeyd olunan mənzil Cavabdeh1 satılmış və onun mülkiyyət hüququ 23 aprel 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrind ə qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti 1 saylı ünvan 2 ünvanlanmış 26 noyabr 2020-ci il tarixli məktuba əsasən ünvan 1 qeyri-yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 58,2 kv.m olan qeyri-yaşayış sahəsinin İddiaçı adına dövlət reyestrində qeydiyyatdan keçməsi haqqında məlumat idarənin arxivində aşkar olunmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh5ə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 3 saylı mənzilə aid X2 və Cavabdeh3 a rasında imzalanmış 08 noyabr 2018-ci il tarixli bağışlama müqaviləsinin, X3 ilə Cavabdeh2 arasında imzalanmış 22 fevral 2019-cu il tarixli və Cavabdeh2 ilə Cavabdeh1 arasında imzalanmış 18 aprel 2019-cu il tarixli alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, Cavabdeh4 hərəkətlərinin qanunsuz hesab edilməsi və Cavabdeh4 mənəvi zərərə görə 1000 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh4 30 may 2015-ci il tarixdə Bakı şəhərində rəsmi nikaha daxil olmuşlar. Mübahisələndirilən mənzilin qaz, işıq, su və telefon xətləri iddiaçının adına rəsmiləşdirilmişdir. 08 noyabr 2018-ci il tarixində "xxxx" MMC-nin adından etibarnamə üzrə səlahiyyətli nümayəndəsi qismində X2 Heydə r Əliyev prospekti 38, M4 ünvanında yerləşən ümumi sahəsi 88,8 kv.m olan 3 saylı mənzili Cavabdeh3 bağışlama müqaviləsi əsasında hədiyyə etmişdir. Lakin qeyd olunan mənzilin özgəninkiləşdirilməsi zamanı onun razılığı alınmamış, Cavabdeh4 tərəfindən şifahi razılıq verilmişdir. Cavabdeh4 tərəfindən verilmiş razılıq əsasında digər cavabdehlər arasında əsassız müqavilələr imzalanmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2(006)3387/2020 nömrəli qətnaməsi ilə (hakim C.C.Musayeva) iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən sifarişçi və zəmanətverən Cavabdeh5, podratçı "xxxx" MMC və zəmanətalan İddiaçı arasında bağlanmış 13 iyul 2017ci il tarixli, 66-68-74 saylı zəmanət müqaviləsinin əsli məhkəməyə təqdim edilsə də, bu müqavilənin həqiqiliyini yalnız iddiaçının nümayəndəsi və vəkilinin izahatı əsasında müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə, iddiaçı tərəfə mübahisəli mənzilin verilməsinə əsas olmuş Heydər Əliyev prospekti 66 saylı binanın 1-ci mərtəbəsi, ümumi sahəsi 58,2 kv.m olan qeyriyaşayış sahəsinin İddiaçı məxsus olmasına dair hər hansı hüquq müəyyənedici sənədlərin təqdim edilməsi məhkəmə tərəfindən təklif olunsa da, iddiaçı bu sənədləri təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi iddiaçının “Azəriqaz” İB, "xxxx" ASC və "xxxx" ASC ilə bağlanmış müqavilələrə istinad etməsi ilə əlaqədar qeyd etmişdir ki, göstərilən müqavilələrin İddiaçı tərəfindən bağlanılması onun mübahisəli mənzilin mülkiyyətçisi olması anlamına gəlmir. Məhkəmə şahid qismində dindirilmiş iddiaçının atası ol an X1 ifadəsi ilə əlaqədar qeyd etmişdir ki, şahidin iddiaçının yaxın qohumu olması onun tərəfsizliyini şübhə altına alır. Belə ki, şahidin iddiaçı ilə qohumluq münasibətləri, habelə qeyd olunan faktların digər mötəbər sübutlarla öz təsdiqini tapmadığını əsas götürərək məhkəmə onun ifadəsini inandırıcı hesab etmir. Məhkəmə hesab etmişdir ki, İddiaçı, mübahisəli mənzilə hər hansı hüquqi aidiyyəti müəyyən edilmədiyindən, mübahisəli mənzilə dair bağlanmış 17 avqust 2018-ci il tarixli bağışlama, 22 fevral 2019-cu il tarixli və 18 aprel 2019-cu il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsini tələb etməsinə hüquqi ixtiyarı yoxdur və beləliklə də onun iddiası, iddia ərizəsində göstərilən tələbləri irəli sürmək üzrə subyektiv hüquqa malik olmadığı əsası ilə rədd edilməlidir. b) Ap ellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2(006)-3387/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 iyun 2021-ci il tarixli, 2(103)-4400/2021 nömrəli qətnaməsi ilə (hakim X.A.Mərdanovanın sədrliyi və məruzəsi ilə, hakimlər E.M.Həsənovdan və F.F.Babayevdan ibarət tərkibdə) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2(006)-3387/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı 13 iyul 2017-ci il tarixli, 66-68-74 saylı zəmanət müqaviləsinə istinad etsə də, həmin müqavilənin əsli məhkəmə kollegiyasına təqdim edilməmişdir. Bundan başqa Bakı şəhəri Cavabdeh5in 24 iyun 2021-ci il tarixli məktubundan görünür ki, iş materiallarına kserosurət kimi əlavə edilmiş, Cavabdeh5 başçısının birinci müavini Ş.İbadov, podratçı şirkət "xxxx" MMC-nin direktoru xxxvə zəmanətalan İddiaçı tərəfindən imzalanmış 13 iyul 2017-ci il tarixli 6668-74 nömrəli zəmanət müqaviləsi Nərimanov RİHdə mövcud deyildir. Göründüyü kimi, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 13 iyul 2017-ci il tarixli, 66-68-74 saylı zəmanət müqaviləsinin kserosurəti mötəbər sübut kimi qiymətləndirilə bilməz. Göstərilənləri nəzərə alan apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mübahisə predmetinə dair hər-hansı hüququ və həmin hüququ təsdiq edən hüquq müəyyənedici sənədi olmadığından, onun müvafiq subyektiv hüquqa malik şəxs kimi qəbul edilə bilməz. Mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. İddianın qanuni əsasının mövcud olmadığı halda tələbin təmin edilməsi isə müvafiq subyektiv hüquqa malik olmayan şəxs barəsində əsassız olaraq hüquqların (daha sonra qanunla qorunan) yaradılması nəticəsini doğurur. Göründüyü kimi, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmad ığından birinci instansiya məhkəməsi haqlı olaraq, iddiaçının subyektiv hüququnun olmaması qənaətinə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 iyun 2021-ci il tarixli, 2(103)-4400/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti iddia ərizəsində göstərilən dəlillərə istinad edilməklə, onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlara düzgün qiymət verilməmiş, maddi və prosessual hüquq normaları pozulmuşdur. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. Cavabdeh1 vəkili Vəkil2 kassasiya şikayətinə yazılı etiraz verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmiş, kassasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmamışdır. İddiaçının mübahisə predmetinə dair hər-hansı hüququ və həmin hüququ təsdiq edən hüquq müəyyənedici sənədi olmadığından, o, müvafiq subyektiv hüquqa malik şəxs kimi qəbul edilə bilməz. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi t ərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlüklə mübahisələndirildiyindən kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qan uniliyinin tam yoxlanılmasını təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitammı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edə n şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 158.4-ci maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağ landığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istin ad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pr osessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. “M.Bağırovun şikayəti üzrə Azərba ycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhə tidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının eyni məzmunlu apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmiş və məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razıdır. Məhkəmə kollegiyasının qənaətinə görə işin faktiki hallarını araşdıran məhkəmələr əsaslı olaraq haz ırki mübahisə üzrə sübutetmə vəzifəsini Azərbaycan Respublikası MPMin 77.1-ci maddəsinə əsasən iddiaçının üzərinə qoymuş və sonuncunun mübahisələndirilən mənzilə hüquqları mötəbər sübutlarla təsdiq olunmadığından cavabdehlər arasında bağlanmış müqavilənin mübahisələndirməyə subyektiv hüquqa malik olmaması qənaətinə gəlmişlər. Belə ki, apellyasiya instansiyası məhkəməsinin göstərdiyi kimi, iddianın əsasını təsdiq edən 13 iyul 2017-ci il tarixli müqavilənin əsli təqdim olunmamış və məhkəmə belə müqavilə əsasında iddiaçının mübahisələndirilən mənzilə hüquqlarının mövcudluğunu başqa sübutlarla müəyyən etmədiyi halda, MPM-in 89.3-cü maddəsinin tələblərinə uyğun olaraq müqavilənin kserosurətini iş üzrə mötəbər sübut qismində qəbul etməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası işin faktiki hallar ına qiymət vermədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işdə olan sübutlarla əlaqəli olaraq qiymət verməklə düzgün nəticəyə gəlmişdir. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəl lənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 iyun 2021-ci il tarixli, 2(103)-4400/2021 nömrəli qətnaməsini dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar