Məhkəmə qərarları › İş №2(102)-505/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-505/2025

12.02.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-505/2025 12.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: tikilinin sökülməsi, torpaq sahəsinin boşaldılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər İspəndiyar Əsəd oğlu Şəfiyev (məruzəçi), Əhməd Abbas oğlu Əhmədov və X2 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində X15 və X9 cəlb olunmaqla) “özbaşına tikililərin sökülməsi, zəbt edilmiş torpaq sahəsinin boşaldılması və torpaq sahəsindən istifadəyə dair maneələrin aradan qaldırılması” tələbinə dair mü lki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il 14 oktyabr tarixli, 2(103)183/2024 nömrəli qətnaməsindən üçüncü şəxs X15 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının xx.xx.1997-ci il tarixli 11 №-li qərarından çıxarışa əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli 123 saylı və xx.xx.1991-ci il tarixli 293 saylı qərarları ilə Maştağa qəsəbəsində fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq fondunun ayrıldığı nəzərə alınaraq İddiaçı 2-ci kvartalda 17 B saylı 1200 kv.metrdən ibarət torpaq sahəsi ayrılmış (İddiaçı barədə məlumatlar əlyazma ilə əl avə edilmişdir), həmin sahənin yerləşmə sxemi təqdim edilmişdir. Yerləşmə sxemində bir dördbucaq cizgilənmişdir.

2. İddiaçı ona ayrılmış 1050 kv.metr torpaq sahəsinin 200 kv.metr hissəsindən istifadə etməyə, üzərində tikinti aparmağa, həmin tikilini və torpağı özəlləşdirməyə və sair səlahiyyətlərə dair X10 xx.xx.2011-ci il tarixdə etibarnamə vermişdir.

3. Maştağa qəsəbəsi XDS İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli, 59 №-li qərarından çıxarışa əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli 293 saylı qərarı ilə Maştağa qəsəbəsində fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq fondunun ayrıldığı nəzərə alınaraq Cavabdeh1 1200 kv.metrdən ibarət 843 “D” saylı torpaq sahəsi ayrılmışdır (Cavabdeh1 barədə məlumatlar əlyazma ilə əlavə edilmişdir).

4. Cavabde h1 ona ayrılmış 0,12 ha torpaq sahəsindən təyinatı üzrə istifadə etməyə, üzərində tikinti işləri aparmağa, həmin tikilini və torpağı özəlləşdirməyə və sair səlahiyyətlərə dair Cavabdeh2 xx.xx.2016-ci il tarixdə etibarnamə verimşdir.

5. Cavabdeh2 tərəfindən torpaq sahəsində yarımçıq tikili inşa edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı X15 cavabdeh X3 qarşı iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivi-2-ci kvartalda 17 saylı sahədə iddiaçının istifadəsinə və sərəncamına verilmiş 200 kv.metr torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin sökülməsi, cavabdeh çıxarılmaqla zəbt edilmiş torpaq sahəsinin boşaldılması və torpaq sahəsindən istifadə etməyi ilə bağlı cavabdeh tərəfindən olan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı özünə ev tikmək üçün İddiaçı tərəfindən verilmiş etibarnamə əsasında 2011-ci ildə Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivi 2-ci kvartalda 17 saylı sahədə İddiaçı ayrılmış 1050 kv.metr torpaq sahəsinin 200 kv.metr hissəsini almışdır. Maddi imkansızlıqdan ev tikə bilməmiş və torpağa baş çəkə bilməmişdir. X1 tərəfindən 2 sot torpağı zəbt edilmiş və yarımçıq tikili inşa edilmişdir.

8. Cavabdeh X11 iddiaya etiraz edərək göstərmişdir ki, torpaq sahəsini qızı Cavabdeh2 etibarnamə əsasında Cavabdeh1 alıb, oğlanları, yəni Arzunun qardaşları həmin torpaq sahəsində Arzu üçün ev tikirlər.

9. Birinci instansiya məh kəməsi iddiaçının razılığı əsasında əsl olmayan iddiaçı X12 əsl İddiaçı ilə, əsl olmayan cavabdeh X4 əsl olan Cavabdeh2 ilə əvəz etmiş, Cavabdeh1 mülki iş üzrə cavabdeh kimi işə cəlb etmişdir.

10. İddiaçı nümayəndəsi və vəkili vəsatət verərək, torpaq sahələrinin üst-üstə düşübdüşməməsinin müəyyən edilməsi üçün ekspertiza təyin edilməsini xahiş etmişdir.

11. Birinci instansiya məhkəməsi torpaq sahəsinin koordinatlarının olmadığını əsas gətirərək ekspertiza təyin edilməsi barədə vəsatəti təmin etməmişdir.

12. Sabunçu Rayon Məhkəməsinin (hakim Tahirə Əsədova) 2(008)-1305/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, torpağın koordinatları mövcud olmadıqda onun dəqiq yerləşməsini də müəyyən etmək mümkün deyil. İddiaçı mübahisəli torpaq sahəsinə hüququnu təsdiq edə bilmədiyindən, belə bir iddia qaldırmağa onun subyektiv hüququ yoxdur.

14. İddiaçının subyektiv hüququnun olmamasını nəzərə alaraq, birinci instansiya məhkəməsi cavabdehlərin mübahisəli torpaq sahəsinə olan hüququnu araşdırmağı zəruri hesab etməmişdir.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1, 164.2, 165.1-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65, 67, 68-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

16. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin mövqeyi əsassızdır. Çünki Maştaga qəsəbəsi ərazisində “Savalan” yaşayış massivi 2-ci kvartalda 17 saylı sahədə yerləşən mübahisəli torpaq sahəsinin iddiaçının qanuni istifadəsinə, fərdi yaşayış evi tikintisi üçün 1200 kv.metr həyətyanı torpaq sahəsi ayrılması Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Maştaga qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının 11 saylı, 20 noyabr 1997-ci il tarixli qərarı ilə təsdiq edilir. Bu qərar qüvvədədir. Həmçinin qərarla iddiaçıya ayrılmış 1.200 kv.metr həyətyanı torpaq sahəsi də naturada yerindədir; iddiaçı müxtəlif vaxtlarda həmin torpaq sahəsini hissələrə bölərək özəlləşdirilməsi, tikinti işləri aparılması, torpaq və tikililərlə bağlı dövlət reyestrindən çıxarış alınması və sair hərəkətlər edilməsi ilə əlaqədar dövlət notariat kontorunda təsdiq edilmiş etibarnamələr əsasında Azərbaycan Respublikası vətəndaşlarının istifadəsinə, sahibliyinə vermişdir; iddiaçı cavabdeh tərəfi tanımır və qanuni istifadəsinə ayrılmış 1.200 kv.metr həyətyanı torpaq sahəsindən cavabdeh tərəfin istifadəsinə torpaq sahəsi verməmişdir; torpaq sahələrinin üst-üstə düşüb-düşməməsini məhkəmə müəyyən etməyib, bu məsələ ilə bağlı ekspertiza təyin edilməsi barədə vəsatəti təmin edilməyib.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6751/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov, Fuad Talışinski) apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci ninstansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq mövqeyini də birinci ninstansiya məhkəməsinin qətnaməsinin məzmununa uyğun əsaslandırmışdır.

20. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 164.1, 164.2, 165.1-ci, Torpaq Məcəlləsinin 65, 67, 68-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyasındakı birinci icraat

21. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

22. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun məzmunda əsaslandırılmışdır.

23. Ali Məhkəmənin 23 fevral 2023-cü il tarixli, 2(102)-761/2023 nömrəli qərarı ilə (hakimlər - Aqil Abbasov (sədrlik edən və məruzəçi), Elşanə Vəliyeva və Elşad Şamayev) İddiaçı kassasiya şikayəti təmin edilərək, Bakı Ape llyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6751/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.

24. Məhkəmə kollegiyası bildirmişdir ki, işdən görünür ki, torpaq sahələrinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək məqsədilə iddiaçının nümayəndəsi ekspertiza təyin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi torpaq sahələrinin koordinatlarının olmadığını əsas gətirərək ekspertiza təyin edilməsi barədə vəsatəti təmin etməmişdir.

25. Məhkəmə kollegiyası bununla razılaşmayaraq qeyd etmişdir ki, işdə həm İddiaçı ayrılan torpaq sahəsinin (2-ci kvartal, 17 “B” sahə), həm də Cavabdeh1 ayrılan torpaq sahəsinin (“843 D”) yerləşmə sxemi vardır. (i.v.9,10, 31, 40) Birinci instansiya məhkəməsi torpaq s ahələrinə dair həmin yerləşmə sxemlərinin torpaq sahələrinin üst-üstə düşübdüşməməsini müəyyən etməyə yetərli sənəd olub-olmamasını aydınlaşdırmadan ekspertiza təyin etməməklə, Mülki Prosessual Məcəllənin 9, 14.1 və 97.1-ci maddələrinin tələblərini pozmuş, ümumiyyətlə, mübahisənin qanuni həlli yönündə prosessual qanunvericiliyin verdiyi imkanlardan tam istifadə etməmişdir.

26. Halbuki, analoji mübahisələrdə torpaq sahələrinin koordinatlarının və zəbt faktının müəyyən edilməsi, eləcə də yerləşmə sxemlərinin və ya hər hansı belə sənədlərin torpaq sahələrinin üst-üstə düşüb-düşməməsini müəyyən etməyə yetərli sənəd olubolmaması kimi sualların aydınlaşdırılması xüsusi bilik tələb edən ekspertizanın (ekspertin) fəaliyyət sferasıdır.

27. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı ekspertiza t əyin edilməsi barədə vəsatətinin təmin edilməməsini apellyasiya şikayətində irəli sürsə də, apellyasiya instansiyası məhkəməsi də həmin dəlilə əhəmiyyət verməmiş, birinci instansiya məhkəməsinin səhvini təkrarlamışdır. Baxmayaraq ki, qeyd edilən dəlil üzrə işin hallarının araşdırılıb, onlara qiymət verilməsi iddianın obyektiv və qanuni həlli baxımından mühüm əhəmiyyət kəsb etmişdir.

28. Nəticədə apellyasiya instansiyası məhkəməsinin iddianın rədd edilməli olması barədə gəldiyi qənaət ekspert rəyinə əsaslanmamışdır. Buna görə də kassasiya şikayətinin ekspertiza təyin edilməməsi barədə dəlili əsaslıdır.

29. Məhkəmə kollegiyası bildirmişdir ki, işdə olan sübutları, tərəflərin dəlillərini təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş v ə ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir, işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir.

30. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qanunvericiliyin qətnamənin əsaslandırılmalı olması barədə tələbinin məqsələrdindən biri də odur ki, mübahisə tərəfi mübahisənin həlli ilə bağlı məhkəmənin gəldiyi nəticənin nə dərəcə düzgün olmasını özü üçün müəyyən edib, sonrakı hərəkətlərini proqnozlaşdıra bilsin. Əks halda, mübahisə tərəfində məhkəmə qərarına yaranan şübhələr ədalət mühakiməsinə inamı azaldır, yersiz və əla və məhkəmə çəkişmələrinə yol açır. Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Həm də məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

31. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 164.1, 164.2, 165.1-ci, Torpaq Məcəlləsinin 65, 67, 68-ci maddələrinə istinadla əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

32. Apellyasiya instansiyası məhkəməsi İddiaçı ayrılmış Maştağa qəsəbəsi, “Savala n” yaşayış massivi 2-ci kvartalda 17 B saylı, 1200 kv.metrdən ibarət torpaq sahəsinin 200 kv.metr hissəsinin cavabdehlər tərəfindən zəbt edilib-edilməməsinin, eləcə mübahisələndirilən sahənin Cavabdeh1 ayrılmış Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivində 1.200 kv.metrdən ibarət 843 “D” saylı torpaq sahəsi ilə üst-üstə düşübdüşməməsi və digər halların müəyyən edilməsi üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməlidir.

33. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3060/2023 saylı, 08 may 2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 10/3902 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, tədqiq olunan ünvanda baxış zamanı aparılan ölçü işləri nəticəsində naturada təqdim edilən torpaq sahəsinin faktiki sahəsinin 412 kv.metr təşkil etdiyi müəyyən olunur. Mülki iş materiallarında olan (səh.1032) Maştağa qəsəbəsi "Savalan" yaşayış massivi 2-ci kvartal 17 “B” saylı və “Savalan” yaşayış massivi 843 “D” saylı torpaq sahələrinin yerləşmə sxemlərində miqyas, torpaq sahələrinin texniki göstəriciləri (eni, uzunluğu), koordinatlar, istinad nöqtələri və istinad nöqtələrindən torpaq sahələrinə qədər olan məsafələr qeyd olunmadığından həmin torpaq sahələrinin üst-üstə düşüb düşməməsini həmçinin, iddiaçıya məxsus torpaq sahəsinin çatışmayan hissəsinin hansı şəxsə ayrılmış torpaq sahəsinin ərazi hüdudlarında yerləşməsinin müəyyən edilməsi mümkün olmamışdır.

34. Bundan sonra apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iş üz rə Ali Məhkəmənin 2(102)-761/2023 saylı, 23 fevral 2023-cü il tarixli qərarında göstərilən məcburi göstərişlərlə əlaqədar İddiaçı Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının xx.xx.1997-ci il tarixli 11 №-li qərarı ilə ayrılmış Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivi 2-ci kvartalda 17 B saylı, 1.200 kv.metrdən ibarət torpaq sahəsinin 200 kv.metr hissəsinin cavabdehlər tərəfindən zəbt edilib-edilməməsinin, eləcə mübahisələndirilən sahənin Cavabdeh1 ayrılmış Maştağa qəsəbəsi XDS İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli, 59 №-li qərarı ilə Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivində 1.200 kv.metrdən ibarət 843 “D” saylı torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi və digər halların müəyyən edilməsi üçün Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətindən (Maştağa qəsəbəsi üzrə Nümayənd əliyin rəsmi sənəd və məlumatlarından istifadə edilməklə) rəy (mühəndis, ekspert və.s) alınmalıdır.

35. Bununla əlaqədar Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)3060/2023 saylı, 30 oktyabr 2023-cü il tarixli qərardadı ilə və İcra Hakimiyyətinin qarşısında aşağıdakı suallar qoyulmişdur: -İddiaçı Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının xx.xx.1997-ci il tarixli 11 №-li qərarı ilə ayrılmış Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivi 2-ci kvartalda 17 B saylı, 1200 kv.metrdən ibarət torpaq sahəsi ayrılmışdırmı və ayrılmışdırsa faktiki sahəsi neçə kv. metr təşkil edir? -Cavabdeh1 Maştağa qəsəbəsi XDS İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli, 59 №-li Qərarı ilə Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivində 1200 kv.metrdən ibarət 843 “D” saylı torpaq sahəsi ayrılmışdırmı və ayrılmışdırsa faktiki sahəsi neçə kv. metr təşkil edir? -İddiaçı Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının xx.xx.1997-ci il tarixli 11 №-li qərarı ilə Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivi 2-ci kvartalda 17 B saylı, 1200 kv.metrdən ibarət torpaq sahəsi və Cavabdeh1 1200 kv.metrdən ibarət 843 “D” saylı torpaq sahəsi ayrılmışdırsa, bu torpaq sahələri üst-üstə düşürmü, düşürsə yaxud düşməsə də mübahisələndirilən 200 kv.metr (ekspertiza rəyində 412 kv.m olduğu müəyyən olunub) hissə hansı şəxsə ayrılmış torpaq sahəsinin ərazi hüdudlarında yerləşir? -İddiaçı Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının xx.xx.1997-ci il tarixli 11 №-li qərarı ilə Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivi 2-ci kvartalda 17 B saylı, 1200 kv.metrdən ibarət torpaq sahəsi ayrılmışdırsa, faktiki sahə si azdırsa, çatışmayan hissə qonşu torpaq sahələri ilə sərhədlərin quruluşu və forması nəzərə alınmaqla, Cavabdeh2 qızının faktiki istifadəsində olan torpaq sahəsinin yaxud digər istiqamətlərdə olan qonşu torpaq sahələrinin hansı hissələri ilə üst-üstə düşür? -Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin diqqətinə çatdırılır ki, mübahisəli torpaq sahəsinə dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən hər hansı bir mütəxəssis rəyinin verilməsi mümkün olmadığından, eləcə də Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin yuxarıda qeyd olunan rəyində ekspert qarşısında qoyulan suallara cavab verilməsi mümkün olmadığından İcra hakimiyyətinin mütəxəssisləri tərə findən mübahisəli ünvana mütləq baxış keçirilməklə və işdə olan sənədlərin məzmunu və kassasiya instansiya məhkəməsinin göstərişləri nəzərə alınmaqla verilsin. -Mütəxəssisin (mühəndis, ekspert) diqqətinə çatdırılsın ki, müayinə zamanı iş üçün əhəmiyyət kəsb edən hallar ortaya çıxarsa, həmin hallara da münasibət bildirsin və tərtib etdiyi rəydə bunu göstərsin.

36. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti qərardadın icrası ilə bağlı 5-18/2820/2024 saylı, 12 iyun 2024-cü il tarixli cavab məktubunda qeyd edib ki, qərardadda göstərilən Maştağa qəsəbəsi XDS İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli, 59 nömrəli qərarı ilə həmçinin, xx.xx.1997-ci il tarixli, 11 nömrəli qərarı ilə ayrılmış torpaq sahələri barədə yerləşmə sxemi olmadığından, eyni zamanda torpaq sahələrinin koordinatları barədə məlumat olmadığından torpaq sahələrinin üst-üstə düşməsini və mübahisələndirilən 200 kv.metr hissənin hansı şəxsə ayrılmış torpaq sahəsinin ərazi hüdudlarında yerləşməsini müəyyən etmək imkan xaricindədir.

37. Məhkəmə kollegiyası 2(103)-3060/2023 saylı, 30 oktyabr 2023-cü il tarixli qərardadında qoyulmuş suallara cavab verilmədiyindən təkrarən 20 iyun 2024-cü il tarixli 2(103)-183/2024 saylı məktubla, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)3060/2023 saylı, 30 oktyabr 2023-cü il tarixli qərardadında qoyulmuş suallara qısa müddətə cavab verilməsi Sabunçu İcra Hakimiyyətindən tələb olunub və sorğuda Maştağa qəsəbəsi XDS İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli, 59 nömrəli qərarı ilə həmçinin, Sabunçu RİH Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının xx.xx.1997-ci il tari xli, 11 nömrəli qərarı ilə ayrılmış torpaq sahələri barədə yerləşmə sxemi olmadığından, eyni zamanda torpaq sahələrinin koordinatları barədə məlumat olmamasının qərardadda qoyulmuş suallara cavab verilməməsi üçün əsas olmadığı, çünki hər iki qərarı eyni nümayəndəlik verdiyi, mübahisələndirilən 200 kv. metrin hansı tarixli qərara aid olmasını nümayəndəliyin bilməmiş olmadığı bir daha diqqətə çatdırılıb.

38. Sabunçu Rayon İcra Hakimiyyəti 5-18/2-1167/2024 saylı, 19 iyul 2024-cü il tarixli cavab məktubunda yenə də qeyd etmişdir ki, ayrılmış torpaq sahələri barədə Maştağa qəsəbə nümayəndəliyində məlumat yoxdur. Həmçinin qeyd edilən qərarlara əsasən ayrılmış torpaq sahələrinə dair yerləşmə sxemi olmadığından, eyni zamanda torpaq sahələrinin koordinatları barədə məlumat olmadığından torpaq sahəl ərinin üst-üstə düşməsini və mübahisələndirilən 200 kv.metr hissənin hansı şəxsə ayrılmış torpaq sahəsinin ərazi hüdudlarında yerləşməsini müəyyən etmək imkan xaricindədir.

39. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (Elşən Kazımov (sədrlik edən və məruzəçi), hakimlər Namiq Cəfərov, İkram Şirinov) 2(103)-183/2024 nömrəli, xx.xx.2024-cü il 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1305/2022 saylı 17 may 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmış və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manatın İddiaçı alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

40. Apellyasiya instansiyası məhkəməsi tgəldiyi nəticəni belə əsaslandırmışdır ki, gö rülən bütün tədbirlər nəticəsində mübahisə predmeti olan 200 kv.metr torpaq sahəsinin Maştağa qəsəbəsi XDS İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli, 59 nömrəli qərarı ilə yaxud Sabunçu RİH Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının xx.xx.1997-ci il tarixli, 11 nömrəli qərarı ilə ayrıldığı iddia olunan torpaq sahələrinə aid olması torpaq sahələrinə dair yerləşmə sxemi olmadığından, eyni zamanda torpaq sahələrinin koordinatları barədə məlumat olmadığından torpaq sahələrinin üst-üstə düşməsini və mübahisələndirilən 200 kv.metr hissənin hansı şəxsə ayrılmış torpaq sahəsinin ərazi hüdudlarında yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Baxmayaraq ki, kassasiya instansiya məhkəməsinin qərarında istinad etdiyi sənədlər (kassasiya instansiyası məhkəməsinin qərarının 32-ci bəndi: işdə həm İddiaçı ayrılan torpaq sahəsinin (2-ci kvartal, 17 “B” sahə), həm də Cavabdeh1 ayrılan torpaq sahəsinin (“843 D”) yerləşmə sxemi vardır (i.v.9,10, 31, 40) də qərardadla bərabər Sabunçu Rayon İcra Hakimiyyətinə göndərilmişdi. Ancaq Sabuncu İcra Hakimiyyəti sonuncu məktubunda bu cür qərarlarla torpaq sahələri ayrılması barədə Maştağa qəsəbə nümayəndəliyində ümumiyyətlə məlumat olmadığını da göstərmişdir. Demək ki, bu halın özü də iddianın rədd edilməsi üçün müstəqil əsas sayılır.

41. Hazırkı apellyasiya baxışında iddiaçının ümumiyyətlə bu işdə hüquqi marağının olmadığı da özünü büruzə verdi. Əks halda apellyasiya baxışında iştirak etməli, narahat olmalı və iddia ilə bağlı arqumentlərini irəli sürməli idi. Ancaq bu cür davranış həyatda həmişə baş verən hallara uyğun gəlmir. Burada daha ç ox əvvəl əsl olmayan iddiaçı, sonradan isə üçüncü şəxs kimi işə cəlb edilmiş X15 iddianın təmin edilməsində maraqlı olmuşdur. X20 da bilməlidir ki, iddianın faktiki və hüquqi əsası olmalıdır. Lakin hazırkı apellyasiya baxışında mübahisə predmeti olan torpaq sahəsinin ümumiyytlə iddiaçıya qanunla müəyyən edilmiş qaydada ayrılması özü müəyyən edilmədi. Bu cür vəziyyətdə, iddia necə təmin edilə bilərdi ki, o, da bundan “razı” qalsın. Əlbəttə ki, bu ritorik sual kimi səslənsə də iddiaçı və üçüncü şəxs Aslan Əsgərov hazırkı iddianı irəli sürərkən onun nə dərəcədə əsaslı və keçərli olduğunu özləri üçün müəyyənləşdirməli idi.

42. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı iddianın rədd edilməsi o demək deyil ki, cavabdeh tərəf həmin torpaq sahəsinə qanuni əsaslarla sahiblik və o ndan istifadə edir. Belə ki, cavabdeh tərəfin də mübahisə predmeti olan torpaq sahəsinə dair hər hansı bir hüquq müəyyən edici sənədləri aşkar edilmədi. Lakin o da işin mübahisəsiz halıdır ki, cavabdeh tərəf uzun illərdir həmin torpaq sahəsinə faktiki sahiblik edir, hətta orada yarımçıq tikili inşa etmişdir. Bu cür vəziyyətdə, iddianın təmin edilməsi üçün ən azından iddiaçının və Aslan Əsgərovun mübahisəli torpaq sahəsinə dair qanunla müəyyən edilmiş qaydada əldə edilmiş hər hansı bir hüquq müəyyənedici sənədi olmalı idi, ancaq yoxdur, deməli iddianın irəli sürülməsində də haqlı olmamışlar.

43. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunmaması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda hüquqdan pis niyyətlə sui-istifadə etmənin qadağan olu nması institutunun yaranmasına da zərurət və əsas olmazdı.

44. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 164.1, 164.2, 165.1-ci, Torpaq Məcəlləsinin 65, 67, 68-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

45. Üçüncü şəxs X15 (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

46. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1, 164.2, 165.1-ci maddələrini,Torpaq Məcəlləsinin 65.1, 67-ci maddəsinin 1-ci hissəsini və 68-ci maddələrini iddianın rədd edilməsi ilə baglı düzgün tətbiq etməmişdir. Məhkəmə iddianın təmini ilə əlaqəda r Azərbaycan Respublikası Mülki Məcəlləsinin 63.1,152,157.8, 157.2, 164.1 və 166.3-cü maddələrini tətbiq etməli oldugu halda bunu etməmişdir.

47. İddiaçı tərəf olaraq məhkəmə iclasında işin halları barədə bildirmişdir ki, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Maştağa qəsəbə İN-nin Aparatının fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq sahəsinin ayrılması haqqında xx.xx.1997-ci il tarixli 11 nömrəli çıxarışa əsasən Maştaga qəsəbəsi ərazisində(“Savalan” yaşayış massivi-2-ci kvartal-da)17 saylı sahədə ona ayrılmış 1.200 kv.metr torpaq sahəsinin 200 kv.metr hissəsi X6, 200 kv.metr hissəsi Tərtər rayon sakini X5, 200 kv.metr hissəsi İmişli rayon sakini X13 istifadəsinə, sahibliyinə vermiş, torpaq sahələri ilə bağlı həmin vətəndaşlara və digərlərinə səlahiyyətlər vermişdir. Orada uzun illərdir ki, yaşayış evləri tikib yaşayırlar. Lakin işə baxan məhkəmələr öz qətnaməsini həmin izahatı ilə əsaslandırmamışdır, həmçinin sözü gedən çıxarışa əsasən sahibliyində olan 1.200 kv.metr torpaq sahəsinin hissə-hissə X6 X5 və X13 istifadələrinə verdiyi etibarnamələrə heç bir hüquqi qiymət verməmişlər. X10, X7 və X14 tərəfindən torpağa dair səlahiyyət verdiyi etibarnamələri məhkəmə iclasında məhkəmə tədqiqatı üçün təqdim etmişdir. İşə baxmış məhkəmə həqiqətə nail olmaq, mövcud mübahisəni ədalətli həll etmək üçün tam obyektiv və hərtərəfli araşdırma aparmamış, işdə olan sübutlara qiymət verməmişdir.

48. Kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, işə baxan məhkəmə iddianın dəlillərinə, sübutlara-iddianın dəlillərinə, izahatlarına obyektiv baxmayaraq qanunsuz və əsassız qətnamə çıxarmışdır.Apellyasiya instansiya məhkəməsi də öz növbəsində işin halları ilə bağlı hazırki iş üzrə məhkəmə tikinti texniki və məhkəmə torpaqşünaslıq ekspertizası təyin etməmiş və mübahisəli torpaq sahəsinə yerində müayinə baxış keçirməmişdir.Maştağa qəsəbəsi ərazisində (“Savalan” yaşayış massivi 2-ci kvartalda )17 saylı sahədə ona 1200 kv.metr torpaq sahəsinin ayrılması barədə Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Maştağa qəsəbə İN-nin Aparatının xx.xx.1997-ci il tarixli 11 nömrəli çıxarışı onun həmin torpaq sahəsinə subyektiv hüququnu təsdiq edən mötəbər sübut növüdür.Məhz bu torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz zəbt edilməsi nəticəsində hüquqları pozulmuşdur.Bakı şəhəri Maştağa qəsəbəsi ərazisində (“Savalan” yaşayış massivi 2-ci kvartalda)17 saylı sahədə ona ayrılmış 1.20 0 kv.metr torpaq sahəsinin iddiaçıya aid olub-olmadığını təsdiq edən sübutlar sözü gedən qətnamədə əks etdirilmədiyindən həmin qətnamə əsaslı və ya qanuni hesab edilə bilməz.Digər tərəfdən, cavabdehlərin mübahisəli torpaq sahəsinə aidiyyəti ilə bağlı heç bir əsaslandırma aparılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

49. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

50. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.

51. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər.

52. Maddə 165.1. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Az ərbaycan Respublikasının Torpaq Məcəlləsi (8 avqust 1999-cu ilədək qüvvədə olmuş)

53. Maddə

23. Torpaq sahələrinin verilməsi Vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpağayırma aktında göstərilir.

54. Maddə

29. Torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi Müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir.

55. Maddə

30. Torpaq üzərində mülkiyyət hüququnu, sahiblik və daimi istifadə hüququnu təsdiq edən sənədlər Torpaq üzərində mülkiyyət hüququ, torpağa sahiblik və torpaqdan daimi istifadə hüquqları rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən verilən dövlət aktı ilə rəsmiləşdirilir. Dövlət aktının forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

58. Maddə

88. Məhkəmə sübutlara ob yektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

59. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

60. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

61. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

62. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

63. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

64. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

65. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfin dən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

66. Hazırkı kassasiya şikayətində qətnamə üçüncü şəxs tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

67. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəb ul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

68. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

69. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəl illər cavabdehin birinci instansiya məhkəməsində iddia tələbinə qarşı irəli sürdüyü dəlillərlə eynidir və apelyasiya instansiyası məhkəməsi iddia tələbini təmin edərkən həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

70. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

71. İddiaçıya torpaq sahəsinin verilməsi barədə qərar olmasına baxmayaraq, həmin torpaq sahələrinin planı və ölçüsü sənədini, sərhədlərin yerdə (naturada) və xəritədə müəyyən edilməsinə dair sübutları təqdim etməmişd ir. Halbuki, torpaq sahəsi ayrılanda qüvvədə olmuş Torpaq Məcəlləsinin 23 və 29-cu maddələrinə görə yer quruluşu orqanlarının ayrılmış torpaq sahəsinin yerdə (naturada) sahənin hüdudlarının müəyyən edilməsi və müvafiq sənədlərin rəsmiləşdirib verilməsi, torpaq ayrılmasının tərkib hissəsidir. Məhz buna görə də Torpaq Məcəlləsinin 29-cu maddəsində torpaq sahələri üzərində hüquqların qüvvəyə minməsi vaxtı kimi yer quruluşu orqanlarının yerdə (naturada) sahənin hüdudlarını müəyyən etməsi və müvafiq sənədləri rəsmiləşdirib verməsindən asılı edilmişdir.

72. Çünki torpaq sahəsinin yerləşməsi məhz torpaq sahəsinin yerquruluşu planında əks olunur. Başqa sözlə, torpaq sahəsinin verilməsi barədə qərar torpaq sahəsinə subyektiv hüququ təsdiq edən sənəd hesab olunmasına baxmayaraq, verilmiş iddianın hə lli üçün yalnız torpaq sahəsinin verilməsi barədə qərar kifayət etmir. Mübahisənin həlli həmin torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilib-edilməməsinin müəyyən olunmasını tələb edir. Bu hal isə, iddiaçıya verilmiş torpaq sahəsinin koordinatlarına və ya tərpənməz istinad nöqtələrinə əsasən müəyyən edilə bilər. Həmin sübutları təqdim etmək iddiaçının vəzifəsidir. İddiaçı ona verilmiş torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən sübutları təqdim etməmiş, bununla da, torpaq sahələrinin üst-üstə düşməsini, torpağın cavabdeh tərəfindən zəbt edilməsini sübut edə bilməmişlər.

73. Nəzərə alınmaldırı ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2010-cu il tarixli, 171 saylı qərarı ilə təsdiq edilmiş «Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri»nə əsasən, mərzçəkmə işləri - kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda, mərzçəkmə işləri İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir.

74. Kassasiya şikayətinin dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmam ası ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

75. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

76. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

77. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki ko llegiyasının 2024-cü il 14 oktyabr tarixli, 2(103)-183/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar